www.vivo-book.com
241
çəkəcəkdi. Neyl bu şəhərdə yaşayırdı, məktəbi qurtaranadək
mən onlarda qalacaqdım, ona görə də mənə təklif elədi ki,
sandıqçamı şlyupun içinə aparıb qoyum ki, birlikdə üzək.
Sandıqçanı apardım, günün axırında biz burazları açıb
yelkəni dikəltdik.
Payız idi, hava adam aldadandı. Yayda hər gün bir
qayda olaraq, sahildən əsən külək, bərk əsən şıltaq
küləklərlə əvəz olunurdu. Göyün üzünü buludlar örtdü.
Səfərimizin nə qədər çəkəcəyini deyə bilməzdik. Biz su
çəkilməyə başlayanda yola düşdük. Karkinez boğazından
keçəndə Benişyaya vaxtı ilə “Lankaşir kraliçası”nı
mühasirəyə alıb yunanların kralı Böyük Aleki tutduğumuz
yerə, Terner tərsanəsi yaxınlığındakı körpüyə xeyli baxıb
vidalaşdım. Boğazdan çıxanda isə, həmin yerə böyük
maraqla tamaşa etdim, hansı ki, bir neçə gün bundan qabaq
Demetrios Kontos alicənablıq göstərib məni xilas etməsəydi,
hökmən batacaqdım. İrəlidə, San-Pablo körfəzinin üzərində
göz-gözü görməyən duman sürünürdü, bir neçə dəqiqədən
sonra “Şimal maralı” qaranlıq rütubətin arasında kor-koranə
irəliləyirdi. Ancaq Çarlinin duyğu hissi qüvvətli idi, o
www.vivo-book.com
242
şlyupu səhv etmədən inamla idarə edirdi. O özü bizə etiraf
edib deyirdi ki, özü də bilmir ki, buna necə nail olur. O nə
isə sanki möcüzə ilə, hər şeyi: külək axınını, məsafəni, vaxtı,
dreyfi
75
, hərəkətin sürətini nəzərə ala bilirdi.
Biz kor-koranə bir neçə saat üzəndən sonra Neyl
Partinqton dedi:
– Deyəsən, duman dağılır.
Çarli saata baxıb dedi:
– İndi altıdır. Suyun çəkilməsi hələ üç saat da çəkəcək.
Neyl üst-üstdən dedi:
– Hal-hazırda görəsən, hardayıq?
Çarli bir qədər fikirləşib cavab verdi:
– Suyun çəkilməsi bizi bir qədər kənara aparıb, ancaq
duman çəkilsə – deyəsən, elə belə də olacaq, görərsiniz – biz
Mak-Nira körpüsündən min mil aralanmışıq.
Neyl qaşqabağını sallayıb mızıldandı:
– Sən bir qədər də dəqiq ola bilərdin.
Çarli dilləndi:
75
Dreyf – gəminin külək və axının vasitəsilə yolundan çıxması (Tərc. qeydi).
www.vivo-book.com
243
– Düz sözümdür. Mak-Nira körpüsünə milin dörddə
birindən çox qalmayıb.
Külək soyuyurdu, bərk əsdikcə duman yavaş-yavaş
çəkilirdi.
Çarli külək əsən tərəfə işarə edərək dedi:
– Körpü, bax, ordadır.
Biz üçümüz də diqqətlə dumana baxırdıq ki, birdən
“Şimal maralı” çatırtı ilə nəyəsə toxunub dayandı. Özümüzü
şlyupun burnuna verdik. Gördük ki, bizim buşpritimiz qısa,
qalın dor ağacı olan balaca bir gəminin iplərinə ilişib. Sən
demə, bizim şlyupumuz lövbər salmış Çin conkasına
ilişibmiş.
Biz özümüzü şlyupun burun tərəfinə verəndə, narahat
edilmiş arılara bənzər beş çinli gözlərini ovuşdura-ovuşdura
darısqal kayutdan çıxdılar.
Hamıdan qabaqda ucaboylu, qüvvətli bir nəfər
göyərtədə göründü, onun çopur üzü, başındakı sarı ipək
yaylıq nəzərimi cəlb etdi. Bu bizim bir il bundan qabaq
qanunsuz istridyə ovladığı üçün həbs elədiyimiz mənim
köhnə tanışım olan həmin çinli idi. O vaxt o “Şimal
www.vivo-book.com
244
maralı”nı az qala batıracaqdı, indi də gəmi hərəkət
qaydalarını kobudcasına pozduğuna görə bizi batıracaqdı.
Çarli qəzəblə qışqırdı.
– Ey, sarısifət meymun, burda farvateri nə kəsdirib
durmusan, özün də siqnal vermirsən?
– Hə də, – Neyl sakitcə dilləndi, – siz ora yaxşıca
baxın.
Biz Neylin işarə etdiyi tərəfə baxıb gördük ki, conkanın
anbarı təzəcə tutulmuş istridyələrlə doludur. İstridyələrin
içərisində isə çoxlu xırda, dörddə bir düym böyüklüyündə
balıqlar var idi. Sarı Yaylıq su qabarmağa başlamamış
torunu çəkib çıxarmış, dumandan istifadə edib toru təzədən
atmışdı, həyasızcasına lövbər salıb dayanmışdı ki, su
azalanda bir də ov etsin.
Neyl peysərini qaşıdı.
– Hə də, hə də! Neçə illərdir brakonyerləri tuturam,
nələr görməmişəm, amma qanunu pozanın öz əl-ayağı ilə
gəlib çıxmasını heç görməmişəm. Bura bax, Çarli, indi
onunla nə edək?
Çarli dedi:
www.vivo-book.com
245
– Buksirdə onları San-Rafaelə apararıq, vəssalam, şüd
tamam. – Üzünü mənə tutdu. – Dostum, conkada qal, sənə
buksir ipini ataram. Külək dəyişməsə, çay dayazlaşmamış
keçib gedərik, San-Rafaeldə gecələyərik, sabah günorta üstü
Oklenddə olarıq.
Çarli və Neyl bu sözləri deyə-deyə “Şimal maralı”na
qayıtdılar, biz conkanı buksirdə apara-apara yola düşdük.
Mən tutulan gəmini idarə etməyi öhdəmə götürdüm,
gəminin arxa tərəfində dayanıb xəlbirə oxşar, içərisindən,
dəlmə-deşiyindən su axan, Nuh əyyamından qalmış sükanla
onu hərəkətə gətirdim. Duman çəkildi, sanki heç yox imiş.
Gördük ki, Çarli yerimizi düzgün müəyyənləşdirib. Mark-
Nira körpüsü bizdən yarım mil aralı idi. Qərb sahili ilə üzüb,
Pedro burnunun ətrafından dövrə vurub keçdik, çinlilərin
qəsəbəsinin yanından ötüb keçdik, onlar conkalarını
buksirdə balıqçı patrul şlyupu apardığını görüb bir hay-küy
qaldırdılar ki, gəl görəsən.
Sahildə bərk külək əsir, hərdənbir azalır, istərdik ki, o
bərk əssin. San-Rafaelə üzüb əsirləri hökumət dairələrinə
təhvil
verməli
olduğumuz
çay,
ucsuz-bucaqsız
Dostları ilə paylaş: |