Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

-
 
qarşıduran  tərəflər  arasında  siyasi  kompromis  imkanlarının 
aşkara çıxarılması; 
-
 
məqsədin  əldə  edilməsi  vasitələrin  əvəzlənməsi  (ölkə 
əhalisinin  əksəriyyətinin  mənafelərinə  cavab  verən  məqsəd  və  onun 
əldə  edilməsinə  kömək  göstərən  vasitələr  bəyan  olunur.  Bu  zaman 
başqa  sabitləşdirmə  vasitələrinin  tətbiqi  üçün  istifadə  olunan  vaxt 
udulur; 
-
 
siyasi liderin dəyişdirilməsi (əvvəl bəyan olunmuş məqsədlərə 
nail olmayan ölkə rəhbərliyi hakimiyyətdə qalaraq, məsələn, Nazirlər 
Kabinetini, yaxud konkret lideri istefaya göndərir). 
Siyasi  manevretmənin  zəif  cəhəti  tətbiq  olunan  tədbirlərin 
müvəqqəti xarakter daşıması ilə bağlıdır. 
3.
 
Siyasi  manipulyasiya.  Bu  ad  altında  geniş  mənada  siyasi 
hakimiyyətin  özünün  sabit  mövcudluğu  üçün  həyata  keçirdiyi 
hərəkətlər  başa  düşülür.  Dar  mənada  siyasi  manipulyasiya  dedikdə 
ictimai  şüura,  ilk  növbədə,  kütləvi  kommunikasiya  vasitələri  ilə 
məqsədyönlü  təsir  başa  düşülür.  Adətən,  qəzetlər,  radio,  televiziya, 
əsasən,  cəmiyyətdəki  hakim  qüvvələrin  əlində  olur.  Buna  görə  də 
onların  hərəkətləri  mövcud  siyasi  sistemin  sabitləşdiril-  məsinə 
yönəlmişdir. 
Münaqişələrin  qarşısının  alınmasının  «düşmən  obrazının 
yaradılması»  kimi  üsulunun  həyata  keçirilməsində  KİV-in,  xüsusilə 
elektron KİV-in  rolu böyükdür. O, həll olunmamış problemlərə  görə 
məsuliyyətin  digər  (çox  vaxt  müxalif,  bəzən  isə  mifik)  siyasi 
qüvvələrin üzərinə qoyulmasından və əhalinin diqqətinin kəskin siyasi 
və sosial problemlərdən yaymdırılmasmdan ibarətdir. 
4.
 
Kontrelitanın  inteqrasiyası.  İctimai  sistemin  sabitliyinin 
pozulması  onda  ictimai  narazılığın  inteqratoru  rolunu  oynayan 
kontrelitaların  formalaşmasına  təkan  verir.  Belə  kontrelitalar 
qeyri-standart təfəkkürlü insanların inkarına gətirib çıxaran yanlış kadr 
siyasəti  nəticəsində  əmələ  gəlir.  Onlar  siyasi  elitanın  tərkibinə 
düşmədikdə  «əks  qütbdə»  toplaşır  və  eyni  zamanda  hökumətə  qarşı 
fəallıq  göstərirlər.  Kontrelitanın  əmələ  gəlməsinə  yol  verməmək, 
yarandıqda isə onu siyasi elitaya inteqrə etmək məqsədəuyğundur. 
Onun siyasi mənafeləri hakimiyyətdən ayrı deyildir, buna görə 
də onun nümayəndələrinin rəhbərliyin tərkibinə daxil edilməsi, yaxud 
kontrelitanın təsiri altında olan təşkilat və hərəkat- 
117 


larin hakimiyyətə cəlb olunması mümkündür. 
5.  «Sistemli  müxalifətin  zəiflədilməsi».  Kontrelitadan  fərqli 
olaraq, o, öz qarşısına mövcud sistemin sabitliyini tam pozmaq və öz 
sistemini  yaratmaq  məqsədini  qoyur.  Buna  görə  də  siyasi  rəhbərlik 
üçün  «sistemli  müxalifət»in  hərəkətlərinin  maksimum  zəiflədilməsi 
vacibdir. Bundan ötrü aşağıdakı üsulları tətbiq oluna bilər: 
-
 
müxalifətin həyata keçirmək istədiyi hərəkətlərdə təşəbbüsün 
ələ keçirilməsi
-
 
müxalifət üzvlərinin .xudbin məqsədlərinin ifşası; 
-
 
müxalifətin  qoyduğu  məqsədlərin  əldə  olunmasının  qeyri- 
mümkünlüyünün nümayiş etdirilməsi
-
 
arasında  populyar  olduğu  sosial  təbəqələr  tərəfindən 
müxalifətə etimadsızlığın formalaşdırılması; 
-
 
müxalifətin tərkibində «təfriqəçi qruplar»ın yaradılması; 
-- müxalifət düşərgəsindən «fərarilər»in stimullaşdırılması, 
onların hakimiyyət strukturlarına cəlb edilməsi
-
 
müxalifətin  qeyri-zorakı  ləğvi  (onun  nümayəndələrinin 
hakimiyyət 
orqanlarına 
daxil 
edilməsi, 
qərarların 
işlənib 
hazırlanmasına cəlb edilməsi və s.; 
~ müxalifət liderlərinin zərərsizləşdirilməsi. 
Müxalifət liderlərinin zərərsizləşdirilməsi aşağıdakı metodlarla 
reallaşdırıla bilər: 
-
 
iddiaların təmin edilməsi (hakimiyyətə cəlbetmə); 
-
 
rolların 
qarışdırılması 
(problemlərin 
həllində, 
çatışmazlıqların aradan qaldırılmasında iştirak etmək təklifi); 
-
 
psixoloji  təcridetmə:  müxalifət  liderində  müsbət  cəhətlərin 
mütləqləşdirilməsi, ifrat mədhetmə və onun müxalifətdən ayrılması; 
-
 
formallaşdırma 
(müxalifət 
liderinin 
formallaşdınlmış 
hərəkətləri  yüksək məqsəd müdafiəçisi kim cazibədarlıqdan məhrum 
edilir); 
--  psixoloji  yaxınlaşma  (rəhbərlik  və  müxalifət  arasında 
qeyri-formal məsafənin azaldılması); 
-
 
dolayı yolla gözdən salma (nüfuzlu, lakin ümidsiz işə başçılıq 
etmək təklifi); 
-
 
psixoloji cəhətdən nüfuzdan salma: mövcud liderlərin rəqibi 
olan alternativ müxalifət liderlərinin dəstəklənməsi
118 


-  qrupların  parçalanması  (liderin  öz  tərəfdarlarından  təcrid 
edilməsi, onun «ordusuz general» vəziyyətinə salınması). 
6.
 
Güc təzyiqi. Güc təzyiqinin  tətbiqi  formaları sistemə mənfi 
münasibətin  zorakı  üsullarla  aradan  qaldırılmasına  yönəlmiş  açıq 
diktaturanın qurulmasından dolayı təzyiq metodlarının tətbiqinə qədər 
tərəddüd  edir.  Bu  zaman  fövqəladə  vəziyyət  elan  olunması, 
repressiyalar,  müxalifət  partiyalarının  qadağan  edilməsi  və  s.  kimi 
hüquq  normalarına  riayət  olunur.  Bu  metod  vətəndaşların  siyasi 
fəallığının  aşağı  olduğu,  mühafizəkar  təfəkkürün  və  sərt  iyerarxik 
strukturun saxlanması yönəlişinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə 
tətbiq oluna bilər. Belə şəraitdə güc təzyiqi ağlabatan hədlərdən kənara 
çıxmadıqda  xüsusi  müqavimət  olmadan  qəbul  edilir.  Yüksək  siyasi 
fəallığa  malik  cəmiyyətlərdə  belə  təzyiq  çox  vaxt  müqavimətlə 
qarşılanır. 
Beləliklə, daxili siyasi münaqişənin xüsusiyyəti cəmiyyətin bu 
və  ya  digər  təbəqəsinin  özünün  siyasi  mənafeyi  uğrunda 
mübarizəsindən  ibarətdir.  Daxili  siyasi  münaqişələr  sırasında  sinfi 
münaqişələr,  siyasi  partiyalar  və  hərəkatlar  arasında  münaqişələr, 
habelə  qruplaşmalar  arasında  dövlətdə,  partiyada,  ictimai-  siyasi 
hərəkatda  liderlik  uğrunda  mübarizə  fərqləndirilir.  Daxili  siyasi 
münaqişələrin  qarşısının  alınması  yolları sosial  manevr-  etmə, siyasi 
manevretmə,  siyasi  manipulyasiya,  kontrelitanın  inteqrasiyası, 
«sistemli müxalifət»in zəiflədilməsi və güc təzyiqidir. 
§11. Siyasi münaqişələrin nizamlanması problemi 
Siyasi  münaqişələrin  nizama  salınması  üsulları,  ilk  növbədə, 
münaqişə  növünün  müəyyən  edilməsindən  asılıdır.  Biz,  bir  qayda 
olaraq,  subyektləri  qismində  mövcud  siyasi  sistem  çərçivəsində 
fəaliyyət  göstərən  siyasi  institutların  və  təşkilatların  (məsələn, 
hakimiyyətin  icraedici  və  qanunverici  budaqlarının)  çıxış  etdikləri 
üfüqi  münaqişə  ilə  qarşılaşdıqda  həmin  münaqişənin  tam 
institutlaşdığmı  və  onun  nizama  salınmasının  siyasi  mübarizənin 
qanunvericilik  qaydasında  təsbit  olunmuş  qaydaları  (məsələn, 
Konstitusiya)  ilə  əvvəlcədən  müəyyən  olunduğunu  müşahidə  edirik. 
Belə  münaqişələrin  nizama  salınması,  bir  çox  cəhətdən,  siyasi 
liderlərin dəstək qruplarından istifadə etməklə tərəfdarlar və uzlaşma 
əldə etmək qabiliyyətindən asılıdır. Müza 
119 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə