216
kontekstində alaraq yeri gəldikcə müqayisələr,
paralellər aparmışdır. Ona görə də bu əsərdə, eyni
zamanda, 60-90-cı illər nəsr mərhələsinə münasibət
məsələlərinə toxunulur. Ən əsası isə o illərdə İsi
Məlikzadə nəslinə mənsub olan dəyərli əsərləri ilə
«psixoloji nəsr» anlayışına aydınlıq gətirən digər
yazıçıların da ayrı- ayrılıqda tədqiqata cəlb olunmaq
haqları müdafiə olunur. Monoqrafiyada elmi sistem
və ardıcıllığa lazımınca riayət olunmuşdur. Fəsillər,
başlıq və yarımbaşlıqlar arasında olan məntiqi əlaqə
və bağlılıq, elmi-nəzəri ədəbiyyata yanaşma, ona ob-
yektiv, prinsipial münasibət, tədqiq olunan xam ma-
teriallardan səmərəli istifadə etmək taktı, ümümiləş-
dirmə bacarığı, mülahizə, müsahibə, polemika mədə-
niyyəti əsərin forma, məzmunu və ümumi məziyyət-
ləri haqda çox şey deyir. Monoqrafiya bütövlükdə
müəllifin tədqiqatçılıq bacarığı, üslubu, aydın, səlis
dili, elmi-nəzəri səviyyəsi, erudisiyası barədə xoş
təəssürat oyadır. Ona görə də monoqrafiyada İsi
Məlikzadənin sənətkar portreti çox aydın görünür.
Tədqiqatçı 60-cı illər nəsrini ədəbiyyatımızda bir
nov «dönüş, sıçrayış» hesab etməkdə tamamilə
haqlıdır. Həqiqətən də həmin illər nəsri dil-üslub,
bədii mündəricə, poetika baxımından Azərbaycan
ədəbiyyatının zəngin ənənələri ilə bağlı olsa da,
xüsusi bir dönüş mərhələsi özünəməxsus ictimai-
estetik zəminə, qanunauyğun prinsiplərə malik idi. Bu
illərin nəsrində geniş yer tutan problemlərdən biri
«ictimai və fərdi mühit əhatəsi formalaşan daxili
dünyası mürəkkəb, qəribə, eyni zamanda pak, təmiz
olan narahat həyəcanlı təbiətə malik insan problemi
217
idi. Bu problemin əhatə dairəsi geniş, çoxcəhətli olsa
da, bədii nəsrdə onun fərdi və sosial keyfiyyətlərini
şərtləndirən bir neçə tipini araşdırmaq istiqamətində
axtarışlar aparılırdı». Məqsəd bir idi. Kamilliyi, mənəvi-
əxlaqi dəyərləri şərtləndirən humanizmin daşıdığı dərin
məna yükünün zəngin, toxunulmamış əhatə dairəsi,
psixoloji məqamlarını üzə çıxarmaq, sabahın insanı kim
olmalı sualına məntiqi cavab vermək idi. Bu da
ümumilikdə insan anlayışını diqqət mərkəzinə çəkirdi.
Burada, vəzifəsindən, cinsindən, ixtisas və sənətindən
asılı olmayaraq bütün insanlar eyni hüquqlu olduğu
kimi qəbul olunurdu. Bu xəttə mənəvi-əxlaqi cəhətdən
kamil olanlar və yaxud bu yola can atanlar daha tez
düşürdü. 60-90-cı illər nəsrinin daha çox adi, sadə,
sıravi adamlardan başlanması bununla əlaqədar idi.
Böyük qırğız yazıçısı Ç.Aytmatovun yeni mərhələni
«sənətkarı özünə qayıtmağa, xalq həyatını dolğun təsvir
etməyə çağıran» adlandırması, xalq məfhumunu
xüsusilə qabartması da ümumiyyətlə insan konsepsiyası
ilə bağlı idi.
Monoqrafiyada bu məsələlərin geniş elmi şərhi
faktik materiallar əsasında verilir. Müəllif, İsi Məlikza-
dənin nəsrindən çıxış edərək kamil insan konsepsiya-
sının qoyuluşu, ona münasibət və yeni obrazlar aləmi ilə
bağlı həmin illərin nəsri haqqında ağlabatan, ümu-
miləşdirici mülahizələr söyləyir, fikirlərini həm ədəbi
prosesdən, həm İsi Məlikzadədən gətirdiyi tutarlı
misallarla əsaslandıra bilir. Monoqrafiyada ilk dəfə
olaraq İsi Məlikzadənin elmi tərcümeyi-halı verilir.
Belə hesab edirik ki, monoqrafiyanın elmi-nəzəri
yeniliyi ilə yanaşı böyük təcrübi əhəmiyyəti də vardır.
218
Ədibin hekayə yaradıcılığından danışan müəllif
əvvəlcə bu kiçik janrın geniş imkanlarını qeyd edir.
Böyük hekayə ustadlarından gətirdiyi misallarla sübut
edə bilir ki, hekayə bədii nəsrin bünövrəsi olmaqla
yanaşı, epik janrın digər sahələrinə də istiqamət vermək
gücünə və imkanına malikdir. Onore de Balzak, Gi de
Mopassan, İ.S.Turgenev, A.P.Çexov, C.Məmmədqulu-
zadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Mir Cəlal ki-
mi böyük ustadlar yetişdirən bu kiçik janr İsi Məlikzadə
üçün ilk bədii qaynaq, nasirlik vəsiqəsi olmuşdur. Təd-
qiqatçı İsi Məlikzadənin müxtəlif vaxtlarda çap olunan
kitablarında toplanan hekayələri haqda geniş izahatlar
verir, müqayisələr aparır, hekayə qəhrəmanlarının müa-
sir şəraitlə uyğunluğu və bağlılığını tutarlı misallarla
əsaslandırır. İsi Məlikzadənin fəal müasir nasir olması,
zəngin mövzular aləmi haqda qənaətlərini ədəbi-bədii
misallarla möhkəmlədə bilir. Müəllif yazır: «Mövzu
rəngarəngliyi, problem çoxluğu İsi Məlikzadə
hekayələrinin əsas cəhətlərindəndir. Həyat materialı
seçəndə də, insan axtaranda da, hətta əsərlərinə ad
verəndə də İsi Məlikzadə onların mövzunun ümumi
ruhuna uyğunluğunu, ani də olsa, müəyyən bir fikir
ifadə etmək səviyyəsini nəzərə alır. Odur ki, ədibin
əksər hekayələri öz adları ilə də hissi - idraki təsir
gücünə malik olur. «Bir xatirə», «Mavi yuxu», «Fəxri
xiyabanda», «Şehli çəmənlərin işığı» və başqa
hekayələrində sadəcə olaraq yaşayan, gün keçirən
insanlardan söhbət getmir, bu əsərlərdə zamanın,
şəraitin ağrı-acısını dadan, ümidlə ümidsizlik arasında
qalan, ziddiyyətlərdən xilas olmağa çalışan taleyüklü
insanlarla rastlaşırıq». Monoqrafiyada ədibin demək
Dostları ilə paylaş: |