www.vivo-book.com
251
Bundan sonra çinlilər qızğın mübahisəyə başladılar,
başa düşdüm ki, mənə görə mübahisə edirlər. Sarı Yaylıq
yaman qəzəblənmişdi, amma yerdə qalan dörd nəfər də ona
qarşı yaman çıxırdılar. Onun məni öldürmək istədiyi açıq-
aşkar aydın idi, ancaq yoldaşları məsuliyyətdən qorxurdular.
Mən çinliləri yaxşı tanıyırdım, bilirdim ki, qorxmasalar,
çoxdan axırıma çıxardılar. Ancaq onların təklif elədiyi
planın Sarı Yaylığın qanlı planından nə ilə fərqləndiyini
başa düşə bilmirdim.
Həyatımın tükdən asılı olduğu dəqiqələrdə mənim nələr
çəkdiyimi təsəvvür edə bilərsiniz. Mübahisə tezliklə
dalaşmaya keçdi, bundan sonra Sarı Yaylıq sükandan ağır
rumpeli qapıb üstümə cumdu. Ancaq dörd çinli onun
qabağını kəsdi, tutub əlindən rumpeli aldılar. Axırdan-axıra
onların dördü başçılarının öhdələrindən gəldilər, o isə
narazı-narazı gəminin arxa tərəfinə keçdi, dalınca möhkəm
söyüşlər eşidildi.
Tezliklə çinlilər yelkəni yatırdılar, avar çəkilən conka
yavaş-yavaş üzməyə başladı. Sonra conkanın burnunun lilə
toxunduğunu hiss etdim. Ayaqlarında uzunboğaz rezin
www.vivo-book.com
252
ayaqqabılar olan üç çinli suya atıldı, ikisi də məni götürüb
tutacaqdan
kənara
tulladılar. Sarı Yaylıq mənim
ayaqlarımdan yapışdı, iki yoldaşı da çiyinlərimdən tutdular,
suvaşqan lili şappıldada-şappıldada yeriməyə başladılar.
Axır ki, onların addımları inamlı və möhkəm oldu, görünür,
sahilə çıxdılar. Tezliklə harda olduğumuzu, San-Rafael
çayının mənsəbi yaxınlığındakı Marin arxipelaqının xırda
qayalıq adalarından birinə gəlib çıxdığımızı bildik.
Qabarma vaxtı su basan lilli dayaz sahilə çıxanda
çinlilər məni hər necə oldu yerə atdılar. Sarı Yaylıq qəzəblə
böyrümə bir təpik ilişdirdi, üç nəfərin üçü də geriyə –
conkaya tərəf qayıtdılar. Bir neçə saniyədən sonra çinlilər
burazları açınca, dor ağacında göyə qalxan yelkənin küləyin
təsiri altında xışıldadığını eşitdim. Sonra hər şey susdu, mən
tək qaldım. Mən təkbaşına, öz gücümə fəlakətdən can
qurtarmalı idim.
Mən fokusçuların ilan kimi qıvrılaraq, burularaq
məharətlə kəndirdən xilas olduğunu yada saldım, ancaq mən
ha qıvrıldım, buruldumsa sıx düyünlər heç boşalmadı. Sahil
boyu yumbalananda üst-üstə yığılmış balıqqulaqlarına rast
www.vivo-book.com
253
gəldim, görünür, bir dəstə yaxtsmen burada ocaqda
malyuska bişiribmiş. Ağlıma gözəl bir fikri gəldi. Əllərimi
arxamda çarpazlayıb bağlamışdılar, əlimə bir balıqqulağı
götürüb qumların üstü ilə yumbalanaraq, özümü
yaxınlıqdakı qayalıqlara çatdırdım. Çox axtarışlardan sonra
ensiz, çatlaq bir yer tapıb, balıqqulağını ora qoydum.
Balıqqulağının qıraqları iti idi, onunla əllərimə bağlanmış ipi
kəsmək istədim. Mən balıqqulağının üstünə ağırlığımı salan
kimi kövrək balıqqulağı sındı. Təzədən özümü balıqqulağı
yığılmış yerə çatdırdım. Bu dəfə iki əlim tutan qədər
balıqqulağı yığdım. Mən əllərimi kəsik-kəsik elədim,
ayaqlarım gərginlikdən qıc oldu.
Nəfəsimi dərmək üçün ayaq saxladım, birdən körfəzin
üzərində tanış bir səs eşitdim. Bu məni axtaran Çarlinin səsi
idi. Ağzımda tıxac olduğundan mən onun səsinə səs verə
bilmirdim, gücsüz qəzəb içərisində sahildə uzanıb
qalmışdım, o avar çəkə-çəkə adanın böyründən keçdi,
tezliklə onun səsi uzaqlarda donub qaldı.
Təzədən işə başladım, yarım saatdan sonra nəhayət
kəndiri kəsə bildim. Qalan işlər su içmək kimi asan idi.
www.vivo-book.com
254
Əllərimi açandan sonra bir göz qırpımında ayaqlarımdakı
buxovu açdım, tıxacı ağzımdan çıxardım. Sonra bütün sahil
boyu qaçdım, yəqin elədim ki, doğrudan da adadayam,
qitədə deyiləm. Bu, qumlu çimərliklərin dövrəyə aldığı və
suvaşqan gilli əsl gölü olan Marin arxipelaqının adalarından
biri idi. Mənim bir əlacım var idi: səhərin açılmasını
gözləməli, özümü soyuqdan qorumalı idim. Kaliforniya
üçün bu gecə xüsusilə soyuq idi, külək iliklərimə işləyirdi,
məni vicvicə götürmüşdü. Qızışmaqdan ötrü adanın ətrafını
on dəfə dövrə vurdum, on dəfə də silsilə qayalıqlara
dırmaşmalı oldum. Bu nəinki məni qızışdırdı, sonradan
mənə möhkəm xeyri dəydi. Adanın ətrafında qaçanda
ağlıma gəldi ki, qumların üstündə gillənəndə bir şey salıb
itirməmişəm ki? Ciblərimi yoxlayanda gördüm ki, nə
tapançam, nə də qatlama bıçağım var. Tapançamı söz yox
ki, Sarı Yaylıq götürmüşdü, bıçağım isə görünür hardasa
qumların içinə düşüb qalmışdı.
Bıçağımı axtarmaq istəyirdim ki, birdən yenə avarların
cırıltısını eşitdim. Əvvəlcə ağlıma gəldi ki, bu Çarlidir,
ancaq fikrimdən daşındım, çünki Çarli dinməz-söyləməz
www.vivo-book.com
255
üzməzdi. Ürəyimə qara fikirlər gəldi. Marin arxipelaqı
ucqar, kimsəsiz yerdir, gecəyarısı bura üzüb gəlmək kimin
nəyinə gərəkdir? Bəlkə bu Sarı Yaylıqdır? Avar yerlərinin
cırıltısı lap aydın eşidilirdi. Qayıq avarlarının tez-tez qalxıb
enməsindən bildim ki, yalik sahildən bir əlli addım aralıda
lilə ilişib qalmışdı. Mən quru, əziyyətli öskürək səsi eşitdim.
Ürəyim düşdü. Bu Sarı Yaylıq idi. Mənimlə haqq-hesabı
çürütməkdə yoldaşları ona mane olmasın deyə, o,
qəsəbəsindən gizlicə çıxıb, təkbaşına bura üzüb gəlmişdir.
Başımda fikirlər bir-birinə dolaşdı. Mən balaca ucqar adada
təkəm, əlimdə silahım yox, yanımda yoldaşım. Çəkinməli
olduğum bu sarı dərili vəhşi yəqin ki, mənə divan tutmağa
gəlir. Bundan daha pis vəziyyət ola bilməzdi, istər-istəməz
özümü suya, daha doğrusu bataqlığa atdım ki, adada
qalmayım. Sarı Yaylıq lilli bataqlıqdan keçib sahil tərəfə üz
tutdu, çinlilərin məni adaya gətirib sonradan öz conkalarına
qayıtdıqları işlək yolla onların izi ilə əks tərəfə qayıtdım.
Sarı Yaylıq arxayın idi ki, mən əl-qolu bağlı halda
əvvəlki yerimdə yıxılıb qamışam, heç çəkinmirdi: ayağının
altında qalan lili ucadan fırçıldadırdı. Səsi eşitdiyimdən o
Dostları ilə paylaş: |