Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

səhvlərə gətirir. İnsanları digərlərinin fəaliyyətinin onların əvvəlcədən 
üstünlük  verdikləri davranışın nəticəsi  olması  ehtimalını və özlərinin 
bu  fəaliyyətin  hədəfi  olması  dərəcəsini  şişirtməsinə  səbəb  olan 
əvvəlcədən  formalaşmış  eqoist  mövqe  münaqişəli  vəziyyətdə  daha 
böyük  gərginliyə  öz  payını  verir.  İnsanlar  özgələrinin  davranışını 
qiymətləndirərkən şəraitlə müəyyən edilənlərlə müqayisədə mövqe ilə 
müəyyən  edilən  amillərin  əhəmiyyətini  şişirdirsə,  özgələrinin 
davranışına,  ümumiyyətlə,  stimullara  gerçək  olandan  daha  böyük 
ardıcıllıq  və  məna  yazırsa,  onlar  fundamental  aidetmə  səhvi  edirlər. 
Fundamental  aidetmə  səhvi  rəhbərlərin  digərlərinə  düşmənçilik 
məramları  aid  edəcəklərini  və  digər  rəhbərlərin  üzləşdiyi  şərait 
məhdudiyyətlərini  qiymətdən  salacaqlarını  daha  ehtimallı  edir.  Belə 
mühakimə yürütmək məramlı düşmənçiliklə əlaqədar davranışla təsdiq 
edilməyən qarşılıqlı gəzintiləri qidalandıra, təhlükəsizlik dilemmalarını 
gücləndirə, silahlanmanı stimullaşdıra və zorakılığa təhrik edə bilər. 
Tədqiqatlar  göstərir  ki,  müşahidə  edilən  davranış  aktyor 
haqqında  qabaqcadan  yaranmış  inamlarla  üst-üstə  düşürsə, 
fundamental aidetmə səhvinin baş verəcəyi daha ehtimallıdır. Şəraitin 
məcbur  etməsi  izahları  mövcud  olsa  belə,  uyğun  davranış  böyük 
ehtimalla  mövqe  amillərinin  ayağına  yazılacaq.  Mövqenin  ayağına 
yazılan  xüsusiyyətlər  ola  bilsin  ki,  uyğun  davranış  üçün  yüksək 
dərəcədə  əlçatan  olsun  və  aktyorun  «sadəcə  olaraq»  belə  davranışda 
bulunan  «bir  şəxs  olması»  kimi  əl  altında  olan  hazır  inam  insanları 
güman ki, bu ardıcıllığa gətirmiş şərait amillərinə qeyri-əsas edə bilər. 
Ona görə də, mötəbər qabaqcadan formalaşmış fikir, müşahidə edilən 
davranışın əvvəlki inamlarla uyğun olduğu halda, fundamental aidetmə 
səhvinin  baş  verməsini  izah  etməyə  yardım  göstərə  bilər.  Bu  cür 
əsaslandırma  başqalarının  məraımnm  düşmənçilik  kimi  təsəvvür 
edilməsinə yardım edir və onu dərinləşdirir, beləliklə də münaqişənin 
güclənməsini daha ehtimallı, həllini isə daha çətin edir. 
Sxem daxilə yerləşdirildisə, onu dəyişmək son dərəcə çətin olur. 
Bu,  xüsusən,  düşmən  obrazları  üçün  doğrudur.  Obraz  inamlar  və  ya 
fərdlərin,  və  ya  qrupların  doğru  olduğuna  inandıqları  fərziyyə  və 
nəzəriyyələr dəstinə söykənir. Obraza həm təcrübəyə əsaslanan bilik və 
dəyərlər,  həm  də  arzu  edilən  davranış  haqqında  inamlar  daxildir. 
Düşmən obrazı güclü ədavət kimi 
199 


emosional  ölçüyə  malik  olduğundan,  yeni  məlumat  axtarmaq  üçün 
stimul çox az olur. Stereotipləşmiş obrazlar düşmənçilik və münaqişəli 
davranış  yaradır  və  rəqibin  düşmənçilik  hərəkəti  ilə  cavab  verəcəyi 
ehtimalını  artırır.  Bundan  sonra  belə  qarşılıqlı  davranışların  təkrarı 
düşmən  məramların  ehtimalı  dəlillərini  təsdiq  etməklə  rəqib  obrazını 
möhkəmlədir.  Ehtimali  obrazlar  özünü  tamamlayan  və  özünü 
möhkəmlədən  olmaq  meylinə  malikdir  və  beynəlxalq  münaqişənin 
üzərinə neft tökə bilər. 
Tədqiqatlar  düşmənin  ən  azı  üç  müxtəlif  sxemini  müəyyən 
etmişdir:  imperiyaçılar,  barbarlar  və  degeneratlar.  Soyuq  Müharibə 
dövründə Sovet rəhbərliyi Birləşmiş Ştatları «imperiyaçı» düşmən kimi 
görürdü.  Çin  rəhbərləri  dövri  olaraq  başqalarını  barbarlar  kimi 
stereotipləşdirirdi,  İranda  Ayətullah  Xomeyni  isə  Qərb  rəhbərlərini 
«dégénérât» kimi təsvir edirdi. Bu sxemlər problemlərin Sovet İttifaqı, 
Çin və İran rəhbərləri tərəfindən yaradılmış təsvirini məlumatla təmin 
edir və rəhbərlərin məlumatları emal etməsi və ehtimalları hesablaması 
üsullarına, etdikləri seçimlərə təsir göstərirdi. 
İdraki  proseslər  stereotip  obrazları  və  qabaqcadan  yaradılmış 
rəyi  himayə  etməyə  meyllidir.  İnsanlar  bir-birinin  şəxsi 
xüsusiyyətlərini və davranışını əvvəlcədən müəyyən etmək üçün sosial 
stereotiplərdən güclü surətdə istifadə edirlər. 
Onlar  həm  də  stereotiplərdən  istifadə  edərək  onların  obyektiv 
dəqiqliyi ilə təsdiq edilə biləndən çox-çox böyük subyektiv əminliklə 
sosial  proqnozlar  verməyə  meyl  edirlər.  Davranış  yaddaşının  təshih 
edilməsi  prosesləri,  qrupdaxili  və  qrupxarici  üzvlər  mühakimə 
edilərkən  müxtəlif  cür  işləyir  və  qabaqcadan  formalaşmış  sosial 
rəylərin  əbədiləşməsinə  yardım  göstərir.  Qeyri-  aşkar  özgələr 
nəzəriyyələri qiymətləndirici emaldakı fərdi fərqlərlə əlaqələndirilirdi. 
Aidetmə prosesləri tərəfli mühakimə yürütmə davranışına da öz təsirini 
göstərir. 
Bütün 
bu 
proseslər 
beynəlxalq 
münaqişələrin 
yumşaldılmasmdan daha çox gücləndirilməsinə işləyir. Bunlar sistemli 
səhvlər və qabaqcadan formalaşmış rəylər olsa da, onların təsiri qərarın 
qəbul  edilməsinin  baş  verdiyi  təsisatı  və  qrup  şəraiti  ilə  qismən 
yumşaldıla  bilər.  Qərar  qəbul  ediləcək  qrupdakı  şərait  qabaqcadan 
formalaşmış  fərdi  rəyləri  yumşalda  və  ya  gücləndirə  bilər.  Qrupdakı 
proseslər uyğun olmayan məlumatı qiymətdən salmaq meylini qrupun 
həmrəyliyinə mü 
200 


raciət  etməklə  möhkəmlədə  və  gücləndirə  bilər,  və  ya  prosesləri 
bilərəkdən  hakim  inamlara  ilkin  şübhələrə  imkan  yaradan  və  bu 
şübhələri gücləndirən qaydada qura bilər. Mən bu arqumentə kollektiv 
seçimin  dinamikasını  tədqiq  edərkən  qayıdıram.  Daha  ümumi 
səviyyədə,  tədqiqata  və  hesabatlılığa  imkan  verən  şəffaf  sistemlər 
uyğun olmayan məlumatı sistemə vaxtında zorla daxil etmək vasitəsilə 
bu  qabaqcadan  formalaşnuş  rəylərin  bir  hissəsinin  təsirini  azaltmağa 
kömək edə bilər. Səlahiyyətlərin bölüşdürülmüş olduğu siyasi sistemlər, 
rəhbərlərin qabaqcadan formalaşmış bu cür rəylərinin sayını azaltmağa 
kömək  edirsə,  avtoritar  dövlətlərin  rəhbərlərinin  Suriyada  Hafez 
al-Asad,  keçmiş  Yuqoslaviyada  Slobodan  Miloşeviç,  İraqda  Saddam 
Hüseyn  kimi  -  özünütəcrid  xüsusiyyətləri  qabaqcadan  formalaşnuş 
rəyləri  gücləndirir,  Ceteris  paribus  (başqa  şərtlər  eyni  olduqda) 
demokratik  və  çoxrəyli  sistemlər  bu  növ  qabaqcadan  formalaşnuş 
rəyləri qapalı avtoritar sistemlərdən daha yaxşı yumşalda bilər. 
Düşmən  obrazmdakı  sabitlik  qayda,  dəyişiklik  isə  istisnadır. 
Lakin  istənilən  halda  mühafizəkarlıq  qeyri-şərtsiz  deyil.  Sxem 
həqiqətən də dəyişir, hərçənd ki, o, adətən cəld, uzağa gedən dəyişikliyə 
məruz  qalmağa  deyil,  zaman  keçdikcə  tədriclə  dəyişməyə  meyl  edir. 
Sxem  nəzəriyyəsi  hələ  sxemin  niyə  dəyişdiyi  haqqında  vahid 
fərziyyələr  dəsti  yaratmanuşdır.  Sxem  nəzəriyyələri,  əsasən,  bütöv 
sxemləri  öyrəndiyindən  nisbətən  statik  olur.  Sxemin  mərkəzi  olması, 
onun  mübahisə  predmeti  ola  bilməsi,  uyğun  gəlməyən  məlumata 
diaqnoz qoyulması, aidetmə modelləri və idraki mürəkkəblik, bunların 
hamısı  təftiş  ehtimalının,  genişləndirdikdə  isə  mühakimənin 
dəyişməsinin  öngörümü  kimi  müəyyən  edilə  bilər.  Dəyişiklik  qismən 
fərqli olan məlumatın daxilolma tezliyinin və müəyyənedici rəhbərlərin 
ona  nə  qiymət  verməsinin  funksiyasıdır.  Geniş  yayılnuş  ziddiyyətli 
dəlillər  sxemə  bir-neçə  izolə  edilmiş  nümunələrdən  daha  artıq  təsirə 
malik olmalıdır. İnsanlar məlumatı əvvəlki bilikləri ilə uyğun gəlməyən 
hesab etdiklərindən, sxemə onu dayanıqsız edən, tədrici dəyişikliklərə 
və  əlavələrə  imkan  verən  şərtləri  daxil  edirlər.  Vacib  sxemlər  yalnız 
insanların  müəyyənedici  hesab  etdikləri  fərqli  verilənləri  nəzərə 
almağın  başqa  yolu  qalmadıqda  şübhə  altına  alınır.  Daha  böyük 
dəyişiklik, məlumat damla-damla deyil, böyük partiyalarla gələrkən baş 
verir. Artıq qeyd etdiyim kimi, prezident 
201 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə