Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   52   53   54   55   56   57   58   59   ...   91

taxtlarının  meydanlarında  isterika  həddinə  çatnuş  qəzəblənmiş 
izdihamlar  yığışırdı.  Şüurun  kütləvi  formalaşdırılması  (güclü  təzyiq 
mexanizmi  ilə  yanaşı)  təkcə  müharibə  dövrünün  ağırlığını  çəkmək 
üçün deyil, həm də müharibələrə hazırlıq üçün vacib idi. Eləcə də, əks 
tərəfin  ictimai  rəyinin  formalaşdırılması  vəzifəsi  mühüm  ola  bilər. 
Burada söhbət pasifist və digər beynəlxalq təşkilatların məqsədyönlü 
fəaliyyətindən,  müharibənin  dəhşətləri  ilə,  yaxud  öz  qüdrətini 
göstərməklə  qorxutmaqdan,  yəni  müqavimət  göstərmək  iradəsini 
qıracaq hər şeydən gedir. Daha perspektivi isə əks tərəfə və ya ən azı 
onun rəhbər təbəqəsinə öz dəyərlərini qəbul etdirmək ola bilər. Artıq 
XVII-XIX əsrlərin qovşağında bir çox Avropa dövlətlərinin maarifçilik 
ideologiyasının  ideyalarına  şərik  olan  rəhbər  dairələri,  bayraqlarında 
bu şüarlar yazılmış Fransa qoşunlarına effektiv müqaviməti təşkil edə 
bilmədi.  XX  əsrdə  bu  və  ya  digər  ideologiyaları  yaymaq  prosesi 
əvvəlcə  psixoloji  müharibə  mexanizmləri,  daha  sonra  isə  əks  tərəfə 
nəinki ayrı-ayrı baxışları, həmçinin öz mədəniyyətini, dünya görüşünü, 
qarşıda  duran  problemləri  və  onların  həllini  qəbul  etdirməyə  imkan 
verən  informasiya  texnologiyaları  ilə  tamamlandı.  Bu  sahədə  əldə 
edilən nəticələr çox zaman bütün ehtimalları üstələyirdi. İkinci dünya 
müharibəsinin  başlanğıcında,  nəinki,  Fransa  cəmiyyətinin  yuxarı 
təbəqələri,  həm  də  daha  geniş  dairələri  həlledici  məqamda  mübarizə 
etmək iradəsini iflic edən məğlubiyyətçiliyə məruz qalmışdılar. 
Bəşər sivilizasiyasının müasir mərhələsində bu sahədə hərbi və 
siyasi metodların nisbəti daha mürəkkəb xarakter kəsb edir. Əhalinin 
elan  olunmuş  məqsədlər  naminə  itki  verməyə  hazır  olması 
müharibənin gedişinə əhəmiyyətli təsir edə bilər. 1968-ci ilin əvvəlində 
Cənubi  Vyetnamın  milli-azadlıq  cəbhəsinin  kütləvi  hücumu  hərbi 
nöqteyi-nəzərdən  onlar  üçün  baha  başa  gəldi,  ancaq  siyasi  planda, 
müharibənin  ümumi  gedişi  baxmamdan  açıq  üstünlük  əldə  edildi. 
Müharibəyə  münasibəti  Amerika  Birləşmiş  Ştatlarının  özündə  də 
kökündən  dəyişməyə  nail  olunmuşdu  və  burada  müharibəyə  qarşı 
əhval-ruhiyyə geniş yayılmaqda idi. Təsadüfi deyil ki, «Səhrada tufan» 
əməliyyatının  gedişində,  ABŞ-ın  komandanlığı  döyüşlər  zonasında 
bütün  məlumatı  sərt  nəzarət  altına  almışdı.  Fars  körfəzi  və 
Yuqoslaviyada hərbi əməliyyatların gedişində «dünya ictimai rəyinin» 
formalaşdırılması 
171 


üçün  real  faktlar  deyil,  kütləvi  informasiya  vasitələrinin  yaratdığı 
obrazlar  dəyərli  idi.  Cinayətkarların  və  qəhrəmanların  rollarının 
əvvəlcədən  təsvir  olunduğu,  yaxşı  qurulmuş  səhnələrin  vaxtında 
verildiyi  «virtual  gerçəklik»  kütləvi  şüur  üçün  hadisələrin  real 
vəziyyətindən olduqca daha böyük əhəmiyyətə malikdir. 
Nəhayət,  siyasət  strategiya  üçün  dövlətin  hərbi  qüvvələrinin 
yaradılması və saxlanması, lazım olduqda isə müharibəni aparılması 
üçün  nə  qədər  resurs  vermək  məsələsini  də  həll  etməlidir.  Qüdrətli 
iqtisadi  potensial  özlüyündə  dövlətin  təhlükəsizliyini  təmin  etmir. 
İstehsalın inkişafında  geriləmə, hərbi xərclərdə qənaət  etmək səyləri 
faciə  ilə  nəticələnə  bilər.  Ancaq  əks  ifratlılıq  da  təlılükəlidir. 
Silahlanma sisteminin vaxtından əvvəl genişləndirilməsi müharibənin 
başlamasına gətirir. Bu İkinci dünya müharibəsinin ərəfəsində Fransa 
və İtaliyada olmuşdu. 
Hərbi  xərclərlə  bağlı  həddən  artıq  gərginlik  bütövlükdə 
iqtisadiyyatın destabilizasiyasına, ciddi daxili sarsıntılara gətirə bilər, 
bu  isə  sonucda  dövlətin  xarici  siyasi  mövqeyini  zəiflədə  bilər.  Bu 
mülahizələr  heç  də  həmişə  yeni  silahlanma  sistemlərini  və  hazırlıq 
proqramlarını inkişaf etdirməyə hazır olan hərbi rəhbərlər tərəfindən 
nəzərə alınmır. Eyni zamanda, nə yüksək dərəcədə effektiv silahlanma 
sistemlərinin  yaradılması,  nə  geosiyasi  proqramların  uğurlu  yerinə 
yetirilməsi millətin həddən artıq gərginlik nəticəsində zəifləmiş həyat 
potensialını kompensasiya edə bilməz. Əks tərəfə silahlanmanı qəbul 
etdirməklə,  onun  iqtisadi  cəhətdən  zəiflədilməsi  aparıcı  dövlətlərin 
xarici siyasi arsenalına daxil olmuşdu. Ona görə, şübhəsiz ki, bu növ 
məsələlər ilk növbədə siyasi rəhbərliyin səlahiyyətindədir, o, məsələni 
bütövlükdə nəzərdən keçirir, qərar qəbul edir və lazım olarsa, ona görə 
məsuliyyət daşıyır. Hərbi gücü təşkil edən problem xüsusi araşdırma 
tələb edir. 
Hərbi  gücdən  uğurla  istifadəni  təmin  edən  siyasi  rəhbərliyin 
fəaliyyətinin  dördüncü  istiqaməti  hərbi  əməliyyatların  başlanması 
üçün  münasib  məqamın  seçilməsidir.  Burada  düşmənlərin  dəqiq 
müəyyən  edilməsi  və  koalisiyanın  forrmalaşdınlması,  lazımi 
dövlətlərin  neytrallığının  təmin  edilməsi,  daxili  və  xarici  siyasi 
mövqeyin  və  onun  perspektivlərinin  qiymətləndirilməsi,  iqtisadi  və 
hərbi potensialların nisbəti, onların mümkün iştirakçılarının qüvvələr 
gərginliyinə tab gətirmək imkanları problemlə 
172 


ri ilə sıx bağlıdır.  Eləcə  də vuruşan tərəflərin mümkün  cavabdehliyi 
məsələsi  vacibdir  -  kim  və  hansı  şərtlərdə  konfliktin  təşəbbüsçüsü, 
yəni  təcavüzkar  və  kim  -  müdafiə  olunan  tərəfdir.  Çox  zaman 
müharibənin  başlaması  üçün  vaxtın  seçilməsi  hərbi  qüvvələrin  tez 
dəyişən  birbaşa  nisbəti  ilə  müəyyən  olunurdu,  bu  zaman  hərbi 
mülahizələr çox zaman üstün tutulurdu
Uğurlu  seçilən  misal  kimi,  Prussiyanın  Avstriyaya  qarşı 
1866-ci  il  müharibəsini  göstərmək  olar,  bu  zaman  sonuncu  hələ  də 
1859-cu  il  müharibəsindən  dirçəlməmişddi.  1914-cü  il  iyul  böhranı 
zamanı  Almaniya  hökuməti  Almaniyanın  1914-cü  il  üçün  yenidən 
silahlanmasının  bitməsi  faktını  rəhbər  tuturdu,  Fransa  və  Rusiyanın 
yenidən  silahlanma  proqramı  isə  1917-ci  il  üçün  tamamlanmalı  idi. 
1914-cü  il  üçün  Almaniya  və  onun  potensial  düşmənləri  arasında 
parçalanma  maksimal  idi,  bundan  sonra  o,  ancaq  azalmalı  idi. 
Nəticədə,  müharibənin  qaçılmaz  olduğunu  hesab  edərək,  Almaniya 
hökuməti müharibəni məhz 1914-cü ildə başlamağı qət etdi. Bu hal bir 
növ müharibəni başlamaq haqda qərarına əsasən digər qrup faktorların 
təhlili  əsasında  qəbul  olunmasına  mənfi  nümunədir.  Nəticədə, 
Almaniya  hökuməti  Klauzeviçin  mülahizəsini  baş-ayaq  etdi,  böhran 
dövründə xarici siyasəti strategiya mülahizələrinə tabe etdi. Almaniya 
xarici siyasətinin manevr imkanları kəskin şəkildə azaldı, beynəlxalq 
təcrid olunma təhlükəsi yarandı. 
Çox  zaman,  müharibəni  başlamaq  haqqında  qərar  qəbul 
edərkən,  hökumət  daxili  problemləri  də  nəzərə  almalı  idi.  Kəskin 
daxili siyasi böhran potensial düşmənin fəallığını iflic edə bilər. Digər 
tərəfdən,  bu  böhran  onu  daha  da  fəal,  avantürist  əməllərə  sövq  edə 
bilər,  bu  zaman  müharibədə  daxili  ziddiyyətləri  azaltmaq  üçün 
vasitələr  axtarırlar.  Tarixi  təcrübə  göstərir  ki,  burada  edilən  səhv, 
xüsusilə,  baha  başa  gələ  bilər.  Bu  səhvə  misal  kimi  III  Napoleonun 
Fransa-Prussiya  müharibəsinin  başlanğıcında  fəaliyyətini  göstərmək 
olar. 
Ancaq müharibəni başlamaq üçün zamanın seçilməsinə, həm də 
potensial  düşmənin  daxilində  qeyri-sabitliyin  artması  təsir  edə  bilər, 
bu isə onun qərarlılığının və imkanlarının azalmasına gətirir. Rejimi 
yeni qüvvə ilə yüksəltmək və narazı olanları susmağa məcbur etmək 
üçün «kiçik yenilməz müharibəni» başlamaq niyyəti müəyyən müddət 
üçün yerinə yetə bilər, ancaq 
173 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə