Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   59   60   61   62   63   64   65   66   ...   91

şım idarə metodlarının geniş dəsti ortaya çıxdı. 
Üçüncüsü,  raket-nüvə  tarazlığı,  aralarındakı  münasibətlər 
ikiqütblü beynəlxalq  münasibətlər sisteminin əsasını təşkil edən əsas 
dövlətlər  arasında  birbaşa  qarşıdurma  imkanını  məhdudlaşdırmaqla, 
saysız-hesabsız  periferiya  müharibələri  törətdilər.  Onların  arasında 
«etibarnamə üzrə müharibə» adlanan və lokal konflikt iştirakçılarının 
arxasında  iri  dövlətlərin  durduğu  müharibələr  nəzərdə  tutulurdu.  Bu 
müharibələrin  gedişində  nəinki  bilavasitə  iştirakçılar  arasında 
ziddiyyətlər  həll  olunur,  həmçinin,  tərəflərdən  biri  öz  əlaltısı  ilə  bu 
regionun dövlətlərinə təsir edirdi. Bu vəziyyətə nümunə kimi çoxillik 
Ərəb-İsrail konfliktini göstərmək olar. Bu konfliktlərin gedişində çox 
zaman qüvvələrin açıq sınaqdan keçirilməsi, ən yeni texniki və taktiki 
nailiyyətlərin  real  müqayisəsi  baş  verirdi.  Livan  üzərində  hava 
döyüşlərinin nəticələri Mərkəzi Avropada qarşı duran qruplaşmaların 
tutuşmasına  gətirə  bilərdi.  Bu  cür  konfliktlər  Yaxın  Şərqdə, 
Cənub-Şərqi Asiyada, Afrikada gedirdi. Onlarda qarşıduran blokların 
yüzlərlə texnika və minlərlə hərbçilər iştirak edirdi. Qızğın və dinməz 
mübarizə daim bütün dünya okeanı və hava məkanında gedirdi. 
Bu şərtlərdə elmi potensilain inkişafı hərbi gücün saxlanmasının 
əsas şərti idi. ibtidai məktəbdən ixtisaslaşmış elmi-tədqiqat institutuna 
qədər  hadisələrin  gedişatını  nəzarət  altına  alan  məqsədyönlü  dövlət 
siyasəti  tələb  olunurdu.  Müvafiq  olaraq,  hökumətin  yalnız  əhalinin 
əhval-ruhiyyəsini  deyil,  öz  dövlətinin  informasiya  məkanını  effektiv 
nəzarət  altına  almaq  imkanları  kimi  başa  düşülən  «informasiya 
təhlükəsizliyi»nin rolu artmaqda idi. 
Fövqəldövlətlərin  qarşıdurması  yalnız  ən  müasir  və  nəticə 
etibarilə  ən  dağıdıcı  texnologiyalarla  əlaqəli  olan  səviyyyədə  baş 
vermirdi.  Bu  qarşıdurmanın  tərkib  elementi  silahlanmanın  və  taktiki 
gedişlərin ənənəvi növləri ilə də bağlı olan digər səviyyələr idi. Onlar 
olmadan fövqəldövlətlər və ya onların tərəfdarları arasında hər hansı 
konflikt ümumi nüvə qırğını ilə nəticələnə bilərdi. Bütün bunlar hərbi 
gücün  müasir  texnologiyalarının  təsiri  altında  bir  qədər  dəyişmiş 
ənənəvi elementlərinin hələ də qalmasından xəbər verir. 
192 


Ədəbiyyat: 
1.
 
Овчинников В.С. Политические конфликты в 
международных отношениях и пути их разрешения. М., 1990. 
2.
 
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997. 
3.
 
Клаузевиц К. О войне. В 2 т. М., 1937. Т.1. 
4.
 
Schelling Т.С. The Strategy of Conflict. Camridge, 1960. 
5.
 
Keegan J. The face of the Battle. N.Y., 1976. 
6.
 
Kennedy P. The Rice and Fall of the Great Powers. 
Economic Change and Military Conflict from 1500-2000. N.Y., 1987. 
193 


8-
 
ci MÖVZU 
MÜASİR MÜNAQİŞƏLƏRİN İDEOLOJİ VƏ 
PSİXOLOJİ ASPEKTLƏRİ 
Suallar: 
1.
 
Seçimin psixoloji aspektləri. 
2.
 
Kollektiv seçimin ideoloji və psixoloji aspektləri. 
3.
 
Münaqişənin nizamlanmasında ideoloji amillər. 
4.
 
Beynəlxalq əlaqələrlə bağlı nəzəriyyələrin psixoloji 
aspektləri və təhlili. 
Beynəlxalq münaqişələr dünya siyasəti kontekstində meydana 
çıxan  əks-əlaqəli  və  qarşılıqlı  asılı  qərar  qəbuletmə  problemlərinin 
kompleksi  kimi  təsəvvür  edilə  bilər.  Kontekst  liderlərin  etdiyi 
seçimləri uyğunlaşdırır, lakin müəyyən etmir və rəhbərlər, şübhəsiz ki, 
seçimləri  vasitəsilə  dünya  siyasətinin  kontekstini  və  strukturunu 
dəyişirlər. Kollektivləri dövlətlər və ya qrupların təklikdə və ya qrupun 
bir  hissəsi  kimi  fəaliyyət  göstərən  rəhbərlərinin  təkcə  özləri  üçün 
deyil, başqaları üçün də müəyyən nəticələrə malik olan qərarlar qəbul 
etməsi etiraf edildikdən sonra, idrakı və sosial psixologiyada sistemli 
elmi-tədqiqatların mərkəzi olan fərdi və kollektiv seçim nəzəriyyələri 
beynəlxalq siyasət üçün də münasib olmağa başlamışdır. Bir rəhbərin 
etdiyi  seçim  həm  qərar  qəbuletmə  probleminin  özünün,  həm  də 
başqalarının seçim imkanının strukturuna güclü təsir edə bilər. 
Sistem  modellərinin  struktur  izahları  çərçivəsində  psixoloji 
yanaşmalar davam edən mübahisələrdə sərhəd şərtlərini qurmaq üçün 
faydalıdır. Eləcə də, onlar mənsubiyyətin formalaşması və dəyişməsi, 
bütün  sistem  üçün  norma  yaradılması  və  ona  riayət  edilməsinə 
əsaslanan  nəzəriyyələri  müəyyən  etməyə  imkan  verir.  Siyasi 
rəhbərlərin  münaqişələri  zəiflətmək  və  ya  gücləndirmək  üçün  qəbul 
etdikləri  məhdud  seçimlərin  izahı  və  bir-biri  ilə  bağlı  olan  seçimlər 
silsiləsinin  nəticəsi  olan  qarşılıqlı  təsir  modellərinin  təhlili  psixoloji 
nəzəriyyələrdən istifadəni faydalı edir. 
Beynəlxalq münaqişədə qərar qəbuletmənin vacib prob 
194 


lemləri,  adətən  düzgün  strukturlaşdınlmaması  çox  vaxt  tərəflər 
arasında  mübahisə  doğurur  və  bu  zaman  oyuna  qoyulmuş  şeylərin 
təbiəti və ya dəyəri ilə əlaqədar razılıq çox az olur. Problemin qoyuluşu 
mübahisə  doğurmayanda  belə,  çox  vaxt  ətraf  mühit  vaxtında  və 
səliqəli əks əlaqəni təmin etmir və rəhbərlər müəyyən vaxtdan sonra 
ağılabatan  ehtimal  paylanması  hazırlamaq  üçün  yenidən  cəhd 
göstərmək imkanına malik olmurlar. Bu isə rəhbərlərin qeyri-müəyyən 
mövqe  tutmasını  şərtləndirir.  Mücərrəd  dəyərlər  konkret  mümkün 
şərait işığında dəqiq məqsədlər kimi qurulmalı, yozulmalı və yenidən 
formalaşdırılmalıdır.  Vaxtaşırı  problemin  qoyuluşu  fərdi  və  ya 
kollektiv  qurmaq  prosesi  vasitəsilə  təzahür  edir.  Rəhbərlərin  həmin 
problem  haqqında  təsəvvürləri  onların  üstünlükləri  (prioritetləri) 
qurmasına və seçimləri müəyyən etməsinə, eləcə də, onların seçiminə 
mühüm təsir göstərir. 
Psixoloji  nəzəriyyələr  problemin  qoyuluşunun  mübahisə 
doğurduğu,  problemin  sıravi  olmadığı,  oyuna  qoyulanların  tərəflər 
üçün yüksək dəyərə malik olduğu və ətraf mühitin seçim etmək üçün 
kifayət  dərəcədə  sərbəstlik  verdiyi  beynəlxalq  münaqişələrin  izah 
edilməsində xüsusilə yararlıdır. Belə şəraitdə cari təsisatı işlər adekvat 
hesab  edilmir,  fərdi  və  ya  kollektiv  qaydada  fəaliyyət  göstərən 
rəhbərlərin  rolu  həlledici  olur.  Buna  görə  də  fəslin  birinci  hissəsini 
idrakı  psixologiyanın  beynəlxalq  siyasətdə  sıravi  olmayan  münaqişə 
mühiti üçün tipik olan pis strukturlaş- dınlmış problemlərdə problemin 
qoyuluşunun  izahına  verdiyi  payı  şərh  etməklə  başlayıram.  Bunun 
ardınca  isə  seçimi  subyektiv  gözlənilən  maksimallaşdırılmış  həllər 
kimi  modelləşdirən  nəzəriyyələrə  aparıcı  alternativ  olan  perspektiv 
nəzəriyyəsinin verdiyi töhfəni, daha sonra isə fərdi səviyyədən sosial 
psixologiyanın kiçik qrupların qərarlarının qəbul edilməsinin izahına 
verdiyi  payı  tədqiq  etməyə  doğru  hərəkət  edirəm.  Xarici  siyasət 
qərarlarının  çoxu  kollektiv  seçici  və  ya  yekun  icra  məsuliyyətini 
daşıyan  rəhbərlərin  müşavirləri  kimi  fəaliyyət  göstərən  kiçik  qrup 
kontekstində qəbul edilir. 
Fəslin  ikinci  hissəsində  sosial  psixologiyanın  beynəlxalq 
sistemdə, mühüm idarə edicilərinin mənsubiyyət və qrup dinamikası 
olduğu, kütləvi etnik münaqişələrin təhlilinə verdiyi payı tədqiq etmək 
üçün izahın mərkəzi kimi seçimdən kənara çıxıram. 
19.5 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə