www.vivo-book.com
185
Onların dəli kimi qaçdığını desək, bəs bizim
hərəkətimizə nə kimi ad vermək olardı? Biz, demək olar ki,
qanad açıb uçurduq. Bizim barkas suları dəlicəsinə elə
sürətlə bölürdü ki, gəminin yanlarının hər iki tərəfindən
köpüklənərək üç qüvvətli dik dalğalar axırdı, arxadan isə
üzərimizə sanki hər an gəmimizin üstünə tökülüb onu məhv
etməyə hazır olan daraqşəkilli dalğa gəlirdi. “Ox” titrəyir,
əsir, canlı bir varlıq kimi nərə çəkirdi. Bizim qaldırdığımız
külək tufanı, sürəti saatda qırx beş milə çatan qasırğaya
bənzəyirdi. Biz üzümüzü bu tufana tərəf tuta bilmirdik,
nəfəsimizi güclə dərirdik. Bu külək boruların ağzından çıxan
tüstünü düz geriyə – gəminin hərəkətinə düzbucaq şəkildə
dağıdırdı. Biz ekspress sürəti ilə cumurduq. Çarli sonradan
deyirdi: “Biz ox kimi uçurduq”. Bizim hərəkətimizi bundan
daha dəqiq şəkildə təsvir etmək olmazdı.
Yalikdəki italiyalılara gəlincə, mənə elə gəlirdi ki, biz
körpüdən aralanan kimi onları haqladıq. Biz onlara
yanaşmamışdan əvvəl barkasın hərəkət sürətini azaltmalı
olduq, buna baxmayaraq “Ox” onların böyründən qasırğa
kimi ötdü, biz italiyalılarla sahil arasında dövrə vurub geri
www.vivo-book.com
186
qayıtmalı olduq. İtaliyalılar ara vermədən avar çəkir, avarı
hər dəfə suya salanda skamyanın üstünə qalxır, biz onların
böyründən sürətlə ötəndə onlar Çarli ilə məni tanıdılar. Bu
onları lap çaşdırdı, onların qoçaqlığından əsər-əlamət
qalmadı. Onlar avarlarını sudan qaşqabaqla çıxartdılar.
Özlərini həbs etməyə icazə verdilər.
Biz sonradan körpüdə qələbə əldə etməyimizdən
danışanda Neyl Partinqton dedi:
– Çarli, bütün bunlar öz yerində, ancaq mən bir şeyi
başa düşə bilmirəm ki, sənin tərifi göylərə qaldırılan
fərasətin bu dəfə nədə imiş.
Ancaq Çarli bu dəfə də özünü itirmədi, soruşdu:
– Fərasət? – “Ox”a işarə edib dedi. – Bu gəmiyə bax!
Yox, sən bir yaxşı-yaxşı bax! Əgər belə gəminin ixtirası
fərasətin məhsulu deyilsə, bəs nədir? Söz yox ki, bu dəfəki
fərasət mənim deyil, ancaq o, öhdəsinə düşən işi gördü.
ÇARLİNİN BİCLİYİ
www.vivo-book.com
187
Bizim balıqçı patrulu qəzəblənmiş balıqçı dəstəsini bir
göz qırpımında həbs edəndə, ən gülməli, ən qorxulu işini
görüb qoçaqlıq göstərmişdi.
Çarli bu müvəffəqiyyəti zəngin balıq ovu, Neyl
Partinqton isə biclik adlandırdı. Mən bilən, Çarli bunların
arasında elə bir əsaslı fərq görmürdü, belə sayırdı ikisi də
bizim müvəffəqiyyətimizdir. Balıqçılarla bu çarpışma
balıqçılar üçün əsl Vaterloo döyüşü, balıqçı patrulunun
onlara yerində vurduğu ən ağır zərbə idi, çünki onlar qanunu
açıq-aydın, həyasızcasına pozurdular. Necə deyərlər,
“Mövsümün açıq” vaxtı balıqçılar qabaqlarına nə qədər
çıxdı, qayıqları nə qədər tutdu, o qədər də qızılbalıq ovlaya
bilərlər. Ancaq işdə mühüm bir məhdudiyyət var: şənbə
günü günbatandan bazar ertəsi gün çıxana qədər tor atmaq
qadağandır. Bu Balıq ovu komissiyasının ağıllı qərarıdır,
çünki balıqların kürü tökməsi vaxtı qızıl balıqlara çay yuxarı
üzməyə və kürünün mayalanmasına imkan vermək lazımdır.
Konserv zavodları və bazarda satmaq üçün qızılbalıq
ovlayan yunan balıqçıları bu qanuna bir dəfədən başqa
həmişə ciddiyyətlə əməl edirdilər.
www.vivo-book.com
188
Bir dəfə bazar günü Çarlinin dostu Kollinsvildən
telefonla zəng çalıb xəbər verdi ki, bütün balıqçı qəsəbəsi
dənizə çıxıb tor atır. Çarli ilə mən o dəqiqə qayığa atılıb
hadisə baş verən yerə yollandıq. Arxadan əsən yüngül
küləklə Karkinez körfəzini, Syujan limanını keçib, Şip-
Aylend mayakının böyründən dövrə vurub keçdik, bütün
balıq ovlayan gəmi dəstəsini iş başında gördük. Əvvəlcə,
icazə verin, onların nə kimi üsulla balıq tutduqlarını izah
edək. Onlar, necə deyərlər, qəlsəməli tor atırdılar. Bu, romb
şəklində halqalı adi tor idi, onun hissələri arasındakı məsafə
yeddi yarım düymdən artıq olmamalı idi. Belə torların
uzunu beş yüzdən yeddi yüzədək, hərdən də səkkiz yüz futa
qədər, eni isə bir neçə fut olur. Bu torları bir yerə bənd
etmirlər, axın boyu üzür, yuxarı ucu qarovulların vasitəsilə
suyun üzündə olur, aşağı ucunu isə qurğuşun qursalar suyun
dibinə çəkir.
Belə quruluşu olan tor axının qabağını şaquli kəsir;
çaya ancaq ən xırda-xuruş balığı buraxır. Qızılbalıq, adətən,
yuxarıda üzür, baş tərəfdən halqaya – kəməndə düşür,
köklüklərinə görə tordan keçə bilmir, geriyə də çəkiləndə
www.vivo-book.com
189
halqalara ilişən qəlsəmələri onlara mane olur. Belə tor atmaq
üçün iki balıqçı bəs edir, biri avar çəkir, o biri isə qayığın
arxa tərəfində ayaq üstə dayanaraq tələsmədən suya tor atır.
Köndələninə çaya tor atan balıqçılar torun bir ucunu qayığa
bağlayıb onunla axın boyu üzürlər.
Biz qanunu pozan balıq ovlayanlara yaxınlaşanda
onların torları bir-birindən iki yüz-üç yüz yard aralıda
atılmışdı, çay isə göz gördükcə başdan-başa qayıqlarla dolu
idi.
Çarli dedi:
– Bir şey pisdir ki, oğlan, mənim min əlim yoxdur ki,
onların hamısını birdən tutum. Belədə isə bir qayıqdan artıq
tuta bilmərik; başımız qarışınca qalanlar torlarını yığıb
aradan çıxacaqlar. Biz yaxına gəldik, həmişəki kimi nə
narahatçılıq, nə də qarmaqarışıqlıq hiss etdik. Əksinə, bütün
qayıqlar öz torlarının yanında sakitcə durmuşdular,
balıqçılar bizə heç məhəl qoymadılar. Çarli mızıldandı:
– Qəribədir. Bəlkə bizi tanımadılar?
Mən cavab verdim ki, ola bilməz, Çarli mənimlə
razılaşdı. Bizi yaxşıca tanıyan qayığı idarə edənlərin
Dostları ilə paylaş: |