Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

ona zidd olan hökumət tədbirləri çox vaxt iflasa uğramışdır. İqtisadi 
nəzəriyyə göstərir ki, öz mənafeləri naminə fəaliyyət göstərən insanlar 
başqaları üçün seçim imkanları yaradır və ictimai əlaqələndirmə xalis 
faydada onların qarşılıqlı fəaliyyəti nəticəsində yaranan dəyişikliklərə 
fasiləsiz qarşılıqlı uyğunlaşma prosesindən ibarətdir. 
Burada iqtisadi nəzəriyyə istehsal və istehlak zonasında sosial 
münaqişənin  həlli  metodu  kimi  çıxış  edir.  İqtisadi  nəzəriyyə  insan 
tələbatları və sosial nəticələr arasında əlaqələri təsbit etməklə, insan və 
insan cəmiyyəti haqqında ən mühüm elmlərdən biri kimi çıxış edir. O 
təsbit edir ki, iqtisadi fəaliyyətində insan, əsasən, rasional hərəkət edir. 
O,  öz  ehtiyaclarını  onların  əldə  edilməsi  planları,  məqsədləri  və 
üsulları ilə uzlaşdırmağa çalışır. Deməli, sosial münaqişələrin uğurla 
tənzimlənməsi imkanları yaranır. 
Kapitalist  cəmiyyətinin  rasionallığı  ideyasını  XX  əsrin 
əvvəlində  M.Veber  xüsusilə  ardıcıl  surətdə  müdafiə  etmişdir.  Sosial 
fəaliyyətin  motivlərinin  əsaslandırılma  dərəcəsi  müxtəlif  ola  bilər. 
Veber sosial fəaliyyətin dörd növünü göstərmişdir: 
1)
 
ənənəvi (vərdiş üzrə) sosial fəaliyyət
2)
 
aflektiv (emosiyalara tabe olan) fəaliyyət; 
3)
 
dəyər-rasional  (ali  ədalət,  gözəllik,  inam  ideallarına  tabe 
olan, yəni konkret praktik vəziyyətin çərçivələrindən kənara çıxaran) 
fəaliyyət; 
4)
 
məqsədli-rasional fəaliyyət. 
Məhz  sonuncu  fəaliyyət  növü  daha  çox  əsaslandırılmışdır, 
çünki konkret məqsədə malikdir və real vasitələrə istinad edir. 
Məqsədli-rasional  fəaliyyətin  əsasında  «xarici  aləm  pred- 
metlərinin  və  başqa  adamların  müəyyən  davranışının  gözləntisi  və 
özünün  rasional  surətdə  qoyulmuş  və  düşünülmüş  məqsədinin  əldə 
edilməsi  «şərtləri»,  yaxud  «vasitələri»  qismində  bu  gözlən-  tidən 
istifadə durur». 
«Gözəyarı»  fəaliyyətdə  rasionallıq  qeyri-mümkündür.  O, 
müvafiq  şəraitdə  ağlabatmayan  kənar  təsirlərin  müdaxiləsini 
məhdudlaşdıran  cəmləşmə  tələb  edir.  Veber  məqsədli-rasional  və 
bütün  qalan  fəaliyyət  arasında  münaqişənin  tarixən  necə  həll 
olunduğunu  göstərmişdir.  Emosiyalar  və  fantaziyalar  üzvi  və 
çoxşaxəli məişət həyatı ilə sıx surətdə bağlıdır. Buna görə də işçi 
136 


məişətdən  uzaqlaşır  və  süni  istehsalat  mühitinə  yol  tapır.  Onun  bu 
mühitdə  qarşılaşdığı  mexanizmlər  insan  bədənindən  asılı  olmadan 
fəaüyyət  göstərir  və  onun  hərəkətlərini  öz  məntiqinə  tabe  edir,  onun 
artıq  hərəkətlərini  «yığışdırır»,  onları  səmərəli  və  məqsədyönlü  edir. 
Mühasibat uçotunda fikir abstrakt forma və sırf məntiqi əlaqələr kəsb 
edir, obrazlı-mətnli podtekstdən məhrum olur. Həm işçinin fəaliyyəti, 
həm  də  onun  nəticələrinin  qiymətləndirilməsi  son  dərəcə  məntiqi 
xarakter qazanır. 
Rasionallaşdırılmış  kapitalist  istehsalı  iki  əsas  tip  münaqişələr 
doğurur. Birincisi, bu, əmtəə istehsalçıları arasında rəqabətdir. İkincisi, 
işəgötürənlərin və muzdlu işçilərin toqquşmasıdır. İş qüvvəsini əmtəə 
hesab etsək, hər iki münaqişə növü bazar adlandırılan ümumi sistemdə 
münasibətlərin yarımnövləridir. 
Kapitalizm  aşağı  silklərin  sosial  və  siyasi  cəhətdən  sıxış- 
dınlması  şəraitində  təşəkkül  tapdığından,  iş  qüvvəsi  dərhal  azad 
olmamış  və  birdən-birə  refleksiya  predmetinə  çevrilməmişdir.  İlk 
əvvəl  istehsalçılar  arasında  rəqabət  meydana  çıxımş  və  üzə  çıxan 
münaqişənin sivil həlli formaları işlənilməyə başlanılmışdır. 
Müasir iqtisad elmi real münaqişələri həll edərkən intellektual 
axtarışı  və  sosial  səmərəliliyi  birləşdirməyə  çalışanların  çoxəsrlik  və 
səmərəli  zehni  işinin  nəticəsidir.  Nəticədə  mühasibat  kitabları,  pul 
əskinaslan və səhmlər, birjalar, qiymət indeksləri meydana çıxmışdır. 
İnflyasiyaya,  sənaye  böhranlarına,  devalvasiyaya  qarşı 
mübarizə  başlanmışdır.  Sığorta  şirkətləri,  yığım  fondları  meydana 
çıxmışdır.  İnsan  fəaliyyətinin  mürəkkəbliyi  və  onun  nəzərə 
alınmasının  çətinliyi  onların  təsvirinin  və  tənziminin  ən  orijinal 
sistemlərini doğurmuşdur. 
Lakin  iqtisadi  həyat  qeyri-müəyyənlik  şəraitində  oyundur. 
Mövcud iqtisadi prinsiplər bir çox amillərin qarşılıqlı təsiri nəticəsində 
təşəkkül  tapan  çox  mürəkkəb  vəziyyətə  rasional  yanaşmağa  kömək 
edir.  Üzdə  isə  ölkənin  iqtisadi  həyatının  çətinlikləri:  istehsalın 
tənəzzülü, inflyasiya, işsizliyin artırm və s. görünür.- 
Bu,  sürətli  konveyer  dövrü  olmuşdur.  Konveyerlərdə  ucuz 
məhsullar  sürətlə  və  keyfiyyətlə  yığılırdı.  Lakin  onu  işdə  sazlanmış 
maşının vintciyi rolunu yerinə yetirən istehlakçı almalı idi. 
Konveyer  sistemində  durğunluq  yaranırdı,  texnikaya  əlavə 
sərmayələr nəzərəçarpacaq mənfəət gətirmirdi. Yaranmış çətin- 
137 


üklərin  səbəblərini  araşdırmaq  lazım  gəldi.  Sənaye  sosiologiyasının 
banisi E.Mayo hələ keçən əsrin 20-30-cu illərində göstərdi ki,  insan 
işdə  yalnız  işləmir,  həm  də  yaşayır.  Buna  görə  də  yalnız  «insan 
münasibətləri» mənalı, mühüm şəxsi əhəmiyyətə malik fəaliyyət kimi 
əməyin  uğurunu  təmin  edə  bilər.  Müsbət  mənəvi  iqlim,  əməyin 
məzmunundan  yüksək  qənaətbəxşlik,  demokratik  istehsal  üsulu 
müəssisənin uğurlu işi ilə bilavasitə bağlıdır. 
Meyonun  ideyaları  F.Hersbergin  «motivləşdirmə-gigiyena» 
nəzəriyyəsində  daha  da  inkişaf  etdirilmişdir.  Onun  fikrincə,  əmək 
haqqı, həmkarlar və müdiriyyətlə münasibətlər, fiziki əmək şəraiti heç 
vaxt  işçini  tam  qane  edə  bilməz.  Bunlar  yalnız  gigiyenik  şəraitdir. 
Onların  normal  mövcudluğuna  işçi  sürətlə  alışır  və  vaxt  keçdikcə 
onları qiymətləndirmir. Ehtiyac və ətraf- dakıların anlaşmazlığı altında 
əzilən  işçi  qeyzlə  «gigiyena»  amillərinin  yaxşılaşdırılması  uğrıında 
mübarizə  aparmağa  başlayır.  Lakin  dözüləsi  «gigiyenik»  şəraitdə  o, 
zənginləşdirilmiş  iş  axtarır.  Hersberq  zənginləşmənin  başlıca 
əlamətini  ən  yaxşı  fəaliyyət  üsulu  haqqında  işçinin  Ö
2
äinün  qərar 
qəbul etməsində görür. 
Bunlar  həm  tapşırıqların  yerinə  yetirilməsinin  fərqli  qaydası, 
həm  briqada  üzvləri  arasında  funksiyaların  yenidən  bölüşdürülməsi, 
həm  müxtəlif  mürəkkəblik  dərəcəsinə  malik  iş  alma,  həm  ixtisasın 
artırılması,  həm  də  mexanizmlərinin  və  onların  iş  rejiminin 
təkmilləşdirilməsində iştirakdır. 
İstehsalatda  münaqişələr  yarandıqda  onların  təcavüzkar  və 
dağıdıcı  sinfi  antaqonizm  formaları  almayıb,  rasional  surətdə  təşkil 
olunmuş danışıqlar prosesində müzakirə predmetinə çevrilməsi üçün 
münbit şəraitin yaradılması mühüm rol oynayır. 
İstənilən  səviyyəli  sinfi  münaqişə  vəziyyətində  danışıqlar 
prosesinin təşkili prinsiplərini R.Darendorf ifadə etmişdir; 
1.
 
Münaqişə tərəflərinin hər biri opponentinin mövcudluq və öz 
baxışlarına  malik  olmaq  hüququnu  qəbul  etməlidir.  Buradan  heç  də 
belə bir nəticə çıxmır ki, həmin baxışlar opponent üçün ədalətlidir. 
2.
 
Münaqişə  iştirakçıları  fikir  ayrılıqlarının  və  qarşıdurmanın 
mövcudluğunu  etiraf  etməlidir.  Mənafelərin  və  vəziyyətin  dərkinin 
tam ümumiliyinin bəyan olunması ya demaqogiya, ya da öz həqiqətini 
qəbul etdirməklə rəqibə üstün gəlmək cəhdidir. 
3.
 
Bütün iştirakçılar tərəflərin qarşılıqlı fəaliyyətinin bəzi 
138 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə