Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti


§1. Seçimin psixoloji aspektləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

§1. Seçimin psixoloji aspektləri 
İdrakı psixologiya rasional seçim normalarından bir sıra sistemli 
sapmalar  müəyyən  etmişdi.  Mühakimə,  qiymətləndirmə  və  seçim 
haqqında rasional aktyor fərziyyələrindən sapmalar mürəkkəb, çox vaxt 
pis strukturlaşdırılımş problemlərə və siyasi rəhbərlərin ənənəvi olaraq 
beynəlxalq  əlaqələrdə  üzləşdiyi  növ,  qeyri-müəyyən  ətraf  mühitə 
vaxtında reaksiya verməyə imkan verən sadə qaydalara ehtiyac olması 
ilə izah edilirdi. Adi, gündəlik şəraitdə yaxşı strukturlaşmış mühitlərdə 
bu  reaksiyalar  uyğunlaşma  yönlüdür,  lakin  mürəkkəb,  zəif 
strukturlaşmış  mühitdə  əhəmiyyətli  təhriflərə  gətirə  bilər.  Seçimin 
vahid  idraki  nəzəriyyəsi  yoxdur və idraki  psixoloqlar hər hansı  üstün 
seçim  qaydası  müəyyən  etməmişlər.  Əvəzində  onlar  insanların 
məlumatı  emal  etdiyi  süzgəcləri  və  onların  dünyaya  müəyyən  məna 
vermək üçün işlətdikləri sadələşdirmə mexanizmlərini müəyyən etmiş 
və  çeşidləmişlər.  Siyasi  psixoloqlar  idraki  psixologiyada  aparılnuş 
tədqiqatdan  istifadə  edərək,  münaqişə  ilə  əlaqədar  seçimlə  üzləşən 
kollektivlərin liderlərini məxsusi qeyri-müəyyənlik və mürəkkəblikləri 
tipik  idraki  ixtisarlar  (sadələşdirmə)  vasitəsilə  idarə  etməyə  çalışan 
idraki idarəçilər kimi görür. İdraki psixologiya vahid seçim nəzəriyyəsi 
təmin  etmirsə də, insanların  ideal  rasional seçimdən niyə sapmalarını 
izah edir və beynəlxalq siyasət təhlilçilərini həm rəhbərlərin problemi 
özlərinə necə təsəvvür etmələrinin mühüm olduğu, həm də rəhbərlərin 
güman  ki,  istifadə  edəcəkləri  sistemli  sadələşdirmə  strategiyalarının 
menyusu haqqında xəbərdar edir. 
İdraki  psixologiya  göstərmişdir  ki,  insanların  əvvəlki  inamları 
məlumatın  emalına  güclü  təsir  göstərir.  İdraki  ardıcıllıq  nəzəriyyələri 
postulə edir ki, fərdlər özlərinin uyğun gəlməyən məlumata qarşı «inam 
sistemlərinin» ardıcıllığını onları rasional nəticə çıxarma və seçim etmə 
normalarından kənara aparan  yollarla təmin etməyə çalışır. Doğrudan 
da, uyğun gəlməyən məlumatın təsirinə məruz qalma çox vaxt inamın 
möhkəmlənməsi ilə nəticələnir. 
Bu zaman uyğun olmayan məlumatın təsirinə məruz qaldıqdan 
sonra inamların möhkəmlənməsi, insanların ortaya çıxan uyğunsuzluğu 
izah etmək üçün istifadə etdikləri əsaslandırma 
196 


proseslərinin nəticəsidir. Uyğun gəlməyən məlumatın dəyər- sizləşmə 
faizi  təşkil  edilmiş  inamlarla  müqayisədə  rasional  normaların 
müntəzəm (sistemli) olaraq diqtə edə biləcəyindən daha  yüksəkdir və 
insanlar  gözlənilən  nəticələrin  artıq  qurulmuş  inamlara  uyğun  olan 
variantlarım seçməyə meyl edir. 
Dünya siyasətdə rəhbərlərin yeni məlumatları müntəzəm olaraq, 
dəyərdən salacağını və fundamental inamlarda dəyişikliyə müqavimət 
göstərəcəyini  gözləmək  mümkündür.  Məsələn,  prezident  Corc  Buşa 
Mixail Qorbaçov haqqında fikrini dəyişməsi üçün uzunmüddətli ardıcıl 
dəlillər axını tələb olunmuşdu. Hətta dəlillərin uyğun axım belə kifayət 
etməmişdi; onun müqavimətini qıran Berlin Divarının yıxılması oldu. 
Dəyərsizləşdirmə  aldatma  strategiyalarının  və  xüsusi  xidmət 
rəsmilərinin  məruz  qaldığı  ardıcıl  strateji  sürprizlərin  uğurunu  izah 
etmək  üçün  də  istifadə  edilə  bilər.  Amerikanın  xüsusi  xidmətlərinin 
yaponların Peari Har- bora hücum məramlarım anlamaqda, İsrail xüsusi 
xidmətlərinin Misir və Suriyanın 1973-cü il hücumunu xəbər verməkdə, 
1990-cı  ildə  İraqın  Küveytə  müdaxiləsinin  öngörülməsindəki 
uğursuzluqlarını yaxşı dəhllərin olmaması ilə deyil, daha çox rəsmilərin 
üstün  inamlara  uyğun  gəlməyən  dəlilləri  müntəzəm  surətdə  dəyər- 
sizləşdirməsi ilə izah etmək olar. Fərqli siyasi sistemlərdə işləyən çoxlu 
sayda siyasi rəhbərlərin təhlili hakim inam sistemləri ilə uyğun olmayan 
məlumatın  buna  bənzər  dəyərsizləşdirilməsi  proseslərinin  indi  də 
fəaliyyətdə olduğunu göstərir. 
Aidetmə  (atribusiya)  nəzəriyyəçiləri  «sxemin»  və  ya  fərdin 
anlayışlarının 
və 
onların 
müəyyənetmə 
xüsusiyyətlərinin 
(atributlarının)  mühümlüyünü  vurğulayırlar.  Sxem  ətraf  mühitin 
müəyyən cəhəti haqqında işçi fərziyyədir və özüm (özüm-sxemi), başqa 
fərdlər  (şəxs  sxemi),  qruplar  (rol  sxemi)  və  ya  mühitdəki  hadisələr 
ardıcıllığı  (ssenarilər)  anlayışı  ola  bilər.  İnsanlar  sxemdən  öz 
mühitlərinin  yozumunu  vermək  və  fəaliyyətə  hazırlaşmaq  üçün 
ssenarilər  -  mühit  haqqında  işçi  fərziyyələr  -  qurmaq  üçün  istifadə 
edirlər.  İdraki  uyğunluq  nəzəriyyəsindən  fərqli  olaraq,  atribusiya 
nəzəriyyələri fərdi sxemlər toplusunun ardıcıl sistem formalaşdırdığını 
fərz etmir. Lakin idraki uyğunluq nəzəriyyələri kimi onlar da fərz edir 
ki, bir dəfə yaranmış sxem dəyişikliklərə müqavimət göstərir. 
Mövcud sxemə uyğun olmayan məlumatın dəyərsizləşdiril- 
197 


məsi  meyli  idraki  sabitliyə  əhəmiyyətli  töhfə  verir.  İnsanlar  öz 
gözlənlilərinə  kiçik  dispersiya  (səpilmə)  təyin  edirlərsə,  sxemin 
dəyişikliklərə  müqavimət  göstərməsi  postulatı  statistik  məntiqə 
uyğunluq  kimi  yozula  bilərdi.  Uyğun  olmayan  məlumatın  təsirinə 
məruz  qalmanın  mövcud  sxemi  pozmaq  deyil,  gücləndirdiyini 
təkrar-təkrar  müşahidə  edən  psixoloji  tədqiqatlar  belə  yozumla 
ziddiyyət təşkil edir. 
Ümumi  evristika  və  əvvəlcədən  yaranmış  inamlar  da  rasional 
təftiş  və  mühakimə  proseslərini  zəiflədə  bilər.  Evristika  insanların 
sxemlərində  oturmuş  fərziyyələri  yoxlamaq  üçün  qaydalardır  və 
məlumatın  emalı  üçün  rahat  olan  ən  cəld  üsul  və  ya  baş  barmaq 
qaydası kimi başa düşülə bilər. Ən yaxşı sənədləşdirilmiş üç evristika 
əlçatanhq  (mümkünlük),  ııyarlıq  (reprezentativlik)  və  bağlamadır 
(hesablama başlanğıcına). Əlçatanhq evristikası insanların birqiymətli 
olmayan  məlumatı  ən  asan  yadda  saxladıqları  terminlərdə  yozmaq 
meylinə aiddir. Reprezentativlik ev- ristikası insanların bir hadisə ilə 
ona qədər olmuş hadisələr sinfi arasında oxşarlıqları şişirtmək meylinə 
aiddir  və  adətən,  ehtimal  fərziyyələri  və  tezlik  hesablamaları  zaman 
əhəmiyyətli səhvlərə gətirir. Bağlama evristikası «əlçatan» (çox vaxt 
dəqiq olmayan) ilkin dəyərin bir başlanğıc nöqtəsi kimi götürülməsi və 
onunla  müqayisə  etmək  yolu  ilə  amplitudun  (miqyasın)  və  ya 
dərəcənin hesablanmasına aiddir. 
Hər  üç  evristika,  hadisədən  qabaqkı  idraki  vəziyyətin  təsirini 
inikas etməklə, hesablama və mühakimələrdəki həlledici səhvləri izah 
etməyə kömək edir. Əlçatanhq və mötəbərlik İsrail rəhbərlərinin ərəb 
təhdidlərini, imkanlar və məzmundakı fərqləri nəzərə almadan Nasist 
soyqırmu  ilə  əlaqələndirmək  meylləri  üçün  inandırıcı  hesabat  təmin 
edir. Evristika təkcə ehtimal hesablamalarına deyil, həm də problemin 
israil rəhbərləri tərəfindən istifadə edilən təqdimat formasına da təsir 
edir.  Lövbər  atma  (bərkitmə),  qismən,  Ərəfatın  İsrailin  baş  naziri 
Barakın  2000-ci  ilin  payızında  etdiyi  Qərb  sahilinin  təqribən  90 
faizinin, eləcə də, Qüdsdəki bütün Fələstin şəhər ətraflarının Fələstin 
muxtariyyətinə  qaytarılmasını  nəzərdə  tutan  təklifi  ilə  əvvəlki 
rəhbərlərin,  bundan  çox  məhdud  olan,  təklifləri  arasındakı  mühüm 
fərqləri görə bilməməsində əhəmiyyətli olmuşdur. 
Əvvəlcədən qəbul edilmiş idraki mövqelər də aidetmədə 
198 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə