Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

ümumi  şəkildə  xarakterizə  edərək,  onların  səbəblərini  göstərmək, 
onların  müxtəlif  tiplərini  və  alternativ  formalarını  aşkara  çıxarmaq 
zəruridir. 
İlk  növbədə,  qeyd  olunmalıdır  ki,  münaqişələr  subyektləri 
qismində  fərdlərin,  qrupların  və  təşkilatların  çıxış  etdiyi  sosial 
qarşılıqlı fəaliyyət tipidir; bu, «patoloji kənaraçıxma» deyil, kollektiv 
həyatın  normal  aspektidir.  Cəmiyyətdə  münaqişə  və  əməkdaşlıq, 
mübarizə və konsensus qırılmaz surətdə bağlıdır. 
Münaqişə  məqsədləri  real,  yaxud  ehtimali  surətdə  bir  araya 
sığmayan  iki,  yaxud  daha  çox  tərəf  arasında  sosial  münasibət  kimi 
müəyyən oluna bilər. 
Münaqişə  iştirakçıları  öz  məqsədlərinin  bir  araya  sığmadığını 
müxtəlif  dərəcədə  dərk  edirlər.  Bu  uzlaşmazlıq  minimum  səviyyədə 
dərk olunmadan münaqişələr yalnız imkan kimi qalardı. 
Münaqişələrin daha bir aspektini onların iştirakçılar tərəfindən 
keçirilmə intensivliyi təşkil edir. Bəzi münaqişələrdə iştirakçılar güclü 
qarşılıqlı düşmənçilik hiss edirlər, digər münaqişələrdə onların 
ŞƏ.XSİ 
münasibətləri  pisləşmir.  Digər  tərəfdən,  bəzi  münaqişələr  coşğun 
qasırğa kimi öz iştirakçılarım cəlb etdikləri halda, digər münaqişələr 
sakit  şəraitdə  cərəyan  edir.  Beləliklə,  münaqişələrin  intensivliyi 
müxtəlif ola bilər. 
Sosial  münaqişələr  bu  və  ya  digər  dərəcədə  onların 
iştirakçılarının qəbul etdikləri institut çərçivələri ilə tənzimlənə, yaxud 
belə  çərçivələrə  malik  olmaya  bilərlər.  Belə  çərçivələr  məhkəmə 
hakimiyyəti  və  qüvvədə  olan  qanunvericilik  kimi  münaqişənin 
tənzimlənməsi  üçün  istifadə  olunan  xüsusi  normalarla  və  təşkilatlar 
formalaşdırılır. 
Münaqişə tərəfləri arasında münasibətlər iki tip ola bilər: 
a)
 
hansısa mənafe mövcud olmadıqda radikal münaqişəli
b)
 
toqquşmaya baxmayaraq, tərəflərin hansısa ümumi mənafeyə 
malik olduqları qismən münaqişəli. 
Deyilənlərə  münaqişədə  olanların  məcburetmədən  istifadə 
etməsi  imkanı  əlavə olunmalıdır. Başqa sözlə, münaqişə iştirakçıları 
öz  rəqibini  müəyyən  davranışa  məcbur  etmək  üçün  bərabər,  yaxud 
qeyri-bərabər imkana malik ola bilərlər. 
Beləliklə,  münaqişə  iştirakçılarının  uzlaşmayan  (yaxud  belə 
hesab etdikləri) məqsədlər səbəbindən bir-birinə qarşı durduqları 
124 


sosial münasibət tipidir; o, müxtəlif intensivliyə malik ola, tənzim* 
lənə, yaxud tənzimlənməyə, qismən, yaxud radikal ola bilər; nə* 
hayət,  münaqişədə  məcburetmənin  köməyi  ilə  rəqib  üzərində 
üstünlük imkanı ən mühüm rol oynayır. 
§2. Sosial münaqişələrin kökləri 
Sosial  münaqişələrin  yuxarıda  verilən  xarakteristikası  onların 
siyasi sistemlərlə əlaqəsini qiymətləndirməyə imkan verir. Həqiqətən, 
əgər cəmiyyətlərlərin daxilində münaqişə amilləri mövcud olmasaydı, 
münasibətlər  ahəngdar  olsaydı,  məcburetmə  və  münaqişələrin 
tənzimlənməsi  funksiyalarını  yerinə  yetirən  siyasi  institutların 
yaranmasını və fəaliyyətini izah etmək mümkün olmazdı. Artıq qeyd 
etdiyimiz  kimi,  siyasi  sistemlərdə  elitaların  əsas  funksiyalarından 
birini münaqişə edən sosial siniflər və qruplar arasında arbitraj təşkil 
edir, bundan ötrü zərurət halında onlar fiziki zorakılıq tətbiq edirlər. 
Beləliklə,  sosial  münaqişələr  siyasi  sistemlərin  yaranmasının  və 
inkişafının əsas amillərindən birini təşkil edir. 
Sosial münaqişələr ən müxtəlif tiplərə aid ola bilər, lakin siyasət 
baxımından  hakimiyyət,  maddi  nemətlər  və  sosial  nüfuz  kimi 
sərvətlərin bölüşdürülməsi ilə bağlı olan münaqişələr daha mühümdür. 
Amerikalı  politoloq  Devid  İston  yazır  ki,  «bütün  cəmiyyətlərdə 
kasıblıq  üstünlük  təşkil  edir.  Bu,  siyasi  analizin  başlıca  ilkin 
müddəasıdır. Cəmiyyət üzvlərinin tələbatlarını təmin edəcək miqdarda 
nemətlər (qiymətli əşyalar) yoxdur... Təklifi məhdud olan nemətlərlə 
bağlı  fərqlər  və  münaqişələr  labüddür».  Aydındır  ki,  müxtəlif 
cəmiyyətlərdə kasıblıq səviyyəsi eyni deyildir, buna görə də onlar az 
inkişaf etmiş, orta inkişaf səviyyəsinə malik və yüksək inkişaf etmiş 
cəmiyyətlərə  bölünür.  Beləliklə,  kasıblıq  nisbi  anlayışdır,  hətta 
«bolluq  cəmiyyətləri»ndə,  məsələn,  ABŞ-da  belə  marginal  sosial 
qruplar  mövcuddur,  ticarət  departamentinin  rəsmi  statistik 
məlumatlarına görə, 30 milyondan artıq adam həmin qruplara aiddir. 
Başqa sözlə, Con Helbreytin bolluq cəmiyyəti adlandırdığı cəmiyyətdə 
hökumət  sənədlərinin  məlumatlarına  görə,  milyonlarla  adam  son 
yoxsulluq həddində yaşayır. 
Müxtəlif sosial qrupların can atdıqları müəyyən sərvətlərin 
125 


çatışmazlığı  tamamilə  təbii  surətdə  yalnız  siyasi  elitalar  tərəfindən 
institutlaşmış zorakılıqla nizamlana biləcək sosial münaqişələr doğura 
bilər. 
Sosial  münaqişələrin  siyasi  elitalar  tərəfindən  zorakılıqla 
nizamlanmasının  ən  mühüm  nəticəsi  müxtəlif  qrupların  uğrunda 
mübarizə  apardıqları  nemətlərin  qeyri-bərabər  bölüşdürülməsinin 
təsbiti  olmuşdur.  Münaqişələr  cəmiyyətin  bütövlüyünü  təhdid 
etdiyindən və qruplar arasında danışıqlar yolu ilə razılaşma əldə etmək 
mümkün  olmadığından,  elitalar  münaqişələri  institut-  laşdırılmış 
zorakılığı  tətbiq  etməklə  aradan  qaldırırdılar.  Lakin  artıq  göstərildiyi 
kimi,  elitaların  münaqişələrə  müdaxiləsi  heç  də  tərəfsiz  xarakter 
daşımır; əksinə, onlar müəyyən qrupların tərəfində çıxış edirlər. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  sosial  münaqişələrin  əsas 
mənbəyini hakimiyyət, zənginlik, nüfuz kimi sərvətlərin çatışma- ması 
təşkil  edir.  Bu  tezisi,  hətta,  Marks  kimi  müəlliflər  də  bölüşərək 
göstərirlər  ki,  ictimai  siniflər  arasında  münaqişələrin  aradan 
qaldırılması  üçün  tələb  olunan  şərtlərdən  biri  «hər  kəsə  -  tələbatına 
görə»  prinsipi  əsasında  bölgünü  təmin  edən  bolluqdur.  Marks  üçün 
sosializm  strategiyası  yalnız  məhsuldar  qüvvələrin  sürətli  inkişafının 
«bolluq  erası»nı  mümkün  etdiyi  dərəcədə  məna  daşıyırdı.  Beləliklə, 
Marksm  fikrincə,  kapitalizmdən  sosializmə  keçid  sadəcə  mülkiyyət 
rejiminin  dəyişməsi  ilə  məhdudlaşmır,  bütövlükdə  cəmiyyət  üçün 
əmtəə  və  xidmətlər  təklifinin  sürətli  artımını  nəzərdə  tutur.  Marksm 
fikrincə,  yalnız  bolluq  şərtilə  sosial  siniflər  arasında  münaqişələr 
problemi uğurla həll oluna bilər. 
§3. Sosial münaqişələrin tipləri 
Bir qayda olaraq, münaqişələrin iki tipi fərqləndirilir: 
a)
 
cəmiyyətin  təməl  konsensusuna  toxunmayan,  yəni 
iştirakçıları  münaqişənin  həlli  üçün  bütövlükdə  sosial  sistemin 
dəyişdirilməsini tələb etməyən münaqişələr
b)
 
mövcud  münaqişələrin  həlli  üçün  bütövlükdə  cəmiyyətin 
dəyişdirilməsini nəzərdə tutan münaqişələr. 
Birinci  tip  münaqişələr  tərəflər  arasında  razılaşma  əsasında 
inkişaf edə biləcəyi halda, ikinci tip münaqişələr cəmiyyəti rəqi 
126 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə