Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

mək  olar  ki,  dünya  səhnəsindən  itmişdir.  İsveçli  tədqiqatçıların 
fikrincə,  1989-1994-cü  illərdə  dünyada  mövcud  olmuş  94 
münaqişədən  yalnız  dördünü  dövlətlərarası  münaqişə  hesab  etmək 
olar. Bir sıra müasir münaqişələrdə tərəflərin biri onun dövlətlər- arası 
xarakter daşımasında təkid edir. Klassik dövlətlərarası münaqişələrin 
yerini  eyniləşdirmə  münaqişələri  tutur.  Çox  vaxt  onlar  dövlət  əsası 
üzərində deyil, başqa, əsasən milli, dini başlanğıclar üzərində cərəyan 
edir. 
Lakin  müasir  dünyada  hansı  dəyişikliklərin  baş  verməsindən 
asılı  olmayaraq,  beynəlxalq  münaqişələrin  tezliklə  beynəlxalq 
münasibətlər təcrübəsindən yoxa çıxacağını düşünməyə əsas yoxdur. 
Nə  qədər  ki,  dünyada  nüfuz  dairələri  uğrunda  geosiyasi  mübarizə 
gedir, münaqişələr sivilizasiyasının yol yoldaşı kimi qalacaqdır. 
§5. Hakimiyyət və münaqişə 
Siyasi  münaqişənin  predmetini  həmişə  hakimiyyət  təşkil  edir. 
Özlərinin  predmetli  fəaliyyətində  insanlar  əşyalar  aləminə  müraciət 
edir,  onları  emal  edir,  birləşdirir,  dəyişdirirlər.  Qrup  üzvləri  kimi 
təmasa  girərkən,  insanlar  qarşılıqlı  münasibətlər və  qarşılıqlı  təsirlər 
sistemi qururlar. Öz növbəsində, həmin sistem idarəetmə səviyyələri 
piramidasına  çevrilir.  Bu  piramidanın  zirvəsini  məhz  siyasi 
hakimiyyət təşkil edir. 
Siyasi  hakimiyyətin  ən  mühüm  funksiyası  ictimai  həyatın 
ümumicbari  normalarının  müəyyən  edilməsindən  və  onlara  riayət 
olunmasına nəzarətin həyata keçirilməsindən ibarətdir. Bu funksiyalar 
artıq  özünün  mahiyyəti  etibarilə  ictimai  asayişin  yaradılmasını  və 
qorunub  saxlanmasını  nəzərdə  tutur.  Deməli,  bu  asayişi  pozan 
münaqişələrin  nizamlanması  üçün  şərait  yaradılmalı  və  qorunub 
saxlanmalıdır. 
Cəmiyyət  həyatının  qəbilə-tayfa  təşkilinin  dağılmasından  bəri 
cəmiyyətdə  ali  hakimiyyətin  təcəssümü  qismində  dövlət  çıxış  edir. 
Marksist  ictimai  inkişaf  nəzəriyyəsində  dövlətin  yaranması  bununla 
izah  olunur  ki,  ibtidai  icmaların  dağılması  nəticəsində  bir-biri  ilə 
permanent  münaqişə  vəziyyətində  olan  antaqonist  siniflər 
(istismarçılar  sinfi  və  istismar  olunanlar  sinfi)  meydana  çıxmışdır. 
Dövlət bu mübarizənin! məhsuludur: o, istismar olu 
102 


nan (məzlum) sinfin istismarçı sinfə qarşı mübarizəsini yatırmağa və 
bununla da sinfi münaqişənin cəmiyyəti dağıtmasına yol verməməyə 
qadir olan qüvvə kimi meydana çıxır. Marks dövlətə hakim (istismarçı) 
sinfin malik olduğu və məzlum kütlələri itaətdə saxlamaq üçün istifadə 
etdiyi  zorakılıq  aparatı  kimi  tərif  verirdi.  Beləliklə,  o,  dövlət 
hakimiyyətinin  sinfi  xarakterini,  onun  hakim  sinfin  mənafelərinin 
qorunması  funksiyasını  vurğu-  layırdı:  bu  nöqteyi-nəzərdən  dövlətin 
başlıca  vəzifəsi  siniflərarası  münaqişələrin  hakim  sinfin  xeyrinə 
həllindən ibarətdir. 
Bir  çox  filosof  və  sosioloqlar,  Marksdan  fərqli  olaraq,  ilk 
növbədə,  başqa  məqama  diqqət  yetirərək,  cəmiyyətdə  asayiş 
yaradılmasım dövlətin başlıca vəzifəsi hesab etmişlər. Bu, ilk növbədə, 
dövlətli tarixi inkişafın gedişində transformasiyası ilə bağlı baxışlarla 
əlaqədardır. 
Bu  nöqteyi-nəzərdən  yanaşdıqda  dövlət  münaqişə  edən 
siniflərin  fövqündə  duran  və  onların  münaqişə  hərəkətlərini  qanun 
çərçivələri  ilə  məhdudlaşdıran  qüvvədir.  Burada  dövlətə  sinifləri 
barışdıran, onların mübarizəsini sahmanlayan qüvvə kimi tərif verilir. 
Dövlətin  belə  izahını  Hobbs,  Russo  və  «ictimai  müqavilə» 
nəzəriyyəsinin digər tərəfdarları inkişaf etdirmişlər. Məsələn, Hobbsa 
görə,  dövlət  yaranana  qədər  cəmiyyətdə  yaşamaq  təhlükəli  olmuş, 
«hamının  hamıya  qarşı  müharibəsi»  («bella  omnia  contra  omnes») 
getmişdir.  Bu  müharibə  insanların  bir-birini  məhv  etməsinə  gətirib 
çıxara bilərdi. Buna yol verməmək üçün güclü hakimiyyət lazımdır. Bu 
hakimiyyət  məhz,  dövlət  forması  kəsb  etmiş,  insanlar  öz  aralarında 
bağladıqları «ictimai müqavi- lə»yə əsasən, dövlətə hamının məhvinin 
qarşısını almaq məqsədilə fövqəladə zorakılıq səlahiyyətləri vermişlər. 
Hobbs  Bibliyada  xatırlanan  dəhşətli  mifik  varlığın  adı  ilə  dövləti 
«Leviafan» adlandırır. M.Veberin anlamında da dövlət qorxuncdur. O 
göstərir ki, «Dövlət ...müəyyən sahə daxilində legitim fiziki zorakılıq 
üzərində  inhisara  (uğurla)  iddia  edən  insan  birliyidir...  Bütün  qalan 
ittifaqların, yaxud ayrı-ayrı şəxslərin fiziki zorakılıq hüququ dövlətin 
öz  tərəfindən  bu  zorakılığa  yol  verdiyi  dərəcədə  tanmır,  zorakılıq 
«hüququ»nun yeganə mənbəyi dövlətdir». 
Dövlətin dünya sivilizasiyasına töhfəsi böyükdür. Bunu demək 
kifayətdir  ki,  yalnız  dövlətə  malik  cəmiyyətlərdə  dünyaya  və  insana 
rasional yanaşma formalaşmışdır. Dini sistemlər, elm, 
103 


hüquq, təhsil meydana çıxmışdır.  İnsanın  yaradıcı  dühasının bir çox 
kəşfləri bəşəriyyətin əbədi  sərvətinə çevrilmişdir, çünki  onlar dövlət 
müəssisələrində  qorunub  saxlanmışdır.  Vahid  tarixi  xronologiya; 
nitqin yazıya alınmasının və hesabın varislik forması; uzunluq, çəki, 
istilik ölçüləri; vahid hüquqi ənənə (Roma hüququndan başlayaraq) və 
bir çox başqa nailiyyətlər mümkün olmuşdur. Bütün bunlar qrupdaxili 
və  qruplararası  münaqişələrin  tənzimlənməsi  vasitələridir.  Dövlətin 
iştirakı ilə  yaradılan belə vasitələrin siyahısını davam etdirmək olar: 
məhkəmələr,  seçkilər,  parlamentlər,  səfirliklər,  muzeylər,  pul, 
nəhayət, kitab çapı. 
Lakin  konkret  dövlətlər  müxtəhf  olur  və  həmin  dövlətlərdə 
münaqişələr  müxtəlif  şəkildə  cərəyan  edir.  Onların  xarakteri 
hakimiyyətin inkişaf istiqaməti ilə müəyyən olunur. Burada ən mühüm 
məqam hakimyyətin cəmiyyətə münasibətindən ibarətdir. 
§6. Avtoritar hakimiyyət münaqişələri 
Avtoritar  tipli  cəmiyyət  maddi  və  mənəvi  nemətləri  çox  ləng 
əldə  edir.  Hökumət  özünü  qorumaq  və  özünə  haqq  qazandırmaqla 
məşğuldur.  Əməkçilər  yoxsulluq  həddindədir.  Lakin  hakimiyyət 
strukturları  da  bu  idarəetmə  tipi  üçün  spesifik  olan  münaqişələrdən 
xali deyildir. 
Düşmən axtarışı aşağı silklərdən olan narazıların kənar edilməsi 
ilə məhdudlaşmır. Hökumət aparatını əldə saxlamaq üçün hakimiyyət 
daim  guya  onu  nüfuzdan  salan  nümayəndələrini  kütlənin  qəzəbinə 
qurban  verməlidir.  Faydalı  dialoqu  rasional  qaydada  aparmaq  daha 
yaxşıdır. Lakin müti və sözsüz tabeçilik irrasionallıq zəminində artır. 
Qorxmaq  və  müdiriyyətə  sədaqətini  nümayiş  etdirmək  tələb  olunur. 
İndiki  vəziyyətini  hakimiyyətin  lütfkarlığı  kimi  qiymətləndirmək 
lazımdır.  Bu  şəraitdə  vicdanlı  və  rasional  düşüncəli  funksionerin  nə 
kimi çətinliklərlə üzləşdiyini təsəvvür etmək mümkündür. O, canavar 
sürüsünün  qanunları  üzrə  cərəyan  edən  münaqişələr  zonasına  düşür: 
zəifə  güc,  güclüyə  itaət  göstərməlisən,  məhvə  məhkumun  təqibində 
hökmən  iştirak  etməlisən;  öz  fikrin  olmamalıdır;  özünü  gözə 
soxmamalısan. 
Vəziyyət onunla kəskinləşir ki, totalitar hakimiyyətdə təqsirsiz 
adam olmur. Funksionerin itaəti yalnız təqsiri anlaşılmaz 
104 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə