Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

liyyət  sahəsinə  görə  fərqlənir:  əxlaq  normaları  hərtərəfli  xarakter 
daşıyır, hüquq isə hər an məhdud tətbiq sahəsinə malikdir. Beynəlxalq 
siyasi  münaqişələr  eyni  zamanda  hüquq  və  əxlaq  norma-  lannm 
təsirinə məruz qalır. Məsələn, silahlı münaqişə zamanı hərbi təcavüz 
həm hüquq normalarının pozulması, həm də mənəvi cinayətdir. Əxlaq 
normaları hüquq normalarından daha geniş və çevikdir. 
Üçüncüsü,  beynəlxalq  hüquq  və  beynəlxalq  əxlaq  beynəlxalq 
münaqişələrin tənzimlənməsi formalarına, metodlarına, vasitələrinə və 
imkanlarına  görə  fərqlənir.  Hüquqi  tənzimləmə  məc-  buretmə 
vasitələrindən  (beynəlxalq  məhkəmə,  hərbi,  ekoloji  və  siyasi 
sanksiyalar,  hökumətlərarası  təşkilatlardan  xaricetmə,  diplomatik 
münasibətlərin  kəsilməsi  və  s.)  istifadə  olunmasını  nəzərdə  tutur. 
Beynəlxalq  davranışın  mənəvi  normalarına  riayət  olunmasının  əsas 
tənzimləyicisi  dünya  ictimai  rəyidir,  onun  beynəlxalq  siyasi 
münaqişələrin  iştirakçılarına  təsiri  beynəlxalq  hüququn  təsirindən 
daha səmərəli ola bilər. 
Müasir mərhələdə dünya səhnəsində siyasi qarşılıqlı fəaliyyətin 
iştirakçılarının  sayı  artmış,  onun  xarakteri  mürəkkəbləşmiş,  köhnə 
dövlət  qurumları  dağılmış  və  yeni  dövlət  qurumları,  o  cümlədən 
beynəlxalq-hüquqi  tanınmaya  malik  sərhədləri  olan  milli-ərazi 
qurumları yaranmış, bir sıra yeni milli-ərazi problemləri yaranmış və 
köhnə problemlər bərpa olunmuşdur, közərən münaqişələrə getdikcə 
daha çox «üçüncü tərəf» cəlb olunmağa başlanmışdır. 
Dünya  siyasi  təcrübəsi  göstərir  ki,  müasir  dünyada  müna- 
qişəlilik  beynəlxalq  münasibətlərin  yalnız  iki  dünya  sisteminin,  iki 
fövqəldövlətin  və  s.  qarşıdurması  ilə  bağlı  olmayan  ayrılmaz 
xarakteristikası  kimi  təzahür  edir.  20-21-ci  əsrlərin  ayrıcında  Şərqi 
Avropada, Balkanlarda, Mərkəzi Asiyada, tran körfəzində, Qafqazda, 
dünyanın digər regionlarında beynəlxalq münaqişələr əslində müxtəlif 
siyasi  elitaların,  beynəlxalq  aləmdə  fəal  siyasət  yeritməyə  can  atan 
milli,  dini  və  digər  sosial  qrupların  mənafelərinin  toqquşması 
olmuşdur.  Bu  zaman  «üçüncü  qüvvənin»  mövcudluğu,  onun 
hadisələrə təsir etmək qabiliyyəti də vacib faktorlardan birinə çevrilir. 
Qərbdə çox vaxt deyirlər ki, demokratik cəmiyyət liderlərinin 
münaqişəyə girməmək üçün çoxlu siyasi stimulları möv 
93 


cuddur.  Demokratik  ictimaiyyət  çox  vaxt  başqa  demokratik  dövlətə 
hücumu  xarici  siyasətdə  uğursuzluq,  rəhbərliyin  səhvlərinin  nəticəsi 
kimi qəbul edir. Bunu nəzərə alaraq, demokratik dövlətlərin liderləri 
öz  dövlətlərinin  qarşılıqlı  münasibətlərində  hərbi  gücdən  istifadə 
etməyə  daha  az  meylli  olurlar  və  əhalinin  diqqətini  daxili 
problemlərdən  yayındırmaq  üçün  beynəlxalq  münaqişələrə  daha  az 
ehtimalla müraciət edirlər. Lakin bu tezis heç də həmişə, hətta Qərbin 
ən demokratik ölkələrinin siyasətində belə öz təsdiqini tapmıp. 
Demokratizm,  plüralizm  və  çəkişmənin  başqa  cəhəti  də 
mövcuddur.  Əməkdaşlıqla  yanaşı,  rəqabəti  və  mənafelərin 
toqquşmasını da ehtiva edən çəkişmə sahəsini həm cəmiyyətdaxili, o 
cümlədən daxili siyasi, həm də beynəlxalq münasibətlər sahəsi təşkil 
edir. Buna görə də, ictimai həyatın istənilən sahəsinin plü- ralist təşkili 
totalitar,  yaxud  avtoritar,  ümumiyyətlə,  hər  hansı  konkret 
inhisarçı-mərkəzləşdirilmiş sistemin münaqişəsiz antipo- du deyildir. 
Lakin onun münaqişə potensalı prinsipcə fərqli məzmuna malikdir. 
Onun  əsasını  yaxşı  məlum  olan  hallar  təşkil  edir:  dövlət, 
kollektivçiliyin  istənilən  konkret  forması  onların  fəaliyyətinin  nə 
dərəcədə  səmərəli  və  demokratik  olmasından  asılı  olmayaraq,  nə  bu 
gün, nə də  yaxın  gələcəkdə bütün  insanların mənafelərini təmin edə 
bilməz.  İnsanların  sayı  durmadan  artır,  onların  mənafeləri  də  eyni 
fasiləsizliklə çoxalır və ən mühümü, daha rəngarəng olur, çünki hər bir 
insan  təkrarolunmazdır,  onun  həyatı,  şüuru  və  hissləri  də  bir  çox 
cəhətdən təkrarolunmazdır və belə insanın onun daxil edildiyi istənilən 
sosial  birliyin  mənafeləri  ilə  tam  üst-  üstə  düşməyən  təkrarolunmaz 
mənafeləri olmaya bilməz. 
Bu  «təkrarolunmaz»  və  çox  vaxt  bir-birinə  qarşı  duran 
mənafelərin siyasi münaqişə formasında mövcudluğu qaydaları təsbit 
edən və siyasi qarşıdurmanın gedişini  tənzimləyən hüquq institutları 
sayəsində  yumşalır.  Bu  zaman  cəmiyyətdə  ictimai  münasibətlərin 
siyasi  sabitliyi  münaqişənin  yatırılmasına  deyil,  onun  iştirakçı 
tərəflərin  mənafelərinin  ödənilməsini  təmin  edən  həllinə  əsaslanır. 
Aydındır  ki,  belə  nəticəyə  nail  olmaq,  hətta  nəzəri  cəhətdən  belə 
çətindir,  təcrübədə  isə  münaqişə  potensialının  xeyli  hissəsi  ya  çoxlu 
lokal  toqquşmalarda  sərf  olunur,  ya  da  qrupun  xarici  möhkəmliyinə 
təkan verməklə, hamin sosial qrup 
94 


üçün  xarici  sahəyə  keçirilir.  Əlbəttə,  siyasi  plüralizmin  təsdiqi, 
demokratikləşdirmə,  o  cümlədən  qəbul  edilmiş  xarici  siyasət 
qərarlarının  qəbul  edilməsinin  demokratikləşdirilməsi,  dövlətin 
hüquqi xarakteri cəmiyyətin müxtəlif qruplarının mənafelərinin ifadə 
edilməsi,  onların  dünya  səhnəsində  təmsil  olunması  imkanlarını 
genişləndirir. 
Bundan  əlavə,  vətəndaş  cəmiyyətinin  normalarına  görə, 
müxtəlif  və  çox  vaxt  bir-birinə  zidd  olan  ictimai  mənafelərin  dünya 
səhnəsində təzahürü daha aydın xarakter kəsb etməkdədir. Bu, onunla 
bağlıdır  ki,  demokratik  cəmiyyətdə  beynəlxalq,  ilk  növbədə,  xarici 
siyasi  fəaliyyətə  dünya  siyasətində  özlərinin  çox  vaxt  üst-üstə 
düşməyən,  bəzən  isə  bir-birinə  zidd  olan  mənafelərinin  təmsil 
olunmasına  iddia  edən  ayrı-ayrı  sosial  qruplar  daim  təsir  göstərir. 
Bundan  başqa,  beynəlxalq  fəaliyyətə  elektoratın  genişlənməsi, 
beynəlxalq  aləmdə  onların  mənafeləri  naminə  müxtəlif  aksiyaların 
keçirilməsi  yolu  ilə  nüfuzlu  sosial  qrupların  dəstəyinin  alınmasına 
meyl də təsir göstərir. 
Köhnə  ictimai  quruluşun  süqutu  həmişə  cəmiyyətin  qütb- 
ləşməsi,  açıq  və  kəskin  ideya  və  siyasi  rəqabətlə  müşayiət  olunur. 
Mübarizə yalnız dünya səhnəsində ayrı-ayrı sosial qrupların spesifik 
mənafelərini  ifadə  etmək  hüququ  uğrunda  deyil,  həm  də  onların 
mümkün  qədər  tam  reallaşdırılması  uğrunda  gedir.  Bu  zaman,  hətta 
müxtəlif  sosial  qrupların  zahirən  siyasi  mənafelərdən  uzaq  olan 
mənafeləri  belə  aydın  siyasi  xarakter  kəsb  edir.  Bütün  təsərrüfat 
sisteminin  böhranı,  istehsalın  tənəzzülü  kəskin  sosial-  siyasi 
dəyişikliklər  şəraitində  labüd  olan  hakimiyyət  strukturlarının 
səmərəliliyinin  aşağı  düşməsi  artan  ictimai  narazılıq  doğurur  və  bu, 
partlayış  təhlükəli  xarakter  kəsb  edir.  Dünya  səhnəsində  köhnə 
nümayəndəlik  formalarından  imtina  edən  cəmiyyətdə  gərginlik  və 
yeni  formaların  təşəkkülü  prosesinin  başa  çatması  beynəlxalq 
təhlükəsizliyə  təhdid  edən  kəskin,  çox  vaxt  silahlı  beynəlxalq 
münaqişələr  doğurur.  Üstəlik,  yeni  hakimiyyət  köhnə  sınanmış 
vasitələrdən  imtina  etmir:  siyasi  sabitliyin  və  cəmiyyətdə  nüfuzun 
möhkəmləndirilməsi 
məqsədilə 
bu 
gərginliyi 
beynəlxalq, 
millətlərarası, milli-ərazi problemləri sahəsinə yönəltməyə çalışırlar. 
Milli-ərazi  problemlərinin,  milli  və  etnik  münaqişələrin 
kəskinləşməsinin ictimai-siyasi sistemin dəyişməsi şəraitində 
95 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə