Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

iqtisadiyyatın inkişafı üçün həyati əhəmiyyətli olan iqtisadi resurslara 
çıxış, az və ya çox dərəcədə təhlükəsiz inkişafı təmin edən müəyyən 
hüdudlara  çatmaq  uğrunda  mübarizə  daxil  olmuşdur.  Bu  vəzifələr 
sosial,  siyasi  və  texnoloji  inkişafın  səviyyəsindən,  beynəlxalq 
münasibətlər sistemi çərçivəsində qruplaşmasından asılı olaraq dəyişir, 
ancaq yenə də onlar konkret olmalıdır. 
Göründüyü kimi, dövlətin qarşısında onun inkişafının bu və ya 
digər  dövründə  duran  vəzifələrin  xarakteri  onun  beynəlxalq 
münasibətlər 
sistemində 
partnyorlarından 
hansının 
onların 
reallaşmasına  mane  olacağını,  hansının  isə  şərait  yaradacağını,  yəni 
kimin düşmən və kimin müttəfiq olacağını müəyyən edir. Vəzifələrin 
aktuallığından,  onların  həyata  keçirilməsinə  mümkün  müqavimətin 
dərəcəsindən  asılı  olaraq  hərbi  gücdən  istifadə  və  müttəfiqlərin  cəlb 
olunması  məsələsi  həll  edilməlidir.  Düzgün  qoyulmuş  sual  və  aydın 
cavab əhəmiyyətli dərəcədə məsələnin sonunu müəyyən etməyə imkan 
verir,  bu  isə  uzun  müddətli  maraqların  reallaşmasında  xüsusilə 
vacibdir.  Uzun  müddətli  maraqların  reallaşması  uğrunda  mübarizə 
prosesində  bir  problem  ətrafında  birləşmiş  bütöv  bir  silsilə 
müharibələrin  yaranması  mümkündür.  Bu  silsilənin  dövrü  ərzində 
əsasən düşmənin və müttəfiqin seçilməsində eyni meyarlardan istifadə 
edilir.  Sosial-  iqtisadi,  siyasi,  geosiyasi,  demoqrafik  və  digər 
faktorların  təsiri  altında  xarici  siyasət  kursuna  belə  dövri  baxılmada, 
məşhur  fikir  aşkar  şəkildə  özünü  büruzə  verir,  yəni  dövlətin  daimi 
dostları olmur, onun daimi maraqlan vardır. 
Bu  silsilənin  nümunəsi  Rusiyanın  XVII  əsr  siyasəti  ola  bilər. 
Böhran  və  yadelli  hücumlar  nəticəsində  əsrin  əvvəlində  həyati 
əhəmiyyətli  Qərb  torpaqlarını  itirdikdən  sonra,  onların  arasında 
Moskvaya  gedən  yola  nəzarət  edən  Smolensk  də  var  idi,  Rusiya  öz 
qüvvələrini  itirilmiş  torpaqların  qaytarılmasına  yönəltməli  olmuşdu. 
Bu  zaman  bütün  digər  vəzifələr,  o  cümlədən  də  Baltik  və  Qara 
dənizlərə çıxış ikinci plana keçirdi. Rusiyanın bu istiqamətdə apardığı 
müharibələr  silsiləsi  bir  neçə  onillik  davam  etmişdi.  Bütün  bu  dövr 
ərzində  əsrin  əvvəllərində  baş  verən  hadisələrdə  iştirak  etmiş  və  rus 
torpaqlarını  işğal  etmiş  İsveç  dövləti  Reç  Pospolita  ilə  mübarizədə 
müttəfiq kimi nəzərdən keçirilir və ona münasibətdə əsasən isveçliləri 
iqtisadi imtiyazlarla təmin edən əlverişli siyasət yürüdülürdü. Türkiyə 
və Krım xanlığı ilə 
165 


mübarizədə  Rusiya  həmin  dövrdə  aktiv  hücum  addımlarından 
çəkinirdi. Qeyd etmək lazımdır ki, Qərb torpaqları uğrunda mübarizə 
xüsusilə  inadlı  xarakter  daşıyırdı  və  ilkin  qüvvələr  balansı  heç  də 
Rusiyanın xeyrinə deyildi. Ancaq sonda torpaqlar geri qaytarılmışdı və 
XVII  əsrin  sonunda  qüvvələr  nisbəti  o  qədər  dəyişmişdi  ki,  Reç 
Pospolita  artıq  təhlükə  deyildi,  onun  Rusiyanın  xarici  siyasətinin 
obyektinə çevrilməsi üçün zəminlər  yaranmışdı. Məhz həmin zaman 
xarici  siyasət  prioritetlərinə  yenidən  baxılması  və  dənizlərə  çıxış 
vəzifəsi irəli sürüldü. Nəticədə, İsveç uzun müddətə düşmənə çevrildi
Rusiya onunla qızğın müharibəyə girdi, həm də bu mübarizənin ilkin 
mərhələsində  Rusiyanın  müttəfiqlərindən  biri  zəifləmiş  Polşa  idi. 
Hərbi konfliktlərin Rusiya üçün növbəti silsiləsi rus-türk müharibələri 
oldu. Avropada bu silsilələrdən biri Almaniyanın 1864, 1866 və 1870- 
1871-ci  illərdə  birləşməsi  ilə  bağlı  müharibələr  oldu.  Prussiya 
qoyulmuş  məqsədə  nail  olmağa  çalışır,  ancaq  bu  müharibələrdən 
birində Avstriya onun müttəfiqi, digərində düşmən olur, üçüncüsündə 
isə Avstriya-Macarıstan neytral mövqe tutur. 
Əks  nümunələr  də  mövcuddur  -  dövlətlərin  uzun  müddətli 
maraqlarını  dərk  edilmədən,  bəzən  onlara  qarşı  hərbi  konfliktlərdə 
iştirakı, bu dövlət maraqlarının düzgün anlaşılmaması, xarici siyasətin 
həddən artıq ideologiyalaşması ilə əlaqədar ortaya çıxa bilər. Məsələn, 
XVII əsrin ikinci yarısı - XVIII əsrdə Avropada sərhədlərin müəyyən 
edilməsi  üzrə  sülalə  prinsipləri  Pfaliva  (1688-1697),  Polşa 
(1733-1735),  Avstriya  (1740-1748),  Bavariya  (1778-1779)  mirası 
uğrunda  bir  sıra  müharibələrə  gətirmişdi.  Həmin  dövrlərdə  bu  qanlı 
müharibələr  çətin  ki,  iştirakçı  dövlətlərin  maraqlarına  toxunurdu.  O 
cümlədən, İspaniya mirası uğrunda müharibə və Yeddiillik müharibə 
də  müəyyən  aspektlərdə  bu  xüsusiyyətlərə  malik  idi.  Yeddiillik 
müharibə illərində Fransa ingilislərə Kanada və Hindistanda qələbələr 
çalmağa  imkan  verərək,  Avropa  məkanında  anti-Prussiya 
avantyurasına 
qoşulmuşdu. 
tdeologiyalaşdırıirmş 
monarxizm 
düşüncəsi  Rusiyanı  1849-cu  ildə  Rusiya  maraqlarına  zidd  olaraq, 
Macarıstana  yürüşə  təhrik  etdi.  Dövlət  maraqlarına  toxunmayan 
konfliktlərə daha güclü partnyorun dalınca gedən (və ya bəzən məcbur 
edilən) qırğına göndərilən əsgərlər roluna kimi endirilən zəif dövlətlər 
də cəlb oluna bilər. 
166 


ikinci  istiqamət  müharibənin  siyasi  məqsədinin  müəyyən 
edilməsidir.  Müharibənin  məqsədi  düşmənin  və  müttəfiqin  seçimini, 
qüvvələr nisbətini, müharibənin aparılması üçün ayrılmış resurs payım, 
itki verməyə hazır olmanı və s. müəyyən edir. Müharibənin siyasətin 
davamı  olması  (ancaq  başqa  vasitələrlə)  mülahizəsindən  çıxış  etsək, 
aydındır  ki,  məqsədin  dəqiq  qoyul-  maması  və  onun  olmaması 
müharibəyə  hazırlığa  və  onun  aparılmasına  doğru  bütün  fəaliyyət 
əzəldən  zərərli,  baha  başa  gələn  və  eyni  zamanda  müəyyən  mənada 
mənasız və ciddi uğursuzluqlara və məğlubiyyətə düçar ola bilər. 
Müharibənin dəqiq siyasi məqsədinin olmamasının nəticələrinə 
misal  olaraq,  Avstriya-Macarıstanın  1914-cü  il  yay  böhranı  zamanı 
fəaliyyətini  göstərmək  olar.  Digər  tərəfdən,  Serbiyanı  darmadağın 
etmək  niyyəti  aydın  görünürdü,  Avstriya  rəhbər  dairələri  onu 
Yuqoslaviya  xalqlarının  azadlıq  mübarizəsinin  stimullaşdırıcısı  kimi 
görürdülər. Digər tərəfdən, həmin dövrdə Avstriya-Macarıstanın dövlət 
xadimləri dərk edirdilər ki, Serbiyanın məhv edilməsi nəticəsində elə 
bir vəziyyət yaranardı ki, imperiya daxilində slavyan əhalisi üstünlük 
təşkil edərdi. 
Məqsədin  qeyri-dəqiqliyi  əvvəlcə  qüvvələrin  və  vasitələrin 
parçalanmasına,  həlledici  istiqamətin,  əsas  düşmənin  müəyyən 
edilməməsinə gətirir. Müharibənin siyasi məqsədi müəyyən edildikdən 
sonra,  strategiyaya  seçilmiş  məqsədin  əldə  edilməsi  üçün  mümkün 
hərəkət  azadlığı  vermək  lazımdır.  Bu,  xüsusilə  əsas  qüvvələri 
düşmənlərdən  hansına  qarşı  yönəltməyin  vacib  olduğu  koalisiya 
müharibələrində  vacibdir.  Bəlkə  də,  bütün  səyləri  düşmən 
koalisiyasının aparıcı dövlətinə qarşı yönəltmək lazımdır. Ancaq belə 
bir  variant  da  mümkündür  ki,  daha  kiçik  düşmənlərin  əvvəlcə  məhv 
edilməsi  əsas  düşmən  üzərində  qələbə  çalmaq  üçün  müharibənin 
əvvəlinə nisbətən, daha əlverişli şərait yarada bilər. Artıq qeyd edildiyi 
kimi, Yeddilillik müharibə illərində Fransa bütün qüvvələrini Prussiya 
ilə mübarizəyə sərf edirdi, bununla ingilislərə digər məkanlarda imkan 
yaradırdı,  ancaq  Fransaya  qarşı  koalisiyanın  «mühərriki»  məhz 
İngiltərə idi, ona qarşı mübarizə fransızların müharibədə əsas məqsədi 
idi.  Birinci  dünya  müharibəsinin  başlanğıcında  hələ  sərf  edilməmiş 
ehtiyatlara  və  kadr  heyətinə  malik  olmaqla,  Rusiya  ordusu 
Avstriya-Macarıstanı  məğlub  etmək  iqtidarında  idi.  Bu  müharibənin 
gedişini 
167 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə