72
73
Arağı su kimi içirdi və qətiyyən üz-gözünü turşut-
murdu. İçkiyə yenicə başlayan ərimlə müqayisədə, gec səxoş
olurdu. Ərim işinin xarakterinə uyğun olmayacaq dərəcədə
zərifdi. Üstəlik sısqa və çəlimsiz görkəmi ilə onun yanında
çox solğun görünürdü. İçkiyə dözümlülüyü yox idi. İkinci
qədəhdən sonra başını stola qoyub yatırdı. Ancaq Nicat baş-
qa idi. Araq, viski, çaxır... Onun üçün bütün bu içkiləri iç-
mək adi meyvə kokteylini içmək kimi asandı. Sərxoş olanda
isə daha çox siqaret çəkər, bəzən səbəbsiz yerə ağlayardı.
Ağlayanda uşaqlaşırdı. Düzünü deyim ki, ağlamağı, özünü
gücsüz, zavallı, bacarıqsız aparmağı xoşuma gəlmirdi. Mət-
buatda sərt və kəskin tənqidi yazıları çap olunurdu. Onun
necə xarakterə malik olduğunu sən də bilirsən.
O da bizim oturub-durduğumuz etirazçı gənclərə qo-
şulmuşdu, təşkilatımızın üzvü idi. Onlar inqilab edə-
cəklərinə səmimi qəlbdən inanırdılar. Təşkilatın əsas üzvləri
oxumuş, həyatdan nə istədiklərini müəyyənləşdirmiş in-
sanlar olsa da, arada valideynlərindən küsmüşlər də aramıza
qatılırdı. Həyatda özünü tapmamış yeniyetmələr, özünü təs-
diq üçün əldən-ayaqdan gedən gənclər də sıralarımıza yol
tapırdı. Bütün bunları o da tənqid edir, amma onlardan
uzaqlaşmırdı.
Bəzilərini ancaq bakirə olmayan qızlar, içki və əy-
ləncə maraqlandırırdı. Çoxları “azad seks”, “seksual in-
qilab” barədə danışanlara istehza edir, bu barədə danışanları
əxlaqsız və mənəviyyatsız hesab edirdi. Nicat danışanda mə-
ni gülmək tuturdu. Çünki hiss edirdim ki, onu da daha çox
azad qadınlar, içki düşkünü gənclər maraqlandırır.
Nicatdan əvvəl bu təşkilata üzv olmuşdum. Ərim də
bizim inqilab arzularımıza isti münasibət bəsləyirdi.
74
Polis, yəni qardaşım ərimin bu təşkilatda olmağına
yaxşı baxmırdı. Hər dəfə bizə gələndə saatlarla bu mövzuda
danışır, mübarizə aparmağın mənasızlığı barədə saatlarla
mühazirə oxuyurdu. Ərim də qardaşımı dinləyir, onun söz-
lərinə bir o qədər önəm vermirdi. Sanki bildiyi böyük bir hə-
qiqət vardı və o bu həqiqətə inandığı üçün susurdu.
Ərim idarə etdiyi özəl firmanın gələcəyindən qorx-
duğu üçün bizə rəsmi olaraq qoşulmurdu. Amma maliyyə
məsələlərində dəstəyini əsirgəmirdi. Bütün sirlərimizi bi-
lirdi. Əslində bizim heç bir sirrimiz yox idi. Sadəcə uydur-
duğumuz əfsanələr vardı və bu bizə sirli görünürdü.
Bu təşkilatda bacardığım yeganə işlə məşğul idim.
Təşkilatın bütün maliyyə hesabatlarını mən hazırlayırdım.
Sözün düzü həyatda özünə yer tapa bilməyən bu gənclərlə
birlikdə olmaq, içmək, əylənmək və üzdə özünü ərimə yaxın
göstərən gənclərin gizlində mənə eşq elan etməsi, yatmaq
təklifləri xoşuma gəlirdi. Xaricdə təhsil almış, ədəbiyyat
oxumuş gənclər bizim sıralarımıza qoşulur, beləliklə həm
oxuduqlarından danışmaq, azad görünən qızlarla içmək,
həm də yatmaq imkanı qazanırdılar. Bu ölkədə, bu boz şə-
hərdə onların yeganə şansı müxalifətçi olmaq idi...
Mühafizəkar bir ailədə doğulmuş, həyatın bu üzünü
görməmiş qadın üçün bütün bunlar yaxşı əyləncə idi. Özü-
mü çox fərqli və vazkeçilməz bir qadın hesab edirdim...
Nicatın inqilabi ruhu güclü idi. Danışığı, yaşamı, ya-
zıları...Hərdən cəsarətsiz yazılar yazanda, çıxışlar edəndə
özünü qınayır, əzab çəkirdi. Mənə elə gəlirdi ki, o istəsə tək-
başına minlərlə gənci mitinqə, küçə yürüşünə çıxara bilər.
Müxalif ruhlu, romantik, bəzən isə kəskin pafoslu, tənqidi,
rejim əleyhinə şeirlər yazırdı. Hərdən sərxoş olanda “Yol-
75
daşlar, mən bir solçuyam və qıpqırmızı bir sol ölkəsində ya-
şamaq mənim ən böyük arzumdur”, - deyə qışqırardı.
Əsəbiləşmək, əlini masaya çırpmaq, içmək və siqaret
çəkmək onu çox xarizmatik göstərirdi. Bəlkə də ona yaraşan
şeyləri özü bilir və bütün bunları planlı olaraq edirdi. Hər
halda çox xoş adam idi.”
Könül danışmağa başladığı kimi də susdu. Orxan
siqaretini külqabında söndürüb, özünə şərab süzdü.
(Külqabını xüsusi olaraq qeyd elədim, çünki Orxan çox
vaxt siqareti stulun ayağında söndürürdü. )
– Könül, lap yazıçı kimi danışırsan.
Könül qəribə tərzdə çiyinlərini çəkdi:
– Nicat həmişə mənim savadsızlığıma əsəbləşər, kitab oxu-
madığıma görə məni danlayardı. İndi hər gecə 50-60 səhifə
oxumamış yatmıram. İşim nə qədər ağır olsa da, hökmən
oxuyuram...
Romanın bu yerində sevimli oxucularımı yenidən sa-
lamlayıram. Könülün sevə-sevə oxuduğu bütün yazıçılara, xü-
susən də gözəl lirik şeirlər müəllifi Xırdagül Nazəninə və Aftandil
Qəlbikövrəyə səmimi salamlarımı göndərirəm.
Kitabla bağlı təbliğatı, kitaba bağlılığı onu real həyat-
dan qoparırdı. Xatırlayanda qəhərlənirəm. Bilirəm, çətindi.
Amma davam et, çox maraqlı danışırsan. Özümü yazıl-
maqda olan bir romanın qəhrəmanı kimi hiss edirəm. Qəfil-
dən Orxanın yadına düşdü ki, o elə bu romanın qəhrə-
manıdı.
Qayğılı-qayğılı susdu...
76
Könül siqaret yandırıb, söhbətinə davam elədi:
– Nicatın çoxlu qadın tanışı vardı və adətən oturdu-
ğumuz PUB-larda onlarla birlikdə görünürdü. Yanındakı qa-
dınlar heyranlıqla, itaətkarcasına onun qayğısına qalsalar da,
rastlaşdığımız vaxtlarda bütün diqqəti məndə olardı. Qadın-
lara qarşı qəribə bir biganəliyi vardı. Ya da özünü elə aparır-
dı. Cəlbedici olmayan xarici görkəminə baxmayaraq qadın-
lara qarşı özünü çox laqeyid aparırdı. Bu özündənrazılığı
acığıma gəlirdi. İçəndən sonra yanındakı qızlarla öpüşər,
yox, əməlli-başlı yalaşardılar. Bəzən yanındakı qızın koftası-
nı qaldırıb başını içəri soxar, qızın ehtiraslı iniltiləri PUB-ın
səs-küyünə qarışardı. Sonra sərxoş gözlərini arsız-arsız mənə
dikərdi. Bax, belə anlarda onu qısqanardım. Yox, sözün dü-
zü belə anlarda ona nifrət edər, hətta iyrənərdim. Az qalır-
dım durub yaxasından yapışıb üzünə tüpürüm. Özümü güc-
lə saxlayardım. Nədənsə hər dəfə o belə dəlilik edəndən son-
ra ona sadəcə gülməyim gəlirdi. Bu biganəliyi, rahatlığı ilə
nəyi sübut etmək istəyirdi? Mənə elə gəlirdi ki, bütün bunla-
rı qəsdən edirdi. Çox sonralar isə başa düşdüm ki, onun qa-
dınlara qarşı laqeyidliyi təbiidir. Yəni onu tamam başqa şey-
lər maraqlandırırdı.
Məndə də az yoxdu. İçəndən sonra ərimdən zəhləm
getsə də, Nicatın acığına ona daha bərk sığınırdım. Qollarımı
ərimin boynuna dolayır, başımı çiyninə qoyur, təklikdə qa-
landa iyrəndiyim dodaqlarından bərk-bərk öpərdim. Ərimlə
öpüşməyə başlayan kimi, siqaret yandırır, yüngülcə əsən əl-
ləri ilə saqqalını qaşıyırdı. Bu mənə olduqca ləzzət edirdi.
Onun əllərini əsdiyini görəndə dilimi inadla ərimin boğazın-
da, qulaqlarında gəzdirər, özümü onun “fahişəsi” kimi apa-
rardım. Belə hallarda çox vaxt hansısa bəhanə ilə aradan çı-
Dostları ilə paylaş: |