www.vivo-book.com
246
bataqlıqlardan keçirdi, su çəkiləndə bu çayla üzmək çox
çətin idi, su az olanda heç cürə mümkün deyildi.
İndi su, demək olar ki, yarıyacan azalmışdı, ona görə də
tələsməli idik. Ancaq ağır conka şlyupun arxasınca ölü kimi
sürünürdü.
Çarli, nəhayət, qışqırdı:
– Bu kulilərə əmr elə, yelkəni dikəltsinlər. Mən səhər
açılınca bu dayazlıqda oturub qalmaq istəmirəm.
Mən bu əmri Sarı Yaylığa çatdırdım, o da xırıltılı səslə
özününkülərə nə isə əmr etdi. Ona bərk soyuq olmuşdu,
əzablı öskürəkdən bütün bədəni tir-tir titrəyirdi, gözlərinə
qan sağılmışdı. Görkəmi həmişəkindən dəhşətli idi, mənə
qəzəbli nəzər salanda yadıma düşdü ki, keçən dəfə onun
ucbatından az qala məhv olacaqdım.
Onun gəmi heyəti istər-istəməz fallardan yapışdılar,
çəpəki, qəribə qəhvəyi rəngli yelkən dor ağacında ucalırdı.
Külək əsirdi. Sarı Yaylıq burazları açanda conka irəli
cumdu, buksir burazı zəiflədi. “Şimal maralı” nə qədər
sürətlə üzsə də, conka ondan da sürətlə üzürdü, şlyupla
toqquşmamaq üçün mən şlyupu küləyə daha sərt sürürdüm.
www.vivo-book.com
247
Ancaq conka sürətini itirmirdi, bir neçə dəqiqədən sonra
şlyupun külək döyən traverzi
76
tərəfdə oldu. Buksir burazı
indi gəmilərin ikisinə düz bucaq altında uzanırdı, baxanın
gülməyi tuturdu.
Qışqırdım:
– Burazı aç!
Çarli tərəddüd edirdi.
Mən inad edib durdum:
– Qorxma! Hər şeyi yerli-yerində olacaq. Biz gəminin
istiqamətini dəyişmədən çayı keçəcəyik, siz də dalımızca
San-Rafaelə gəlin.
Çarli burazları açdı, Sarı Yaylıq özününkülərdən birinə
tapşırdı ki, burazı açsın. Hava artıq qaralırdı, çayın mənsəbi
irəlidə güclə seçilirdi, biz çaya daxil olanda sahilləri güclə
gördüm.
“Şimal maralı” arxada beşdəqiqəlik məsafədə qaldı,
ensiz, dolanbac məcra ilə özümüzə yol açaraq ondan
uzaqlaşırdıq. Buna baxmayaraq, Çarli yaxınlıqda idi. Mən
76
Traverz – gəminin yola perpendikulyar olan gedişistiqaməti (Tərc. qeydi).
www.vivo-book.com
248
özümün beş əsirimdən qorxub-çəkinmirdim, düzdür,
qaranlıqda onlara göz qoymaq çətin idi, ona görə də
tapançanı şalvarımın cibindən çıxarıb gödəkcəmin cibinə
qoydum ki, ordan onu çıxarmaq asan olsun.
Qorxum təkcə bir qədər Sarı Yaylıqdan idi, o özü də
bunu bilirdi, bu fürsəti əldən vermədi. O məndən bir neçə
addım aralıda, şlyupun külək döyən tərəfində oturmuşdu.
Qaranlıqda onun fiqurunu güclə seçirdim, ancaq onun
tələsmədən, demək olar ki, hiss olunmadan mənə
yaxınlaşdığını duydum. Gözümü ondan çəkmirdim. Sol
əlimlə rumpeldən yapışıb, sağ əlimlə cibimdəki tapançanı
yoxlayırdım.
Budur, o mənə bir neçə düym də yaxınlaşdı, ağzımı
açmağa hazırlaşırdım ki, qışqırım: “Geri qayıt!” Birdən
külək əsən tərəfdən iri ağır bir şey üstümə düşdü. Bu
çinlilərdən biri idi. O mənim ağzımı əli ilə qapadı, sağ
qolumu elə burdu ki, əlimi cibimdən çıxara bilmirdim. Mən
sözsüz ki, əlimi çəkərdim, əlimi çıxarardım, ya da ki,
köməyə çağırardım, ancaq bu an Sarı Yaylıq özünü üstümə
atdı.
www.vivo-book.com
249
Conkanın dibinə yıxıldım, möhkəm müqavimət
göstərirdim, ancaq çox təəssüf ki, tezliklə əlimi ayağıma
bağladılar, ağzıma da nə isə tıxac soxuşdurdular, sonradan
bildim ki, bu çit köynək imiş. Çinlilər məni elə uzanmış
halda qoyub getdilər. Pıçıltı ilə komanda verən Sarı Yaylıq
sükandan yapışdı. Harda olduğumuzu yada salıb, başımın
üstündə, ulduzlu göyün altında güclə seçilən yelkənin yerini
dəyişdiklərini görüb başa düşdüm ki, conkanı balaca
bataqlıq körfəzə yönəltdilər. Bir neçə dəqiqədən sonra sahilə
yan aldıq, yelkən sakitcə dor ağacından sürüşüb düşdü.
Çinlilər siçan kimi susub oturdular. Sarı Yaylıq conkanın
dibində, yanımda oturdu, o quru, əziyyətli öskürəyini güclə
saxlayırdı.
Yeddi-səkkiz dəqiqə ötdü. Çarlinin səsini eşitdim;
bizim şlyup körfəzin böyründən ötürdü. O, Neylə deyirdi:
– Cavan oğlan nə yaxşı balıqçı patrul dəstəsində
xidmətini başa vurdu, bilsən, nə sevindim! – mən onun hər
sözünü aydınca eşidirdim.
Neyl nəsə dedi, nə dediyini başa düşmədim, Çarli
sözünə davam etdi.
www.vivo-book.com
250
– Cavan oğlan əsl dənizçi oldu, əgər o, məktəbi
qurtarandan sonra dənizçilik məktəbində oxusa, uzaq
səfərlərə çıxsa, Allaha and olsun, bir neçə vaxtdan sonra
ondan əla kapitan çıxar, bu kapitana hər cür gəmini etibar
etmək olar.
Bütün bunları eşitmək sözsüz ki, mənim üçün xoş idi,
ancaq bu vaxt əsirlərinin əl-qolunu bağladığı mən, conkanın
dibində ağzımda tıxac uzanıb qalmışdım, dostlarımın səsi isə
uzaqlarda eşidilməz olurdu. “Şimal maralı” get-gedə San-
Rafaelə tərəf uzaqlaşırdı, vəziyyətim elə idi ki, gözəl
gələcək haqda fikrə dalmağa imkan vermirdi. “Şimal
maralı”nın uzaqlaşmağı ilə mənim axırıncı ümidim puça
çıxdı. Məni nə gözlədiyini bilmirdim, bu çinlilər birtəhər
adamlardı, mən onlara bələdəm, çox çətin mənimlə ədalətli
rəftar etsinlər. Bir neçə dəqiqə gözləyəndən sonra çinlilər
yenə çəpəki yelkənlərini dikəltdilər. Sarı Yaylıq conkasını
San-Rafael çayının mənsəbinə apardı. Su bütün vaxtı
azalırdı, çayın mənsəbindən çıxmaq çətin idi. Ümidim bir
ona qalmışdı ki, saya oturar, ancaq o conkasını sağ-salamat
körfəzə çatdırdı.
Dostları ilə paylaş: |