Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə70/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

proseslərdəki  sosial  qütbləşmə  prosesinin  yaratdığı  üstünlüklərdən 
istifadə  edə  bilər.  Onlar  etnik  fərqləri  kəskinləşdirmək,  incikliyi  və 
əndişəni  artırmaq  üçün  tarixi  faktlara  və  ənənələrə  bilərəkdən  yeni 
yozum  verirlər.  Slobodan  Miloşeviç  həm  etnik  fəal,  həm  də  siyasi 
işbaz  idi:  U.G.Titonun  ölümündən  sonra  Yuqoslaviyanın  dövlət 
strukturu  zəiflədikdə  o,  serblərin  siyasi  hakimiyyətini  gücləndirmək 
üçün  müqəddimə  kimi  Xorvatiya  serblərinə  qarşı  xorvatların 
zorakılığını  və  Kosovoda  müsəlmanların  Serbiyaya  təhdidini 
şişirtmişdi. 
«Qarətçilər»  və  davakar  etnik  fəallar  da,  etnik  parçalanmanı 
yumşalda  biləcək  siyasi  tədbirlər  ehtimalı  artan  kimi,  sosial 
qutbləşməni alovlandırırdılar. 
Mülayim Hutu və Tutsilər Ruandada siyasi rəhbərlik barəsində 
yeni tədbirlər haqqında ağrılı kompromis əldə etdikdən sonra, silahlı 
Hutular  özlərinin  siyasi  hakimiyyətdən  uzaqlaş-  dırılmalarının  və 
təcrid  edilmələrinin  qarşısını  almaq  üçün,  bilərəkdən  mülayim  Hutu 
rəhbərliyinin öldürülməsi və Tutsilərə qarşı soyqırıma bənzər zorakılıq 
kampaniyasını planlaşdırmışdılar. Ruanda soyqırırm tez-tez səhvən qıt 
ehtiyatlar  uğrunda  rəqabətin  nəticəsi  və  ya  dövlət  strukturlarının 
zəifləməsi, ya da iki üstün etnik qrup arasında əzəli rəqabət kimi izah 
edilir. Bunlardan heç biri soyqırıma bənzər zorakılığın qızışması üçün 
kafi izah deyil. Silahlıların təcrid olunmaqdan və qütbləşraəni zəiflədə 
biləcək təsisatlı tədbirlər nəticəsində itirəcəklərindən qorxan rəhbərləri 
aşağı  siyasi  statusu  qəbul  etməkdənsə  özgələrini  öldürməyi  üstün 
tutmuşdular.  Onlar  uzun  müddət  davam  edən  etnik  əndişələrdən 
peşəkarcasına  istifadə  etdiklərindən  soyqırım  tədbirlərinin  himayə 
edilməsini təşkil edə bilmişdilər. 
Daxildə himayəsi qeyri-müəyyən və ya təhdid altında olan işbaz 
liderlər  və  ya  elita  siyasi  loyallığı  saxlamaq  üçün  mənsubiyyətlərlə 
oynaya bilər. İnsan hüquqlarının aparıcı qeyri-hökumət müşahidəçisi 
belə nəticəyə gəlmişdir ki, «zaman-zaman zorakılığın ən yaxın səbəbi 
hökumətin icma fərqlərini istismar etməsidir... Məsələn, «icma kartı» 
çox vaxt hökumət populyarlığını və ya legitimliyini itirdikdə və özünü 
etnik,  irqi  və  ya  dini  ritorika  örtüyünə  bürüməyi  münasib  saydığı 
zaman oynanılır». 
Militarist və ya imperialist siyasətlərdən fayda götürən məhdud 
qrupla, xalqın himayəsini qazanmaq üçün strateji rasio- 
214 


nallaşdırmalar  və  ya  «əfsanələr»  yaradır.  Zaman  keçdikcə  elitanın 
müəyyən  hissəsi  öyrəndikləri  əfsanələrə  inanmağa  başlayır  ki,  bu  da 
həmin təsəvvürləri dəyişikliyə qarşı son dərəcə müqa- vimətli edir bir 
yerə toplanmış maraq qrupları sövdələşdikdə və bir-birini təriflədikdə 
düşmən  obrazlarını  əbədiləşdirən  əfsanə  yaratmaq  prosesi  daha 
ehtimallı  olur.  Mənsubiyyət  əfsanələrinin  qabarıqlığı  və  intensivliyi 
etnik münasibətlərin qavranılmış oyuna qoyulan (stavkası) ilə möhkəm 
əlaqəlidir.  Gözləntilər  və  imkanlar  arsmdakı  məsafə  nə  qədər 
böyükdürsə,  azalımş  imkanların  təhlükə  altına  qoyduğu  dəyərlər  nə 
qədər əhəmiyyətlidirsə və aktivlərin itirilməsini tarazlaşdıra bilən digər 
güzəştlərin  diapazonu  qədər  kiçikdirsə,  əhali  elitanın  oynatmağa 
çalışdığı mənsubiyyətlərə o dərəcədə həssas olur. 
Daxili siyasi şəraitdəki müxtəlifliklər əhalinin müəyyən növünü 
elitanın oyunlarına digərlərindən daha həssas edir.  İdarə edilən siyasi 
rejimlərdə  rabitə  vasitələrinə  nəzarət  edən  rəhbərlər  və  elita, 
mənsubiyyət və kütləvi təsəvvürləri daha asan idarə edə bilər. Düşmən 
obrazının yaradılmasına təkcə rejimin növü deyil, cəmiyyətin təşkili də 
öz payını verir. Düşmən obrazının saxlanmasına kifayət qədər yardım 
etməsi və zorakı münaqişəyə getməsi ehtimallı olan dərindən bölünmüş 
cəmiyyətin əlaməti mənsubiyyət əsasında təşkil olunmuş və cəmiyyətin 
hər  sahəsinə  nüfuz  etmiş  ayrıca  strukturların  olmasıdır.  Məsələn, 
Livanda  siyasi  idarəçilik  mərkəzdən  yerlərə  ənənəvi  olaraq  dini 
mənsubiyyət  əsasında  paylanmışdır.  Belə  cəmiyyətlərdə  etnik 
stereotiplərin  və  düşmən  obrazlarının  yaradılması  və  saxlanması  çox 
asan olur. 
Bu təhlil təklif edir ki, fərqlənən mənsubiyyətlər öz-özlü- yündə 
zorakı  münaqişənin  səbəbi  deyil.  Bir-biri  ilə  uyğun  gəlməyən 
mənsubiyyətlərin  mövcud  olduğu  halda  belə,  zorakılıq  rəhbərlərin  ya 
dövlətin  ehtiyatlarını  öz  cəmiyyətinin  daxilindəki  başqa  qrupların 
ziyanına olaraq inhisara almaq, ya da cəmiyyətdən kənardakılara qarşı 
iddialar  irəli  sürmək  yoluyla  qızışdırılan  təcridedici  fəaliyyəti 
nəticəsində ehtimallı olur. Rəhbərlər və elita siyasi mənsubiyyətə təhdid 
görüntüsü yaradırlar ki, bu da stereotiplərin yaradılmasına təhrik edir və 
zorakılığa öz payını verir. 


§3. Münaqişənin nizamlanmasında ideoloji amillər 
Münaqişənin azaldılması və həll edilməsi üçün onun yaratdığı 
düşmən  obrazı  dəyişdirilməlidir.  Dövlətlərarası  münaqişələr  elitada 
formalaşmış  obrazlarda  ictimaiyyətdə  formalaşmış  obrazlardan  daha 
kiçik dəyişikliklər edilməklə idarə edilmiş və tənzimlənmişdir, lakin 
davam  edən  vətəndaş  münaqişəsi  və  ya  amansız  dövlətlərarası 
münaqişə  obrazlar  dəyişənə,  rəhbərlər  və  ictimaiyyət  dərs  götürənə 
qədər  həll  edilə  bilməz.  Həm  də  bu  proses  qarşılıqlı  olmalıdır. 
Rəhbərlər və qruplar öz rəqibləri barəsində təsəvvürlərini dəyişməyə 
başladıqda və münaqişəni həll etmək üçün səylərdə maraqlı olduqda, 
münaqişənin  zəitləmə-  sində  müəyyən  irəliləyiş  yaratmaq  üçün 
rəqibdə özləri barəsində olan təsəvvürləri də dəyişməlidirlər. 
Yalnız rəqabət aparan maraqlar üzərində cəmlənən münaqişəni 
çözmək  strategiyaları  ehtimal  ki,  düşmən  obrazının  və  mənsubiyyət 
münaqişəsinin  dəyişməsi  üçün  fundamental  olan  öyrənmə  prosesini 
təhrik  edə bilməyəcəkdir. Həm  uzunmüddətli dövlətlərarası,  həm  də 
amansız etnik münaqişədə maraqlar obrazlar və inamlarla, bunlar isə 
öz  növbəsində  qismən  mənsubiyyətlə  formalaşdırılır.  Bizim  təhdid 
kimi  gördüyümüz  şey,  böyük  dərəcədə,  bizim  dünyaya  baxmaq  və 
özümüzün kim olduğunu düşünmək üsulumuzun funksiyasıdır. 
Əgər  təhdid  altında  olan  mənsubiyyətlər  düşmən  obrazının 
yaradılmasını  və  münaqişənin  güclənməsini  asanlaşdırırsa,  bu 
mənsubiyyətlərin  təhlükəsizliyinin  təmin  edilməsi  münaqişənin 
həllinin  fundamental  toplanam  olmalıdır.  Amansız  vətəndaş 
müharibələrinə  və  ya  dövlətlərin  uzunmüddətli  rəqabətinə  qarşı 
dayanan  sülh  yaradıcıları  səmərəli  olmaq  istəyirlərsə,  maraqlara 
təsəvvürlərin  və  mənsubiyyətlərin  daha  geniş  kontekstində  müraciət 
etməlidirlər.  Keçmiş  Yuqoslaviyada  münaqişə,  ən  yaxşı,  tədriclə 
ərazilərin  bölüşdürülməsi  və  orada  yaşayanların  təhlükəsizliyinin 
təmin  edilməsi  yoluyla  həll  edilə  bilərdi.  Münaqişə  yalnız  tərəflər 
digər mənsubiyyətlərin legitimliyini və daimlyini tanıyacağı halda həll 
edilə bilərdi. Prezident Sədatın İsrailin legitimliyini tanıması İsrail və 
qonşuları arasında gedən çətin sülh prosesinin qıfılına həlledici açar 
oldu. 
Dövlətlərarası münaqişələrdə legitimliyin qarşılıqlı tanın 
216 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə