mək olar ki, dünya səhnəsindən itmişdir. İsveçli tədqiqatçıların
fikrincə, 1989-1994-cü illərdə dünyada mövcud olmuş 94
münaqişədən yalnız dördünü dövlətlərarası münaqişə hesab etmək
olar. Bir sıra müasir münaqişələrdə tərəflərin biri onun dövlətlər- arası
xarakter daşımasında təkid edir. Klassik dövlətlərarası münaqişələrin
yerini eyniləşdirmə münaqişələri tutur. Çox vaxt onlar dövlət əsası
üzərində deyil, başqa, əsasən milli, dini başlanğıclar üzərində cərəyan
edir.
Lakin müasir dünyada hansı dəyişikliklərin baş verməsindən
asılı olmayaraq, beynəlxalq münaqişələrin tezliklə beynəlxalq
münasibətlər təcrübəsindən yoxa çıxacağını düşünməyə əsas yoxdur.
Nə qədər ki, dünyada nüfuz dairələri uğrunda geosiyasi mübarizə
gedir, münaqişələr sivilizasiyasının yol yoldaşı kimi qalacaqdır.
§5. Hakimiyyət və münaqişə
Siyasi münaqişənin predmetini həmişə hakimiyyət təşkil edir.
Özlərinin predmetli fəaliyyətində insanlar əşyalar aləminə müraciət
edir, onları emal edir, birləşdirir, dəyişdirirlər. Qrup üzvləri kimi
təmasa girərkən, insanlar qarşılıqlı münasibətlər və qarşılıqlı təsirlər
sistemi qururlar. Öz növbəsində, həmin sistem idarəetmə səviyyələri
piramidasına çevrilir. Bu piramidanın zirvəsini məhz siyasi
hakimiyyət təşkil edir.
Siyasi hakimiyyətin ən mühüm funksiyası ictimai həyatın
ümumicbari normalarının müəyyən edilməsindən və onlara riayət
olunmasına nəzarətin həyata keçirilməsindən ibarətdir. Bu funksiyalar
artıq özünün mahiyyəti etibarilə ictimai asayişin yaradılmasını və
qorunub saxlanmasını nəzərdə tutur. Deməli, bu asayişi pozan
münaqişələrin nizamlanması üçün şərait yaradılmalı və qorunub
saxlanmalıdır.
Cəmiyyət həyatının qəbilə-tayfa təşkilinin dağılmasından bəri
cəmiyyətdə ali hakimiyyətin təcəssümü qismində dövlət çıxış edir.
Marksist ictimai inkişaf nəzəriyyəsində dövlətin yaranması bununla
izah olunur ki, ibtidai icmaların dağılması nəticəsində bir-biri ilə
permanent münaqişə vəziyyətində olan antaqonist siniflər
(istismarçılar sinfi və istismar olunanlar sinfi) meydana çıxmışdır.
Dövlət bu mübarizənin! məhsuludur: o, istismar olu
102
nan (məzlum) sinfin istismarçı sinfə qarşı mübarizəsini yatırmağa və
bununla da sinfi münaqişənin cəmiyyəti dağıtmasına yol verməməyə
qadir olan qüvvə kimi meydana çıxır. Marks dövlətə hakim (istismarçı)
sinfin malik olduğu və məzlum kütlələri itaətdə saxlamaq üçün istifadə
etdiyi zorakılıq aparatı kimi tərif verirdi. Beləliklə, o, dövlət
hakimiyyətinin sinfi xarakterini, onun hakim sinfin mənafelərinin
qorunması funksiyasını vurğu- layırdı: bu nöqteyi-nəzərdən dövlətin
başlıca vəzifəsi siniflərarası münaqişələrin hakim sinfin xeyrinə
həllindən ibarətdir.
Bir çox filosof və sosioloqlar, Marksdan fərqli olaraq, ilk
növbədə, başqa məqama diqqət yetirərək, cəmiyyətdə asayiş
yaradılmasım dövlətin başlıca vəzifəsi hesab etmişlər. Bu, ilk növbədə,
dövlətli tarixi inkişafın gedişində transformasiyası ilə bağlı baxışlarla
əlaqədardır.
Bu nöqteyi-nəzərdən yanaşdıqda dövlət münaqişə edən
siniflərin fövqündə duran və onların münaqişə hərəkətlərini qanun
çərçivələri ilə məhdudlaşdıran qüvvədir. Burada dövlətə sinifləri
barışdıran, onların mübarizəsini sahmanlayan qüvvə kimi tərif verilir.
Dövlətin belə izahını Hobbs, Russo və «ictimai müqavilə»
nəzəriyyəsinin digər tərəfdarları inkişaf etdirmişlər. Məsələn, Hobbsa
görə, dövlət yaranana qədər cəmiyyətdə yaşamaq təhlükəli olmuş,
«hamının hamıya qarşı müharibəsi» («bella omnia contra omnes»)
getmişdir. Bu müharibə insanların bir-birini məhv etməsinə gətirib
çıxara bilərdi. Buna yol verməmək üçün güclü hakimiyyət lazımdır. Bu
hakimiyyət məhz, dövlət forması kəsb etmiş, insanlar öz aralarında
bağladıqları «ictimai müqavi- lə»yə əsasən, dövlətə hamının məhvinin
qarşısını almaq məqsədilə fövqəladə zorakılıq səlahiyyətləri vermişlər.
Hobbs Bibliyada xatırlanan dəhşətli mifik varlığın adı ilə dövləti
«Leviafan» adlandırır. M.Veberin anlamında da dövlət qorxuncdur. O
göstərir ki, «Dövlət ...müəyyən sahə daxilində legitim fiziki zorakılıq
üzərində inhisara (uğurla) iddia edən insan birliyidir... Bütün qalan
ittifaqların, yaxud ayrı-ayrı şəxslərin fiziki zorakılıq hüququ dövlətin
öz tərəfindən bu zorakılığa yol verdiyi dərəcədə tanmır, zorakılıq
«hüququ»nun yeganə mənbəyi dövlətdir».
Dövlətin dünya sivilizasiyasına töhfəsi böyükdür. Bunu demək
kifayətdir ki, yalnız dövlətə malik cəmiyyətlərdə dünyaya və insana
rasional yanaşma formalaşmışdır. Dini sistemlər, elm,
103
hüquq, təhsil meydana çıxmışdır. İnsanın yaradıcı dühasının bir çox
kəşfləri bəşəriyyətin əbədi sərvətinə çevrilmişdir, çünki onlar dövlət
müəssisələrində qorunub saxlanmışdır. Vahid tarixi xronologiya;
nitqin yazıya alınmasının və hesabın varislik forması; uzunluq, çəki,
istilik ölçüləri; vahid hüquqi ənənə (Roma hüququndan başlayaraq) və
bir çox başqa nailiyyətlər mümkün olmuşdur. Bütün bunlar qrupdaxili
və qruplararası münaqişələrin tənzimlənməsi vasitələridir. Dövlətin
iştirakı ilə yaradılan belə vasitələrin siyahısını davam etdirmək olar:
məhkəmələr, seçkilər, parlamentlər, səfirliklər, muzeylər, pul,
nəhayət, kitab çapı.
Lakin konkret dövlətlər müxtəhf olur və həmin dövlətlərdə
münaqişələr müxtəlif şəkildə cərəyan edir. Onların xarakteri
hakimiyyətin inkişaf istiqaməti ilə müəyyən olunur. Burada ən mühüm
məqam hakimyyətin cəmiyyətə münasibətindən ibarətdir.
§6. Avtoritar hakimiyyət münaqişələri
Avtoritar tipli cəmiyyət maddi və mənəvi nemətləri çox ləng
əldə edir. Hökumət özünü qorumaq və özünə haqq qazandırmaqla
məşğuldur. Əməkçilər yoxsulluq həddindədir. Lakin hakimiyyət
strukturları da bu idarəetmə tipi üçün spesifik olan münaqişələrdən
xali deyildir.
Düşmən axtarışı aşağı silklərdən olan narazıların kənar edilməsi
ilə məhdudlaşmır. Hökumət aparatını əldə saxlamaq üçün hakimiyyət
daim guya onu nüfuzdan salan nümayəndələrini kütlənin qəzəbinə
qurban verməlidir. Faydalı dialoqu rasional qaydada aparmaq daha
yaxşıdır. Lakin müti və sözsüz tabeçilik irrasionallıq zəminində artır.
Qorxmaq və müdiriyyətə sədaqətini nümayiş etdirmək tələb olunur.
İndiki vəziyyətini hakimiyyətin lütfkarlığı kimi qiymətləndirmək
lazımdır. Bu şəraitdə vicdanlı və rasional düşüncəli funksionerin nə
kimi çətinliklərlə üzləşdiyini təsəvvür etmək mümkündür. O, canavar
sürüsünün qanunları üzrə cərəyan edən münaqişələr zonasına düşür:
zəifə güc, güclüyə itaət göstərməlisən, məhvə məhkumun təqibində
hökmən iştirak etməlisən; öz fikrin olmamalıdır; özünü gözə
soxmamalısan.
Vəziyyət onunla kəskinləşir ki, totalitar hakimiyyətdə təqsirsiz
adam olmur. Funksionerin itaəti yalnız təqsiri anlaşılmaz
104
Dostları ilə paylaş: |