86
…Yox, Tanrıya şükürlər olsun ki, çox qorxduğum şe-
yi demədi. Əgər “ayrılaq” desəydi məhv olardım. Amma de-
mədi. O başa düşür ki, ondan ayrılsam vəziyyətim çox çətin
olacaq. Onsuz da bu barədə ona danışmışam. O bilir ki, ailə-
min yanına qayıtmaq istəmirəm. Başa düşdüyünə görə sus-
dum. Sakitcə gəlib yanımda oturdu və boynumu qucaqladı.
Saçlarımdan öpdü. Xoşlandığım, görüşmək istədiyim birinin
olub-olmaması ilə maraqlandı.
Başa saldım ki, heç kəsdən xoşlanmıram, sadəcə ehti-
raslıyam, bütün normal istəklər kimi seks mənim üçün də
maraqlıdı. Qadın olaraq o hissləri yaşamaq istədiyimi de-
dim. Elvin çarpayının bir küncünə çəkildi. Baxışlarını yerə
dikib, utancaq qız uşaqları kimi mızıldandı. Heç vaxt ağlıma
gəlməyəcək bir təklif etdi.
– Könül, bilirsən səni bu iyrənc həyatla baş-başa qoyub qaça
bilmərəm. Birlikdə yaşamağımız düzgün olmasa da, ayrıl-
mağımız da yaxşı düşməz. Əgər qəbul eləsən öz sevgilimi –
Akifi səninlə bölüşə bilərəm. Bölüşmək deyəndə ağlına baş-
qa şey gəlməsin. Yəni biləsən ki, Akif biseksualdır və yataq-
da ikimizi də razı sala bilər. Ümid edirəm xoşuna gələcək.
Mən isə nə səni, nə də onu qısqanıram.
Bir anlıq nəfəsim kəsildi. Mənə elə gəldi ki, yataq ota-
ğı başıma uçdu. Dəli kimi çığırıb Elvinin üstünə atıldım.
Onu var gücümlə vurur, vurduqca çığırır, çığırdıqca sakit-
ləşirdim. O özünü müdafiə etmir, sakit-sakit ağlayırdı. Qəfil-
dən onun yaş dolu gözləri məni tamam sakitləşdirdi. Əllə-
rim yanıma düşdü. Kənara çəkilib çarpayıdan düşdüm və
hamama keçdim. Kranı açıb üzümə soyuq su çırpdım. Güz-
güdə gözlərimə baxanda dəhşətə gəldim. Olduqca qorxunc
və qəzəbli görünürdüm. Sakitləşmək lazım idi. İndi ağlama-
ğa, saatlarla dayanmadan ağlamağa ehtiyacım vardı...
87
… Bir gün Akifi evimizə dəvət etmək istədiyini dedi.
Daha doğrusu fikrini qətiləşdirib mənə də məlumat verdi.
Əvvəlcə ağladım, gic-gic hərəkətlər elədim. Qab-qacağı qır-
mağa başladım. Elvin olduqca sakit bir tərzdə dedi ki, “əgər
sənə xoş deyilsə, ayrıla bilərik.” Deyəsən bu ikili həyatdan,
öz istəklərini gizlətməkdən bezmişdi. Özü kimi, doğulduğu
kimi yaşamaq, özünü düşünmək istəyirdi. Nə edə bilərdim?
Ev onun idi və Elvin sözün əsl mənasında xilaskarım idi.
Hər şeyə tüpürüb getməyə cəsarətim çatmırdı...
...O gecə mənim yanımda “ot” çəkdilər. Evdən gələn
qoxudan başım fırlanırdı. Həyatımda hər şey inanılmaz şə-
kildə davam edirdi. Gözümün qarşısında yataq otağına keç-
dilər və qapını örtməyi “unutdular”. Akif o qədər qızışmışdı
ki, Elvinin qısqanacağını belə düşünmədən, mənimlə də se-
vişmək istədi. Elvin üçün bütün bunların fərqi yox idi. O ya-
şadıqlarından məmnun idi. Onun üçün baş verənlər əhəmiy-
yətsiz idi. Öz seksual istəklərinin əsirinə çevrilmiş ərimin,
məni sevgilisinə “peşkəş etməsi” məni də narahat etmədi.
Öz iyrənc taleyimlə barışmışdım. Elvinin xaraktersizliyi mə-
ni çarəsiz vəziyyətdə qoymuşdu. Bilirdim ki, onun girdiyi
yoldan geriyə dönüş yoxdur.
Qapının arasından bütün baş verənləri izləyirdim.
Akifin israrlı təklifi məni ehtiraslandırmışdı. Hər şey iyrənc
və ürəkbulandırıcı olsa da, marağımı boğa bilmirdim. Sözün
düzü onların gözümün qabağında sevişməsi məni həyəcan-
landırmışdı. Onlar elə ehtirasla, sevgiylə öpüşürdülər ki, ya-
taq otağına nə vaxt girdiyimi, onların başının üstündə nə
vaxt dayandığımı xatırlamıram. Qəfildən Akif əlimdən tutub
məni yatağa çəkdi. Əvvəlcə etiraz etməyə çalışdım.Onu itə-
ləmək, qaçmaq istədim. Lakin Elvindən fərqli olaraq onun
qüvvətli qollarından xilas olmaq mümkün deyildi. Kö-
88
nülsüzcəsinə onlara qoşuldum. Əvvəl çəkinə-çəkinə yekəpər
Akifi, sonra isə bir az da qisas hissi ilə ərimi öpdüm. Sonra
hər şey ehtirasın diktəsi ilə cərəyan etdi. Yataq otağının orta-
sında üçümüz də çılpaq dayanmışdıq. Onlar mənim bütün
bədənimi yalayır, arada isə fasilə verib öpüşürdülər...
Səhər ayılanda isə onlar qucaqlaşıb yatmışdı. Elvin
Akifin qucağında elə büzüşmüşdü ki, bu pozanı dünyanın
heç bir qadını öz ərinin qucağında ala bilməzdi. Ürəyim bu-
landı və gecə olanları xatırlayıb tualetə qaçdım. Mələfədəki
qan ləkəsi və qasığımdakı məstedici ağrıdan artıq bakirə ol-
madığımı anlamışdım. Ömrümdə ilk dəfə yaşadığım ləzzə-
tin ağrısı başımı gicəlləndirirdi. Amma getdikcə peşmançılıq
hissi bütün bədənimi bürüyürdü. Dünən baş verənlərin sə-
bəbkarı təkcə ehtiras deyildi, həm də “tüstüyə düşmüşdüm”.
Tualetin qapısını arxadan bağlayıb, dünən yaşadıqlarımızı
düşündükcə özümdən də, onlardan da iyrənirdim. Qusdum.
Mənim üçün bütün münasibətlərin, evliliyin də, sevginin də,
ailənin də müqəddəsliyi həmişəlik bitdi. O gün hər şeyə qar-
şı nifrət hissi yarandı içimdə. Hamıdan qisas alacaqdım...elə
özümdən də. Əşyalarımı götürdüm və Elvini biryolluq tərk
etdim.
Orxanın yarısərxoş gözləri heyrətdən böyümüşdü.
Elə mən də bu söhbətləri quraşdıranda xeyli heyrət elədim
öz amansız düşüncələrimə. Orxan söhbətin bu yerə gəlib çı-
xacağını gözləmirdi. Əlini uzadıb Könülün əllərindən tutdu.
O hıçqıra-hıçqıra ağlayırdı. Orxan təskinlik verməkdə çətin-
lik çəkirdi. Yaşadıqları olduqca dəhşətli və iyrənc idi. Dokto-
run indiyə qədər homoseksual pasiyentləri çox olmuşdu.
Amma Elvin kimi xaraktersiz, özünə hörmət etməyən homo-
seksualla rastlaşmamışdı. O bir həkim kimi, açıq fikirli insan
kimi homofob deyildi. Homoseksuallara normal münasibət
Dostları ilə paylaş: |