82
yanda evdən çıxırdım. Amma bilirdim ki, gec, ya da tez bu
baş verəcək. Üsyan etməyə isə cəsarətim çatmırdı. Tək və
gücsüz idim.
Evlilik... 15 yaşım tamam olmamış atam elçilərə “hə”
cavabı verdi və nişanladım. Rəsmi nikaha girməyə yaşım
çatmadığı üçün iki il nişanlı qaldım. Toy gecəsindən bərk
qorxurdum. Qızlar bunun çox ağrılı olduğunu deyirdi. Ərə
getmiş rəfiqələrim isə o gecədən qorxunc əhvalatlar danışır-
dılar. Hələ birdən bakirə olmasan bütün həyatın cəhənnəmə
çevrilə bilər. Çox qorxsam da toy gecəsi Elvin mənə yaxınlaş-
madı.
***
… Elvin narkoman və homoseksual idi. İndi düşünə-
cəksən ki, bütün bunları uydururam. Amma inan ki, səmimi
danışıram. Başqaları kimi nə isə uydurmağa ehtiyacım yox-
dur. Ailəmdən canımı qurtarmaq üçün onunla evlənsəm də,
həyat qarşıma daha betərini çıxarmışdı. Elvin o qədər soyuq
və laqeyid idi ki... Evlilikdən sonra mənə toxunmamışdı. Biz
toy gecəsindən sonra bacı-qardaş kimi yaşayırdıq. Hətta çır-
çılpaq soyunub yatağa girəndə də, ehtirasdan alışıb yananda
da, qara corablarımı, qara bikinimi, qara busqalterimi ge-
yinib qarşısında yüz oyundan çıxanda da mənə toxunmur-
du. Onun üçün bütün bunların maraqlı olmadığını sonralar
anladım. Homoseksuallığın nə olduğunu tam dərk eləmir-
dim. Bizim məhlədə incə davranışlı, özünü qadın kimi apa-
ran oğlanlara “petux” deyirdilər. Belələrini nə sevən olurdu,
nə də gizli görüşə çağıran. Elvindəki qız incəliyi ilk günlər
çox xoşuma gəlirdi. Yenə deyirəm ilk günlər. Elə xoşuma gə-
lirdi ki...Amma ilk günlər...
83
Nə qədər soyuq və həvəssiz olsa da mən seks üçün
alışıb yanırdım. Görməmişdim axı...Heç vaxt kişi təması hiss
etməmişdim. Onu seksə məcbur eləmək üçün, dəridən-
qabıqdan çıxırdım, indi olmasın. İnternetdə porno filmlərə
baxa-baxa əlimi ayaqlarımın arasına aparanda xəyalımda
müxtəlif kişilərlə sevişirdim. Çox çalışsam da orqazm yaşaya
bilmirdim. Düzünü deyim? Heç orqazmın nə olduğunu da
bilmirdim. Porno filmlərdə qadınların çığır-bağır salıb axırda
susması, məni coşdururdu. Evlənəndən bir həftə sonra Elvin
mənə homoseksual olduğunu etiraf elədi. Bunu anlamağım,
dərk etməyim çox uzun çəkdi. Nə edəcəyimi, ona necə kö-
mək edəcəyimi bilmirdim. İkimiz də eyni arzuyla yaşayır-
dıq.
Bütün günü əzab çəkməsi, uşaq kimi ağlaması mənə
təsir etdiyi üçün bu barədə heç kəsə heç nə demirdim. Onu
başa düşməyə çalışırdım. Necə davranacağımı bilmirdim.
Qadın kimi tələbatlarım vardı və bu tələbatları yanımdakı
kişinin ödəyə bilməməsi məni dəli edirdi. Tez-tez mübahisə
edirdik. Dalaşırdıq. Aqressiyamla onu özündən çıxarırdım.
Sonralar yazığım gəlsə də, acısam da öz hisslərimi boğa
bilmirdim. Sevgilisi ilə görüşüb sevişdikdən sonra evə gəlir,
telefonu söndürüb bir kənara atır, birbaşa yataq otağına çəki-
lirdi. Bəzən mənimlə danışmağa da utanırdı. Mənə elə gəlir-
di ki, sonuncu çıxış yolum ona kömək etməkdir. İnternetdən,
erotik jurnallardan, əlimə keçən tibb kitablarından homosek-
suallıqla bağlı oxuyurdum. Artıq bilirdim ki, homoseksu-
alizmin müalicəsi və çarəsi yoxdur. Sən demə uşaq vaxtı
“petux” deyib ələ saldığımız insanlar sadəcə bu cür doğulur-
muş. Bütün bunları bilə-bilə məni ailəmin cəngindən qurta-
ran bu insan üçün nə isə etmək istəyirdim. Əvvəllər inanır-
dım ki, o istəsə bu yoldan qayıda bilər. Yeganə yol, ona ya-
84
şadıqlarında sərbəstlik vermək, seçiminə görə onu qınama-
maq idi. Bütün bunları düşünmədən edirdim. Sadəcə daxi-
lən rahat olmaq üçün onu incitmirdim. Ondan sadəcə bir şe-
yə görə zəhləm gedirdi. Homoseksual olduğunu bilə-bilə
mənimlə evlənməsi, düşüncəsiz davranması, komplekslər
içində çabalaması məni əsəbiləşdirirdi. Özünə hörmət etmə-
məsi isə lap dözülməz idi. Düzü nə qədər savadsız olsam da
qarşımdakı insanı düşünməyi bacarırdım. İnsanları anlamaq
üçün intellektual olmağa gərək yoxdur. İnsan olmaq kifayət
edir.
Elvin qadın salonunda saç ustası idi. Tanınmış, im-
kanlı, qlamur və populyar qadınlara xidmət göstərirdi. Şə-
hərin ən gözəl qadınları onun üçün dəli-divanə idi. İncə əllə-
ri, zərif davranışı, nəcib görkəmi qlamur qadınların ağlını
başından almışdı. Çox mehriban və şirindil idi. Heç kəsi na-
razı salmazdı. Bütün müştəriləri onun xoş davranışını, gör-
düyü işi yüksək qiymətləndirirdi. Hərdən bahalı və tanınmış
kafelərdə yemək yediyimiz zaman qadınlar ona yaxınlaşır,
kefini soruşur, mənə isə paxıllıq və həsədlə baxırdılar.
Amma qadınlara qarşı laqeydliyi, cinsi seçimi mənə məlum
olduğu üçün onu qısqanmırdım. Bir də, axı qısqanmaq üçün
sevmək də lazımdı. Mən isə Elvini sevmirdim. Əvvəllər ona
nifrət etdim, sonra isə yazığım gəlməyə başladı. Bəli, kişi
üçün dünyanın ən gözəl nemətindən, qadın bədəninə toxun-
maqdan və qadınla sevişmək həzzindən məhrum olan ərimə
acıyırdım. Onda hələ anlamırdım ki, onun üçün qadın bədə-
nindənsə, kişi bədəni daha maraqlıdı...
… Deyəsən evliliyimizin ikinci ayı idi. Elvin sevgilisi
ilə görüşdən gəlib, sakitcə yataq otağına keçmiş, pəncərəni
açıb siqaret çəkirdi. Qəribədir, o həmişə az nikotinli, qadın
85
üçün nəzərdə tutulmuş siqaretlərdən çəkərdi. Ona görə də
evdən heç vaxt siqaret qoxusu gəlməzdi və mən ona evdə si-
qaret çəkdiyi üçün əsəbiləşməzdim. Yeməyinə xüsusi diqqət
edər, dieta saxlayardı.
Onun arxasınca yataq otağına keçib, çarpayının üs-
tündə oturdum. Reaksiya vermədi. Həyəcanlı görünürdü.
Sakitcə çağırıb danışmaq istədiyimi bildirdim.
Əvvəlcə etiraz etdi. İsrar etdim ki, çox vacibdir və
mən səni çox gözəl başa düşürəm. Amma istərdim ki, sən də
məni başa düşəsən. Artıq iki aydır evliyik, ancaq sən mənə
toxunmamısan. Bilirsən, yaşım az olsa da, bakirə qız kimi
yaşamaq istəmirəm. Bu məni narahat edir.
Elvin təəccüblə mənə tərəf çevrildi:
– Bəyəm sən bakirəsən?
Onun bu davranışı məni lap özümdən çıxardı:
– Sən necə bilirdin? Axı mənim həyatımda səndən başqa kişi
olmayıb. Ailəmin mühafizəkarlığını yaxşı bilirsən
Elvin suya düşmüş küçük kimi zingildədi:
– Hmm...Mən...mən...
Aciz-aciz mızıldanmağı heç xoşuma gəlməsə də, ona
təskinlik verməyə çalışdım.
– Bilirəm bacarmırsan. Heç olmazsa həkimə gedək. Bakirə
qız kimi yaşamaq istəmirəm.
– Könül...
– Elvin, xahiş edirəm məni başa düş. Axı, bilirsən ki, bu və-
ziyyətdə özümü təhqir olunmuş hesab edirəm. Nə vaxta qə-
dər belə davam edəcək?
– Başa düşürəm. Sən məni başa düşdüyün, anladığın kimi
mən də səni başa düşürəm. Mənə elə gəlir ki, sən də həyatını
yaşamalısan. Sənin də normal seks həyatın olmalıdı.
Dostları ilə paylaş: |