Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

 
222 
təsir  daha  güclüdür.  Tədqiqatçı  əvvəlcə  ədibin  xatirə, 
nağıl,  əfsanə,  ümumən  xalq  ədəbiyyatı  motivlərindən 
geniş  və  səmərəli  istifadəsindən,  bu  sahədə  göstərdiyi 
sənətkarlıqdan  bəhs  edir.  Xüsusi  məhəbbətlə  yazır  ki, 
povestin  ideal  qəhrəmanı  Gümüşgöldür,  bir    də  insanın 
varlığını, mövcudluğunu təyin edən, mənəvi kamilliyə işıq 
salan  məhəbbətdir.  Bu  tezis  povestin  təhlili  boyu  ətraflı 
şəkildə şərh edilir.  
Monoqrafiyada  ədibin  iki  romanının  təhlili  xüsusi 
yer  tutur.  «Alovlu  qış»  o  zaman  yazılmışdı  ki,  «sosialist 
realizmi»  bütün  gücü,  təsiri,  bütün  əzəmətilə  fəaliyyətdə 
idi.  Buna  baxmayaraq  İsi  Məlikzadə  imkan  daxilində  bu 
təsirdən  qaça  bilmiş,  hadisə  və  obrazlara  münasibətdə 
milli  mövqedə  durmağa  ciddi  cəhdlər  etmişdir.  Bu  cəhət 
romanın  bəzi  obrazlarının  təcəssümündə  xüsusilə  Xıdır 
bəy  surətində  aydın  nəzərə  çarpmaqdadır.  Torpaqları, 
malı, mülkü əlindən alınmış Xıdır bəy bolşevikləri işğalçı 
adlandırarkən  o  illərin  reallığını  əks  etdirən  tutarlı  və 
konkret  faktlar  gətirir.  Sovet  hökumətinə  ümumxalq 
nifrətinin səviyyəsini göstərən dəlillərlə çıxış edir: «...Bizi 
yalquzağa  döndərmisiniz,  ev-eşiyimizdən  didərgin  salmı-
sınız... Məktəb elədiyiniz bərli-bəzəkli otaqlar mənim ata-
mındır. Onlar mənə də  qalmalıdır. Atamın varisi  mənəm, 
Şura  hökuməti  deyil.  Əgər  mən  bu  hayıfı  yerdə  qoysam 
heç  Xıdır  bəy  deyiləm».  Tədqiqatçı  «Alovlu  qış»dakı 
surətlərin  təhlilində  xüsusi  məharət  göstərir.  Həmid  bəy, 
Tərs Nəsib, Bəhlul Ziya, Məhbubə və digər obrazlar hissi, 
idrakı  səviyyəsi,  təsir  gücü  böyük  olan  roman  haqqında 
xoş  təəssüratlar  oyadır.  Tədqiqatçı  məzmunlu,  orijinal 
təhlilləri  ilə  monoqrafiyada  səliqəli  bir  sistem,  tərz 
yaratmışdır.  Monoqrafiyada  S.Abasova  obrazlara  yalnız 
özlərinə  gərəkli  olan  fərdi  insanlar  kimi  baxmır,  onları 
həm də cəmiyyətə, yaşadığı günlərə aydınlıq gətirən canlı 


 
223 
varlıqlar  kimi  qiymətləndirir.  Göstərir  ki,  «O  illər  üçün 
tipik olan Tərs Nəsib İsi Məlikzadə yaradıcılığında bir növ 
təzə  surətdir.  Bu  obrazla  bağlı  yazıçı  mövqeyi  aydındır, 
hətta  realist  final  da  məlumdur.  Obrazın  həyat  tərzini, 
hissi,  idrakı  düşüncələrini  əsaslandıra  bilən  səhnələrin 
təsiri  də  oxucunu  qane  edir,  inandıra  bilir.  Yazıçı  Tərs 
Nəsibin xarakterini açmaq üçün seçdiyi həyat materialının 
özünü  də  kənd  insanlarının  adət-ənənələrindən,  Daşlığın 
təbiəti  və  şəraitindən,  o  illərin  gərgin,  dramatik 
vəziyyətindən  təcric  olunmuş  şəkildə  deyil,  məhz  ümumi 
kənd  psixologiyası  ruhunda,  ictimai  siyasi  hadisələrin 
əhatəsində  götürür,  Nəsibin  «tərslik»  mövqeyinə  çatana 
qədərki həyat tərzini real boyalarla əsaslandıra bilir. Nəsib 
bir  növ  öz  tərsliyi  ilə  mühitə,  mövcud  şəraitə  nifrət  edən, 
özünün,  ailəsinin  məhvi  ilə  cəmiyyətdən  intiqam  almaq 
istəyən,  daxilən  ikrahçı,  inkarçı  və  üsyançıya  çevrilən 
insan tipinin yeni faktıdır».
 
«Alovlu  qış»dan  bəhs  edən  tədqiqatçı  romanla 
bağlı  deyilmiş  iradlara  da  yüksək  mədəniyyətlə 
münasibət  bildirir.  Fikirlərini  əsaslandırmaq  üçün 
konkret  faktlar  gətirir,  inandırıcı  müqayisələr  aparır. 
Tədqiqatçı  romanın  nöqsanlarını  deyərkən  reallığa, 
düzlüyə  istinad  edir.  Hissiyata  qapılmadan,  eyni 
səviyyədə əsərin nöqsan və məziyyətlərini qeyd edir. 
«Qırmızı  yağış»  romanından  da  eyni  məhəbbət 
və  prinsipiallıqla danışır. Roman sadə zəhmət adam-
ları  haqqında  yazılan  ibrətamiz  dastanlara  bənzəyir. 
İsi Məlikzadə insan - iş - əmək - zəhmət - təsərrüfat - 
məşğuliyyət  məsələləri  ilə  bağlı  düşüncələrini,  dövr, 
zaman,  şərait  anlayışları  süzgəcindən  keçirərək 
ümumiləşdirməyə  çalışır.  Babalardan  oğullara, 
oğullardan  nəvələrə  keçən  və  bu  minvalla  davam 


 
224 
edən, yaşayan, inkişaf edən həyat gedişatı haqqındakı 
mülahizələrini Yaşılxan dədə, Ələm, Umud, Əhəd və 
digər  obrazlar  vasitəsilə  oxucularına  çatdırır.  Təd-
qiqatçının  məharəti  ondadır  ki,  o,  ədibin  bu  məqsəd 
və  qayəsini  dərindən  duya  bilmiş,  təhlillərini  həmin 
istiqamətə  yönəltmişdir.  Odur  ki,  monoqrafiyada 
«Qırmızı  yağış»ın  təhlili  öz  orijinallığı,  dil-üslub 
aydınlığı, müəllifin hökmlərinin məntiqliyi ilə diqqəti 
cəlb edir. 
Tədqiqatçı  «Qırmızı  yağış»dan  çıxış  edib  İsi 
Məlikzadənin  «insan  və  təbiət»lə  bağlı  mövqeyini 
düzgün şərh edir. Haqlı yazır ki, «Romanda Yovşanlı 
kəndi,  Çalbayır  yaylağı,  Fərməs  təpəsi,  Yüzbulaq, 
Murad  təpəsi,  Xanım  dərəsi,  Qarqar  çayı  və  s.  haq-
qında  ədibin  izahatlarında  kəndə,  torpağa,  el-oba 
adətlərinə,  qədim  yurd  mədəniyyətinə  bağlılığı, 
məhəbbəti  açıq  hiss  olunur.  Ələmin  Tanrıquluya 
dediyi  «Mayamız  orada  tutulub...»  fikrində  çox 
mətləblər gizlənir». 
Monoqrafiyada  xüsusi  məhəbbətlə  işlənmiş 
fəsillərdən biri İsi Məlikzadənin sənətkarlığından bəhs 
edən  hissədir.  Bu  hissə  öz  orijinallığı,  lakonikliyi, 
elmi-nəzəri  səviyyəsilə  diqqəti  cəlb  etdiyi  kimi, 
poetika  məsələlərinə  yeni,  müasir  baxış,  ümumən 
sənət  və  sənətkarlıq  baxımından  da  aktual  səslənir. 
Tədqiqatçı 
İsi 
Məlikzadənin 
nəsr 
dilindən, 
üslubundan ədəbi-bədii kateqoriyalara, müasir filoloji 
fikrin tələblərinə  əməl  və riayət  etməklə danışır. Onu 
60-90-cı  illərin  ən  uğurlu  nəsr  dillərindən,  ən  kamil 
bədii  üslublardan  biri  hesab  edir,  İsi  Məlikzadənin 
zərif,  incə,  ovsunlu,  möcüzəli  nəsr  dilinin  sehrindən 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə