Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə75/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

-
 
yaranmış şəraitdə onun dayandırılmasını ifadə etmək; 
-
 
qarşılıqlı  olaraq  buraxıirmş  səhvləri  etiraf  etmək  və  onların 
islah olunması ordusu; 
-
 
rəqiblərin,  ilk  növbədə,  ikinci  dərəcəli  və  başhca  olmayan 
məsələlərdə güzəştə getməyə hazır olması; 
-
 
emosiyalara  yol  vermədən  problemin  müzakirəsinin  təmin 
edilməsi; 
-
 
razılıq  əldə edildikdən sonra, münaqişənin  sonuclanması  ilə 
bağlı hüquqi sənədin imzalanması. 
Münaqişənin  qarşılıqlı  kompromislə  başa  çatması  onun  ən 
optimal variantıdır, lakin elə regional və ya ikitərəfli münaqişələrə rast 
gəlinir ki, hadisələrin dramatizmi, ziddiyyətlərin çox- şaxəliliyi onun 
nizamlanması üçün üçüncü tərəfin vasitəçiliyini tələb edir. 
Müasir  beynəlxalq  hüquqda  öz  əksini  tapmış  mediatorluq 
(üçüncü  tərəf)  münaqişənin  nizamlanmasında  vacib  vasitələrdən 
biridir.  Kökləri  minilliklərin  dərinliklərinə  gedib  çıxan  mediatorluq 
institutu  münaqişələrin  hamısında  tərəf  kimi  çıxış  edir.  Me-  diator 
qismində  isə  çoxsaylı  vasitəçilər,  məs.:  dövlətlərarası  və  ya 
qeyri-dövlət  təşkilatları,  ayrı-ayrı  dövlətlər,  müxtəlif  təsisat  və 
təşkilatlar,  konfliktologiya  və  siyasətşünaslıqla  məşğul  olan  şəxslər, 
keçmiş dövlət xadimləri, diplomatlar, dini təşkilatların nümayəndələri, 
siyasi simalar və s. çıxış etmək imkanına malikdirlər. 
Münaqişədə mediator münsif, arbitr, vasitəçi, müşahidəçi və s. 
rollarda  çıxış  edə  bilər.  Mediator  tərəfsiz  mövqe  nümayiş  etdirməli, 
onun  qəbul  etdiyi  qərar  hər  iki  tərəfin  mənafeyini  əks  etdirməlidir. 
Vasitəçi  ilk  növbədə  problemlə  hərtərəfli  tanış  olur,  onun  zəif  və 
ziddiyyətli  tərəflərini  öyrənir,  tərəflərin  hər  biri  ilə  ayrı-ayrılıqda  və 
birlikdə  çoxsaylı  danışıqlar  aparır,  danışıqların  gedişində  rəqib 
tərəflərin  mövqelərinin  yaxınlaşması  üçün  az  ziddiyyətli  məqamlar 
müəyyənləşdirilir və qaçış nöqtəsi kimi münaqişənin nizamlanmasına 
tətbiq edilir. 
Diplomatik  danışıqlar  bütün  növlərdən  olan  münaqişələrin 
nizamlanması üçün ən universal vasitələrdən biri hesab edilir. Müasir 
tədqiqatlarda  danışıqlar  prosesinin  təsnifatı  ilə  bağlı  müxtəlif 
yanaşmaların  mövcudluğuna  baxmayaraq  onların  məqsədləri 
ümumidir. 
Tərəflərin problemin müzakirəsinə başlamağa hazır olduq- 
229 


lan andan başlanan danışıqlar əsasən aşağıdakı mərhələlərdən keçir: 
-
 
birincisi, münaqişədə iştirak edən tərəflərin mənafelərinin və 
mövqelərinin dəqiqləşdirilməsi; tərəflər arasında müzakirəyə çıxarılan 
konsepsiyaların müəyyənləşdirilməsi
-
 
ikincisi, mövqelərin dəqiqləşdirilməsi
-
 
üçüncüsü, münaqişəli problemin müzakirəsi prosesi. 
Beləliklə, son dərəcə mürəkkəb və mərhələli proses olan diplomatik 
danışıqların baş tutması son nəticədə münaqişənin nizamlanmasına 
gətirib çıxarır. 
Ədəbiyyat: 
1.
 
Овчинников 
В,C. 
Политические 
конфликты 
в 
международных отношениях и пути их разрешения. М., 1990. 
2.
 
Социально-политические 
конфликты 
в 
сфере 
межнациональных отношений и пути их разрешения. М., 1990. 
3.
 
Мацнев  А.А.  Этнополитические  конфликты:  природа, 
типология  и  пути  урш'улирования  //  Социально-политический 
журнал, 1996, № 4. 
4.
 
Каррас Ч. Искусство ведения переговоров. М., 1997. 
5.
 
Скотг Дж.Г. Конфликты, пути их преодоления. Киев, 
1991. 
6.
 
Фишер Р., Эртель Д. Подготовка к переговорам. М., 
1996. 
230 


10-
 
cu MÖVZU 
QAFQAZDA MÜNAQİŞƏLƏR: MÖVCUD VƏZİYYƏTİN 
VƏ SABİTLİYİN PERSPEKTİVLƏRİ 
Suallar: 
1.
 
Qafqaz regionunda münaqişələrin səbəbləri. 
2.
 
Qafqazda sabit sülhün perspektivləri. 
İndiki  şəraitdə  sülhün  qorunması  üzvi  şurətdə  XXI  əsrin 
astanasında  olan  dünya  birliyinin  obyektiv  vəziyyətindən  irəli  gəlir. 
Problemin  mahiyyəti  ondadır  ki,  50  illik  konfrantasiya  və  soyuq 
müharibə erasından sonra, bəşəriyyət onu münaqişəyə  gətirib çıxara 
biləcək,  müxtəlif  növ  hərbi  avantürlərdən,  «kiçik»  müharibələrdən, 
geostrateji  yarışlarda  hakimlik  uğrunda  döyüşlərdən,  müxtəlif 
klanlarm siyasi hökmranlıq əldə etmək cəhdlərindən və sairdən qoruya 
biləcək  universal  sistem  yaratmaq  üçün  unikal  imkan  əldə  etmişdir. 
XX  əsr,  xüsusən  də  onun  sonuncu  onilliyi  bu  cür  nümunələrlə 
zəngindir. 1 milyondan çox insan həyatına son qoymuş və BMT-nin 
Təhlükəsizlik  Şurasının  daimi  üzvlərindən  biri  olan,  Fransa 
respublikasının  hərbi  müdaxiləsini  tələb  edən,  Ruanda  (Afrika),  3 
milyondan çox insanın fiziki məhvinə gətirib çıxaran Kampuçiyadakı 
«Qırmızı kxmirlərin» təcrübəsini yada salaq. 
Geosiyasi  hakimliyə  parlaq  misal  olaraq.  Sovet  hərbi 
hissələrinin  Əfqanıstana  soxulmasını  göstərmək  olar.  Sovetlər 
məğlubiyyətə  uğrayaraq,  Əfqanıstanı  tərk  etməyə  məcbur  oldular, 
lakin onlar regional və geosiyasi hakimliyə can atan xarici qüvvələrin 
arxasında  durduğu  daxili  siyasi  quruplaşmalar  və  klanlar  arasında 
gedən müharibəni özlərindən sonraya qoydular. Dövlətlərin geosiyasi 
və geostrateji mənafeləri naminə əfqanlar məhv olurlar. Və hadisələrin 
göstərdiyi kimi, bu qonşu ölkələrə də yayıla bilər. Əfqan konfliktinin 
yaxınlığı qonşu Tacikistanda öz əks-sədasını tapır. Və nəticə olaraq, 
Rusiyanın  geostrateji  mənafelərinin  «sıxışdırılması»  və  onun 
tərəfindən  cavab reaksiyası  MDB-nin  «sülhsevər qüvvələri»  bayrağı 
altında öz qoşunlarını 
231 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə