90
14
Həqiqi dostluqdan başqa,
bütün münasibətlər müvəqqətidir.
Rollan
Orxan iş masasının arxasında əyləşib, qaynar kofeni
ləzzətlə qurtumlayırdı. Qarşısındakı kompüterdə Nicatın bir
neçə il öncə saytların birinə yazdığı intihar hekayələrini nə-
zərdən keçirir, onun ölümlə nəticələnən son cəhdi ilə uğur-
suz cəhdləri arasında əlaqə qurmağa çalışırdı. Qeyd dəftər-
çəsini çıxarıb Nicatın xəstəliyi ilə bağlı yazdıqlarına yenidən
nəzər saldı. Yazdığı reseptləri bir daha gözdən keçirtdi. Ni-
catın bu qədər intiharameyilli olmasını anlaya bilmirdi. “İs-
terik aksentləşmiş şəxsiyyət”- deməli onu həddindən artıq
əsəbiləşdirmək, necə deyərlər, incitmək olmazdı. Bu di-
aqnoz qoyulan xəstə ya tez, ya gec - hökmən intihar edir.
...Əslində bütün bunlar roman üçün yaxşı mövzudur.
Birini öldürürsən və intihara meyilli olduğu üçün ölümünə
əsaslar tapırsan. Onu xəstələrindən ayırıb, gətirib atmışam
bu qarmaqarışıq əhvalatın içinə. Yazıq indi məni söyə-söyə
bu hadisələrin içində başını itirib...
Nicatın intihar cəhdlərinə səbəb olan hadisələr müx-
təlif və qəribə idi. O yenidən yazılanları gözdən keçirməyə
başladı.
“...İlk dəfə intihara cəhd edəndə 14 yaşım var idi. Uzaq dağ
kəndində kasıb müəllim ailəsində yaşayırdım. Problemlər, sı-
xıntılar evdə söz-söhbəti dərinləşdirmişdi. Özümdən on yaş böyük
biologiya müəlliməmi sevirdim və buna görə atam məktəbimi