Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   49   50   51   52   53   54   55   56   ...   91

Ədəbiyyat: 
1.Овчинников 
В.С. 
Политические 
конфликты 
в 
международных отношениях и пути их разрешения. М., 1990. 
2.
 
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997. 
3.
 
Диксон Ч. Конфликт. СПб., 1997. 
4.
 
Блищенко  В.И.,  Солнцева  М.М.  Региональные 
конфликты  и  международное  право  (вторая  половина  XX  - 
начало XXI века). - Учебное пособие. М., 2005. 
5.
 
Schelling Т.С. The Strategy of Conflict. - Camridge.1960. 
161 


7-
 
ci MÖVZU 
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ 
HƏRBİ GÜC FAKTORU 
Suallar: 
1.
 
Müharibə və siyasət. 
2.
 
Siyasi və hərbi metodların nisbəti problemi. 
3.
 
Hərbi gücün elementləri. 
4.
 
Sənayeyə qədərki cəmiyyət. 
5.
 
Mərhələ fərqi probleminin yaranması. 
6.
 
Erkən sənaye cəmiyyəti. 
7.
 
Yetkin sənaye cəmiyyəti. 
8.
 
Sənayedən sonrakı cəmiyyətə keçid. 
Beynəlxalq  münasibətlərdə  hərbi  gücun  tətbiqi  problemi  ən 
mürəkkəb və geniş problemlərdən biridir. Siyasi prosesdə kompromis 
axtarışı, qarşılıqlı güzəştlər və razılaşma güc metodlarının tətbiqi və ya 
tətbiqi  ilə  hədələmə  sıx  şəkildə  bağlıdır.  Onlar  qarşılıqlı  şəkildə 
bir-birini tamamlayır. Hər cür razılaşmaların, o cümlədən beynəlxalq 
hüququn  köməyi  ilə  rəsmiləşdirilən  istənilən  razılaşmanın  əldə 
edilməsi  müəyyən  qüvvələr  balansını  əks  etdirir.  Buna  görə, 
beynəlxalq münasibətlərdə zor tətbiqindən və ya zorla hədələnmədən 
imtina haqqında mühakimələr ya taktiki gediş, ya utopik düşüncənin 
yaranması,  ya  da  bu  münasibətlərin  təbiətinin  dərk  edilməməsi  ola 
bilər.  Şübhəsiz  ki,  dövlət  müəssisələrinin,  institutlarının  tədbirlər 
sistemi çərçivəsində ixtisaslaşmış, stnıkturlaşmış zordan istifadənin ən 
«xalis»  növü  müharibədir.  Müharibənin  xüsusi  növ  ictimai-siyasi 
hadisə  kimi  xüsusiyyətləri  tələb  edir  ki,  hərbi  gücə  beynəlxalq 
münasibətlərin ümumi kontekstində xüsusi yer ayrılsın. 
Beynəlxalq  münasibətlərdə  hərbi  güc  faktorunun  nəzərdən 
keçirilməsi  zamanı  bu  məsələnin  ən  azı  iki  tərəfini  fərqləndirmək 
lazımdır.  Birincisi,  bu  müharibənin  və  siyasətin  nisbəti  problemidir, 
onun təhlili isə nəinki onların qarşılıqlı təsirini, həmçinin beynəlxalq 
münasibətlərdə zorun açıq şəkildə tətbiq edilməsinin 
162 


nəticələrini  aşkar  etməyə  imkan  verir.  İkincisi,  bu  problem  dövlətin 
hərbi gücünə təsir edən və bu gücü təşkil edən faktorlar problemidir. 
Birinci tərəf daha sabitdir, o dövlət, dövlətlərarası münasibətlər, xarici 
siyasət kimi daha ümumi anlayışlar ilə bağlıdır. İkincisi, daha hərəkətli 
və  dinamikdir,  çünki,  burada  cəmiyyətin  ictimai-siyasi  təşkilinin 
səviyyəsi,  istehsal  qüvvələrinin  inkişaf  səviyyəsi  kimi  faktorlar  rol 
oynayır. 
§1. Müharibə və siyasət 
Beynəlxalq  münasibətlərdə  hərbi  gücün  rolunun  nəzərdən 
keçirilməsi  üçün  qədimdən  klassik  sayılan  müharibə  və  siyasətin 
nisbətini xarakterizə edən bəzi əsas müddəaları xatırlatmaq vacibdir. 
Daha  vacib  və  öz  əhəmiyyətini  itirməmiş  müddəa  isə  müharibələr 
tarixi  üzrə  mütəxəssis  K.Klauzevisin  aşağıdakı  fikridir;  «Müharibə 
özlüyündə siyasi aktdır. Müharibə nəinki siyasi akt, həm də siyasətin 
həqiqi vasitəsi, siyasi münasibətlərin davamı, onun başqa vasitələrlə 
aparılmasıdır.  Onun  özünəməxsusluğu  isə  yalnız  vasitələrin 
özünəməxsusluğudur.  ...Siyasi  məqsəd  sadəcə  məqsəddir,  müharibə 
isə  yalnız  vasitədir  və  heç  vaxt  vasitəni  məqsəddən  ayrı  düşünmək 
olmaz». Müharibə və siyasəti nə ayırmaq, nə müqayisə etmək olmaz, 
amma  müharibə-siyasətin  öz  qanunlarına  əsasən  inkişaf  edə  bilən 
xüsusi növüdür. 
Dövlətlər, dövlət qrupları arasında qarşılıqlı əlaqələr sistemi bir 
qayda  olaraq  mürəkkəb  və  rəngarəngdir,  o  heç  bir  halda  yalnız  güc 
metodları ilə bitmir. Ancaq qeyd etmək lazımdır ki, zor tətbiqi və ya 
daha  çox  rast  gəlinən  zorla  hədələmə  olmadan  mümkün  deyil. 
Müharibə  beynəlxalq  münasibətlərin  mövcud  sistemi  çərçivəsində 
yaranmış  ziddiyyətlərin  digər  metodlarla  həll  etmək  səylərinin  puça 
çıxmasının nəticəsidir. Bu növ ziddiyyətlər böhranın gedişində də həll 
edilə bilər, yəni tərəflər müharibə həddinə çatan zaman bu və ya digər 
mülahizələrə  görə  onu  başlamırlar.  Nəticədə  isə  beynəlxalq 
münasibətlər  sisteminin  mövcud  modeli  daha  da  möhkəmlənə,  bu 
sistem çərçivəsində tarazlıq yenidən paylana, tamamilə başqa qüvvələr 
tarazlığına əsaslannuş yeni model yarana bilər. Yaranan problemlərin 
həllinin  son  üsulu  kimi  hərbi  gücdən  istifadə,  itkilər  və  fəlakətlər, 
konfliktin bütün iştirakçıları üçün gözlənilməz nəticələr ilə bağlıdır. 
163 


§2. Siyasi və hərbi metodların nisbəti problemi 
İlk  növbədə  dövlət  rəhbərliyinin  fəaliyyəti  kimi  siyasətin  vo 
dövlətin və onun hərbi qüvvələrini potensial müharibəyə hazırlığının 
nəzəriyyə  və  praktikasını  əhatə  edən  hərbi  sənət  sahəsi  kimi  başa 
düşülən  strategiyanın  real  qarşılıqlı  təsirdə  olduğu  sahənin  konkret 
istiqamətlərini müəyyən etmək lazımdır. Nəzərə alsaq ki, bu mürəkkəb 
problemdə ayrı-ayrı aspektləri fərqləndirmək çətindir, bu istiqamətləri 
qısaca olaraq belə formulə etmək olar. 
Birinci  Siyasət  öz  fəaliyyətinin  əsasına  dövlətin  ən  mühüm 
maraqlarına  cavab  verən  rasional  rəhbər  ideyanı  qoymalıdır  və  ona 
uyğun olaraq potensial müttəfiqlərini və düşmənlərini təyin etməlidir. 
İkinci  Müharibə  təhlükəsi  yaranan  zaman  siyasət  onun 
rəhbərini müəyyən etməli və sonra strategiyanı tam hərəkət azadlığı ilə 
təmin etməli və onu lazımsız yerə sıxışdırmamalıdır. 
Üçüncü.  Siyasət  əvvəlcədən  strateji  məqsədlərin  həyata 
keçirilməsi üçün əlverişli şəraiti yaratmalıdır. 
Dördüncü.  Siyasət  güc  metodlarından  istifadə  üçün  daha 
münasib məqamı seçməlidir. 
Beşinci  Siyasi  rəhbərlik  strategiyanı  kifayət  qədər  maddi 
resurslarla təmin etməlidir. 
Altıncı.  Siyasət  güc  metodlarının  tətbiqi  ilə  əldə  edilmiş 
nəticələrindən bacarıqla istifadə etməlidir. 
Siyasət  və  strategiyanın  qarşılıqlı  əlaqəsinin  bütün  yuxarıda 
sadalanan  aspektlərini  dövlətin  müharibəyə  hazırlığının  müxtəlif 
mərhələlərini  -  müharibəyə  başlaması,  aparması  və  bitirməsini 
xarakterizə  edən  sistemin  qarşılıqlı  asılı  olan  halqaları  kimi  təqdim 
etmək olar. 
Bu istiqamətlərdən hər birinin mahiyyətini açmağa çalışaq. İlk 
növbədə,  ali  siyasi  rəhbərliyin  dövlət  qarşısında  dayanan  vəzifələrin 
xarakterini  dərk  etməsinin  vacibliyindən  danışmaq  lazımdır.  Dövlət 
inkişaf  etdikcə  bu  məqsədlər  də  dəyişir,  onların  həyata  keçirilməsi 
uzun illər sürə və bir neçə nəslin səylərini tələb edə bilər. 
Yeni və ən yeni dövr ərzində bu problemlərin sırasına, məsələn, 
bu  və  ya  digər  növ  asılılıqdan  azadlıq  uğrunda,  əvvəllər  itirilmiş 
torpaqların birləşdirilməsi, dünya ticarət yollarına çıxış, 
164 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə