49
siya yığdığını eşitmişdim. Yəqin yox, yüz faiz yuxunu qarış-
dırmısan.
–Bəlkə də belədi. Amma yataqdan sperma qoxusu gəlirdi.
Çünki o sekslə məşğul olandan sonra yatağa boşalardı.
– Niyə? Bu nə axmaqlıqdı?
– Sadəcə o kondom istifadə etməyi sevmirdi.
– Qoruyucu həblər var, o bunları bilməmiş olmazdı.
– Mən də nə vaxtsa ana olmağı düşündüyüm üçün həb isti-
fadə etmirdim. Ən asan yolu, onun yatağa boşalmağı idi.
– İyrəncdi,- Orxan üz-gözünü turşutdu.
– Doktor, mənə kömək edəcəksiniz?
– Məncə ilk olaraq sənə sakitləşdiricilər yazmalıyam. İçkini
və siqareti atsan yaxşı olar. Nicat necə deyirdi? - “Az içər qa-
dın dediyin”. Sən bu cin-şeytanla sevişməkdən xilas olmaq
istəyirsənsə, içkini və siqareti at, dərmanları vaxtında qəbul
elə. Təcili tək yaşamağa son qoy.
– Dəli
olmaqdan qorxuram, doktor!
– Keçəcək – Orxan əminliklə dilləndi – Belə hadisəylə ilk də-
fə rastlaşsam da, əminəm. Sən də mənə kömək etməlisən.
Mənə elə gəlir ki, Nicat intihar etməyib. Onu öldürüblər. Da-
ha doğrusu əminəm ki, onu öldürüblər.
– Sən nə danışırsan, Orxan? Bu mümkün deyil. Axı romanın
əvvəlində polislər onun ağacdan asılmış cəsədini tapmışdı.
– Bu barədə hələ heç kəsə heç nə demə. Mən hadisə yerində
çəkdiyim fotolara yenidən baxdım. Düzdü, mən nə xəfiyyə-
yəm, nə də cinayət işləri üzrə ekspert. Amma əminəm ki,
onu öldürüblər.