Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   38   39   40   41   42   43   44   45   ...   91

bini məhv  etmək uğrunda mübarizə aparan barışmaz qruplara ayırır. 
Belə  münaqişələrdə  ən  yaxşı  halda  müvəqqəti  barışıq  mümkündür, 
tərəflər arasında əsas məsələlər üzrə konsensus isə mümkün deyildir. 
Həlli  bütövlükdə  cəmiyyətin  dəyişdirilməsini  tələb  edən 
münaqişələrdə  (məsələn,  metropoliya  və  müstəmləkə  ölkələri 
arasındakı münaqişələrdə) əsas mübarizə metodlarından birini hər iki 
tərəfdən  zorakılıq  təşkil  edir.  Belə  münaqişələr  dərhal  həll  oluna 
bilmədikdə  elitaların  başlıca  vəzifəsini  onların  nizamlanması  üçün 
səmərəli  üsulların  axtarılması  təşkil  edir.  Əsas  qrupların  arasında 
barışmaz  münaqişələrin  mövcud  olduğu  cəmiyyətlər  yalnız  siyasi 
elitaların  münaqişələrin  vaxtında  tənzimlənməsinin  adekvat 
mexanizmlərini  tapmağa  qabil  olması  halında  saxlana  bilər.  Bu  baş 
verdikdə münaqişələrin didib-parçaladığı cəmiyyət hələ uzun müddət 
mövcud  olaraq  artıq  labüd  inqilabi  partlayış  gözləyənləri 
təəccübləndirə  bilər.  Keçən  əsrin  20-ci  illərində  məhz  belə  oldu;  o 
dövrdə  sosialistlərin  əksəriyyəti  belə  hesab  edirdi  ki,  daxili  sinfi 
münaqişələr  səbəbindən  kapitalizmin  süqutu  hər  an  baş  verə  bilər. 
Məlum  olduğu  kimi,  kapitalist  ölkələrinin  siyasi  elitaları  müxtəlif 
üsullarla  böhranı  aradan  qaldırıb,  kapitalizmin  tarixi  həyatını  uzada 
bildilər, hərçənd onun sosial münaqişələri öz həllini tapmadı. 
§4. Sosial münaqişələrin funksiyaları 
Artıq  qeyd  olunduğu  kimi,  münaqişə  və  konsensus  sosial 
həyatın iki ayrılmaz məqamını təşkil edir. Sosial münaqişələr çox vaxt 
insanlar tərəfindən mənfi qiymətləndirilir; belə hesab olunur ki, onlar 
xaos  və  təhlükələr  doğurur.  Hərçənd  şübhə  yoxdur  ki,  müəyyən 
edilmiş  qayda  baxımından  münaqişələr  təhlükə  daşıya  bilər;  ictimai 
proseslərin  dinamikasının  artırılmasında  onların  funksiyasının  etirafı 
zəruridir. 
Struktur-funksionalizm  cərəyanına  mənsub  sosioloq  Lüis 
Kozer yazır: «Münaqişə sosial sistemlərin daşlaşmasına mane olaraq, 
yeniləşmə  və  yaradıcılıq  istəyi  doğurur».  Sosial  münaqişələr  ictimai 
dəyişikhklərin əsas mənbəyidir, çünki müəyyən qruplar məhz onların 
vasitəsilə dəyişiklikləri kollektiv həyata tətbiq etməyə çalışırlar. Qəti 
ifadə etsək, siyasi elitalar münaqişələri giz 
127 


lətməyə çalışsa da, münaqişəsiz cəmiyyətlər mövcud deyildir. Adətən, 
siyasi  elitalar  real  münaqişələrin mövcudluğunu  inkar edərək, daxili, 
yaxud  xarici  qrupları  süni  surətdə  münaqişə  yaratmaqda  ittiham 
edirlər. Əlbəttə, bəzi münaqişələr  «süni surətdə» yaradıla bilər, lakin 
bu,  yalnız  müəyyən  həddə  qədər  mümkündür.  İstənilən  halda 
münaqişələrin  yaranmasının  obyektiv  əsası  ola  biləcək  hansısa  real 
faktların mövcudluğu tələb olunur. Əgər cəmiyyət üzvləri arasında tam 
həmrəylik  qorunsaydı,  tarixi  inkişafı  təsəvvür  etmək  çətin  olardı. 
Müxtəlif  və  bəzən  bir-birini  istisna  edən  kollektiv  layihələrə  malik 
sosial qrupların mövcudluğu sosial sistemin inkişafına təkan verərək, 
institutlaşmış  yanaşı  mövcudluğun  yeni  frormalarını doğurur. Alman 
sosioloqu  Ralf  Darendorf  məhz  bunu  nəzərdə  tutaraq  göstərir  ki, 
«ümumi  sosial  dəyişiklik  prosesinin  amili  kimi  münaqişələr 
əvəzedilməzdir. Münaqişələr olmayan, yaxud yatırılan və ya görüntü 
üçün həll edilən yerdə dəyişiklik ləngiyir, yaxud dayanır». 
Siyasi  elitalar  sosial  münaqişələri  onların  dərin  köklərinə 
toxunmadan nizamlamağa çalışdıqda sistematik surətdə lıziki zorakılıq 
tətbiq etməyə məcbur olurlar. Buna baxmayaraq, münaqişələr aradan 
qalxmır,  yalnız  müvəqqəti  surətdə  səngiyir,  nəhayət,  yeni  amillər 
onları ikiqat qüvvə ilə fəallaşdırır. Artıq yuxarıda iqtibas gətirdiyimiz 
müəllif  əlavə  edir:  «Sosial  münaqişələrin  yatırılmasına  cəhd 
göstərildiyi  dərəcədə  onların  virulent  potensialı  artır  ki,  bu  da  daha 
böyük repressiyalar doğurur, nəhayət, yer üzündə münaqişə enerjisini 
çərçivə daxilində saxlaya biləcək qüvvə qalmır». 
Başqa sözlə, münaqişə və repressiyaların qüsurlu dairəsi yaranır, 
o,  çox  vaxt  kütləvi  terrora,  yaxud  inqilabi  partlayışa  gətirib  çıxarır. 
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ən müxtəlif tipli siyasi 
sistemlərdə elitalar, bir qayda olaraq, münaqişələrin nizamlanmasının 
aşağıdakı dörd metodundan istifadə edirlər: 
a)
 
«ahəngdarlığın  bərqərar  olması»  haqqında  mülahizələrə 
əsaslanaraq münaqişələrin inkarı; 
b)
 
kütləvi repressiyalar
c)
 
münaqişələrin köklü həlli cəhdləri
ç)  patrlayış  təhlükəsi  aradan  qalxana  qədər  münaqişələri 
nizamlamaq cəhdləri. 
128 


Deməyə ehtiyac yoxdur ki, münaqişələrin inkarı və yatırılması 
uzunmüddətli perspektivjdə məğlubiyyətə məhkumdur, çünki kütlələr 
və  kontr-elita  istənilən  halda  elitanı  devirə  bilərlər.  Digər  tərəfdən, 
tarixi inkişaf göstərir ki, sosial münaqişələrin qəti həlli cəhdləri siyasi 
utopiyaların başlıca mövzusunu təşkil edərək, bu məqsədə çatmaqdan 
çox uzaqdır. Hərçənd bu sahədə mühüm dəyişikliklər baş vermişdir. 
Nəhayət, münaqişələrin nizamlanması onların mövcudluğunun qəbul 
edilməsini  və  onların  qəti  həlli  ideyasından  imtina  olunmasım  əsas 
götürür. Münaqişələr nizamlanarkən heç də aradan qalxmır və onların 
intensivliyi  həmişə  dəyişmir,  lakin  bu  zaman  münaqişələr  müəyyən 
institutlardan  keçir  ki,  bu  da  siyasi  elita  tərəfindən  onlara  nəzarət 
imkanlarını  artınr.  Aydındır  ki,  real  siyasi  həyatda  elitalar  təsvir 
olunmuş  metodikalardan  həm  eyni  vaxtda,  həm  də  alternativ  əsasda 
istifadə edirlər. 
İndiyə  qədər  biz  sosial  dəyşikliklərə  tətbiqən  sosial 
münaqişələrin  funksiyalarından  söz  açdıq,  lakin  bu,  onların  yeganə 
funksiyası  deyildir.  Həqiqətən,  münaqişələrdə  iştirak  edən  qruplar 
onlardan xüsusi məqsədlərlə istifadə edə bilərlər. 
Əvvəlki  mövzuda  biz  siyasi  sistemlərdə  təşkilatın  rolunu 
nəzərdən keçirdik. Aydındır ki, digər təşkilatlarla münaqişə şəraitində 
onlardan  birinə,  məsələn,  siyasi  partiyaya  mənsubiyyət  hissi 
kəskinləşir.  Münaqişə  münasibətləri  çərçivəsində  «biz»  və  «onlar» 
arasında  fərq  aydın  şəkildə  təzahür  edir,  beləliklə,  sərhəd  yaranır. 
Münaqişələr  qrupun  eyniləşməsin!  möhkəmləndirir,  onun  daxili 
mütəşəkkilliyinin qorunmasını asanlaşdırır. Belə bir fakt bununla izah 
olunur  ki,  böhran  şəraitində  siyasi  elitalar  düşməni  aşkara  çıxarır, 
lazım olduqda isə onu «yaradırlar». Yaxşı məlumdur ki, elitalar ciddi 
sosial münaqişələrlə rastlaşdıqda kontr-elitanm və kütlələrin diqqətini 
digər  ölkələrlə  sərhəd  problemlərinə  yönəltməyə  çalışırlar.  Xarici 
təhlükə  siyasi  sistem  çərçivəsində  münaqişədə  olan  qrupları  vahid 
cəbhədə  birləşdirə  bilər.  Beləliklə,  xarici  münaqişələr  «qoruyucu 
klapan»  rolunda  çıxış  edərək,  təcavüzkarlığı  başqa  məqsədlərə 
yönəldə  bilər.  Siyasi  elitalar  rəqiblərinə  qarşı  fiziki  zorakılıqdan 
istifadə  etdikdə  onların  birləşməsinə  təkan  verirlər.  Beləliklə,  siyasi 
sistemlərin təşəkkülündə və inkişafında sosial münaqişələr ən mühüm 
rol oynayır. Məhz ona görə də bu problemlər tez-tez qarşımıza çıxır. 
129 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə