Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   70   71   72   73   74   75   76   77   ...   91

olub, öz spesifikliyi ilə seçilir. Belə münaqişələrin tipik nümunəsi kimi 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı 
damşıqlar prosesi bir neçə mərhələyə bölünür: 
1)
 
Birinci mərhələ - damşıqlara hazırlıqdır; 
2)
 
İkinci mərhələdə münaqişə iştirakçıları öz mövqelərini qarşı 
tərəfin nəzərinə çatdırır və bir-birlərinin mövqelərini tənqid edirlər
3)
 
Üçüncü  mərhələdə  münaqişənin  başlıca  məsələləri 
diskussiya  obyektinə  çevrilir  və  üst-üstə  düşən  mövqelər 
müəyyənləşdirilir; 
4)
 
Dördüncü,  final  mərhələdə  isə  danışıqlar,  ya  birgə  qərarın 
qəbulu ilə başa çatır, ya da qəti olaraq «daşa dirənir» ki, bu zaman hər 
şeyi yenidən başlamaq lazım gəlir. 
§2. Münaqişələrin nizamlanmasına təsir göstərən amillər 
Danışıqlar bir sıra mühüm funksiyaları yerinə yetirməyə imkan 
verir.  Bunlardan  başlıcası  danışıqlar  prosesində  diqqət  mərkəzində 
olan məsələlərə dair birgə mövqeyin əldə edilməsidir. Bununla yanaşı, 
danışıqlar informasiya-kommunikasiya funksiyasını da yerinə yetirir. 
Danışıqların  gedişində  tərəflər,  nəinki  birbaşa  münaqişə  ilə  bağlı 
informasiya  mübadiləsi  edirlər,  habelə  qarşılıqlı  maraq  doğuran 
məsələlər  də  diskussiya  obyektinə  çevrilir.  Danışıqlar  prosesinin 
getdiyi zaman onun iştirakçıları rəsmi, daimi kommunikasiya xətti ilə 
əlaqəyə  malik  olurlar  ki,  bu  münaqişəli  vəziyyətin  davam  etdiyi 
dövrdə xüsusilə əhəmiyyətli və aktualdır. 
Mütəxəssislər damşıqlar prosesinin daha bir funksiyasını qeyd 
edirlər  ki,  bu  danışıqların  məzmunu  ilə  o  qədər  də  bağlı  olmayan 
təbliğat funksiyasıdır. Bu funksiyanı reallaşdırmaq üçün münaqişədə 
olan  tərəflərin  danışıqlarda  iştirak  edən  nümayəndələri  dəstək  əldə 
etmək üçün təkcə öz tərəfdaşlarına yox, təmsil etdikləri ölkənin ictimai 
rəyinə,  dünya  ictimaiyyətinə,  sosial  qruplara  və  siyasi  qüvvələrə 
müraciət etmək, onları məlumatlandırmaq imkanlarına malik olurlar. 
Dövlətlərarası danışıqların aparılması üçün xüsusi hazırlıq tələb 
olunur  ki,  bu  zaman  danışıqların  vaxtı,  yeri,  gündəliyə  çıxarılacaq 
məsələlər, nümayəndəlik səviyyəsi kimi məsələlər 
226 


müəyyənləşdirilir. Çünki münaqişənin davam etdiyi şəraitdə texniki də 
olsa bu məsələləri həll etmək o qədər də sadə iş deyil və bəzən öncədən 
«danışıqlar üçün danışıqlar» aparmağı tələb edir. 
Danışıqlar prosesinin başlanması üçün vacib şərtlərdən biri də 
danışıqların  aparılması  üçün  şəraitin  mövcud  olmasıdır,  bu  zaman 
nəzəri  baxımdan  qarşı  duran  tərəfləri  təmin  edən  və  qarşılıqlı 
güzəştlərə əsaslanan kompromis qərarın qəbulu ehtimalı real olur, əgər 
danışıqların  başlanması  üçün  şərait  və  ya  meydan  yoxdursa,  onda 
vəziyyətdən çıxmaq üçün digər vasitələri axtarmaq lazım gələcəkdir. 
§3. Münaqişələrin nizamlanması üsulları və vasitələri 
Bütün  münaqişələr  danışıqlar  stolu  arxasında  başa  çatır,  lakin 
bunun  üçün  kifayət  qədər  mürəkkəb  və  üzücü  danışıqlar  aparmaq, 
müxtəlif mərhələləri yaşamaq və çoxsaylı variantları götür-qoy etmək 
lazımdır. XX yüzilliyin II yarısında baş vermiş münaqişələrin tədqiqi 
göstərir  ki,  «müvəqqəti  atəşkəs»  adı  altında  münaqişədən  çıxılması 
problemin  aradan  qaldırılmasına  doğru  bir  addımdır.  Münaqişədə 
maraqlı  olan  tərəflərin  çoxluğu  problemin  həllinə  yox,  münaqişənin 
«konservləşdirilməsinə» gətirib çıxarır. 
Mövcud  tədqiqatlarda  münaqişənin  yaranmasına  hazırlıq, 
münaqişənin  gedişi, dayandırılması, danışıqlar, nizamlanması (və  ya 
həlli) 
mərhələləri 
öz 
məzmununa, 
mahiyyətinə, 
spesifik 
xüsusiyyətlərinə,  komponentlərinin  sayına,  çoxvariantlılığına, 
kompromisə  nail  olma  yollarına  və  üsullarına  və  s.  amillərə  görə 
fərqləndirilir.  Əgər  birinci  və  ikinci  mərhələlərdə  münaqişədə  olan 
tərəflər  üz-üzə  durursa,  sonrakı  mərhələlərdə  vasitəçi-me-  diator, 
münsif,  orbitr,  vasitəçi-köməkçi,  müşavirəçi  kimi  amillərin  iştirak 
etdiyi aralıq mərhələ yaranır. Vasitəçi, bir qayda olaraq, münaqişənin 
ikinci  mərhələsinin  sonu  və  ya  üçüncü  mərhələsində  peyda  olur. 
Ermənistan-Azərbaycan, 
Dağlıq 
Qarabağ 
münaqişəsinin 
təcrübəsindən  çıxış  etsək  münaqişənin  «birbaşa»  iştirakçısı  -  Rusiya 
həm də arbitr-münsif rolunda çıxış edir. 
Münaqişənin  dayandırılması  növbəti  mərhələyə  start 
götürülməsinə  imkan  yaradır.  Belə  ki,  münaqişənin  birbaşa 
iştirakçıları və münaqişədə maraqlı olan tərəflər arasında səngimək bil 
227 


məyən  rəqabət  mübarizəsi  başlayır  ki,  bununla  da  münaqişənin 
nizamlanması  ehtimalı  artır.  Tədqiqatlarda  münaqişədən  çıxmanın 
müxtəlif  məzmuna  malik  taktiki  gedişləri  fərqləndirilir:  a)  rəqabət; 
b)*əməkdaşlıq;  v)  kompromislərə  nail  olunması;  q)  problemin 
həllindən qaçma və d) uyğunlaşma. 
Əgər  rəqabət  prosesində  tərəflər  üstünlük  nümayiş  etdirməyə 
çalışırlarsa  və  bunun  üçün  müxtəlif  üsullardan  istifadə  edirlərsə, 
kompromis  taktikasında  qarşılıqlı  güzəştə  əsasən  münaqişənin 
nizamlanmasından  söhbət  gedir.  Münaqişənin  sonunda  eyni 
vəziyyətdə  olan  rəqiblərlə,  nisbi  üstünlüyə  malik  rəqiblər  arasında 
kompromisə gəlmə variantları müxtəlif yozumlara malikdir. Onun baş 
tutması qarşılıqlı güzəşt nəticəsində mümkündür. 
Kompromislə  uyğunlaşma  oxşar  məzmuna  malikdir.  Lakin 
uyğunlaşmada bu taktika rəqibə müxtəlif vasitələrdən istifadə etməklə 
qəbul etdirilir: üçüncü tərəfin təzyiqi, başqa bir nəticəyə heç bir ümid 
qalmaması,  daha  böyük  zərərə  məruz  qalma  təhlükəsi,  ikitərəfli 
münasibətlərin gələcəyi, qarşılıqlı asılılıq və s. 
Münaqişənin  gedişində  tərəflərdən  birinin  problemdən 
yayınması «münaqişəyə qəsd» kimi qiymətləndirilə bilər. Münaqişədə 
olan tərəflərdən birinin müxtəlif faktorların təsiri ilə ondan yayınmağa 
cəhd  etməsi,  yol  problemi  həllinin  sərfəli  olmaması,  ya  da  onun 
qeyri-müəyyən müddətədək təxirə salınması fikri ilə bağlıdır və yeni 
münaqişə ocağının yaranması ilə nəticələnməsi ehtimalı böyükdür 
§4. Problemin aradan qaldırılmasında 
danışıqlar prosesinin rolu 
Münaqişədən  çıxma  kateqoriyası  kimi  əməkdaşlıq  ziddiyyətli 
vəziyyətlərin olmamasını nəzərdə tutur. Böyük Alman filosofu Çigel 
əməkdaşlıq  və  münaqişəni  «dielektik  cütlük»  adlandırırdı. 
Münaqişənin  nizamlanmasının  bu  taktikası  ilk  növbədə  tərəflər 
arasında  qarşılıqlı  anlaşmanın  və  kompromislərə  hazır  olmanın 
vəziyyəti ilə bağlıdır. Bu halda hər iki tərəf qərəzsiz mövqe nümayiş 
etdirir, ümumi razılığı əks etdirən qərarın qəbuluna nail olmağa çalışır 
ki,  bu  da  kompromissiz  mümkün  deyil.  Münaqişədə  kompromis 
aşağıdakıları nəzərdə tutur: 
- münaqişənin hər iki tərəf üçün zərərini etiraf etmək
228- 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə