www.vivo-book.com
195
– Mən heç istəmirəm də. Gəlsənə, Terner tərsanəsinə
bir baş çəkək. Ağlıma bir fikir gəlib, bəlkə gərəyimiz oldu.
Biz tərsanəyə yollandıq, Çarli orda məni, sudan
çıxarılıb təmizlənmək və təmir üçün slipin
61
üstünə
qoyulmuş “Meri-Rebekka”ya tərəf apardı. Biz yüz qırx ton
yük qaldıran yastı dibli paroxoda yaxşı bələd idik, körfəzdə
heç bir şxunun yelkənlərinin ümumi sahəsi bu qədər deyildi.
Çarli əynində göy köynək olan qrot-qafelə donuz piyi
sürtən zorba şvedə müraciət etdi:
– Ole, işlər necədir?
Ole nə isə mızıldadı, işdən ayrılmadan qəlyanını
tüstülətməyə başladı. Körfəzdə şxun sürən kapitan da
dənizçilərindən geri qalmamaq üçün möhkəm işləməli
olurdu.
Ole Eriksen Çarlinin zənnini təsdiq etdi, təmir işləri
qurtaran kimi “Meri-Rebekka” San-Xoakin çayı ilə yuxarı,
Stoktona buğda daşımağa yollanacaqdı. Bu vaxt Çarli
61
Slip – gəmiləri qaldırıb kənara çəkmək üçün qurğu (Tərc. qeydi).
www.vivo-book.com
196
xahişini bildirdi, ancaq Ole Eriksen başını qətiyyətlə
tərpətdi.
Çarli onu dilə tutdu:
– Bir qarmaq, təkcə yaxşı bir qarmaq.
Ole Eriksen cavab verdi:
– Yox, bunu mən bacarmaz. “Meri-Rebekka”nın
qarmağı hər lənətə gəlmiş dayaz yer ilişib qalar. Mən “Meri-
Rebekka” itirmək istəməz. Olan-qalan bu.
Çarli onu inandırdı ki:
– Yox, elə deyil, yox. Biz qarmağın ucunu qayığın
dibindən keçirərik, içəridən qayka ilə bərkidərik. İşimizi
qurtarandan sonra anbara düşüb, qaykanı açıb, qarmağı
itələyərik. Sonra biz deşiyə taxtadan qayırılmış tıxac taxarıq,
sənin şxunun tam qaydasında olar.
Ole Eriksen uzun müddət dediyindən dönmədi, biz onu
yaxşıca nahara qonaq etdik, axırdan-axıra yola gətirdik.
O, nəhəng yumruğunu ovcunun içinə çırpıb dedi:
– Hə, nə edir et, sizi ildırım vursun! Bu qarmağı tələsik
düzəlt. “Meri-Rebekka” bu gecə suya gedər.
www.vivo-book.com
197
Şənbə günü idi. Çarli tələsməli idi. Biz tərsanənin
yaxınlığındakı dəmirçixanaya yollandıq. Orda Çarlinin
göstərişi ilə bizim üçün nəhəng, möhkəm əyilmiş polad
qarmaq düzəltdilər. Sonra biz tez “Meri-Rebekka”ya
qayıtdıq. Çıxarılan gilin keçdiyi iri gil quyusunun arxasında
deşik açdıq. Mən bayırdan ora qarmaq keçirtdim. Çarli isə
içəridən onu möhkəm qayka ilə çəkib bağladı. Biz işimizi
qurtaranda qarmaq şxunun dibindən bir futacan çıxmışdı. O,
oraq şəklində, ancaq ondan da iti əyilmişdi.
Axşama yaxın “Meri-Rebekka”nı suya saldılar, yola
düşmək üçün hər bir iş götürülmüşdü. Çarli və Ole axşam
səmasına diqqətlə baxırdılar görsünlər ki, sabah külək
olacaq ya yox; sahil küləyi əsməsəydi planımız baş
tutmayacaqdı. Onlar ikisi də belə nəticə çıxartdılar ki, bütün
əlamətlər adi gündəlik sahil küləyinin yox, güclü qərb
küləyinin demək olar ki, qasırğanın başlanacağını göstərir.
Ertəsi gün onların dedikləri yerini aldı. Günəş parlaq
işıq saçırdı, ancaq Karkinez körfəzində qasırğa küləyi əsirdi,
www.vivo-book.com
198
“Meri-Rebekka” qrotunda iki rif
62
, bir fokla
63
səfərə çıxdı.
Körfəzdə və Syunsan limanında bizi gəmi möhkəm atıb-
tutdu, ancaq tezliklə külək tutmayan yerə keçdik, külək
əvvəlki kimi yelkənlərə yaxşı dolsa da, sakitlik oldu.
Şip-Aylend mayakını keçəndə rif vasitəsilə gəmi
yelkənlərini yığışdırırdıq. Çarlinin göstərişi ilə iri balıqçı
stakseli
64
dikəltmək üçün hazır idi, dor ağacının başına
bağlanmış fok tapseli açıb elə qoymuşduq ki, istədiyimiz
vaxtda qaldıra bilərdik.
Biz yelkənləri kəpənək kimi açıb staksel sağ
tərəfimizdə, qrot solumuzda, küləyin istiqaməti ilə sürətlə
gedirdik, tezliklə qabaqda balıqçıların dəstəsini gördük.
Bütün çay göz baxdıqca, keçən dəfəki kimi, bizə kələk
gəldikləri gündə olduğu kimi başdan-başa qayıqlarla,
torlarla dolu idi. Sağ sahildə onlar gəmilər üçün ensiz keçid
qoymuşdular, qalan suyun üzü başdan-başa geniş açılmış
62
Rif – gəmi yelkənində ip keçirilən halqa, ilmək (Tərc. qeydi).
63
Fok – gəminin qabaq dorunda olan alt yelkən(Tərc. qeydi).
64
Staksel – üçbucaq çəp yelkən (Tərc. qeydi).
www.vivo-book.com
199
torlarla dolu idi. Biz sözsüz ki, bu ensiz yerdən keçməli idik,
ancaq sükanın arxasında durmuş Çarli “Meri-Rebekka”nı
düz torların üstünə sürdü. Ancaq bu balıqçıları narahat
etmədi, çünki çay yuxarı gedən gəmilərin gilinin üstündə
adətən, “altlıqlar” qalır, bunlar da torun üstündən sürüşüb
gedir, onlara ilişmir.
Biz torların ucundakı uzun sıra ilə düzülmüş qursaların
üstündən keçəndə Çarli dedi:
– İşləri bitdi!
Bu qursaların bir ucunda balaca bir çəllək – siqnal
üzgəci, o birisində isə içində iki balıqçı olan qayıq var idi.
Çəlləklə qayıq birdən sürətlə bir-birinə yaxınlaşmağa
başladı, balıqçılar bizim onları dalımızca sürüdüyümüzü
görüb ucadan qışqırmağa başladılar. İki-üç dəqiqə ötmüşdü
ki, biz ikinci, dalınca üçüncü toru dartırdıq, gəmi dəstəsinin
ortası ilə hərəkət edərək, torları bir-birinin dalınca qarmağa
ilişdirirdik.
Özünü itirmiş balıqçılar çaşbaş qalıb bizə baxırdılar.
Biz tora ilişincə, onun iki ucu da – siqnal üzgəci də, qayıq da
bir-birinə yaxınlaşır, bizim şxunun dalınca hərəkət edirdi,
Dostları ilə paylaş: |