110
Sinəsinə çəkdiyi siqaretin acı tüstüsü boğazını yan-
dırdı. İndiyə qədər ağladığını, necə ağlamaq lazım olduğunu
xatırlamaq istədi. Yox, o heç vaxt ağlamamışdı. Onu ağlada
biləcək qüvvənin varlığını ağlına belə gətirmirdi. Praqmatik
adamdı Doktor... Amma yox, deyəsən ona nə isə olub bu ge-
cə. Yenidən boğazında qəribə gizilti hiss elədi. “Yəqin si-
qaretdəndir” deyə, acıqla siqaretdən dərin bir qullab aldı.
Yanaqlarına yayılan ilıq göz yaşlarının qəribə istiliyini hiss
edəndə diksindi. Uşaq vaxtı bağçada yıxılıb əlini əzəndə bu
cür olmuşdu. Əvvəlcə yanaqlarına ilıq göz yaşları süzülmüş,
sonra hönkürmüşdü. Siqareti pəncərədən aşağı vızıldatdı və
əlini üzünə sıxıb hönkürdü...
Neçə müddətdir keçirdiyi gərginlik sanki bu göz yaş-
ları ilə yuyulub getdi. Özünü olduqca rahat hiss edirdi. Ye-
rinə qayıdıb Nicatın yazısının son sətirlərinə göz atdı.
“...Bayırda narın yağış yağır, külək əsir. Qızım kim bilir
neçənci dəfədir yorğanı təpikliyib üstünü açır. Üzündən öpmürəm
ki, ayılar. Şəkərburaya oxşayan balaca ayaqlarından öpüb bayıra
çıxıram, boz bulanıq səmaya baxıb siqaret sümürmək üçün.
“Yaşamak şakaya gelmez”- Nazimin misralarını pıçılda-
yıram qeyri-ixtiyari...”
111
17
“Nədir axı dostluq?
Bizi heyrətə gətirən bir söz, illuziya.
Xoşbəxt olanda arxanca qaçan,
çətin anlarında sadəcə itən bir kölgədir dostluq.”
Qoldsmit
Orxan telefonun zəngini eşitmədi. Çarpayısında yor-
ğana bürünüb yatırdı. Təxminən yarım saatdan sonra ye-
nidən telefonuna gələn zəng onu yuxudan oyatdı. Zəng
edən kim idisə Orxanla danışmaqda israrlı idi. Orxan ərin-
cəkliklə yorğanı üstündən kənara atıb ayaqlarını çarpayıdan
aşağı salladı. Stolun üstündəki telefonun səsi əsəblərini qı-
dıqladı. Ayağa qalxıb telefonu götürdü. Tanımadığı nöm-
rədən gələn zənglərə cavab verməyə alışmışdı. Peşəsi bunu
tələb edirdi. Bu dəfə də tanımadığı nömrəni görüb kefini
pozmadı. Telefonu əlinə götürüb “Yes” düyməsini basdı:
– Buyurun, eşidirəm.
– Salam. Mənə Orxan həkim lazımdı.
Orxan bu səsi harda eşitdiyini xatırlamağa çalışıb, ca-
vab verməyə tələsmədi. Bir neçə saniyə yaddaşını qurcalasa
da, səs sahibini tanıya bilmədi.
– Danışan Orxan Fərəclidir.
– Həkim, sizi narahat edən Şahindir. Nicatın dostu. Yəqin ki,
xatırladınız.
– Əlbəttə xatırladım, bəy.
– Sizinlə görüşmək, Nicatla bağlı danışmaq istəyirəm.
– Məmnuniyyətlə, bəy. Bir saata ofisdə olacağam, əgər tıxaca
düşməsəm. “Caspian Plaza”. Yəqin ki, tanıyırsınız.
112
– Əlbəttə tanıyıram. Qohumum sizin ofisdə çalışır. Ora yaxın
bir yerdəyəm. Bir saat sonra, görüşürük.
Orxan telefonu masanın üstünə qoyub cəld şəkildə
komputeri açıb musiqi qoşdu. “Samsara Blues Experiment”
qrupunun “Singata mystic queen” musiqisinin sədaları ota-
ğa yayıldı. Bir neçə dəqiqə mahnıya qulaq asıb zümzümə
edə-edə hamama keçdi. Səhərlər əvvəlcə qaynar, sonra so-
yuq duş qəbul edirdi. Bu prosedur onu olduqca rahatladır və
əsəblərini sakitləşdirirdi. Bu dəfə də eyni proseduru təkrar
etdi, dişlərini fırçalayıb qurulana-qurulana otağına keçdi.
Geyinib saçlarını daradı və mətbəxdə anasının hazırladığı
süfrəyə əyləşdi.
Evdən çıxanda saatına baxdı. “Cəmi yarım saat” –
Orxan yüksək və şən səslə dilləndi. “Hələ ki formadayam!”
Orxan maşını işə salıb həyətdən çıxdı. Küçələrdə sa-
kitlik idi. Tıxac olmadığı üçün işə vaxtında çatacağına se-
vindi.
Vədələşdikləri vaxt Orxan artıq kabinetində əyləşib.
Şahini gözləyirdi. Şahin qapını döyüb, nəzakətlə icazə istədi:
– Həkim, gəlmək olar?
– Buyurun, buyurun. Elə sizi gözləyirəm.
Orxan Şahinlə salamlaşıb, ona oturmaq üçün yer gös-
tərdi. Ofisin mətbəxinə keçib Şahinə də, özünə də çay süzdü.
Şahin fikirli halda uzun müddət susdu. Nəhayət ki, Orxan
sükutu pozdu:
– Bəy, deyəsən Nicatla bağlı danışmaq istəyirdiniz.
– Bəli. Könüllə danışdım bir neçə gün bundan əvvəl. O sizin
Nicatla bağlı hansısa araşdırma apardığınızı dedi. Deyəsən
roman zad...
113
– Hə...Belə bir işə düşmüşük... İntihar səbəblərini araş-
dırıram. Əvvəl elə fikirləşirdim ki, o intihar edə bilməz. Son
günlər isə fikirlərim çox qarmaqarışıqdır. Qəti bir qərara gələ
bilmirəm. Yazılarını, xüsusilə ölümündən əvvəl yazdığı bir
neçə yazını və bir neçə il əvvəl yazdığı “İntihar silsiləsi”ni
oxudum. Kənardan necə anlaşıldığını bilmirəm. Amma psi-
xiatr kimi əminəm ki, onun intihar etmək üçün ciddi sə-
bəbləri heç vaxt olmayıb. Kiçik şeylərlə xoşbəxt olan adamı,
kiçik səbəblərin intihara sürükləməsi qəribədir. Bütün cəhd-
lərini araşdırdım, heç bir qeyri-adi detalla rastlaşmadım. Ni-
cat sadəcə axtarışda olan, özünü təsdiq etmək istəyən bir in-
san olub. Ətrafındakı adamların böyük əksəriyyəti özü kimi
həssas və duyğulu insanlardır. Qadınlar isə intihar səbəbi
ola bilməz. Daha doğrusu məncə ola bilməz. Bu hələlik mə-
nim subyektiv fikrimdir.
– Həkim, siz neynəmək fikrindəsiniz? Guya bu roman ya-
zılmasa nə olar ki? Niyə dostumuz oturub Hüqo kimi, Bal-
zak kimi, lap elə Şlink kimi roman yazmır?
– Nə bilim, a bəy. Belə məsləhət oldu.
– Könül nə deyir, danışır?
– Yox, son görüşümüzdə hiss etdim ki, narahatdır. Ona dü-
şünmək üçün vaxt vermək qərarına gəldim. Məncə hökmən
danışacaq. Bir də onun roman-zad vecinə deyil. Dünyaya kef
çəkmək üçün gəlib zalım qızı...
– Allah köməyin olsun, həkim! Düzü, Könül çox qəribə qız-
dır. Daha doğrusu özünü çox qəribə aparır. Onu Nicatdan
əvvəl tanıyıram. Əvvəllər mənə elə gəlirdi ki, ərini dəlicəsinə
sevir. Çünki, belə görüntü yaradırdı. Çətinliyi, problemi
olanda yanında olmuşam. Nicatla münasibətlərini öyrən-
dikdən sonra yanıldığımı başa düşdüm. Ümumiyyətlə o qı-
zın həyatdan nə istədiyi mənə maraqlıdır.
Dostları ilə paylaş: |