Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə67/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

seçəcəyi daha ehtimallıdır. 
Müəyyən  şəraitdə,  itkilərlə  barışmamaqla  bağlı  əvvəlcədən 
formalaşdırılmamış  mövqe  beynəlxalq  münaqişələrin  qızışması-  nın 
güclü izahıdır və münaqişənin qarşısını almaq strategiyalarının sistemli 
layihələrinə  faydalı  surətdə  birləşdirilə  bilər.  Bu,  ümidvericidir, 
xüsusən  də,  ona  görə  ki,  riski  qəbul  etməməyin  şəraitin,  eləcə  də 
rəhbərin  fərdi  xüsusiyyətlərində  yerini  müəyyən  edir.  Rəhbərlərin 
problemləri çərçivələməni önə çəkməsi, onların şəxsiyyəti olduğundan 
artıq,  seçimin  şəraitlə  müəyyən  edilən  amillərini  isə  aşağı 
qiymətləndirməyə  meylli  olmaları,  fundamental  aidetmə  səhvinin 
gözlənilən nəticələrini tamamlayır. 
İdraki  psixologiya  laboratoriyada  yaradılmışdır.  Qabaqcadan 
formalaşmış  rəylər  və  evristikalar  yüksək  dərəcədə  idarə  edilə  bilən 
mühitdə  aparılan  təcrübələrin  gedişində  kəşf  edilmişdir,  lakin 
laboratoriya gerçək aləmdən bir sıra əhəmiyyətli fərqlərə malikdir. Bu, 
laboratoriyada sınaqdan keçirilmiş anlayışların təbii şəraitə daşına və 
işlək edilə bilib-bilməyəcəyi barədə mühüm suallar qaldırır. 
Aid  etmə  (ayağına  yazma)  tədqiqatları,  adətən,  subyektlərin 
hadisənin niyə baş verdiyini açıq müəyyən etməyini tələb edir, hərçənd 
ki,  hadisələrin  çoxu  konkret  səbəbiyyət  sualları  olmadan  baş  verir. 
Problemin  strukturlaşdınlmasının  və  sövdələşmələrin  müəyyən 
edilməsinin  belə  aşkarlanması  prosesi  tədqiqatların  nəticələrini 
müntəzəm  olaraq  qarışdıra  bilər.  Bundan  başqa,  nəzər  nöqtəsi 
nəzəriyyəsi  təcrübələrinin  çoxunda  baxılması  istənilən  məsələlərin 
mövzuları, ümumiyyətlə, trivial (öz- özünə aşkar) və yüksək dərəcədə 
strukturlaşmışdır. 
Habelə, 
onlar 
subyektlərin 
güman 
ki, 
laboratoriyadan 
kənarda 
yerinə 
yetirdikləri 
məsələlər 
və 
mühakimələrlə  əlaqəli  deyil.  Bundan  fərqli  olaraq,  siyasi  rəhbərlərin 
xarici  siyasət  məsələləri  barəsində  apardıqları  mühakimələr  çox  vaxt 
qarşılıqlı  əlaqəli,  mühüm  və  yüksək  dəyərli  məsələlərlə  bağlı  olur. 
İnsanların  verəcəkləri  qərarın  əhəmiyyətli  olmasına  inamı  məlumatı 
toplamaq və qiymətləndirməkdə, eləcə də, qərar qəbuletmə qaydalarını 
seçməkdə  onların  daha  diqqətli  olmasına  təsir  edə  bilər.  Lakin  bəzi 
idraki  psixoloqlar  mühüm  mühakimələrin  daha  aşkar  və  aydın  ifadə 
edilmiş idraki prosesin qəbul edilməsini həvəsləndirə biləcəyi barədə 
fərziyyəni mübahisəli hesab edir. Onlar bildirirlər ki, laboratoriya 
205 


prosedurları  çox  vaxt  məntiqi  çıxarılmış  uğursuzluqların  ölçülərini 
olduğundan aşağı qiymətləndirməklə nəticələnir. 
Qabaqcadan  formalaşmış  rəylər  xarici  siyasət  qərarları  qəbul 
edilərkən laboratoriya şəraitindəkindən daha az əhəmiyyətə malik ola 
bilər,  çünki  xarici  siyasət  qərarlarını  verənləri  əhatə  edən  kəsilməz 
mühit onları müəyyən əks-əlaqə ilə təmin edir, bu isə çox vaxt onlara 
qərar verilməsinə tədriclə yanaşmaq, keçmiş səhvləri müntəzəm olaraq 
düzəltmək  imkanı  verir.  Qərar  qəbul  edənlər  rəqib  düşərgələrdən 
vaxtlı-vaxtmda  əks  reaksiya  aldıqda  dəyişikliklər  ən  ehtimallı  olur. 
Yuxarıda  qeyd  etdiyim  kimi,  bu  növ  strukturlaşmış  ətraf  mühit  və 
əlüstü  əks-əlaqə  oyuna  yüksək  dəyərlərin  qoyulduğu  halda,  yüksək 
dəyərli beynəlxalq münaqişəyə xas olan mürəkkəb və qeyri-müəyyən 
mühit  şəraitində  az  ehtimallıdır.  Mənim  arqumentlərim  göstərir  ki, 
bütün  başqa  şərtlərin  eyni  olduğu  halda,  sistemli  psixoloji  sapmalar 
yüksək  dəyərli  beynəlxalq  münaqişənin  izahında  ehtimal  ki,  daha 
mühüm olacaqdır. 
Sosial  və  siyasi  şərait  də  sapmaların  minimuma  endirilməsinə 
işləyə bilər. Məsələn, nəzarət edilən siyasi sistemlər daha açıq olmağa 
başladıqda,  rəhbərlər  başqalarının  məramları  və  onlar  üçün  məqbul 
olan seçim diapazonu haqqında daha çox şey öyrənə bilərlər və deməli, 
öz  nəzər  nöqtələrini  dəyişə  bilər  və  dəyişikliyin  izah  edilməsində 
digərlərinin  atributlarına  daha  böyük  çəki  verə  bilər.  Bir  daha  təkrar 
edək ki, ceteris paribus, demokratik, çoxrəyli siyasi sistemlərin bu növ 
sapmaları yumşaldacağı ehtimalı ən böyükdür. 
§2. Kollektiv seçimin ideoloji va psixoloji aspektləri 
Sosial  psixologiya  kiçik  qrupların  dinamikasını  təhlil  etmək 
vasitəsilə,  müəyyən  şərtlər  daxilində,  beynəlxalq  münaqişələrlə 
əlaqədar mühüm qərarların qəbulunun izah edilməsinə yardım göstərir. 
Bu  növ  izahlar  problemlərin  pis  strukturlaşmış,  siyasət  qurmaq 
prosesinin başında hansısa kiçik bir qrupun olduğu və ya siyasətin bir 
neçə qrupun qarşılıqlı təsiri nəticəsində qurulduğu halda faydalıdır. 
Xüsusilə, maraqlı olan qrupların qərar qəbul edilməli problemin 
kollektiv təqdimatına (mənzərəsinə) necə gəlib çıxmasıdır. 
206 


Qruplar problemin hamı tərəfindən bölüşdürülən (ümumi) təqdimatını 
qurmaq  üçün  kollektiv  müzakirənin  fərqləri  minimallaş-  dırmağa, 
alternativlərin  üstün  və  çatışmayan  cəhətlərini  ümumi  təhlil  etməyə 
xidmət göstərən «sadəcə münasibliyə» meyl edə bilər. Məsələn, onlar 
bunu  «qabaqlayıcı razılaşma» prosesi  - siyasi və inzibati tabeçilikdə 
aşağı  səviyyədə  olanların  problemin  yüksək  səviyyəli  qərar  qəbul 
edənlərin gerçək və ya ehtimal edilən təsəvvürlərinə uyğun təqdimatını 
qəbul  etmək  meyli  vasitəsilə  edə  bilər.  Onlar  bunu  qrupun 
həmrəyliyini  qorumaq  və  qrupun  əlaqəliliyini  maksimallaşdırmaq 
üçün də edə bilər. 
Bu  növ  kollektiv  qərar  qəbul  edilməsinin  baş  verməsi  siyasət 
quranlar özlərini təhdid və gərginlik altında hiss etdikləri vaxt xüsusilə 
ehtimalhdır.  Bu,  siyasətin  qurulmasında  problemin  alternativ 
təqdimatlarına qeyri-adekvat diqqət, məlumat üçün çox qısa axtarışın 
aparılması  və  uyğun  gəlməyən  məlumatın  dəyərdən  salınması  kimi 
patologiyalar  doğurur.  Uyğunlaşmaq  üçün  daxilində  göstərilən 
təzyiqlər  problemlərin  fərqləndirilən  təqdimatlarını  hazırlamaq, 
dəyərlər  haqqında  mübahisə  aparmaq  və  münaqişəni  çözmək 
qabiliyyətini azaldır. Gerçək dünyanın siyasət qurmaq sistemində əsas 
izahedici dəyişənləri işçi hala gətirmək və ölçmək çox vaxt çətin olsa 
da,  fərqli  siyasi  və  mədəni  sistemlərdə,  müxtəlif  böhran  hallarında 
qərar  qəbul  edilməsi  kontekstləri  üçün  gözlənilən  «xarab»  proseslər 
geniş sənədləşdirilmişdir. 
Uyğunlaşmaq  istiqamətində  bu  cür  meyllər  heç  də  bütün 
qruplarda baş vermir. Əsas fərqləndirici amil, xüsusilə də, qərar qəbul 
edilməsinin  ilk  mərhələlərində,  rəhbərlərin  problemin  alternativ 
təqdimatları haqqında mübahisəyə yardım edən norma və proseslərin 
yaradılmasına  fəal  müdaxilə  edib-etməməsi,  daha  ümumi  halda  isə, 
fərqli  düşüncəyə  dözümlüyünü  göstərib-göstərməməsidir.  Götür-qoy 
etmə  və  əsaslandırma  mədəniyyəti  yalnız  rəhbərlər  mübahisə  və 
fərqləndirməyə  fəal  kömək  etdikdə  çiçəklənir.  Ümumiyyətlə, 
tarazlaşdırılmış tənqidi məşvərəti hesabatlılıq normalarına vurğu edən 
demokratik  mədəniyyətlərdə  tapılması  daha  ehtimalh  olan  daha  açıq 
çoxrəyli  və  qolaylaşdıncı  rəhbərlik  stili  ilə  əlaqələndirməyə  meyl 
edilir. Bu növ məşvərətlərin baş verməsi qrupun üzvləri arasında güc 
və siyasət qurma ehtiyatlarının (resurslarının) təqribi tarazlığı mövcud 
olduqda 
207 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə