193
M.Ə.Rəsulzadənin, M.K.Atatürkün qoyduğu sistemlər üzündə dünyəvi
dövlət quruculuğu uğrunda mübarizədir! Və bu belə də olacaq!, başqa
cür də ola bilməz!. Onda da deyidilər ki, ə bunnar hə deyəsən dini
yaxına qoymurlar, bunlar filanlar, keçmiş, məsələn bu cür. Siz təsəvvür
eləyin ki, mən, bizim ələyhimizə çıxmaq üçün, əleyhimizə çıxmağa
çıxırdılar ha, ta çıxırmışlar deyək ki, görürdülər bizə daha güc
çatmıyacaq, yanı məsələ aydındır, başlamışdılar M.K.Atatürkünən
M.Ə.Rəsulzadəni təftiş eləməyə ki, bunlar kim olub? Bunlar da elə belə
olubdu, filan olubdu. Təsəvvür eliyirsiniz? M.Ə.Rəsulzadəni. Siz hətta
təsəvvür eləyin ki, bizim, bir qaraguruh başladı o zaman, bir qaraguruh
başlatdırdılar ki, balet yığışdırılsın. İslam, deyək, İran burda əli olan
qüvvələr məscidlərdə başladılar ki, balet yığışdırılmalıdır. Bu nədir? Bu,
biz, islam əxlaqına, müsəlman əxlaqına ziddir. Belə şeylər başlamışdılar.
Biz, bunun buna nə dəxli var? Din dövlətdən ayrıdır, gedin başqa işinən
məşğul olun, bu işə başınızı soxmayın! Təbliğat aparırdılar burda ki,
balet olmamalıdır. Bu, bəli. Açıblar məscidlərdə, bizim balet yazan
demək Fikrət Əmirova, başqalarına lənət oxutdururdular. Biz axırda
məsələni belə qoyduq ki, siz indi məsələni belə qaldırırsınız, Fikrət
Əmirovun yazdığı balet “Min bir gecə” baletidir, ona aiddir. “Min bir
gecə” isə elə müsəlman dövründə yaranmış ərəb nağıllarıdır, sarayda
yaranıbdır. Bunun islama nə ziddiyət axtarırsınız burda? “Peyğəmbər”
əsərini səhnəyə qoymağa qoymurdular, qoymadılar. Ki, “Peyğəmbər”
əsərini səhnəyə qoyulmasın. Halbuki onu başqa cür qoymaq olardı.
Hökm deyil ki, peyğəmbər sürəti, səsi, o məsələ bir səs vermək olardı və
yaxud deyək ki, səs verilməzdi. Necə məsələn Məhəmməd peyğəmbərin
filmi çəkilib, orda Məhəmməd peyğəmbər görsənmir, dəvəsi görsənir,
çəlik görsənir, özü görsənmir. Bunu elə də etmək olardı, məsəl deyək.
Amma onu qoymadılar, burda ki, bu ola bilməz. Və yanı Azərbaycan çox
ziddiyyətli ölkədir! Asiyaynan Avropanın çağlaşdığı bir məmləkətdir! Bu
məmləkətdə yeni, Avropa düşüncəsiynən, həm də demirəm o birsi
köhnədir, yox! O köhnə deyil! Mühafizəkar, amma sistemdir bu.
Mühafizəkar bir sistem var. Biz onu da demirik ki, o da ləğv olsun, məhv
olsun. Yox! Sadəcə olaraq iki böyük mədəniyyətin burada çağlaşması və