Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

 
212 
T.  Əbdülhəsənlinin  «Osman  Sarıvəllinin  siyasi 
lirikası» adlı məqaləsində isə  müasir ədəbiyyatımızın 
klassiklərindən  sayılan  şairin  yaradıcılığı  hərtərəfli 
tədqiqat  obyektinə  çevrilir.  O.  Sarıvəllinin  Cənub 
şeirlərindən  danışarkən  müəllif  qeyd  edir  ki,  şairin 
poeziyasına  məxsus  həyatilik,  konkretlik,  xəlqilik, 
inqilabi  ruh,  haqq  işi  uğrunda  mübarizəyə  çağırış  və 
başdankeçərlik  bu  əsərlərin  də  lirik  qəhrəmanını 
səciyyələndirən başlıca amildir. 
Kitabda haqlı olaraq o da vurğulanır ki, O. Sarı-
vəlli öz lirik qəhrəmanını ucalığa, ülviliyə, yüksəkliyə 
qaldırmağı  bacarır.  Bir  neçə  onillik  öncə  yazılmış 
«Misirli  qardaşlar»  poemasının  lirik  qəhrəmanı  fikri-
mizə əyani sübut ola bilər. Əsər öz azadlıığı və istiq-
laliyyəti  uğrunda  döyüşən  Misir  xalqının  müstəmlə-
kəçilərə qarşı ölüm-dirim mübarizəsinə həsr edilib. 
Kitaba  B.Vahabzadənin,  C.Novruzun,  S.  Rüs-
təmxanlının,  S.  Tahirin,  habelə  müasir  şeirimizin  di-
gər  görkəmli  sənətkarlarının  ictimai-siyasi  lirikasına 
həsr edilmiş ədəbi-tənqidi məqalələr, resenziyalar da-
xil  edilmişdir.  Bu  məqalə  və  resenziyalar  maraqla 
oxunur,  müəllifin  tədqiqat  obyektinə  və  siyasi  lirika-
mıza  dərindən  bələdliyindən,  təhlil  imkanlarının  ge-
nişliyindən xəbər verir. 
Müəllifin 20 yanvar faciəsinə, qan  yaddaşımıza, 
azərbaycanlıların  deportasiyasına  həsr  olunmuş  yazı-
ları da maraqla oxunur və yadda qalır. 
Bu  da  görünur  onunla  bağlıdır  ki,  T.  Əbdülhə-
sənli  qələmə  aldığı  mövzunu  hərtərəfli  öyrənmiş,  bu 
yanğını ürəyindən keçirmiş, sonra isə ağ vərəqlər üzə-
rinə köçürmüşdür. 


 
213 
Mən  heç  şübhə  etmirəm  ki,  tədqiqatçı,  jurnalist 
T.Əbdülhəsənlinin  bu  kitabı  oxucular  tərəfindən 
rəğbətlə qarşılanacaq və uğur qazanacaqdır. Tələbəmin 
bu uğurunu qabaqcadan görürəm. 
 
1998 


 
214 
 
 
BƏDİİ NƏSRİN 
ANALİTİK TƏHLİLİ 
 
Tədqiq  olunduqca  tükənməyən,  daxili  aləminin 
dərinliyi  ilə  bəşər  elminin,  ədəbiyyat  və  incəsənətin 
əzəli və ədəbi mövzularından olan insan konsepsiyası 
zamandan-zamana  adladıqca  mürəkkəbliyini,  ziddiy-
yətli  dünyasını nəinki  zəiflətmiş, əksinə daha da  tək-
milləşdirərək aktual-bəşəri tədqiqat obyekti olduğunu 
qoruyub    saxlamışdır.  1960-1990-cı  illər  ədəbiyyatı, 
xüsusilə  bədii  nəsrimiz  bunu  bir  daha  təsdiq  etdi. 
Zamanın tələbi, ədəbi-bədii inkişafın məntiqi davamı 
olan  60-90-cı  illər  nəsri  çevikliyi,  həyata  fəal  və 
prinsipial  müdaxiləsi,  ümumən  forma  və  məzmun 
təzəliyi  ilə  ədəbi-bədii  qanunauyğunluğun  tam  yeni 
faktı  və  xüsusi  mərhələsi  kimi  sürətlə  irəli  çıxdı.  Bu 
az  bir  zaman  kəsiyi  «yeni-psixoloji  nəsr»  adını 
qazandı  və  özünün  orijinal  dəsti-xətti,  prinsipial 
mövqeyi,  kamil  müşahidə  qabiliyyəti  olan  nasirlərini 
yetişdirdi.  50-ci  illərdən  başlayaraq  ədəbiyyata  gələn 
yeni  nəsr  nümayəndələrinin  özləri  də  kamil  kəşflər, 
eksperimentlər,  uğurlar  mərhələsinin  nasirləri  kimi 
tanındılar.  Mənəvi-əxlaqi  dəyərlərə  sahib  olan  pak 
insan  uğrunda  axtarışlar  60-90-cı  illər  ədəbi 
mərhələsini tam əhatə etməklə, həmin illərin nasirləri 
üçün də aktual, əzəli və əbədi mövzu oldu. Bu nasirlər 
kamil  insan  axtarışlarında  prinsipiallıq,  mövqe 
möhkəmliyi,  müşahidə  sərbəstliyi  nümayiş  etdirdilər. 
Böyük  məsuliyyət  hissi  ilə  milli  dəyərləri,  müasir 


 
215 
tələb  və  ehtiyacları,  insanlıq  qanunlarını,  milli    adət-
ənənələri əsas ölçü vahidi kimi önə çıxardılar, müasir 
günləri  düşünə-düşünə  irəliyə  –  gələcəyə  baxdılar. 
Sənətkar  bacarığı  və  imkanlarını  Vətənə,  ana  dilinə, 
türkçülüyünə,  dininə  və  millətinə  böyük  məhəbbəti 
olan insan axtarmağa və tapmağa yönəltdilər. Ədəbiy-
yata  yeni  ab-hava  gətirən  fədakar-kamil    sənətkarlar-
dan  biri  də  İsi  Məlikzadə  oldu.  Bu  gözəl  yazıçı  az 
yaşadı,  lakin  zəngin  bir  ədəbi-bədii  irs  qoyub  getdi. 
Əlli  hekayəsi,  on  doqquz  povesti,  iki  romanı  ilə  69-
90-cı  illər  nəsrində,  ümumən  Azərbaycan  ədəbiyyatı 
tarixində şərəfli bir yer tutdu. Geniş oxucu kütləsinin, 
nəsr sevənlərin dərin hörmət və məhəbbətini qazandı. 
Bu görkəmli nasirin ayrı-ayrı əsərləri  haqqında  qəzet 
və  jurnal  səviyyəli  bir  neçə  məqalə  yazılsa  da,  çox 
təəssüf  ki,  indiyə  qədər  onun  yaradıcılığı  sistemli, 
ardıcıl şəkildə hərtərəfli tədqiqata cəlb olunmamışdır. 
Nə  yaxşı  ki,  müasir  tənqid  və  ədəbiyyatşünaslığın 
vəzifə  borcu  olan  bu  işi  gənc  istedadlı  tədqiqatçı 
Sevinc Abasova öz üzərinə götürdü, həm mərhum İsi 
Məlikzadənin  özünə  layiq,  həm  də  müasir  filoloji 
fikrin tələb və prinsiplərinə cavab verən gözəl bir əsər 
yazdı. Bu monoqrafiyada yalnız İsi Məlikzadə irsi ilə 
ətraflı  –  sistemli tanış  olmaq  üçün  deyil, həm də  60-
90-cı  illər  nəsrinin  aktual  problemlərini,  «yeni- 
psixoloji  nəsr»  anlayışının  məna  və  məzmununu, 
xarakter  və  funksiyasını  aydın  dərk  etmək,  o  illərin 
ədəbi prosesi, nəsr mərhələsi haqqında tam təsəvvürə 
gəlmək  üçün  zəngin  material  vardır.  Başqa  sözlə 
desək, tədqiqatçı İsi Məlikzadənin bədii irsini ayrıca, 
təcrid  olunmuş  şəkildə  deyil,  həmin  dövrün  bütöv 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə