Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   62   63   64   65   66   67   68   69   ...   91

Corc  Buş  Qorbaçov  haqqında  təsəvvürlərini  hətta,  Sovet  rəhbəri 
Birləşmiş  Ştatlara  bir  neçə  birtərəfli  jestlər  etdikdən  sonra  belə 
dəyişmajnişdi. Yalnız böyük dəyişikliklər haqqında məlumatlar güclü 
axın  şəklində  gəldikdə,  nəhayət,  özünün  yaxşı  formalaşmış 
təsəvvürlərini dəyişdi. Hətta ən möhkəm sxem belə uyğun gəlməyən 
güclü məlumatın və ya verilənləri daha yaxşı sistemləşdirən alternativ 
sxemin hücumuna davam gətirə bilmir. 
Başqası  haqqında  sxemdə  əhəmiyyətli  dəyişiklik  uyğun 
olmayan  məlumatın  təsirinə  məruz  qalan  subyektlərin  davranışı 
təsadüfi deyil, hədəfin xarakterini əks etdirdiyinə əmin olduğu zaman 
da baş verir. Məsələn, xorvat və müsəlman rəhbərləri serblər haqqında 
təsəvvürlərini  Serbiyanın  siyasətindəki  dəyişikliyi  -  hərbi 
səlahiyyətləri 
Kracinadakı 
Xorvat 
qüvvələrinə 
ötürməyi 
gecikdirmələri  ilə  əlaqələndirdiklərindən  dəyişmirdilər.  Bu,  uyğun 
olmayan məlumat şərait deyil, mövqe amillərinin ayağına yazıldıqda 
baş  verir.  Uyğun  olmayan  davranışın  mövqe  yox,  şərait  amillərinin 
ayağına  yazılmasına  üstünlük  verilməsi  kimi  ümumi  meyl  isə 
dəyişikliklərin niyə belə gec-gec baş verdiyini izah edir. 
Dəyişiklik,  həm  də  idraki  mürəkkəbliyin,  və  ya  obyektlər  və 
şərait  haqqında  məlumatı  emal  etmək  üçün  istifadə  edilən  idraki 
qaydaların  mürəkkəbliyinin  funksiyasıdır.  İdraki  mürəkkəblik  fikrin 
məzmunundan daha artıq dərketmə prosesinin strukturu və ya təşkilinə 
aiddir.  Mürəkkəblik  sxemin  dəyişməsinə  bir  qədər  ziddiyyətli  təsir 
göstərir. 
İdraki  sistemin  qəbul  edənin 
yeni  məlumatla 
qarşılaşdırılmasmda  yeni və  ya incə fərqlər qoymaq imkanı  o qədər 
böyükdür.  Yüksək  dərəcədə  mürəkkəb  sxemə  malik  mütəxəssislər 
yeni  məlumata  bərkidilmiş  və  sərt  olması  daha  ehtimallı  olan  aşağı 
mürəkkəblik  səviyyəli  s.xemə  malik  yeni  başlayanlardan  daha 
həssasdırlar.  Çoxqat  mühakimə  ölçülərinə  malik  olanlar  həm  də 
məlumatları  birləşdirmək  və  müqayisə  etməyi  asanlaşdıran 
mücərrədləşdirmə qaydalarına malik olmağa meyl edirlər. Onlar yeni 
məlumatın  alternativ  yozumunu  verməyə  meyl  göstərirlər,  lakin 
mücərrədləşdirmə və birləşdirmə imkanlarından istifadə edərək bu çox 
variantlılığı aradan qaldırmağa qabildirlər. 
Daha çox münasib məlumata malik olan mütəxəssislər uyğun 
olmayan məlumatı istisna və ya xüsusi hal kimi daha asan 
202 


daxil  edə  bilərlər.  Ona  görə  də,  uyğun  olmayan  verilənlər  onların 
sxemlərinə  yeni  başlayanlarmkından  daha  az  təsirə  malikdir. 
Paradoksal  da  olsa  xarici  siyasətdə  təcrübəli  rəhbərlərin  öz 
mühakimələrində  az  təcrübəyə  malik  yeni  rəhbərlərdən  daha 
mühafizəkar olması daha ehtimallıdır. 
İdraki  psixologiya  yüksək  dəyərlərin  oyuna  qoyulmuş  olduğu 
beynəlxalq münaqişələrin mənzərəsini yaradarkən rəhbərlərin apardığı 
mühakimələri təhrif edə biləcək bir sıra sapıntılar müəyyən etmişdir. 
Tədqiqatın  mühüm  bir  hissəsi  çərçivələməni  fərdlə  yox,  şəraitlə 
əlaqələndirir  və  seçimə  güclü  təsiri  proqnozlaşdırır,  Rasional  seçim 
nəzəriyyəsinin toplum xidmət funksiyaları variantına ən böyük düzəliş 
olan  perspektiv  (baxış  bucağı)  nəzəriyyəsi  bildirir  ki,  qərarın  qəbul 
edilməsi məsələsinin necə çərçivələnməsi (strukturlaşdırılması) seçimə 
təsir göstərir. 
Çərçivələmə,  sadəcə  olaraq,  variantların  təqdim  edilmə 
ardıcıllığının və ya variantları təsvir edən dilin seçimə necə təsir edə 
biləcəyi yollarını göstərir. Tədqiqat intuisiyaya güclü surətdə əks olan 
nəticələr təklif edir: problemin məğzini dəyişmədən, seçimi mümkün 
variantların  ardıcıllığı  və  təsviri  vasitəsilə  idarə  etmək  mümkündür. 
Sadəcə  çərçivənin  dəyişməsinin  üstünlüklərdə  dəyişiklik  edə 
biləcəyinin  aydınlaşması  rasional  seçimin  ən  fundamental 
aksiomlarından  birini  pozur.  Beynəlxalq  münaqişənin  idarə  edilməsi 
üçün  siyasətin  əhəmiyyəti  şübhəsiz  və  güclüdür.  Məsələn,  Dövlət 
katibi  Ceyms  Beker  1991-ci  ildə  İsrailin  baş  naziri  Yitzhak  Şamiri 
Madrid  prosesinə  qoşmaq  üçün  uğursuz  cəhdlərinin  yekununda  ona 
xəbərdarlıq etmişdi ki, qoy o, masa- mn arxasında oturacağı halda nə 
əldə  edəcəyini  yox,  kənarda  duracağı  halda  nə  itirəcəyini  fikirləşsin. 
Shamir iştirak etməyə razılaşmışdı. 
Baker 
təhtəlşüur 
(intuitiv) 
olaraq 
nəzər 
nöqtəsi 
nəzəriyyəçilərinin irəli sürdüyü mühüm bir mülahizəni qəbul etmişdi. 
İnsanlar aidiyyatlı nöqtə ətrafında problemi çərçivələyir və variantları 
içəridə  qalan  hissənin  üstünlükləri  baxımından  nəzərdən  keçirirlər. 
Onların müəyyən etdikləri variantlar qazanc oblastındadırsa, insanlar 
risk  etməməyə  meylli  olur,  əgər  müə
5
^ən  etdikləri  variantlar  itki 
oblastındadırsa, insanlar riskli variantı seçməyə meylli olur. Beləliklə, 
risk  qabaqcadan  formalaşmış  fərdi  mövqeyin  deyil,  problemləri 
çərçivələməyin funksiyasıdır. 
203 


Nəzər nöqtəsi nəzəriyyəsi riskdən qaçmağı və riski qəbul etməyi 
təşviq  edən  şəraitin  şərtlərini  müəyyən  edir.  Rəhbərlər  son 
zamanlardakı  itkilərlə  barışmadıqda  və  kiçik  ehtimallara  yəqinliyin 
ekvivalenti kimi baxdıqda onların riskə meylliliyinin rasional seçimin 
fərz edə biləcəyindən daha artıq olacağı xüsusilə ehtimallıdır. 
Onlar  qazanc  oblastında  olarkən  və  ya  qazanc  üçün  nor- 
malaşdırılmış  olduqda,  böyük  itki  nümunələrinə  daha  çox  diqqət 
yetirmək  nəticəsində  kiçik  itki  ehtimallarını  olduğundan  artıq 
qiymətləndirdikdə  və  müntəzəm  olaraq  böyük  uğur  ehtimallarını 
olduğundan  aşağı  qiymətləndirəndə  güman  ki,  risk  etməməyə  daha 
meylli olacaqlar. 
Çoxlu  sayda  təcrübələr  və  mədəniyyətlərin  geniş  diapazonu 
baxış  bucağı  nəzəriyyəsinin  xeyrinə  sağlam  sübutlar  verir.  Baxış 
bucağı  nəzəriyyəsi  xarici  siyasət  sahəsində  qərarların  qəbul 
edilməsinin təhlilinə geniş tətbiq olunmuş və inandırıcı izahlar təmin 
etmişdir,  məsələn,  prezident  Sədatın  1973-cü  ildə  müharibəyə 
başlamaq qərarı ilə əlaqədar; o, bundan yeddi il əvvəl Sinayın itirilməsi 
ilə  razılaşa  bilməmişdi.  İsrailin  təhdidə  əsaslanan  çəkindirmə 
strategiyası  onu  itki  oblastında  daha  dərinə  girməyə  təhrik  etmişdi. 
Nəzəriyyə  2000-ci  ilin  oktyabrında  Arafatın  zorakılığı  artırmaq 
qərarını da izah edir; o itki oblastında idi və Şərqi Qüds üzərində tam 
suverenliyin  müəyyən  qədər  itirilməsi  ilə  müqayisədə  zorakılığa 
qayıtmağın nəticəsi olacaq itkilərin ehtimalını aşağı qiymətləndirirdi. 
Burada  da  təhdidə  əsaslanan  strategiyaların  riskə  getmək  meylini 
gücləndirdiyi və münaqişənin qızışmasma öz payını verdiyi görünür. 
Baxış bucağı nəzəriyyəsi rəhbərlərin qurduqları idraki struktur 
daxilinə qoyulmuş qərar qəbul etmə qaydasını da verir və sövdələşmə 
və  danışıqlarda  münaqişənin  qızışmasma  və  ruhdan  düşməyə  ciddi 
təsir edən riski qəbuletmə meylini göstərir. Liderlər etdikləri güzəştlərə 
özləri üçün itki, rəqibinkinə isə qazanc kimi baxdıqda öz güzəştlərini 
artıq,  rəqibinkini  isə  aşağı  qiymətləndirməyə  meyl  edirlər.  Belə 
dinamika  danışılan  razılaşmaları  asanlaşdırmaq  yox,  çətinləşdirir  və 
beynəlxalq  münaqişədə  iştirak  edən  rəhbərlərin  sövdələşmə  zamanı 
çox vaxt dəyəri stolun üstündə qoyub getməsinin mümkün izahlarından 
biridir. Eləcə də, rəhbərlər itirməkdən qorxduqda onların risk variantını 
204 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə