www.vivo-book.com
190
gəmiləri
qarşımızda cərgələnib durmuşdular, buna
baxmayaraq, balıqçılar bizim qayığa elə laqeyd baxırdılar ki,
sanki biz ot daşıyan şalanda
60
, ya da ki, əyləncə yaxtası idik.
Ancaq biz yaxınlıqdakı tora yaxınlaşanda vəziyyət bir
qədər dəyişildi, onun sahibləri qayığı açıb, tələsmədən sahilə
doğru avar çəkməyə başladılar. Ancaq qalan balıqçılar
əvvəlki kimi heç narahat olmurdular. Çarli dedi:
– Doğrudan da, qəribədir. Hər nə isə, biz toru müsadirə
edə bilərik.
Biz yelkənləri yığdıq, torun ucundan yapışıb, onu
qayığa çəkməyə başladıq. Ancaq biz əlimizi tora uzadan
kimi böyrümüzdən güllə vıyıltı ilə keçdi, suda şappıldadı,
uzaqdan tüfəng atəşi ətrafa yayıldı. Sahilə çıxan dənizçilər
bizə atəş açırdılar. Biz təzədən əlimizi tora uzatdıq, yenə
güllə vıyıldadı, bu dəfəki güllə çox yaxından keçdi. Çarli
torun ucunu avar yerinə keçirdib oturdu. Güllə səsləri
kəsildi. Ancaq o, əlini tora uzadan kimi yenə atışma
başlayırdı.
60
Şalanda – dibi yastı barja (Tərc. qeydi).
www.vivo-book.com
191
– Heç nə eləmək olmaz. Uşaqlar, görünür, tor sizə
bizdən daha çox gərəkdir, alın, sizinki olsun.
Biz o biri qayığa tərəf üzdük. Çarli bir şeyi müəyyən
eləmək istəyirdi ki, görsün, doğrudanmı bu qanunun
mütəşəkkil pozulmasıdır, ya yox?!
Biz yaxına gələndə qayıqdakı balıqçılar da torları açıb
sahilə yollandılar, əvvəlki iki nəfər qayıdıb atdığımız toru
qayığa bağladılar. Biz ikinci tordan yapışan kimi üstümüzə
yenə güllələr yağdı, biz ancaq geri çəkiləndə atışma kəsildi,
üçüncü qayığın yaxınlığında da həmin hadisə təkrar olundu.
Tam müvəffəqiyyətsizliyə uğrayandan sonra öz
cəhdlərimizdən əl çəkib yelkənlərimizi dikəltdik, qayığı
külək əsən istiqamətə keçirib geriyə – Benişyaya qayıtdıq.
Bir neçə bazar günü keçdi, balıqçılar hər dəfə qanunu açıq-
aydın pozurdular. Silahlı əsgərlərsiz biz heç nə edə
bilməzdik. Balıqçıların bu yeni ixtirası ürəklərindən idi,
onlar bundan var qüvvələri ilə istifadə edirdilər, biz isə
onların öhdəsindən nə cür gələcəyimizi bilmirdik.
Bu ara Neyl Partinqton bir neçə həftə olduğu Aşağı
körfəzdən qayıtdı. İstridyə oğurlayan dəniz quldurlarının
www.vivo-book.com
192
üzərinə basqın edən cavan oğlan yunan Nikolas da onun
yanında idi, onlar ikisi də bizə kömək etməyi qərara aldılar.
Biz hərəkət planımızı dəqiqi müəyyənləşdirdik, sözü bir
yerə qoyduq ki, onlar sahildə pusqu düzəldərlər, Çarli ilə
mən torları çıxarmağa başlayanda qayıqdan çıxıb bizi
gülləyə tutan balıqçıları həbs edərlər.
Plan çox yaxşı idi. Hətta Çarli də onu təqdir etdi. Ancaq
yunanlar biz düşündüyümüzdən də hiyləgər imişlər. Onlar
bizi qabaqladılar, özləri sahildə pusqu düzəltdilər. Neyllə
Nikolası əsir aldılar, Çarli ilə mən torları yığmaq istəyəndə,
dövrəmizdə güllələr keçən dəfəki kimi vıyıltı saldı. Biz yenə
geri çəkilməli olduq, bu vaxt balıqçılar Neyllə Nikolası o
dəqiqə azad etdilər. Onlar çox pərt halda yanımıza
qayıtdılar, Çarli çox amansızcasına onlara sataşdı. Ancaq
Neyl də söz altda qalmadı, Çarlidən istehza ilə soruşdu ki,
onun tərifi göylərə qaldırılan fərasətinə nə oldu, niyə o
indiyədək heç nə fikirləşməyib.
Çarli söz verdi:
– İmkan ver, fikirləşərəm.
Neyl razılaşdı:
www.vivo-book.com
193
– Hər şey ola bilər, ancaq bir şeydən qorxum var ki, o
vaxtadək qızılbalıq qalmasın, sənin fərasətinin də heç kəsə
xeyri dəyməsin.
Baş verən hadisədən qanı qaralmış Neyl Partinqton
təzədən Nikolası da özü ilə götürüb Aşağı körfəzə yola
düşdü, Çarli ilə mən təzədən tək qaldıq. Bu o deməkdi ki,
bazar günü Çarlinin ağlına yaxşı bir fikir gəlməyincə, balıq
ovu öz qaydasında davam edəcək. Mən də yunanları tutmaq
üçün baş sındırırdım, biz sınaqdan puç çıxan minlərcə plan
qururduq.
Yunanlar isə burunlarını dik tutaraq yeriyir, özlərinin
qələbələri ilə hər yerdə öyünürdülər, bu isə bizi daha artıq
alçaldırdı. Tezliklə bir şey hiss etdik ki, balıqçılar arasında
bizim nüfuzumuz açıq-aydın düşür. Biz məğlub olmuşduq,
balıqçılar bizə hörmət etmirdilər. Hörmət ki, aradan
götürülmüşdü, bizə sataşırdılar. Çarliyə “Qoca arvad”, mənə
də “Südəmər” deyirdilər. Vəziyyət get-gedə lap çıxılmaz
olurdu, hiss edirdik ki, nüfuzumuzu əvvəlki zirvəyə
çatdırmaq üçün yunanlara qəti zərbə endirməliyik.
www.vivo-book.com
194
Bir səhər ağlımıza yaxşı bir fikir gəldi. Biz çay
gəmilərinin lövbər saldıqları körpüdə idik. Ayağında boğazı
hündür dənizçi çəkməsi olan, üz-gözü şişmiş bir cavan oğlan
yükdaşıyanlara və avaralara başına gələn qəzalardan
danışırdı. Bu həvəskar balıqçı özünün dediyinə görə, Berkli
yaxınlığında balıq ovlayırmış ki, yerli bazarda satsın. Berkli
Aşağı körfəzdə Benişyanın otuz milliyində idi. Keçən gecə
o, tor atıb öz qayığında mürgü vururmuş. Səhər yuxudan
oyanır, gözlərini açır, görür ki, onun qayığı yavaşca
Benişyadakı gəmi körpüsünə toxunur, “Apaş” paroxodu
gözünün qabağındadır, iki dənizçi onun torunun qalıqlarını
paroxodun çarxından açır. Demək, o, yuxuya gedəndə
qayığın fənəri sönübmüş, “Apaş” düz onun torunun
üstündən keçibmiş. Tor parça-parça olsa da, paroxodun
çarxına möhkəm ilişmiş, qayığı dalınca otuz mil sürüyüb
dartıbmış.
Çarli böyrümə bir dürtmə vurdu. Mən o dəqiqə onun
fikrindən keçənləri başa düşüb etiraz etdim:
– Biz axı paroxod icarəyə götürə bilmərik.
O cavab verdi.
Dostları ilə paylaş: |