www.vivo-book.com
210
Şxunun hərəkətini yavaşıtmadan biz sahilə elə yaxın
gəldik ki, bizlərdən hər birimiz körpüyə atıla bilərdik. Bu
vaxt Çarli mənə işarə etdi, mən payanı atdım. O guppultu ilə
taxta döşəmənin üstünə düşdü, on beş-iyirmi fut yana
sıçradı, özünü itirmiş tamaşaçılar onu götürdülər.
Bütün bunlar bir göz qırpımında oldu. Antiox geridə
qaldı, biz San-Xoakinle çayının axarı boyu altı mil yuxarıda
yerləşən Meriuzerə yönəldik. Çay şərqə döndü, biz
yelkənləri kəpənək kimi açıb, stakseli sağ tərəfə keçirib,
külək istiqamətində gedirdik. Ole Eriksenin sanki dəvələri
batmışdı. Çarli və qalan iki dənizçi isə, əksinə, yaxşı ki hələ
də ümidlərini itirməmişdilər. Meriuzerdə əsasən kömür
qazanlar olurdu, ümid etmək olardı ki, bazar günü onların
hamısı şəhərdədir. Bir tərəfdən də, kömür qazanlar yunan
balıqçılarını heç xoşlamırdılar, biz arxayın ola bilərdik ki,
onlar bizə çox möhkəm yardım edəcəklər.
Biz çox diqqətlə şəhəri görmək üçün uzaqlara baxırdıq,
onu görən kimi sanki üstümüzdən dağ götürüldü. Körpülər
adamla dolu idi. Yaxına gələndə adamların əsas küçə ilə ya
əllərində, ya da çiyinlərində tüfəng, aşağı düşdüklərini
www.vivo-book.com
211
gördüm. Çarli dönüb balıqçılara baxdı, onun üz-gözündən
qaliblər kimi razılıq yağırdı. Mən əvvəllər onda belə şey
görməmişdim. Yunanlar silahlı izdihamı görüb özlərini
itirdilər, tüfənglərini gizlətdilər.
Biz topseli, stakseli yığdıq, qrot-falı
68
yavaş-yavaş açıb
buraxdıq. Əsas körpüyə çatanda qrotu aşağı saldıq. “Meri-
Rebekka” küləyə tərəf döndü, əsir balıqçıların qayığı onların
ardınca enli bir dövrə cızdı, biz hərəkəti yavaşıdıb, burazları
açıb, körpüyə yanaşıb bağlayanda özlərini bizə çatdırdılar.
Biz kömür qazanların sevincək qışqırığı altında körpüyə yan
aldıq.
Ole Eriksen köks dolusu nəfəs aldı. O etiraf etdi:
– Mən elə bildim, arvadı heç görə bilməz.
Çarli etiraz etdi:
– Niyə? Bizi heç bir təhlükə gözləmirdi.
Ole inanmayaraq ona baxdı.
Çarli üst-üstdən dedi:
68
Fal – gəmilərdə yelkənləri, siqnal bayrağını qaldırmaq üçün ip (Tərc. qeydi).
www.vivo-book.com
212
– Düz sözümdür, gözləmirdi. Biz hər an qarmağı
çıxarıb ata bilərdik, bax, indiki kimi, yunanlar da öz torlarını
yığışdırardılar.
O, əlində qayka açarı anbara endi, qaykanı açdı, qarmaq
suya düşdü. Yunanlar torlarını yığışdırıb qayıqlarını
qaydaya salanda, biz onları əlbəəl silahlı vətəndaşlara təhvil
verdik, onlar həbsxanaya yollandılar.
Ole Eriksen dedi:
– Deyəsən, mən özüm axmaq yerinə qoymuşdum.
Ancaq şəhərin heyran qalan sakinləri onun əlini sıxmaq
üçün şxuna qalxanda əldən-ayaqdan zirək reportyorlardan
bəzisi “Meri-Rebekka”nı və onun kapitanının şəklini
çəkəndə o bu fikrini dəyişdi.
DEMETRİOS KONTOS
Yunan balıqçıları barədə danışığımdan belə çıxmasın
ki, onların hamısı cani idi, heç də yox. Onlar ayrıca koloniya
halında yaşayan, təbiətlə mübarizədə çörək pullarını
qazanan adamlar idi. Yunan balıqçıları qanunla hesablaşmır,
www.vivo-book.com
213
onu zorakılıq, istibdad əlaməti sayıb, onun nəyə gərək
olduğundan heç cür baş aça bilmirdilər, xüsusilə, balıq ovu
qanunu onlara qəddar görünürdü. Yunan balıqçıları sözsüz
ki, balıqçı patrul dəstəsini özlərinin düşməni sayırdılar.
Biz yunan balıqçılarını təhdid edir, ruzilərini əllərindən
alırdıq, bu ikisi də elə bir şey demək idi. Biz onların çoxlu
pul verib bir neçə həftəlik zəhmətdən sonra hazırladıqları
torları, qarmaqları müsadirə edirdik. İldə dəfələrlə, bəzən də
bütöv bir mövsüm, onlara balıq ovlamağı qadağan edir,
qazancdan məhrum edirdik, biz olmasaydıq, onları belə
məhrumiyyətlər gözləməzdi. Yunan balıqçıları əlimizə
keçəndə, onları məhkəməyə verirdik, məhkəmə də onları
möhkəm cərimə edib çoxlu pul alırdı. Bax, buna görə də
onların bizi görən gözü yox idi, çalışırdılar ki, bizdən
intiqam alsınlar. İt pişiyin, ilan insanın düşməni olduğu
kimi, patrul dəstəsinin üzvü də balıqçının düşmənidir.
Ancaq oxucular elə bilməsin ki, balıqçılar ancaq bərk
nifrət bəsləməyi bacarırdılar, yox, onlar yeri gələndə
alicənablıq da göstərirdilər, bunu sübuta yetirmək üçün mən
Demetrios Kontosun
əhvalatını danışmaq istəyirəm.
www.vivo-book.com
214
Demetrios Kontos Vallexoda yaşayırdı. O, Böyük Alekdən
sonra yunanlar arasında ən qoçaq, ən nüfuzlu adam idi. O,
bizi heç narahat etmirdi, qızılbalıq tutmaq üçün yeni qayıq
düzəltməsəydi, bizimlə yəqin ki, çox çətin toqquşardı. Bu
qayıq bütün fəlakətlərin səbəbi oldu. Demetrios adi
qızılbalıq ovu qayığını bir qədər dəyişdirib, öz modelinə
əsasən düzəltmişdi.
Bir şey məlum idi ki, yeni qayıq çox iti sürətlidir,
körfəzdə, körfəzə tökülən çaylarda işləyən qayıqların ən iti
sürətlisidir. O vaxtdan Demetrios lovğalanmağa, öyünməyə
başladı. Biz bazar günü qızılbalıq ovlayan balıqçıları “Meri-
Rebekka”nın köməyilə qorxudanda, o bizə Benişyaya yerli
balıqçıların birinin köməyilə xəbər göndərdi. O bizə meydan
oxuya-oxuya bildirdi ki, gələn bazar günü Demetrios Kontos
Vallexodan çıxıb bütün Benişyanın gözünün qabağındaca
tor atıb qızılbalıq tutacaq, patrul dəstəsinin üzvü Çarli Le
Qrant bacarırsa, qoy gəlib onu tutsun. Sözsüz ki, bizim
Çarlinin də, mənim də, Kontosun yeni qayığından xəbərimiz
yox idi. Bizim qayığımız çox iti sürətli idi, biz də başqa
qayıqlarla yarışmaqdan qorxmurduq.
Dostları ilə paylaş: |