Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

ranır.  Adamların  müəyyən  sosial  qrupa  mənsub  olması  seçim  üçün 
əhəmiyyətlidir, yoxsa mənsubiyyəti seçərkən insanlar bir- birinə zidd 
olan  daxil  olmaq  və  ayrılmaq  (seçilmək)  imperativləri  arasında 
mübarizə  aparırlar.  Məsələn,  Kanada  özünün  mədəni  müəyyənlik 
axtarışlarında  daha  geniş  Şimali  Amerika  ticarət  sisteminin  tərkib 
hissəsidir. 
Qrup  eyniliyi  və  ya  sosial  mənsubiyyət  yaradan  idraki  mexa- 
nizmlər  kateqoriyalaşdırma  və  sosial  müqayisədir.  Kateqoriyalaş- 
dırma qruplararası sərhədləri formalaşdınr və stereotip yaradır. 
Lakin mənim əvvəllər müzakirə etdiyim kimi stereotipləş- dirmə 
heç də həmişə münaqişəyə gətirmir. Qruplar və dövlətlər mənsubiyyət 
münaqişələri  ilə  əlaqədar  strategiya  seçiminə  malikdir:  onlar  daha 
qabaqcıl mənsubiyyətə qarışmağa (assimilyasiya etməyə) çalışa bilər, 
öz mənsubiyyətlərinin dəyərlərini  yenidən təyin  edə bilər və nəhayət 
yarışmaq  yolunu  tuta bilər. Bu  gön Avropa Birliyindən kənarda olan 
bəzi dövlətlər insan hüquqlarını gözləyən və hüquqi proseslərə uyğun 
gələn  demokratik  mənsubiyyəti  xüsusi  vurğulayır.  Onların  rəhbərləri 
üstün  hesab  etdikləri  mənsubiyyətə  qoşulmaq  seçimi  ediblər; 
mənsubiyyətin  dəyişməsi  daxil  olmaq  və  yararlanmaq  strategiyasına 
çevrilməyə  başlamışdır.  ASEAN  üzvləri  «Asiya  yolu»  kimi  tanınan 
qrup  yaratmaqla  özlərinin  fərqliliyinin  dəyərli  olduğunu  vurğulamaq 
yolunu  seçmişlər.  Fövqəladə  hallarda  öz  mənsubiyyətlərinin  təhdid 
altında olduğunu hiss etdikdə və daxilolma sədləri  keçilməz olduqda 
qruplar  yarışmanı  (rəqabət  aparmanı)  seçirlər.  Sosial  mənsubiyyət 
nəzəriyyəsi rəhbərlərin niyə əl altında olan sosial təqdimatlar (təsvirlər) 
repertuarından  seçdiklərini  izah  etməyə,  daxilolma  sədlərinin 
qalınlığını  yoxlamaqla  isə  dövlətlərin  və  qrupların  mənsubiyyəti 
dəyişmənin bu və ya digər strategiyasını seçməsinin ehtimallı olduğu 
şəraiti müəyyən etməyə kömək edir. 
Beynəlxalq  siyasətə  psixoloji  yanaşmaların  tənqidçiləri 
bildirirlər  ki,  bu  yanaşmalar  fərdi  seçimə  münasib  ola  bilərlər,  lakin 
onlar  çox  məhdud,  uyğunlaşdırılmış  və  çirklidir  və  təhlilin  dünya 
siyasətinin geniş sitemli nümunələrini (modellərini) izah etməyə uyğun 
gəlməyən  bir  səviyyəsində  dururlar.  Tərəfdarlar  bildirirlər  ki,  həm 
fərdi,  həm  də  kollektiv  səviyyədə  düşünmə  və  seçimin  sistemli 
modellərinin sübutları sağlamdır və qeyri-düzgün fərziyyələr üzərində 
qurulmuş, fərdlərin və kollektivlərin özünü və öz seçimini 
223 


necə  müəyyən  etməsi  haqqında  bizim  hal-hazırda  bildiklərimizin 
çoxunun üstündən xətt çəkən geniş  deduktiv arqumentlər beynəlxalq 
və  qruplararası  münaqişələrin  güclü  izahları  üçün  çətin  ki,  etibarlı 
təməllər təmin etsin. Bu daha çox karların dialoqu idi. 
Psixoloji  yanaşmalar  sistemli  nümunələrin  struktur  izahları 
daxilində  davam  edən  mübahisələrdə  sərhəd  şərtlərini  qurmaq  üçün 
faydalıdır.  Onlar  dolayısıyla  şərtlərin  dəyişməsindən  asılı  olaraq 
qeyri-məhdud  olan  seçim  nəzəriyyələrinə  söykənən  izahları 
təmizləməyə  və  məlumatlandırmağa  kömək  edir.  Psixoloji 
nəzəriyyələrin  «çirklihyi»  və  aşkarlığı  (dəlilləri)  beynəlxalq 
münaqişələrin  dinamikası  və  qarşısının  alınması  barədə  böyük 
mübahisələrə  konkretlik  və  ciddilik  verə  bilər.  Psixoloji  yanaşmalar 
habelə, mənsubiyyətin formalaşması və dəyişməsi, eləcə də normaların 
yaradılması  və  onlara  riayət  edilməsi  üzərində  qurulan  nəzəriyyələri 
konkretləşdirməyə kömək edir. 
Psixoloji  nəzəriyyələr,  habelə,  siyasi  rəhbərlərin  münaqişələri 
qızışdırmaq və ya sakitləşdirmək üçün etdikləri məhdud seçimləri izah 
etməkdə  və  bir-biri  ilə  əlaqələndirilmiş  seçimlər  silsiləsinin  nəticəsi 
olan  qarşılıqlı  təsir  nümunələrinin  təhlilində  faydalıdır.  Məsələn, 
sövdələşmə proseslərinin dəyəri niyə masanın üstündə qoyub getməsi 
barədə cari tapmaca və ya hər şeyi bilən neytral müşahidəçi üçün tam 
aşkar görünən razılaşmanı əldə etməkdə uğursuzluğa düçar olması da, 
psixoloji nəzəriyyələr tərəfindən çox vaxt yaxşı izah edilir. Əlaqədar 
tapmaca  -  rəhbərlərin  bir  dəstinin  digər  dəstin  işarələrini  oxumaq  və 
dəqiq yozmaqla uğursuzluğu da psixoloji nəzəriyyələr tərəfindən yaxşı 
izah  edilir.  Münaqişənin  qızışması  və  ya  sakitləşməsinin  izahındakı 
nəzəri  və  empirik  inkişaf  psixoloji  nəzəriyyələri,  onların  bir  araya 
sığan- lığmı və nisbi faydahlığını diqqətlə yoxlamaqla, hakim rasional 
və konstruktivist ənənələrin daxilinə yerləşdirməkdən qazanc əldə edə 
bilər. 
Ədəbiyyat: 
1.
 
Taylor D.M. Moghaddam P.M. Theories of Intergroup Relations: 
International and Social Psychological Perespectives. N.Y., 1987. 
2.
 
Stem P. Wlıy do people Sacrifıce for their nations? Political 
Psychology, 1995. 
224 


9-
 
cu MÖVZU 
MÜNAQİŞƏLƏRİN NİZAMLANMASI PROSESİ 
Suallar: 
1.
 
Münaqişələrin nizamlanması şərtləri və variantları. 
2.
 
Münaqişələrin nizamlanmasına təsir göstərən amillər. 
3.
 
Münaqişələrin nizamlanması üsulları və vasitələri. 
4.
 
Problemin aradan qaldınimasmda danışıqlar prosesinin rolu. 
§1. Münaqişələrin nizamlanması şərtləri və variantlar 
Nəzəriyyə  və  praktikada  münaqişəli  vəziyyətlərdən  müxtəlif 
çıxış  yolları  nəzərdə  tutulur.  Bunlardan  başlıcası  münaqişənin  dinc 
vasitələrlə nizama salınmasıdır. Dinc vasitələr nəinki münaqişəyə cəlb 
olunmuş tərəflərin səylərini birləşdirməyi tələb edir, habelə siyasi və 
hərbi  qarşıdurmada  iştirak  etməyən  dövlətlərin  və  beynəlxalq 
təşkilatların da problemin nizamlanması prosesinə qoşulmasını zəruri 
edir. 
Münaqişələrin  dinc  yollarla  nizamlanması  geniş  anlayış  olub 
münaqişəli vəziyyətdən çıxmağın bir neçə istiqamətini ehtiva edir. Bu 
istiqamətlərdən birincisi, münaqişənin həll olunmasıdır ki, bu zaman 
onu  yaradan  səbəblər  aradan  qaldırılır  və  münaqişədə  olan  tərəflər 
arasında  saziş  imzalanır.  İkincisi,  bu  münaqişənin  nizamlanmasıdır. 
Bu istiqamətin mahiyyəti ondan ibarətdir ki, münaqişənin dərinlərdə 
olan  kökləri  tam  şəkildə  aradan  qaldırıla  bilmir,  lakin  onun 
dərinləşməsinə  imkan  verilmir  və  yaratdığı  təhlükənin  miqyası  və 
gərginliyi azaldılır. 
Üçüncü  istiqamət,  münaqişənin  qarşısının  alınmasıdır  ki,  bu 
zaman  onun  silahlı  mübarizə  fazasına  keçilməsinə  imkan  verilmir. 
Əgər  hərbi  əməliyyatlar  başlanmışdırsa,  bu  vasitənin  köməyi  ilə  ya 
barışıq bağlanır, ya da atəşin dayandırılmasına nail olunur. 
Dinc vasitələrlə bağlı bütün variantlar danışıqların aparılmasını 
zəruri  edir.  Münaqişəli  vəziyyətlərdə,  xüsusilə,  dövlətlər-  arası 
münaqişələrdə damşıqlar prosesi kifayət qədər mürəkkəb 
225 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə