www.vivo-book.com
215
Bazar günü gəlib çatdı. Demetrios Kontosun bizə xəbər
göndərdiyini tezliklə hamı – balıqçılar da, dənizçilər də
bildilər. Benişyaya, paroxod körpüsünə yığışdılar, körpü
futbol matçı vaxtı mərkəzi tribunaya bənzədi. Çarli ilə mən
Demetrios Kontosun dediklərinə şübhə ilə yanaşırdıq, ancaq
körpüdə bu qədər adamın yığışdığını görüb başa düşdük ki,
Demetrios Kontos əbəs yerə bizə meydan oxumurmuş.
Günortadan sonra, sahil küləyi güclənəndə, üfüqdə
küləyin istiqamətində gələn gəmi göründü. Körpüyə iyirmi
fut qalmış gəmi döndü, Demetrios Kontos izdihamın
qarşısında göründü. Ona heyran qalan, onu ruhlandıran
tamaşaçılar qışqıranda, yunan yarışlarından qabaq rıtsar
kimi artistsayağı onları salamladı, sahildən iki yüz yard
aralıda dayandı. Sonra o yelkəni salıb, axınla üzməyə, tor
atmağa başladı. O, toru tamam açmadı, əlli futacan açıb atdı,
ancaq Çarli ilə mənim elə bil başımızdan bir qaynar qazan
su tökdülər, balıqçının həyasızlığı bizi özümüzdən lap
çıxartdı. O vaxt biz bilmirdik ki, (bundan sonradan xəbər
tutduq) tor köhnə və yararsızdır. O, balığın qabağını tuta
www.vivo-book.com
216
bilərdi, ancaq tora çoxlu ov düşsəydi, onu parça-parça
edərdi.
Çarli çiyinlərini atıb dedi:
– Bir şeydən baş aça bilmirəm. O, torun cəmisi əlli
futunu açıbsa bundan nə çıxar? Əgər biz onun dalınca
düşsək, fərqi yoxdur, çəkib çıxara bilməyəcək. O axı niyə
bura gəlib hamının gözünün qarşısında qanunu tapdalayır?
Özü də ki, yaşadığımız şəhərin gözü qarşısında.
Çarlinin səsindən incidiyi hiss olunurdu, o Demetrios
Kontosun utanmazlığından möhkəm rəncidə olmuşdu.
Bu ara haqqında söhbət gedən adam qayığının arxa
tərəfində oturmuşdu, gözü qarovullarda qalmışdı. Qəlsəməli
tora iri balıq düşəndə, qarovullar hərəkətə gəlib bunu o
dəqiqə bildirirdi. Görünür, indi də belə oldu ki, Demetrios
birdən sudan torun on iki futunu çəkib çıxartdı, qayığa
atmazdan əvvəl, parlaq pulları olan iri qızılbalığı yuxarı
qaldırdı. Körpüdəki tamaşaçılar, onu üç dəfə “ura” səsləri ilə
alqışladılar. Bu vaxt Çarli davam gətirmədi.
O mənə dedi:
– Gedək, oğlum!
www.vivo-book.com
217
Vaxt itirmədən qayığımıza atılıb yelkəni dikəltdik. Biz
iti sürətlə irəli cumanda, izdiham bərkdən qışqırıb
Demetriosa xəbərdarlıq edəndə, onun öz torunu uzun bıçaqla
kəsdiyini gördük. O, qayığının yelkənini bir göz qırpımında
qaldırdı. Tezliklə, üstünə günəş işığı düşən yelkən küləkdən
dalğalanırdı. Balıqçı özünü qayığın arxa tərəfinə verib şkotu
açdı. Kontra Kosta təpələri tərəfə külək istiqamətində yol
aldı.
Bu vaxt biz onun qayığının otuz futluğunda idik. Çarli
sevinirdi. O bilirdi ki, qayığımız iti sürətlidir, qayığı
sürməkdə özüylə kiminsə müqayisə oluna biləcəyinə
inanmırdı. O, arxayın idi ki, Demetriosu tutacağıq, mən də
onun inamına şərik idim. Ancaq görünür, taleyin hökmü
başqa imiş...
Arxadan külək əsirdi. Biz suyun üzəri ilə yavaşca
üzürdük, ancaq Demetrios da tələsmədən bizdən get-gedə
daha çox aralanırdı. O bizdən nəinki tez üzürdü, qayığı
rumbun
69
neçə birdə dolyası
70
qədər küləyə daha yaxın idi.
69
Rumb – kompasın 32 bölgüsündən biri (Tərc. qeydi).
www.vivo-book.com
218
O, Kontra təpələrinin yanından dövrə vurdu, qayığı küləyin
o biri istiqamətində sürərək yüz futacan irəli – külək tutan
tərəfə keçdi.
Çarli dilləndi:
– Bax, buna varam. Ya onun qayığı möcüzədir, ya da
ki, bizim qayığın kilinə içində daş kömür qatranı olan beş
qallonluq
71
çəllək bağlanıb.
Üçüncü səbəb görünür ki, ola bilməzdi. Demetrios
körfəzin o biri tərəfində yerləşən Sonom təpələrinin
böyründən keçəndə biz o qədər geri qaldıq ki, Çarli mənə
şkotu yavaş-yavaş buraxmağı tapşırdı. Biz geriyə –
Benişyaya döndük. Biz geri qayıdıb qayığımızı körpüyə
bağlayanda, paroxod körpüsünə yığışmış balıqçılar bizə
istehza ilə sataşmağa başladılar. Çarli ilə mən axmaq
yerində qaldıq, çünki biri əla qayığı olduğunu güman
edəndə, bir başqası ona kələk gələndə, bu adamın qüruruna
toxunmaya bilməz.
70
Dolya – 44 milliqrama bərabər qədim rus çəki ölçüsü (Tərc. qeydi).
71
Qallon – İngiltərədə və ABŞ-da duru və axıcı şeylər üçün 4,5 litrə bərabər ölçü
vahidi (Tərc. qeydi).
www.vivo-book.com
219
Bir neçə gün Çarli yuxulu-yuxulu gəzdi, ancaq sonra
keçən dəfəki kimi xəbər verdilər ki, Demetrios Kontos
oyununu yenidən təkrar edəcək. Çarli sanki bir anda oyandı.
Qayığımızı sudan çıxarıb onu təmizlədi, dibinə təzədən rəng
çəkdi, çıxarılan kilin quruluşunda nəyisə dəyişdi, mütəhərrik
takelajları təzədən möhkəmlətdi, bazar gününün axşamı
demək olar ki, gecəyarısınacan bütün vaxtı yeni,
əvvəlkindən daha böyük yelkən tikdi. Çarli yelkəni elə
böyük etdi ki, əlavə ballast
72
qoymalı olduq. Biz qayığımızın
içinə çəkisi, demək olar ki, beş yüz fut olan dəmir rels əlavə
etdik.
Bazar günü gəlib çatdı, Demetrios Kontos gəlib çıxdı
ki, təzədən açıq-açığına günün günortaçağı qanunu pozsun.
Yenə günortadan sonrakı sahil küləyi əsirdi, yenə Demetrios
Kontos özünün çürümüş torunu qırx-əlli fut açıb atdı,
yelkənini qaldırıb gözümüzün qabağında aradan çıxdı.
Balıqçı, Çarlinin manevrini gördü, Çarli yelkəninə iri parça
əlavə etmişdi, yelkən əvvəlkindən yüksəyə qaldırılmışdı.
72
Ballast – qursa, gəminin tarazlığını saxlamaq üçün götürülən yük və ya başqa
ağırlıq (Tərc. qeydi).
Dostları ilə paylaş: |