www.vivo-book.com
220
Kontra Kosta təpələrinə qədər, demək olar ki, yanaşı –
nə bir-birini qova-qova, nə də geri qala-qala – üzdük.
Sonom təpələrinə dönəndə hiss etdik ki, sürətimiz eyni olsa
da, Demetriosun qayığı küləyin səmtinə daha yaxındır. Çarli
axı bizim qayığı böyük çevikliklə sürürdü, bütün bacarığı ilə
onu həmişəkindən daha yaxşı idarə edirdi.
Əlbəttə ki, Çarli tapançasını çıxarıb Demetriosa atəş
aça bilərdi, ancaq biz bir şeyi çoxdan bilirdik ki, yüngül bir
günahı olan, qaçıb aradan çıxmaq istəyən adama atəş açmaq
bizim təbiətimizə ziddir. Bir də ki, patrul dəstəsinin üzvləri
ilə balıqçılar arasında bir növ xəlvəti razılaşma var idi: onlar
qaçıb aradan çıxanda biz onları atəşə tutmuruq, onlar da öz
növbələrində, biz onları həbs edəndə müqavimət
göstərmirdilər. Demetrios Kontos bizdən uzaqlaşırdı, bizim
də var gücümüzlə onu təqib etməkdən başqa əlacımız yox
idi, başqa bir tərəfdən, bizim qayığımızın sürəti daha iti
olsaydı, biz də qayığımızı Demetriosdan daha yaxşı
sürsəydik, biz onu tutsaydıq, yəqin ki, o da bizə müqavimət
göstərməzdi.
www.vivo-book.com
221
Belə iri yelkənlə Karkinez körfəzində belə güclü külək
əsəndə bizim üzməyimiz, necə deyərlər, qorxulu idi. Biz
gərək bütün vaxtı ayıq olaydıq, çalışaydıq qayığımız
aşmayaydı, Çarli sükan arxasında olanda mən qrot-şkotu
naqelə
73
cəmi bir dəfə dolamışdım ki, lazım gələndə bir an
içində onu açım. Yelkənli qayığını təkbaşına sürən
Demetriosun iki əli də bütün vaxtı məşğul idi.
Ancaq bizim onu haqlamaq cəhdimiz bir nəticə
vermədi. Təbiətən daha fərasətli Demetrios bizim qayıqdan
daha yaxşısını düzəldə bilmişdi. Düzdür, Çarli qayığı
Demetriosdan pis, daha doğrusu, bir az yaxşı sürürdüsə də,
amma bir iş var idi ki, onun qayığı yunanın qayığından pis
idi.
Bizim qayıq küləyin istiqamətinə yatanda Demetrios
öldürücü gülüşünü eşidib Çarli əmr etdi:
– Şkotu yavaş-yavaş açıb burax!
Çarli başını bulaya-bulaya dedi:
73
Naqel – girintisiz-çıxıntısız uzun bolt (Tərc. qeydi).
www.vivo-book.com
222
– Mənası yoxdur. Demetriosun qayığı bizimkindən
yaxşıdır. Əgər o bir də oyun çıxarmaq istəsə, biz də
cavabında yeni bir şey fikirləşib taparıq.
Bu dəfə mənim fərasətim köməyimizə çatdı. Çərşənbə
günü təklif elədim.
– Gələn bazar günü mən tək-təkinə Demetriosun
dalınca düşsəm nə olar? Sən də onun qayıtmasını Vallexo
körpüsündə gözləyərsən.
Çarli bir dəqiqəliyinə fikirləşib, əlini dizinə çırpdı.
– Yaxşı fikirdir! Sən kəlləni işlətməyə başlamısan.
Ustadına afərin! Ancaq onu çox uzağa qovma, yoxsa ki, o,
evə, Vallexoya qayıtmaq əvəzinə San-Pablo körfəzinə
yollanar, mən də körpüdə axmaq yerində qalıb onun yolunu
gözləyərəm.
Cümə axşamı Çarli mənim planıma etiraz elədi:
– Hamı biləcək ki, mən Vallexoya yollanmışam.
Demetrios da bundan xəbər tutacaq, buna heç şübhən
olmasın. Sənin bu niyyətindən əfsus ki, boyun qaçırmalı
olacağıq.
www.vivo-book.com
223
Bu dəlil çox tutarlı idi, günün qalan hissəsini qanıqara
keçirdim. Buna baxmayaraq, gecə birdən mənə belə gəldi ki,
çıxış yolu tapmışam, səbrimi basa bilməyib, bərk yatmış
Çarlini yuxudan oyatdım.
O mızıldandı:
– Hə, nə olub ki? Ev od tutub yanır?
Cavab verdim:
– Yox e, başım od tutub yanır. Qulaq as, gör nə
deyirəm! Bazar günü səninlə Benişyada körpüdə ta
Demetriosun qayığı üfüqdə görünənə qədər veyllənəcəyik.
Bu arxayınçılıq yaradar. Yelkənli qayıq ta yaxına gəlincə,
sən tələsmədən şəhər tərəfə üz tutarsan. Balıqçılar belə
nəticə çıxardarlar ki, məğlub olmusan və özünün
məğlubiyyətini boynuna alırsan.
Mən nəfəsimi dərmək üçün sözümə ara verəndə Çarli
dilləndi:
– Hələlik pis deyil.
Mən lovğa-lovğa sözümə davam etdim:
– Pis yox, lap yaxşıdır. Demək belə, sən tələsmədən
şəhərə üz tutursan, körpüdən, adamların gözündən uzaqlaşan
www.vivo-book.com
224
kimi Den Melonun yanına qaçırsan. Onun madyanını
götürüb var gücünlə kəndarası yolla Vallexoya çapırsan.
Oranın yolu rahatdır, sən Vallexoya bütün vaxtı küləyə qarşı
üzməli olan Demetriosdan tez çatarsan.
Mənim yeni planımı qeyd-şərtsiz bəyənən Çarli
dilləndi:
– Səhər açılan kimi, hər şeydən qabaq madyan barədə
danışaram.
Ancaq mən elə təzəcə yuxuya getmişdim ki, o özü məni
durğuzdu, qaranlıqda gülümsünərək dedi:
– Oğlum, qulaq as, gör nə deyirəm, səncə, at belində
brakonyerin dalınca düşmək balıqçı patruluna yaraşar-
yaraşmaz?
Mən dilləndim:
– Fərasət elə onun üçündür də. Sən özün həmişə
oturub-durub deyirsən: “Çalış ki, düşmənindən qabağa
düşüb düz fikirləşəsən, onda qalib gələrsən”.
Çarli güldü:
www.vivo-book.com
225
– Ha-ha. Bu dəfə ağlımıza gələn fəndlə, madyanı minib
Demetriosu üstələməsək, mən adımı dəyişərəm. Çarli Le
Qrant olmaram.
Cümə günü o soruşdu:
– Sən təkbaşına qayığı idarə edə bilərsənmi? Bir şeyi
yaddan çıxarma ki, bizim yelkən çox iridir.
Mən onu öz bacarığıma elə ürəkdən inandırdım ki, daha
şənbə gününəcən bu haqda danışmadı, şənbə günü mənə
təklif elədi ki, yelkənin dal şkatorinasından
74
iri bir parça
çıxarım. Görünür, o mənim baxışlarımdan elə möhkəm
pərtlik hiss elədi ki, daha sözünün üstündə inad edib
durmadı. Mən özümün yelkənli qayıq sürmək bacarığımla,
doğrudan da, elə fəxr edərdim ki, çox istəyirdim, dənizə
təkbaşına çıxam, başımın üstündə böyük yelkən qanad açsın,
mən də qaçan yunanın arxasınca düşüb ox kimi Karkinez
körfəzindən keçəm.
Demetrios Kontos həmişəki kimi bazar günü buradaydı.
Balıqçılarda
onun
gəlişini
alqışlamaq
və
bizim
74
Şkatorina – yumşaq kəndirdən haşiyə verilmiş yelkənin qırağı (Tərc. qeydi).
Dostları ilə paylaş: |