nəyə gətirib çıxarmasını Yuqoslaviyanın, Çexoslovakiyanın və
Rusiyanın nümunəsində başa düşmək olar.
Dar mənada «münaqişənin tənzimlənməsi» münaqişənin idarə
olunması üsullarından birini ifadə edir. Ondan istifadə olunması
münaqişələrin xitamını, ləğv edilməsini deyil, onların intensivliyinə
nəzarət olunmasını nəzərdə tutur. Bu halda məqsəd münaqişənin
aradan qaldırılmasından, yaxud qarşısının alınmasından deyil, onun
məhsuldar edilməsindən ibarətdir.
Münaqişələrin nizama salınması üçün onların labüdlüyünü
etiraf etmək zəruridir. Onların rolunu dərk etmək, funksiyalarını və
təzahür şəraitini, xarakterini aşkara çıxarmaq zəruridir. Münaqişələr
prinsipcə siyasətdən ayrılmaz olduğundan, belə yanaşmada başlıca
səylər münaqişənin cərəyanının və inkişafının formaları, ssenariləri,
müxtəlif variantları üzərində cəmləşdirilir.
Belə ki, münaqişənin legitimləşdirilməsinə və institutlaş-
dırılmasına böyük diqqət yetirilir. Bu, yalnız münaqişənin labüd-
lüyünün, hüquqauyğunluğunun tanınmasında deyil, həm də onun
barəsində bütün münaqişə tərəflərinin işləyib hazırladıqları, yaxud
qəbul etdikləri müəyyən qaydaların, normaların, qanunların tətbiqində
ifadə olunur. Belə qaydalar qismində beynəlxalq sazişlər və
konvensiyalar,
beynəlxalq
təşkilatların
nizamnamələri
və
reqlamentləri, müqavilələr çıxış edə bilər. Münaqişənin tənzimlənməsi
üçün onların səmərəliliyi və yararlılığı bütün münaqişə iştirakçıları
tərəfindən tanınması, bir tərəfin ziyanına digərinə üstünlük
verilməməsi, onların tətbiqində heç olmasa formal bərabərliyin təmin
edilməsi şərtilə əldə olunur.
Bu qaydaların konkret məzmunu və forması siyasi həyatın özü
qədər rəngarəngdir. Tarixin müxtəlif dövrlərində, müxtəlif
cəmiyyətlərdə və dövlətlərdə, müxtəlif siyasi sistemlərdə və müxtəlif
siyasi rejimlərdə «yaxşı» beynəlxalq müqaviləyə, beynəlxalq
təşkilatların, yaxud birliklərin «yaxşı» nizamnaməsinə verilən tələblər
nəinki eyniyyət təşkil edir, həm də ictimai tələbatların məzmunu və
təzahür forması dəyişdirildikcə onlara yenidən baxıhr.
Demək olar ki, münaqişədə iştirakın qayda və normaları bu və
ya digər şəkildə təsbitini tapmış şüurlu, mütəşəkkil və tənzimlənən
davranış variantları sistemini təşkil etdikdə insti- tutlaşır. Duel, demək
olar ki, tamamilə institutlaşmış münaqişəyə misaldır. Məlum olduğu
kimi, onun iştirakçılarının qarşı-
96
durma qaydası, onun vasitələri, vaxt, məsafə, habelə şahidlərin,
sekundantların və iştirakçıların duelə qədərki, duel vaxtı və du- eldən
sonrakı davranışı özünəməxsus məcəllə ilə tənzimlənir. Siyasi
münaqişənin institutlaşmasının əsasında sosial cəhətdən Ic-
gitimləşdirilmiş vasitə və sanksiyaların məcmusu, bu və ya digər
hərəkətlərin yerinə yetirilməsinin təsbit olunmuş qaydası durur.
Elmi və tədris ədəbiyyatında münaqişələrin nizama salınması
dedikdə çox vaxt tərəflərin münasibətlərindəki düşmənçilik
səviyyəsinin aşağı salınması, münaqişənin problemlərin birgə həllinin
axtarışı məcrasına keçirilməsi ilə bağlı olan məsələlərin işlənilməsi
başa düşülür. Bu zaman münaqişəli vəziyyətdə nizamasalma,
qərarların qəbul edilməsi texnologiyasının, münaqişənin dinc həlli,
danışıqlar prosesinin, vasitəçiliyin təşkili şərtlərinin öyrənilməsinə və
öyrədilməsinə, münaqişəyə mümkün təsir metodlarının təhlilinə
xüsusi diqqət yetirilir.
§4. Beynəlxalq siyasi münaqişənin nizama salınmasmda
«üçüncü tərəf»in rolu
«Üçüncü tərəf» termini geniş və ümumi olub, «vasitəçi»,
«danışıqlar prosesinin müşahidəçisi», «arbitr» kimi mənalarda
işlədilir. Üçüncü tərəf qismində vasitəçi, yaxud müşahidəçi statusu
daşımayan, lakin tərəflər arasında münaqişəli vəziyyətlərin nizama
salınması məsələləri ilə məşğul olan istənilən şəxs çıxış edə bilər.
Vurğulamaq vacibdir ki, üçüncü tərəf münaqişəyə iştirakçılardan
birinə yardım göstərmək məqsədilə deyil, məhz onun dinc yolla
nizama salınması məqsədilə müdaxilə edir. Birinci halda müdaxilənin
xarakterindən asılı olaraq üçüncü tərəf münaqişənin birbaşa, yaxud
dolayı iştirakçısına çevrilir. Üçüncü tərəfin danışıqlar yoluna
istiqamətlənməsi nəzərdə tutulduqda, adətən, vasitəçilik, xeyirxah
xidmətlərin göstərilməsi, arbitraj fərqləndirilir.
Bir qayda olaraq, vasitəçilik dedikdə qarşılıqlı surətdə məqbul
qərarın axtarışı prosesinin asanlaşdırılması və optimal- laşdırılması
məqsədilə üçüncü tərəfin iştirakı başa düşülür.
Özünün məzmunu etibarilə xeyirxah xidmətlər göstərmə
anlayışı vasitəçiliyə yaxındır. Onlar özünün son məqsədinə -
münaqişənin dinc yolla nizama salınmasına görə üst-üstə düşür, lakin
ən yaxın vəzifələrinə, yəni bu istiqamətdə nəyin və necə
97
edilməsinə görə fərqlənir. Xeyirxah xidmətlər münaqişə tərəflərini
münaqişəni dinc vasitələrlə həll etməyə sövq etməyə və onlara belə
həll üçün şərait təqdim etməyə yönəlmişdir. Bu halda üçüncü tərəf,
məsələn, yalnız beynəlxalq siyasi münaqişənin iştirakçıları arasında
görüşlərin keçirilməsi üçün öz ərazisini verməklə, yaxud «poçtalyon»
rolunda çıxış edərək, bir münaqişə iştirakçısının məlumatlarını
digərinə çatdırmaqla kifayətlənə bilər. Vasitəçilik isə, bir qayda olaraq,
üçüncü tərəfin münaqişənin nizama salınmasında daha geniş iştirakını
nəzərdə tutur. Onun vəzifəsi yalnız danışıqların təşkil edilməsi deyil,
həm də onlarda iştirak edərək, qarşılıqlı surətdə məqbul həll düsturunu
tapmağa kömək göstərməkdir. Buna görə də bəzən vasitəçiliyi və
xeyirxah xidmətlər göstərilməsini üçüncü tərəfin münaqişənin nizama
salınması prosesində oynadığı fəal (vasitəçilik), yaxud qeyri-fəal
(xeyirxah xidmətlər göstərmə) rola görə fərqləndirmək təklif olunur.
Arbitrajın xarakterik əlamətləri (şərtləri) aşağıdakılardan
ibarətdir:
1)
onun qərarlarının mübahisə tərəfləri üçün məcburi hüquqi
qüvvəsi; münaqişə iştirakçıları arbitrajın qərarı ilə razı olmasalar belə,
ona riayət etməyə borcludurlar;
2)
arbitri (arbitrləri) mübahisə tərəflərinin özlərinin seçməsi.
Sonuncu şərt həm vasitəçilik, həm də arbitraj üçün ümumidir.
Vasitəçilik zamanı qarşıduran tərəflər münaqişənin nizama salınması
barədə müstəqil surətdə qərar qəbul edirlər. Adətən, vasitəçi qarşılıqlı
məqbul qərarın tapılmasında onlara kömək göstərir.
Üçüncü tərəfin münaqişə iştirakçılarına təsir vasitələrinin
məcmusunda
məhdudiyyətlər
və
məcburetmələr,
məsələn,
münaqişənin davam etdirilməsi halında iqtisadi yardım göstərməkdən
imtina, iştirakçılara qarşı sanksiyaların tətbiqi, qarşıduran tərəfləri
ayırmaq üçün sülhyaratma qüvvələrinin yeridilməsi, hərbi
əməliyyatların həyata keçirilməsi istisna olunmur.
Bütün bu vasitələrdən silahlı münaqişə hallarında onun
iştirakçılarını zorakılığa son qoymağa sövq etmək məqsədilə intensiv
surətdə istifadə olunur. Lakin onlara çox vaxt tərəfləri dinc həll yolu
tapmağa məcbur etmək üçün vasitəçiliklə eyni vaxtda müraciət olunur.
Məcburedici və məhdudlaşdırıcı tədbirlər bəzən razılaşma əldə
edildikdən sonra da tətbiq olunur ki, sazişin yerinə yetiril
98
Dostları ilə paylaş: |