64
11
“Bir kişilə xoşbəxt olmaq istəyirsənsə, onu anla,
sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə
onu sev, anlamasan da olar.”
Paulo Koelyo
Günlər bir-birini əvəz elədikcə Nicatın ölümü unu-
dulurdu. Dostları onu çox nadir hallarda xatırlayır, yada sa-
lırdı. Könülün isə vəziyyəti tam fərqliydi. Hər gün daha çox
əzab çəkdiyini, darıxdığını hiss edirdi. Nicatın geniş sinəsinə
başını söykəyib yatdığı günlərin xatirəsi gözlərinin qarşısın-
dan getmirdi. Bəzən saatlarla yan-yana uzanıb susduqlarını
xatırlayırdı. Hər sevişmədən sonra bir-birlərinə sarılıb yat-
maları sanki illər əvvəl baş vermişdi. Nə Nicata qədər, nə də
Nicatdan sonra bu qədər xoşbəxt olmamışdı. Ya da ona elə
gəlirdi. Bütün insanlar kimi itirdiklərinə sonradan qiymət
verməsi onu çox incidirdi. Yan-yana yatmağın niyə bu qədər
rahatlıq gətirdiyini özü üçün açıqlaya bilmirdi. Amma çox
rahat idi.
Nicatı xatırlamaq əzab verirdi. Həqiqətən də əlində
olanın qiymətini bilməmişdi. Üstəlik onu əbədi olaraq itir-
mişdi. Onunla birlikdə xoş günlərini, rahatlığını, xoşbəxtli-
yini itirmişdi. Bir vaxtlar Nicatdan ağızdolusu danışan
dostlarının indi onu unutması və intihar etmiş bir dostun
keçmiş sevgilisini ələ keçirməyə çalışmaları da onu narahat
edirdi. Bu qədər insafsızlıq gözləmirdi. “Axı bunlar hamısı
ədəbiyyat adamıdır. Nicatla birlikdə onların həyat haqqında
dərin və mənalı fikirlərini çox dinləmişəm. Hətta çoxusu