Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   67   68   69   70   71   72   73   74   ...   91

ması  və  gücdən  istifadə  edilməsindən  imtina  edilməsi  təhdid  altında 
olan  mənsubiyyətlərin  təhlükəsizliyini  bilavasitə  təmin  edə  və 
təsəvvürləri  yenidən  formalaşdıra  bilər.  Vətəndaş  münaqişələrini 
qismən də, toqquşan mənsubiyyətlərin yaxınlığı və əndişə və hisslərin 
güclü olması səbəbindən həll etmək daha çəlin ola bilər. 
Qəlpələnmiş  dövlətlər  siyasi  parçalanma  və  rəqabət  aparan 
mənsubiyyətlərin  bir-birini  qarşılıqlı  tanıması  yolu  ilə  elitanın 
rəhbərlərinin  uyğunlaşdığı  qrupların  isə  konstitusiya  təminatları  ilə 
ayrı qaldığı «yoldaşçılıq - consociational» və ya qruplardan ibarət inşa 
blokları yanaşması,  ya da çarpaz bağlara malik çox etnoslu ittifaqlar 
yaradılmasına  çalışılan  birləşdirici  yanaşma  vasitəsilə  bərpa  oluna 
bilər. 
Bir-birini  qarşılıqlı  tanıma  və  siyasi  ayrılma  münaqişənin 
zəiflədilməsinin ən uzağa gedən strategiyasıdır. Onilliklər boyu davam 
etmiş  amansız  müharibədən  sonra,  1989-cu  ildə  Livanın  dini 
qruplarının  rəhbərləri  özlərinin  müharibədən  əvvəlki  icma 
(konfessional)  sövdələşmələrinin  təməllərini  dəyişdilər.  Maronit 
xristian icmasımn hakimliyinin əvəzinə indi müsəlman və xristianlar 
hakimiyyəti bərabər bölüşdürürdülər. Sövdələşmə maronit xristianlar 
üçün prezident, sünni müsəlmanlar üçün baş  nazir, şiə müsəlmanları 
üçün Milli Assambleyanın sədri vəzifəsini təmin etməkdə davam edir. 
Siyasi  qərarlar,  onların  icmaları  ayrı-  ayrılıqda  qalmaqla,  zirvədəki 
rəhbərlər tərəfindən qəbul edilir. 
Çarpaz  əlaqəli  çox  etnoslu  ittifaqların  qurulması  daha  bir 
strategiyadır.  Bu  Bosniya  -  Hersoqovinanın  dini  rəhbərlərinin 
prinsipial  tələbi  idi.  Dayton  da  əldə  edilmiş  razılaşma  prinsipcə  çox 
etnoslu Bosniyaya hörmət bəsləyir, lakin bu siyasi çərçivədə Bosniya 
serblərinin müsəlmanlardan və xorvatlardan de facto ayrılmasını təmin 
edir.  Kosovolular  (kosovarlar)  formal  müstəqillikdə,  Serbiya  isə 
birləşməkdə təkid etdiyindən Kosovo problemi həllini tapmamış qalır. 
Bütün  bu  hallarda  münaqişənin  zəiflədilməsi  tədrici  quruculuq 
prosesində kiçik qarşılıqlı güzəştlər mübadiləsindən daha artıq bir şey 
tələb edirdi. Həllin kökü çox vaxt yüksək vəzifəli rəhbərlərin müxtəlif 
mənsubiyyətləri tanımaq, onlara hörmət etmək, onları uyğunlaşdırmaq 
və siyasi hakimiyyəti bölüşdürmək istiqamətində çətin qərarlar qəbul 
etməsindən keçir. 
Bütün bu strategiyalar fərz edir ki, mənsubiyyət və təsəv 
217 


vürlər sabitdir və onlar  olduğu kimi  tanınmalıdır (qəbul  edilməlidir). 
Belə  bədbin  baxış  qəti  deyildir.  Sosial  psixologiya  sahəsindəki 
tədqiqatlar işarə edir ki, fərdi stereotipləşdirmə aradan qal- dınla bilər, 
lakin  zaman-zaman  təhsil  və  sosial  proseslər  meylləri  (qabaqcadan 
formalaşmış  rəyləri)  ehtiyatsız  olaraq  möhkəmlədə  bilər.  Digərləri 
bildirirlər ki, mənsubiyyət verilmiş (əzəli) yox, qarşılıqlı təsirlər inkişaf 
etdikcə və kontekstlər təkamül etdikcə sosial inşa ediləndir. Benedict 
Anderson müşahidə etmişdir ki, fərdlərin bir-birini tanıdığı ailələr və 
klanlardan fərqli olaraq, millətlər keçmişi, ənənələri və əlaqələri vaxt 
keçdikcə yozulan və yenidən yozulan «təsəvvüri (xəyali) icmalardır». 
Eləcə  də,  siyasi  mənsubiyyətlər  ənənələri  inşa  edilən  və  yenidən 
yozulan təsəvvüri icmalardan asılıdır. Deməli, rəhbərlər və icmalar öz 
münasibətlərini  yenidən  qurduqları  halda  mənsubiyyətlər  yenidən 
formalaşa və dəyişə bilər. 
Mənsubiyyətlər,  adətən,  zəiflərin  müdafiə  edilməsi,  sosial 
cavabdehlik,  alicənablıq,  ədalətlilik  və  qarşıhqhq,  eləcə  də  hörmət, 
nüfuz və qisasın daxil olduğu bölüşdürülən (ümumi) icma ənənələri və 
normalarına vurğu edən toplananlara malik mürəkkəb strukturlardır. 
Bu  müxtəlif  normalara  edilən  vurğu  şəraitdən  asılı  olaraq 
dəyişir. Təcrübəli vasitəçilər cavabdehlik, ədalətlilik və şəfqətlilik kimi 
müsbət  dəyərləri  şərəf  və  nüfuzun  vacib  elementləri  kimi  qeyd  edə 
bilərlər.  Mənsubiyyət  ənənəsində  «ən  yaxşıya»  müraciət  «təsəvvüri 
icma» daxilində vurğunun son nəticədə təsəvvürləri dəyişə, maraqları 
yenidən  formalaşdıra  bilən,  digərlərinin  mənsubiyyətinə  dözümlülük 
və  onların  tanınması  ilə  nəticələnən  ədalətlilik  və  qarşıhqhq  üçün 
meydan açılması istiqamətində sürüşməsinə gətirə bilər. 
§4. Beynəlxalq əlaqələrlə bağlı nəzəriyyələrin 
psixoloji aspektləri və təhlili 
Rasional  seçim  normalarından  sistemli  sapma  nümunələrinin 
verdiyi  dəlillər  sağlamdır.  Dəlillərin  çoxu  nəzarətdə  saxlanılan 
laboratoriya  təcrübələrindən  qaynaqlansa  da,  siyasi  psixoloqlar  bu 
nümunələri  yüksək  dəyərli  beynəlxalq  münaqişələr-  dəki  həllərin 
təsisatı tədbirlər və siyasi mədəniyyətlərin geniş 
9 1 S  


diapazonu  boyu  təhlili  əsasında  sənədləşdirirlər.  Bununla  belə, 
beynəlxalq  əlaqələrin  hakim  nəzəriyyələri  hələ  də  seçim  və  səbəb 
(motiv)  haqqında  çox  məhdud  fərziyyələrdən  istifadə  edir:  realistlər 
dövlətləri unitar təhlükəsizlik maksimallaşdırıcılan kimi, liberallar və 
neoliberal  təsisatçılar  isə  rifahı  maksimallaşdıran  kimi  nəzərdən 
keçirir. Hər ikisi problemin təqdimatını verilmiş kimi qəbul edir və həll 
probleminin konturlarını ödəniş matrisi- nin əlamətlərindən qurur; bu 
mənada  onlar  sondan  əvvələ  mülahizə  yürüdür.  Konstruktivistlər 
seçimin təqdimatını sual altına alır, lakin dövlətə norma yaradıcısı kimi 
baxırlar.  Bu  nəzəri  konstruksiyalar  və  psixoloji  təhlillər  arasındakı 
nəzəri  və  empirik  fərq  çox  böyük  görünür.  Lakin  müxtəlif  nəzəri 
yanaşmaların  sərhəd  şərtləri  daha  diqqətlə  yoxlanılsa,  fərqlər 
göründüyündən daha kiçik ola bilər? 
Mərkəzi  problem təhlilin miqyas şərtlərini müəyyən etməkdir. 
Psixoloji alətlər izahetmə gücünü artırmaq və təhlili zənginləşdirmək 
üçün hansı şəraitdə aparıcı nəzəri yanaşmalarla birlikdə istifadə edilə 
bilər? Psixoloji təhlillər aparıcı nəzəriyyələrə rəqibdir, yoxsa müəyyən 
şəraitdə  faydalı  tamamlayıcı  kimi  istifadə  edilə  bilər?  Psixoloji 
yanaşmalar  hakim  yanaşmaların  struktur  təhlilinin  daxilinə  ən  yaxşı 
necə yerləşdirilə bilər. 
Realist və liberal yanaşmalar rasional seçimi öz nüvələrinə daxil 
edir.  Psixoloji  və  yanaşmalar  rasional  seçim  fərqli  müqayisəli 
üstünlüklərə  malikdir.  Rasional  seçim  nəzəri  baxımdan  şı-  qdırsa, 
psixoloji yanaşmalar qərar qəbuletmə proseslərinə əyani dəqiqlik verir. 
Hər  birinin  müxtəlif  çatışmazlıqları  var:  indi  ən  sadə  və  maraq  kəsb 
etməyən  vəziyyətlər  istisna  edilməklə  adamların  «rasional  aktyorlar» 
olmaması barədə psixoloji tədqiqatlardan gələn dəlillər sağlam olsa da, 
psixoloqlar  hələ  də  seçimi  izah  edən  güclü  ümumi  nəzəriyyə  yarada 
bilməyib.  «Məhdud  ra-  sionallıq»  anlayışlarını  qəbul  edən  rasional 
seçim nəzəriyyəçiləri idraki psixoloqlarla danışıqlarda daha asan iştirak 
edə bilərlər. 
Rasional seçimi dövlətlərarası qarşılıqlı təsirlərin formal təhlili 
üçün  qarşılıqlı  əvəz  edilə  bilən  deduktiv  aparat  kimi  təmin  edir. 
Müəyyən  hallarda  rasional  seçim  nəzəriyyəçiləri  əyani  dəqiqliyi 
qabaqlayır və təkid edirlər ki, modelin proqnozları davranışla müqayisə 
edildikdə,  dövlətlərin  unitar  rasional  aktyorlar  kimi  nəzərdən 
keçirilməsi izahetmə və proqnozvermə qabiliyyə 
219 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə