Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

 
137 
man  və  publisistik  əsərlər  yaranmışdır.  Belə  ki, 
Ə.Əmirlinin «Meydan», İ.Məlikzadənin «Qırmızı şey-
tan»,  Nigarın  «Daş  hasar»,  S.Səxavətin  «Nekroloq», 
S.Həsənlinin  «İmperiya»,  S.Rüstəmxanlının  «Dünya 
təmizlənir»,  Firuz  Mustafanın  «Ölümə  açılan  qapı», 
Əli  Həsənlinin  «Nəslin  qiyamı»  və  s.nümunə  göstər-
mək olar. 
S.Əhmədlinin  «Kef»,  «Ömür  urası»,  «Axirət 
sevdası»  kimi  əsərlərində  daha  çox  sənədliliyə,  real 
həyat  hadisələrinə,  olmuşlara,  hazırda  olanlara 
söykənilir,  bu  da  dövrümüzün  reallığı  və  bəlkə  də 
müəyyən bir təmayül və ya tendensiyasıdır. 
Ç.Abdullayevin  «Bankirin  ölümü»,  «Günəş 
altında  zülmət»  kimi  fantastik  romanları  da  qeyd 
oluna bilərlər. 
Gənc nasir - dramaturq Elçin Hüseynbəyli «Nəsr 
və dramaturgiyamız 6 ildə» məruzəsində iqrar edir ki, 
bədii  nəsrimizin  yaradıcılarının  bütün  nəsillərinin 
xeyli  fəallıq  göstərmələri,  gözəl  əsərlər  araya-ərsəyə 
gətirmələri  ayrıca  qeyd  olunur.  60-cı  illərdə  nəsrə 
gələn Anar, Elçin, Ə.Əylisli, S.Əhmədli, 70-ci illərdə 
bu  sahədə  qələmlərini  uğurla  sınayan  A.Məsud, 
S.Səxavət,  M.Oruc,  A.Abbas  və  b.  göstərmək  olar. 
Hətta Anarın «Azərbaycançılıq haqqında düşüncələr» 
essesini 
60-cılar 
nəslinin 
manifesti 
kimi 
qiymətləndirmək  olar.  Müəllifin  («525-ci  qəzetdə») 
dərc etdirdiyi «Ağ qoç, qara  qoç» povesti ədibin son 
illər yazdığı ən yaxşı əsərlərindən sayıla bilər. 
Anarın  bədii  nəsrinin  əsas  mahiyyəti,  ruhu  və 
istiqaməti,  mövzular  aləmi,  tənqid  obyekti  barədə 
Azərbaycan  tənqidinin  vicdanı  akademik  M.Arif 


 
138 
yazmışdır:  «Anarın  hekayələrində  fövqəladə  hadisə-
lərə,  igidlik, şücaət, qəhrəmanlıq göstərmək  iddiasın-
da olan adamlara rast gəlmirik. Onun personajları çox 
adi  adamlardır:  əsasən  teatr,  kino,  radio,  mətbuat 
işçilərindən ibarət olan bu adamların bir- biri ilə əlaqə 
və münasibətləri də çox adi əlaqə və münasibətlərdir. 
Lakin bu gündəlik adi adamların həyatını, şəxsiyyətini 
yazıçı usta bir kinooperator kimi elə nöqtədən, elə bir 
işıqla  təsvir  edir  ki,  oxucu  orada  adilikdən  kənara 
çıxan çox şeylər görür». 
Müdrik  tənqidçinin  bu  mülahizələri  özünü  son-
rakı illər üçün də doğrultdu. 
Gözəl  komediya  ustası,  həm  də  nasir  Sabit 
Rəhman  da  vaxtilə  Anarın  «Molla  Nəsrəddin  -  66» 
hekayələr  silsiləsinə  yazdığı  ön  sözdə  qeyd  etmişdi: 
«0, duzlu, maraqlı hekayələr yazır, təsvir etdiyi adam-
ların  psixoloji  aləmini  göstərməyi,  hadisələrin 
dərinliyini  təsvir  etməyi  sevir.  Bu  da  Anarın 
yaradıcılığının seçilən xüsusiyyətlərindəndir, ancaq ən 
mühümü  deyil.  Ən  mühümü  onun  yaradıcılığındakı 
yumordur.  Doğrudan  da,  yazıçının  «İlin  fəsilləri, 
yaxud  qovluğun  içindəkilər»  özünün  dediyi  kimi, 
«Sənədli  fantaziya»  hekayəsi,  «Qırmızı  limuzin, 
vahimə  hekayəsi» (Marlen  Məmmədov, Limuzindəki 
adam) və s. – bunları Elçinə də şamil etmək olar. Bu 
illərdə  Elçinin  də  xeyli  əsərləri  çap  olunmuşdur. 
Bunlardan, xüsusilə, «Ədəbi düşüncələr» essesi, Afaq 
Məsudun  «Suiti»  adlı  İmperiya  haqqında  duyğu  və 
qeydlərini də göstərmək olar.  
Sözügedən  illərdə  povest  janrı  da  kifayət  qədər 
məhsuldar  olmuşdur.  Ümumiyyətlə,  epik  növün  bu 


 
139 
orta  janrı  bizim  ədəbiyyatımızın  ən  aparıcı 
formalarından  biri  sayılır.  Ona  görə  də  bu  janrda 
demək olar ki, istisnasız olaraq, nasirlərimizin hamısı 
qələmini  sınamışdır.  Bu  baxımdan,  Ə.Hacızadə, 
N.Nazimin,  Y.Kərimovun,  Ə.Tərlanın  əsərlərinin, 
V.Sultanlının  «Ölüm  yuxusu»,  Hüseynbala  Mirələ-
movun «Xəcalət», S.Avşarlının «Gavur», Anarın «Ağ 
qoç,  qara  qoç»,  Ə.Əylislinin  «Əylisdən  Əylisəcən» 
sənədli  bioqrafik  əsəri,  A.Abbasın  «Çadırda  Üzeyir 
Hacıbəyov  doğulmaz»,  Vəliş  Qaragölün  «Bir  cüt 
hörük», Ə.Cəfərzadənin «Bəla», Kamil Əfsəroğlunun 
«Hamam  hamam  içində»,  Elçin  Hüseynbəylinin 
«Əsirlər», Y.Novruzovun «Qayıdış» (sənədli povesti), 
Tamara  Vəliyevanın  «Xəyanət»,  «Çəlikli  qoca», 
«Çirkab»,  Məmməd  Orucun  povestləri,  Əlabbasın 
«Güdaz» və onlarla digər əsərin adlarını çəkmək olar, 
lakin  bunların  hamısından  bəhs  etmək  mümkün 
deyildir. 
Ona görə də  müstəqillik dövrünün bədii nəsrinə 
dair  müşahidə  və  düşüncələrimizi  yekunlaşdırarkən, 
bir  sıra  təklif,  irad,  arzu  və  istəklərimizi,  necə 
deyərlər, giley– güzarımızı da bildirmək istərdik. 
Təklif,  irad,  arzu  və  istəklərimiz,  elə  bil  ki, 
Füzuli  demiş,  nəsrin  bazarı  da  tematika  cəhətindən 
kasadlıq  keçirir,  nəsrimiz  bəzən  qlobal,  konseptual 
problemlərdən  uzaqlaşaraq  öz  qınına  qapılır,  onun 
üstündən  bir  iy,  mətbəx  qoxusu,  giley-güzar,  dedi-
qodı iyi gəlir. 
Əmək,  zəhmət  adamlarının  bədii  portretlərini 
yaratmaq,  onların  əməyinin  poeziyasını  cəsarətlə 
ədəbiyyata gətirmək kimi, indi bəyənmədiyimiz sovet 


 
140 
dövrü  ədəbiyyatında  bir  qədər  ziyadəlik  olsa  da,  hər 
halda,  gözəl  nümunələri  olan  bu  xeyirli  işi  unutmaq 
ədalətsizlikdir.  Ona  görə  də  boşuna,  mənasız-
məzmunsuz, insanın nə hiss və duyğularına, nə də ağıl 
və şüuruna təsir etməyən əsərlər efir və ekranda, dövri 
mətbuatda baş alıb gedir. 
İllər  boyu  faşist  ermənilərilə  cəng-cidalda  olan 
bir  məmləkətin  yazıçısı  bir  an  belə  müharibə 
mövzusunu,  hərbi  vətənpərvərlik  problematikasını 
unutmamalıdır.  Necə  olur  ki,  Sovetlər  Birliyində 
olduğumuz illərdə müharibə haqqında, onun fəlsəfəsi 
barədə  fəlsəfi  şeirlər,  hekayələr,  povest  və  romanlar 
yarandığı halda, indi hadisələri kənardan seyr etməklə 
kifayətlənirik.  İndi  bizim  bu  mövzuya  həsr  olunmuş 
az-çox  yaranan  əsərlərdə  də  bir  vayqanlılıq,  pessi-
mizm,  sınıqlıq,  yadlıq  hiss  edilməkdədir:  «Ağla  qə-
rənfil, ağla!» Halbuki, şair demiş – biqeyrət edər ağla-
maq insanı deyərlər. Yeri gəlmişkən, onu da bildirmə-
liyik  ki,  bizə  vətənpərvərlik  ruhu,  qəhrəmanlıq,  cən-
gavərlik  pafosu  ilə  seçilən  çoxlu  əsərlər  lazımdır. 
Təsadüfi  deyil  ki,  böyük  Sabirin  özü  vəcdə  gələrək, 
məşhur «Səttarxan» qəhrəmanlıq şeirini yazmışdı. Bu, 
onun  bütün  külliyyatında  yeganə  şeirdir  ki,  qəhrə-
manlığa həsr edilmişdir:   
 
Haqq mədətkar oldu Azərbaycan ətrakına. 
Ali Qacarın protest etdilər. Zohhakına! 
 
Bir  narahatlığımız  da  ondan  ibarətdir  ki,  vaxtilə 
neft  akademiyası  adlandırılan  Bakı  nefti  «qara  qızıl» 
haqqında  da  yazılmır,  ümumiyyətlə,  ədəbiyyatımızın 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə