77
xardı. O gedəndən sonra onunla gələn qızlara başqa oğlanlar
girişməyə başlayırdı.
Bütün bunlar onun kefini qətiyyən pozmurdu. İçən-
dən sonra şairlərdən danışar, sevdiyi şeirləri yüksək və əsə-
bi səslə deməkdən həzz alardı. Bəzən, çox qəribə görünsə də,
üzünü göyə tutub ulayırdı. Amma yalnız çox içkili olanda
belə edirdi...
Çox vaxt görüşlərimizdə rəfiqəm də iştirak edərdi. O
sözün həqiqi mənasında Nicatın fanatı idi. Rəfiqəmin onun
özündən də, dediyi şeirlərdən də xoşu gəlirdi. Çünki Gülxar
məndən fərqli olaraq az-çox kitab oxumuşdu və onun da-
nışdıqlarını başa düşürdü. Ya da özünü başa düşmüş kimi
göstərirdi. Əslində Gülxar kişilərin çoxusu üçün “ölürdü”,
çünki seksdən doymurdu. Müxtəlif kişilərlə yatandan sonra,
oturub saatlarla yatdığı kişilərin penislərindən, hansının
uzun, hansının qısa olmasından danışmağı sevərdi. Onun
üçün kişilər iki qrupa ayrılırdı, "gec boşalanlar” və "tez bo-
şalanlar”. Ən qiymətli kişi tipi isə böyük penisli gec boşalan-
lar sayılırdı. Bu onun yeganə əyləncəsiydi. Dəfələrlə içkili
vaxtı Nicatla öpüşmək, yalaşmaq, sevişmək istəsə də, alın-
mamışdı. Çünki, Nicatın Gülxardan qətiyyən xoşu gəlmirdi.
Hikmətin – mənim gicbəsər ərimin isə Gülxarın yekə götü
üçün ürəyi gedirdi. Dəfələrlə görmüşdüm ki, rəqs edəndə
qəsdən onun yekə dalına, yoğun budlarına toxunur.
Düzü Hikmətə əsəbiləşmirdim. Atası Sovet vaxtı, Əf-
qanıstan müharibəsində həlak olmuşdu. Anası isə onu atıb
getmişdi. O uşaq evində böyümüşdü. Nə uşaqlığını, nə də
gəncliyini yaşaya bilmişdi. Kasıbçılıq, ehtiyac, aclıq ona
gənclərə qarışmağa, ürəyi istədiyi həyatı yaşamağa mane ol-
muşdu. Amma Gülxarın dalından kiçik olsa da, mənim də
78
dalım balaca deyildi. Hətta Gülxardan daha çox diqqət çəkir-
dim.
...Adama deyərlər heç dəxli var? Orxan kimi ciddi perso-
najın oturub Könülün gic-gic söhbətlərinə qulaq asması adamı lap
özündən çıxarır. Biz obrazlar arası göt yarışı keçiririk bəyəm? Am-
ma neyniyəsən? Dözmək lazımdı...
Hikmətlə əmlak bürolarının birində tanış olmuşduq. O za-
man Hikmət sakitliyi və çalışqanlığı ilə fərqlənirdi. Mən isə
birinci ərimdən yenicə boşanmışdım. Ailəmin qadağalarına
baxmayaraq Hikmətin çalışdığı büroda işə düzəlmişdim.”
Könül danışdıqca əlləri əsir, səsi titrəyirdi. Orxan
onun həyəcanını başa düşürdü. Könül növbəti siqareti yan-
dırmaq istəyəndə Orxan mane oldu:
– Yaman çox çəkirsən, ziyandı. Əgər sənin üçün çətindirsə,
danışma.
– Narahat olma, artıq içki və siqaret mənim peşəmə aiddi-,
Könül zorla gülümsəməyə çalışdı-Hər halda, fahişələrə ya-
zığı gələn kişilərdən deyilsən.
– Sən mənim üçün qiymətlisən, Könül. Mən həkim-psixiatr,
sən isə mənim dünyasını dəyişmiş dostumun keçmiş sevgili-
sisən. Fahişəlik sonrakı məsələdi. Bu barədə danışmağın, fa-
hişəliyini xatırlatmağın vacib deyil.
Könül qəribə şəkildə əlini yellədi. Yuxusuz gözlərini
yumub, başını arxaya atdı. Bir neçə dəqiqə susdu. Onun sus-
qunluğu otaqda dərin və üzücü sükut yaratdı. Ofisiant qız
qapını döydü. Orxan onu içəri çağırdı:
– Mənim üçün ağ şərab, xanım üçün pivə.
79
Ofisiant əlavə sual vermədən otaqdan çıxdı. Sifarişlər
masaya qoyulanda Könül gözlərini açdı və pivə bakalını gö-
türüb başına çəkdi. Kafedəki klassik ab-havanı Schubertin
“Der Erkönig”i daha da ağırlaşdırırdı. Könül masaya dirsək-
ləndi. Philippe Sly susdu. Orxan sual dolu gözlərlə ona ba-
xırdı.
80
13
"Pisi odur ki, qadınsız da yaşamaq olmur,
qadınla da."
Bayron
“Nədənsə evliliyimdən danışmaq istəyəndə uşaqlı-
ğım yadıma düşür. Bütün bunları Nicata da danışmışam. İs-
təsəydi bu mövzuda roman-zad da yazardı. Düzü uşaqlığımı
başqa vaxt da danışa bilərəm. Bunların Nicatla əlaqəsi yox-
du. Amma danışdıqca rahatlaşıram. Və yəqin etiraz etməyə-
cəksən. Danışım, ürəyim boşalsın. Kimlərsə bu romanı oxu-
yanda mənə bir balaca mərhəmətlə yanaşa bilsin.
Çox mühafizəkar mühitdə doğulmuşam. Ağlım kə-
səndən problemlər içində olmuşuq. Anam tez-tez xəstələnər-
di. Hər dəfə sancıları tutanda atam xəstəxanaya aparar, mən
isə nənəmgildə gecələyərdim. Qardaşım məndən böyük ol-
duğu üçün onun heç bir qayğısı yox idi. Bütün günü
damların başında quş uçurdurdu. Səviyyəsizin, avaranın biri
idi. Elə lap əvvəldən ya qatil, ya da polis olacağı bəlli idi. Cə-
mi 4-5 yaşım vardı. Anamın köksünə qısılıb, onun qoxusuyla
yuxuya getdiyim vaxtlar idi. Saatlarla masanın altında giz-
lənib ağlayar, anamı istəyərdim. Nənəm məni sakitləşdirmək
üçün cürbəcür oyunlar fikirləşsə də, sakitləşməzdim. Hərdən
dalıma bir-iki sillə çəkərdi əsəbiləşib. Nənəmi unutsam da, o
sillələri unutmamışam.
Məktəb illəri... O illər olmayıb desəm, daha doğru
olar. Mənim doğulduğum yerdə qızlar yalnız ZAQS-da ni-
kah şəhadətnaməsinə imza atmağı öyrənmək üçün məktəbə
gedirdi. Elə məni də yalnız buna görə məktəbə göndərdilər.
Cəmi 5 il. Vur-tut beş sinif oxudum. Məktəb illərimi, məktəb
81
həyatımı atam oğurladı məndən. Hələ də atama nifrət edi-
rəm. Mənim gələcəyimi, səadətimi, oxumaq istəyimi məhv
etdiyi üçün. Məhləmizin qızları bizə yığışıb ərə getməkdən,
bakirəlikdən danışanda utanardım. Bu söhbətlər məni qətiy-
yən cəlb eləmirdi. 13 yaşım vardı və mən həkim olmaq istə-
yirdim.
Yadımdadı, ilk dəfə 13 yaşımda aybaşı oldum. Məh-
lədə uşaqlarla oynayırdıq, birdən nəsə baş verdiyini hiss et-
dim. Qaçdım evə, qorxudan dəhşətə gəlmişdim. Neyləyəcə-
yimi bilmirdim. Yanlış, ayıb bir şey etmiş kimiydim. Qorxur-
dum, ailəmdən kimsə bilər deyə. Amma bu lənətə gəlmiş qa-
nı bir şəkildə durdurmalıydım axı...
Güc-bəlayla özümü toparlayıb nənəmə deyə bildim.
O isə sevincək məni qarşısına qoyub başladı təlimə. “Deməli,
artıq sən böyümüsən, ərə gedə bilərsən. Bundan sonra oturu-
şuna-duruşuna fikir ver, böyük qızsan, özünü uşaq kimi
aparma".
Rəfiqələrimin arzusu ərə gemək, mənim arzum isə
həkim olmaq idi. Yatanda gələcək arzularımı düşünüb, son-
ra yuxuya gedirdim. Məni məktəbdən çıxaranda etiraz edə
bilmədim. Etiraz etsəm də heç nə dəyişməyəcək, üstəlik
atam döyəcəkdi. Bütün günü xəyallar qururdum. Mənə elə
gəlirdi ki, atam nə vaxtsa insafa gələcək. Atam isə gecə-gün-
düz əziz-xələf oğlunun polis olması üçün pul yığır, onu polis
formasında görmək arzusuyla alışıb-yanırdı.
Bədənimdə qəribə dəyişiklər baş verirdi. İndi kişilə-
rin acgözlüklə baxdığı döşlərim yetişməyə başlamışdı. Çana-
ğım böyüyürdü. Hiss edirdim ki, valideynlərim məni tezlik-
lə ərə verib başlarından eliyəcək. Ərə getmək istəmirdim.
Bunu dilə gətirmək isə, bizim ailəmizdə üsyan hesab olunar-
dı. Qorxurdum. Valideyinlərim evlilikdən danışmağa başla-
Dostları ilə paylaş: |