Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə68/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   64   65   66   67   68   69   70   71   ...   91

xüsusilə ehtimallıdır. Məlumatı əldəetmə və onu idarəetmə təqribi də 
olsa  bərabər  paylannuşsa,  qrup  üzvlüyü  artıq  bircinsdən  çox 
qeyri-bircinsdir və ekspertiza (yoxlama) bir və ya iki üzvün inhisarında 
deyildir və uyğunlaşmaq üçün təzyiqlər daha az eh- timallıdu'. 
Beynəlxalq  münaqişələr  təkcə  dövlətlər  və  onların  rəhbərləri 
arasında  toqquşma  deyil,  həm  də  getdikcə  daha  çox,  etnik  qruplar 
arasındakı  beynəlxalq  sərhədləri  keçən  zorakılıq  nəticəsində  artır. 
Keçən  onillik  ərzində  vətəndaş  müharibələrində  döv-  lətlərarası 
müharibələrindən  qat-qat  çox  adam  qırılmışdır  və  məhz  vətəndaş 
müharibələri münaqişələrin həlli uğrunda mübarizə aparan beynəlxalq 
təsisatlar qarşısında böyük problemlər qoymuşdur. Sosial psixologiya 
qruplar  arasında  münaqişələrin  dinamikasına,  münaqişənin  idarə 
edilməsi,  azaldılması  və  həll  edilməsi  proseslərinə  müraciət  edir.  O, 
münaqişənin  həlledici  məzmunu  kimi  bir  araya  sığmayan  qrup 
mənsubiyyətlərinə xüsusi diqqət yetirir. 
Güclü  münaqişələrə,  əhəmiyyətli  təsirə  malik  amil  kimi, 
qruplararası  fərqlərin  və  bir  araya  sığmayan  qrup  mənsubiyyətlərinin 
vacibliyini beynəlxalq əlaqələrdə, iki mühüm tədqiqatçılar qrupu şübhə 
altına  alır.  Münaqişənin  struktur  izahları  ətraf  mühitin  və  davranışın 
əlamətləri arasında vasitəçilik edən proseslərə, ümumiyyətlə, az diqqət 
yetirir.  Diqqəti  qıt  ehtiyatlar  və  ya  düzlənmə  istiqamətlərində 
dəyişikliklər uğrunda rəqabət  üzərində cəmləyən realist  izahlar hesab 
edirlər ki,  münaqişə iştirakçı  qrupların  kollektiv mənsubiyyətlərindən 
asıh olmayaraq izah edilə bilər. Onlar kollektiv mənsubiyyətə törəmə 
(efıfenomenal) amil kimi baxırlar. 
İkinci alimlər qrupu rasional seçim modellərindən zorakılığa əl 
atmağı gələcək haqqında kollektiv əndişələrə optimal cavab kimi izah 
etmək  üçün  istifadə  edir.  Qrup  öz  təhlükəsizliyi  üçün  qorxmağa 
başladığından, məlumat çatışmazlığı və gözlənilən öhdəlik problemləri 
ilə gücləndirilən strateji dilemmalar meydana çıxır və münaqişə siyasi 
işbazlar tərəfindən yanacaqla təmin edilərək (qızışdırılaraq) zorakılığa 
keçir.  Zorakılıq  qorxu  tərəfindən  yanacaqla  təmin  edilən  strateji 
dilemmalara verilən rasional reaksiyaya çevrilir. Burada rasional seçim 
izahları  psixoloji  izahlarla  bir  araya  sığandır,  çünki  onlar  qorxunu 
zorakı 
208 


lığa çevirən müdaxilə mexanizmini qurur. Məsələn, Lake və Rot- şild 
bildirirdilər ki, etnik fəallar (aktivistlər), öz növbəsində siyasi yaddaşla 
və  pis  hadisələrlə  gücləndirilən,  kollektiv  təhlükəsizlik  üçün  qorxu 
hissindən bilərəkdən istifadə edirlər. 
Sosial psixologiya zorakılıq üçün münbit əsas yaradan kollektiv 
əndişənin  mənşəyi  və  çıxmaq  mexanizmlərinə  müraciət  edir.  Sosial 
psixologiyadan,  mədəni  (kultural)  antropologiyadan,  beynəlxalq 
əlaqələrdən və müqayisəli siyasətdən gələn kəsişən dəlillər axım işarə 
edir  ki,  düşmənçilik  məramları  haqqında  möhkəm  və  təsdiq  edilmiş 
dəlillərin  olmadığı  halda  belə,  fərdlər  və  qruplar,  düşmən  obrazını 
kollektiv  mənsubiyyətlərinin  bir  hissəsi  kimi  formalaşdırmaq  və 
saxlamaqda maraqlıdır. 
Düşmən  obrazı  mənsubiy}'ətə  ehtiyacın  və  qrup  davranışının 
dinamikasının  məhsulu  ola  bilər.  Sosial  psixoloqlar  insanların 
mənsubiyyətə - şəxsin var olduğu və ya özgələri tərəfindən tanınmağa 
ümid  etdiyi  yola  əzəli  ehtiyacı  olduğunu  müəyyən  etmişlər;  bu 
özgələrlə  münasibətdə  özüm  (özümünkü)  anlayışıdır.  Fərdi 
mənsubiyyətin bir mühüm toplananı sosial mənsubiyyət və ya fərdin 
öz anlayışının sosial qrup və ya qruplarda üzv olmasını (bu üzvlüyün 
ayağına  yazılmış  dəyərlərlə  birlikdə)  bilməsindən  çıxan  hissəsidir. 
Sosial  psixoloqlar  fərz  edirlər  ki,  insanlar  özünü  qrupa  aid  etməklə 
müsbət öz mənsubiyyətə, statusa və ya qeyri- müəyyənliyi azaltmağa 
olan  ehtiyaclarını  ödəyirlər.  Bu  ehtiyac  «qrup  daxilinin»  himayə 
edilməsi  və  onun  «qrupdan  kənarda»  əlverişli  (üstünlük  verən) 
müqayisəsinə  gətirir.  Qrupda  üzvlük  müntəzəm  müqayisə  və 
fərqləndirməyə, 
çox 
vaxt 
isə 
başqa 
qrupların 
aşağı 
qiymətləndirilməsinə gətirir. 
Sosial psixoloqların ən heyrətləndirici tapıntısı münaqişə üçün 
maddi  əsas  olmadığı  halda  belə  sosial  bölünmənin  baş  verməsidir. 
Qıtlıq  və  qazancın  mübahisə  obyekti  olmadığı  halda  belə,  kollektiv, 
eləcə də fərdi mənsubiyyətə olan bu ehtiyac insanları «biz» və «onları» 
ayırmağa,  «daxililər»  və  Qrup  mənsubiyyətini  yaratmaq  və  ya  müdafiə  etmək  cəhdlərində 
qruplar  və  onların  rəhbərləri  özlərinin  fərqli  xassələrini  ləyaqət 
(məziyyət)  adlandırır,  özgələrinkinə  isə  qüsur  (çatışmazlıq)  yarlığı 
\mrurlar.  Bu  növ  «yarhqlama»  dərin  sosial-psixoloji  tələbata  cavab 
verir  və  düşmən  stereotiplərinin  yaradılmasına  gətirə  bilir.  Məsələn, 
qrupun yox olmasına gə 
209 


tirən kütləvi dövlət repressiyalarının tədqiqi belə bir nəticəyə gətirir ki
soyqırım və siyasi qırımlar (politisidlər) bir «mənsubiyyət qrupunun» 
öz  təhlükəsizliyini  digər  qrupların  hesabına  təmin  etmək  üçün  etdiyi 
ifrat cəhdlərdir. 
Etnosentrizm qrup mədəniyyəti üçün mərkəzi olan əfsanələri işə 
cəlb  edir  və  özgələrinin  məramları  barəsində  stereotiplər  və  yersiz 
şübhələri  bəsləyir.  Lakin  öz  qrupunun  mərkəzi  və  üstün  olması 
haqqında  güclü  hisslər  mütləq  ifrat  kənar  və  ya  zorakı  davranışla 
yekunlaşmır. Həlledici dəyişənlər qrupların öz ehtiyaclarını ödəməyə 
səy  göstərdikləri  mühitin  növləri  və  onların  yaratdıqları  və  qəbul 
etdikləri  normalardır.  Beynəlxalq  və  daxili  şəraitin  müəyyən  növləri 
kollektiv düşmən obrazının formalaşmasına kömək edir. 
Sosial  mənsubiyyət  və  bölünmə  mütləq  zorakı  münaqişəyə 
gətirmir. Bu belə olmasaydı münaqişələr həmişə, bütün şəraitlərdə baş 
verərdi.  Əvvəldə  şəxsi  və  sosial  mənsubiyyətlər  çox  vaxt  bir-biri  ilə 
gərgin münasibətdə olur. 
Özünün  qrupa  mənsubiyyətini  gücləndirməklə  insanlar 
istər-istəməz  özlərinin  fərdi  mənsubij'yətini  zəiflədir,  güclü  fərdi 
mənsubiyyət hissinə malik olanlar özlərinin qrup mənsubiyyətinə daha 
az  əhəmiyyət  verir.  Məsələn,  insan  haqları  fəalları  ənənəvi  olaraq 
hansısa  konkret  qrupa  deyil,  daha  çox  fərdi  mənsubiyyət  hissinə 
mənsubluğu  ilə  fərqləndirilirlər.  İkincisi,  ümumiyyətlə,  insanlar 
müxtəlif  qruplara  mənsub  olur,  ənənəvi  olaraqsa  verilən  şəraitdə 
aidiyyətinin əhəmiyyətli olduğu qrupa mənsub olduğunu bildirir. Hansı 
qrup mənsubiyyətinin fəal olacağı konkret şəraitdən asılıdır. 
Əsas  sual  hansı  şəraitdə  mənsubiyyət  və  güclü  münaqişənin 
bir-biri  ilə  bağlı  olmasıdır.  Niyə  müəyyən  qruplar  arasındakı 
münasibətlər  digərləri  arasındakmdan  qat-qat  rəqabətli  və  zorakıdır. 
Hutu  və  Tutsilər  1962-ci  ildən  bu  yana  altı  dəfə  münaqişə  etmişlər, 
Kvebeklilər və Anqlofonlar (ingilis dillilər) isə aralarındakı mühüm və 
dərin  fərqlərə  baxmayaraq,  iki  yüz  ildir  ki,  bir-  biri  ilə  vuruşmuşlar. 
Bundan başqa, Kvebeklilərin  əhəmiyyətli  hissəsi,  Kanadaya  güclü  və 
müsbət  mənsubiyyət  də  daxil  olmaqla,  çoxqat  mənsubiyyəti 
bölüşdürür. Güclü qrup mənsubiyyətinin zorakı münaqişəni yalnız bəzi 
vəziyyətlərdə sürətləndirilməsini nə ilə izah etmək olar? 
210 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə