Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

tini  daha  da  məhsuldar  edir.  Rasional  seçim  nəzəriyyələri  strateji 
qarşılıqlı  təsirlərin  sadələşdirilmiş  mənzərəsi  (təqdimatı)  vasitəsilə 
dövlət  davranışının,  əks  halda  empirik  təfsilatlarla  pərdələnə  biləcək 
güclü  izahını  və  proqnozunu  təmin  etdiklərini  iddia  edir.  Rasional 
seçim  təhlili  həll  problemləri  tipik  olaraq  hadisələrin  yaxşı  başa 
düşülmüş siniflərinin, formal olaraq, çoxlu sayda digər hadisələrin eyni 
olan  nümunələri  ilə  məşğul  olarkən  ən  uğurludur.  Rasional  seçim 
rəqabət  aparan  bazarların  və  ya  böyük  təşkilati  sistemlərin  təhlilində 
güclü və zaman-zaman intuisiyaya zidd izahlar təmin edə bilir. 
Lakin beynəlxalq münaqişə nisbətən kiçik ərazidə, az miqdarda 
baş  verir.  Ona  görə  də  təhlili  çətindir  və  qərar  qəbul  edənlərin  tarixi 
keçmişdən  problem  haqqında  xarakterik  təsəvvürləri,  ehtimal 
paylanmasını  və  müxtəlif  variantların  ölçüləri  əsasında  dəyərlərin 
metrikasını  çıxara  biləcəkləri  kifayət  miqdarda  «bənzər»  hallar 
müəyyən etməsi az ehtimallıdır. Beynəlxalq münaqişə rasional seçim 
tədqiqatlarının  çoxu  beynəlxalq  münaqişələrdəki  həll  probleminin 
aşkar  mürəkkəbliyi  və  qeyri-müəyyənliyi  ilə  sadələşdirilmiş 
mənzərələr  strategiyası  vasitəsilə  məşğul  olur.  Belə  sadələşdirilmiş 
mənzərələr  (təqdimatlar)  çox  vaxt  analitik  cəhətdən  asan  emal 
ediləndir, bu mənada ki, oyunların tarazbq həlləri, əgər mövcuddursa, 
davranışın  müəyyən  proqnozlarına  gətirir.  Sadələşdirilmiş  təqdimat 
strategiyası  fərz  edir  ki,  dövlətlər  və  ya  qrup  rəhbərlərinin  oyuna 
qoyulanlar,  variantlar,  xərclər,  qazanclar,  ehtimallar  və  maraqlar, 
rəqiblərin  məqsədləri  və  məramları  barəsində  çaşqınlığı  və 
qeyri-müəyyənliyinə baxmayaraq, mücərrədləşdirmə həll probleminin 
məğzini əhatə edir. Gerçəklik və təqdimat (mənzərə) izomorfdursa, bu 
iddia prima facie-6\v (ən ehtimallıdır), izomorfluq pozulduqda isə daha 
az ehtimallı olur. Sadələşdirilmiş təqdimatlar yaxşı strukturlaşdırılmış 
həll  problemlərində  faydalı  analitik  strategiya  ola  bilərsə  də, 
problemlərin  demək  olar  ki,  həmişə  pis  strukturlaşdırılmış  olduğu 
beynəlxalq münaqişələrin həllində çətin ki, yardımçı olsun. 
Pis  strukturlaşmış  həli  problemlərində  strateji  qarşılıqlı  təsirin 
təqdimatı  kimi  istifadə  edüəcək  oyunun  seçilməsi  (və  üstün  tərtibli 
oyunçuların müəyyən edilməsi) təqdimatın bir izah aləti kimi analitik 
faydalılığını aşağı salan iradi (əsassız) bir razılaşmadır. 
İdraki və sosial psixologiya rəhbərlərin bu qeyri-müəyyənlik 
220 


və mürəkkəbliyi necə dəf etdiyini izah edir. Onlar, adətən, birqiy- mətli 
olmayan  vəziyyətləri  onlara  əhəmiyyətli  görünmüş  tarixi  təcrübə 
əsasında  yozurlar  və  ya  davranışın  «tarixin  idiosinkretik  (xarakterik) 
dərslərini»  əks  etdirən  baş  baımaq  qaydasından  istifadə  edirlər. 
İdiosinkretik  olmalarına  baxmayaraq  problemin  təqdimatına, 
mühakimə  yürüdülməsi  və  hesablama  apanlmasına  güclü  təsir 
etdiyindən bunlar rasional seçim təhlilini son dərəcə mürəkkəbləşdirir. 
Problemin təqdimatı (qoyuluşu) hər bir beynəlxalq münaqişədə mühüm 
dəyişəndir  və  ona  görə  də  gerçək  dünyadakı  həlli  problemlərinin 
rasional  seçim  nəzəriyyəçilərinin  istifadə  etdikləri  qaydada  formal 
mücərrədləşdirmələrinə 
bəraət 
qazandırmaq 
çətindir. 
İdraki 
psixologiyanın  anlayışları  və  üsulları  problemin  təqdimatım  başa 
düşmək üçün nisbətən daha uyğundur. 
Çəkindirmə və kəskinləşmə (eskalasiya) spiralları model- yerləri 
arasındakı  mübahisələrin  tədqiqi  iki  yanaşmanın  bir-  birini 
tamamladığını  nümayiş  etdirir.  Mübahisə  ən  yaxşı  miqyas  şərtləri 
problemi  kimi  formulə  edilə  bilər.  Rasional  seçim  nəzəriyyəçiləri 
çəkindirməni qarşılıqlı asılı rasional seçimlər dəsti kimi modelləşdirir 
və  layihələndirdikləri  dilemmaları  həll  etmək  üçün  intuisiyaya  zidd 
strateji  seçimlər  müəyyən  edirlər.  Psixoloji  izahlar  diqqəti  təqdimat, 
mühakimə,  motivasiya  (istək)  və  əndişə  problemlərində  cəmləyir, 
rəhbərlərin  bir  şüurlu  idarəçilər  kimi  təhdid  mühitində  birqiymətli 
olmayan  məlumatla  necə  davrandığını  müəyyən  edir  və  bildirir  ki, 
rasional  modellərdən  çıxarılan  strategiyalar  əks  nəticələrə  gətirən  və 
qorxulu kəskinləşmə spiralı ilə nəticələnən ola bilər. 
Nəzər nöqtəsi nəzəriyyəsi bu, zahirən bir-birinə zidd tapıntıları 
həll  etməyə  yardım  göstərir.  Dövlətlər  status  kvo  (mövcud  olan 
vəziyyət)  ilə  tam  razıdırlarsa,  onlara  qazanc  oblastmda  olan  və 
çəkindirmə  təhdidi  üçün  əlverişli  hədəflər  kimi  baxmaq  olar,  çünki 
onlar güman ki, qazanclarla risk etməyin əksinə olacaq. Belə şəraitdə, 
ehtimal paylanmasının ekstremumları istisna edilməklə, rasional seçim 
güman  ki,  qənaətcil  izah  təmin  edəcək.  Lakin  dövlətlər  əhəmiyyətli 
itkilərə  məruz  qalmış  və  bu  itkilərlə  barışa  bilməmişsə,  çəkindirmə 
təhdidlərinin itkiyə yol verməmək üçün riski qəbul etməyə hazır olan 
rəhbərlərin  kəskinləşmə  (eskalasiya)  təhi'ik  etməsinə  gətirəcəyi  daha 
ehtimalhdır. 
idraki psixologiya və rasional seçim kritik miqyas şərtləri 
221 


(şəraiti) yaranan kimi bir-birini tamamlayan olur. Problemin təqdimatı 
fərz deyil, müəyyən edildikdən sonra alimlər mühitin mürəkkəbliyini, 
qeyri-müəyyənliklərin miqyasını və şəraitin əlamətlərini (atributlarını) 
tədqiq  edə  bilərlər.  Sonra  rəhbərlərin  qazanc,  yoxsa  itki  oblastında 
olduqlarını  müəyyən  edə  bilər  və  hesablamaların  faydalıhğını 
maksimallaşdıran,  məqbul  və  ya  rasional  normalardan  psixoloqların 
gözlədikləri  sapmaları  aqroksi-  masiya  edən  olacağı  ehtimalını 
qiymətləndirə bilər. 
Beynəlxalq  münaqişələrin  konstruktivist  izahları  ilə  psixoloji 
təhlillər  arasında  daha  böyük  uyarlıq  var.  Rasional  seçimin  söhbəti 
idraki  psixologiya  ilədirsə,  konstruktivistlərin  dialoqu  sosial 
psixologiya ilədir. Konstruktivistlər seçimin rəhbərlərin mənsubiyyəti 
-  onların  öz  dövlətlərini  və  ya  qruplarını  necə  müəyyən  etməsi,  kim 
olması  və  başqlan  ilə  nisbətdə  özlərini  necə  görməsi  ilə  dərindən 
məlumatlandırılan  anlayışını  inkişaf  etdirirlər.  Konstruktivistlər 
kollektiv  mənsubiyyəti  təsis  edən  kollektiv  və  ya  bölüşdürülən 
(ümumi)  inamları,  norma  yaradılması  və  ona  riayət  edilməsi 
proseslərini  daxil  etmək  üçün  beynəlxalq  münaqişələrin  psixoloji 
izahlannm,  adətən,  rəhbərlərin  inamlan,  təsəvvürləri  (obrazları)  və 
mühakimələrini  mərkəzə  qoyan  repertuarım  genişləndirdilər.  Realist 
və  liberallardan  fərqli  olaraq  konstruktivistlər  mənsubiyyət  və 
maraqlan verilən (əzəli) kimi deyil, daha çox özgələr ilə qarşılıqlı təsir 
nəticəsində yaranan kimi qəbul edirlər. Onlar mənsubiyyət anlayışımn 
içərisinə bü* təsisati element kimi təkcə marağı yox, həm də normalara 
diqqəti qoyurlar. 
Seçimin  izahı  kimi  inşa  edilmiş  mənsubiyyətlərə  belə  vurğu 
edilməsi  normaların  seçim  meyarına  çevrilməsi  şəraitinin  tədqiqi  ilə 
məşğul  sosial  psixoloji  nəzəriyyələrlə  faydalı  dialoqu  mümkün  edir. 
Sosial  psixologiya  bir  seçim  (qərarvermə)  qaydası  kimi  bərabərlik, 
ədalət və ədliyyə kimi meyarların maraqların maksi- mallaşdırılmasmı 
üstələdiyi  şəraiti  tədqiq  edir.  Psixologiyada  sosial  mənsubiyyət 
nəzəriyyəsi,  mənsubiyyətin  konstruktivist  arqumentlərinin  həlledici 
toplananının necə dəyişdiyinə vurğu edir. 
Sosial  mənsubiyyət  nəzəriyyəsi  mənsubiyyətin  dəyişməsi 
haqqında  arqumentləri  zənginləşdirə  və  genişləndirə  bilər.  Sosial 
mənsubiyyət  konstruktivistlərin  fərz  etdiyi  kimi  təkcə  başqaları  ilə 
qarşılıqlı təsir nəticəsində deyil, həm də sosial psixoloqların bildirdiyi 
kimi özlərini qrupa mənsub etmək prosesi vasitəsilə ya 
222 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə