Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə69/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   65   66   67   68   69   70   71   72   ...   91

Cavab  qismən  vətəndaşların  münaqişənin  həlli  normalarını 
mənimsədiyi  demokratik  çoxrəyli  sistemlərin  sabitliyində  ola  bilər, 
Keçmiş Yuqoslaviyadan sonrakı dövlətlərdən fərqli olaraq, Kanadaya 
sabit demokratik sistem xasdır. Lakin sabit demokratik sistemlər belə 
zorakı  münaqişələri  dadmışlar.  Çox  şey  mənsubiyyətin  dəyişə 
bilənliyindən asılı olur. Sosial mənsubiyyət əvvəlcədən verilmiş deyil; 
sosial  tədqiqat  nəzəriyyəçiləri  və  kon-  struktivistlər  bildirirlər  ki,  o, 
qrupda üzvlük və digərləri ilə qarşılıqlı təsir vasitəsilə inşa edilmişdir. 
Mənsubiyyətin  formalaşması  və  inikası  modelləri  həlledicidir. 
Mənsubiyyət  mənbələri  və  ya  mənsubiyyətlərin  özü  bir  araya  sığan 
olduqda münaqişə yaranmır. Fərdin seçdiyi mənsubiyyət digərlərinin 
ona yazdığı ilə və ya mənsubiyyətin daim yeniləşdiyi sosial kontekstlə 
bir araya sığ- madıqda münaqişə inkişaf edə bilər. Məsələn, Bosniya - 
Herso- 
qovinada  yaşayan  müsəlmanlar,  serb  və  xorvat 
mənsubiyyətlərinin  müsəlmanları  istisna  etməklə  formalaşdırılmağa 
başlandığı  1970-ci  illərə  qədər  özlərini  serblərə  və  ya  xorvatlara 
mənsub  edirdilər.  Yalnız  bundan  sonra  onlar  özlərini  fərqli  siyasi 
mənsubiyyətə  malik  Bosniya  müsəlmanları  kimi  müəyyən  etməyə 
başladılar.  Lakin  bu  halda  belə,  bir  araya  sığmayan  siyasi 
mənsubiyyətlər zorakı münaqişə yaratmaq üçün kifayət olmaya bilər. 
Yenidən Kanada  nümunəsinə qayıdaq; bəzi  Kvebeklilər kvebekli və 
kanadalı  mənsubiyyətləri  arasında  fundamental  fərq  görürlər,  lakin 
hesab  etmirlər  ki,  gücə  əl  atmaq  olar.  Ona  görə  ki,  onlar  ədalətlilik 
normalarına  və  uyğun  proseslərə  sadiqdirlər  və  güman  edirlər  ki, 
onların  sədaqəti  ingilis  Kanadasındakı  həmkarları  tərəfindən 
qiymətləndiriləcəkdir. 
Mənsubiy>'əti kəskinləşdirən və zorakı münaqişə üçün münbit 
şərait  hazırlayan  bəzi  mühüm  şərtlər  müəyyənləşdirilmişdir.  Birinci 
amillər  dəsti  qruplar  arasında  bir  araya  sığmayan  mənsubiyyətlər 
çərçivəsində fəaliyyət göstərir, ikincisi isə qruplar üçün daxildir. Etnik 
və  ya  milli  mənsubiyyətlər  qeyri-müəyyənliyin  artdığı,  bir  qrupu 
digərindən  müdafiə  edən  qüvvədə  olan  mexanizmlərin  etibardan 
düşdüyü  sosial,  iqtisadi  və  ya  siyasi  böhranlar  zamanı  güclənir. 
Sosial-iqtisadi  və  ya  siyasi  böhran  kontekstində  mərkəzi  hakimiyyət 
zəiflədiyindən,  fiziki  təhlükəsizlik  üçün  əndişələri  artırır,  qruplar 
özlərini  müdafiə  etmək  tədbirlərinə  kapital  qoyur  və  qoruduqları 
zorakılığı daha da ehti- 
211 


mallı  edir.  Dövlətin  zəiflədiyi  onun  bir  qrupu  digərinin  gözlənilən 
zorakılığından qorumaq qabiliyyətinin azalmasının hiss edilməsi ilə bir 
araya sığmayan mənsubiyyətlərə malik qruplar arasında zorakılığın ən 
mühüm çaxmaqlarmdandır. 
Mənsubiyyətlərin  münaqişəsi  çox  vaxt  dövlətə  sahib  olmaq  və 
onun  ehtiyatlarını  idarə  etmək  uğrunda  rəqabətdir.  Dövlət  bundan 
yüksəkdə dayana, münaqişədə vasitəçilik edə bilər, məsələn, Belçikada 
olduğu  kimi,  müxtəlif  qruplara  təmsilçilik  hüququ  verə  bilər  və  ya 
Hausa  Fulaninin  hərbi  rejiminin  hakim  olduğu  Nigeriyadakı  kimi  bir 
müstəsna qrupun törəməsi və aləti ola bilər. Dövlətin mənsubiyyətinin, 
rəmzlərinin  və  ehtiyatlarının  bir  qrup  tərəfindən  digər  qrupu  istisna 
etmək  üçün  inhisara  alınması  zorakılığın  daha  ehtimallı  olmasının 
güclü proqnozçusudur. 
Qıtlıq  şəraitində  münaqişə  qruplar  arasında  zorakılığa  gətirə 
bilər. Bəzi dəlillər göstərir ki, mədəni və fiziki mənada oxşar qruplar qıt 
ehtiyatlar uğrunda rəqabət səbəbindən bir-biri ilə düşmənçilik apara və 
bir-birinə  təcavüz  edə  bilər.  Mülki  zorakılığın  bəzi  təhlilləri  də  belə 
nəticəyə gətirir ki, nisbi məhrumiyyət kollektiv zorakılığın iştirakçıları 
üçün çox mühüm amildir. Maddi  gözləntilər və aktivlər arasında  fərq 
artdıqca nisbi məhrumiyyətlərin səbəbi hesab edilənlərə qarşı aqressiya 
artır və intensivləşir. Dövlət vacib ehtiyatların paylanmasını fəal idarə 
etdikdə  qıt  ehtiyatlar  uğrunda  rəqabət  güclənir.  Məsələn,  keçmiş 
Yuqoslaviyada  Sloveniyalılar  və  Xorvatiyalılar  ehtiyatların  mərkəzi 
hökumət  tərəfindən  daha  kasıb  regionlara  paylanması  məsələsindən 
möhkəm  narazı  idi.  Qruplar  qıt  ehtiyatlar  uğrunda  rəqabəti  onların 
azalması  şəraitində  apararkən  itkilərin  qarşısının  alınması  hərəkətinin 
ehtimalı güclənir: nəzər nöqtəsi nəzəriyyəsi güman edir ki, gözləntilərin 
sabit  qaldığı,  lakin  imkanların  zəiflədiyi  vəziyyətdə  öz  aktivlərinin 
azalmasım  və  ya  «itkiləri»  hiss  edən  insanların  riskli  seçim  etmələri 
daha ehtimallıdır. Hərçənd ki, çexlər və slovaklar qıt ehtiyatlar uğrunda 
zorakılığa  əl  atmadan  rəqabət  apardılar  və  aktivləri  bölüşdürdülər. 
Rəqabətin kəskinləşmiş variantları olan ehtiyatlar uğrunda rəqabət və 
nisbi  məhrumiyyət  fərqli  və  rəqabət  aparan  mənsubiyyətlər  arasında 
zorakılığı məqbul formada izah edə bilmir. 
Qrup  üzvləri  digərlərinin  mənsubiyyətlərinin  tanınmasının 
onların öz mənsubiyyətinin gözdən salınmasına gətirdiyini hesab 
212 


etdikdə,  digərlərinə  hüquqların  verilməsinin  öz  mənsubiyyətlərinin 
səlahiyyətdən  düşməsi  kimi  qəbul  etdikdə  və  digər  qrupun  onların 
hesabma  qazanc  əldə  etmək  üçün  üstün  imkanlar  əldə  edəcəyindən 
qorxduğu  halda  mənsubiyyətlərin  münaqişəsinin  zorakıhğa  gətirəcəyi 
daha ehtimallıdır. 
Öz  tarixinin  əsas  hissəsi  ərzində  İsrail-Fələstin  münaqişəsi  bu 
növ ekzistensial münaqişələrə aid olmuşdur; hər iki mənsubiyyət eyni 
bir  əraziyə  bağlı  olduğundan,  hər  iki  tərəfin  rəhbərləri  uzun  müddət 
digərinin  mənsubiyyətinin  tanınmasını  öz  mənsubiyyətinin  köklü 
surətdə  hörmətdən  salınması  kimi  qəbul  etmişdi,  məsələn,  bu  və  ya 
digər  qrup  ərazini  tutmaq  və  mübahisəli  ərazidə  öz  mövcudluğunu 
qurmaq  istədikdə  bu  zorakılıqla  nəticələnmişdir.  Dövlət  bir  qrupun 
qabaqlayıcı  tədbirinin  qarşısını  almaq  üçün  zəif  olduqda  və  ya  bunu 
etməyə  meylli  olmadıqda  digər  qrup  daha  əndişəli  olmağa  başlayır, 
mövcud  təsisatlı  qurumlara  etimadını  itirir,  etnik  rəqibinin  düşmən 
obrazını  daha  da  dərinləşdirir  və  zorakılığa  hazırlaşır.  2000-ci  ildə 
fələstinlilər  və  israillilər  arasında  intensiv  zorakılıq  danışıqların 
uğursuzluğundan sonra deyil, Fələstin rəhbərlərinin İsrailin Şərqi Qüds- 
dəki  müqəddəs  yerlər  üzərində  suverenliyini  əhəmiyyətli  dərəcədə 
təsdiq etdirdiyini hiss edəndən sonra başladı. Onlar itki hissi ilə heç vaxt 
barışmamışdılar. İsrailin mövqeyi isə FƏLƏSTİNLİLƏRİN itki hissini 
gücləndirirdi. 
Etnik  qrupların  rəhbərləri  öz  qrupları  daxilində  mövqelərini 
möhkəmlətmək üçün qrup əndişələrini idarə edirlər. Öz etnik qrupu ilə 
birgə seçilməyə güclü ehtiyacı olan etnik fəallar cəld və birbaşa sosial 
polyarlaşma  prosesləri  yaratmaq  üçün  mənsubiyyət  və  əndişələrdən 
sui-istifadə  edir  ki,  bu  da  qruplar  arasında  düşmənçilik  və  əndişəni 
gücləndirir. Polyarlaşma davam etdikcə etnik qrupun üzvləri yalnız öz 
etnik  qrupuna  mənsubiyyəti  göstərməsi  və  digərləri  ilə  qarşılıqlı 
əlaqələri kəsməsi üçün Öz rəhbərləri tərəfindən təsirə və rəqib qrupda 
düşmənçiliyin  əks  təsir  kimi  intensivləşməsinə  məruz  qalır.  Məsələn, 
keçmiş  Yuqoslaviyada  xorvatlar  və  serblər  arasında  yüksək  sosial 
inteqrasiyaya baxmayaraq, etnik fəallar ailələri parçalamaq və üzvləri 
Özlərini  yalnız  bir  qrupla  eyniləşdirməyə  məcbur  edən  prosesi 
başlamağa  qabil  olmuşlar.  Siyasi  qazanc  imkanları  axtaran  «siyasi 
işbazlar» öz siyasi məqsədlərinə çatmaq üçün bənzər 
213 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə