Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   58   59   60   61   62   63   64   65   ...   91

məsinə  yol  verməmək  məqsədilə  daimi  elmi  tədqiqatlar,  perspektiv 
hazırlıqlar tələb olunurdu. Dövlətin hərbi gücünün faktoru kimi onun 
təhsil  sistemi,  kifayət  qədər  bahalı  avadanlıqla  təchiz  olunmuş  iri 
elmi-tədqiqat  institutlarının  mövcudluğu  çıxış  edirdi.  Etibarlı  radio 
rabitə  olmadan  tank  və  təyyarə  armadaları  metal  qırıntılara  çevrilə 
bilərdi.  Dənizdə  və  havada  radarlardan  istifadə  olunması  həlledici 
üstünlüyü  təmin  edə  bilərdi.  Hospitallarda  pensilindən  istifadə 
edilməsi  yüzlərlə  yaralı  şəxsin  cəbhəyə  qayıtmasına  imkan  verirdi. 
Raket  texnikası  və  atom  fizikası  sahəsində  aparılan  tədqiqatlar 
haqqında  danışmağa  isə  ehtiyac  yoxdur.  Bu  istiqamətlərin  çoxunun 
inkişaf  etdirilməsi  mahiyyətcə  sənayenin  ayrı-ayrı  sahələrinin, 
xüsusilə,  bahalı  sahələrin  yaradılmasını  tələb  edirdi,  bu  isə  böyük 
iqtisadi potensialı olan dövlətlərin gücündə deyildi. 
Bu  sahədə  mənfi  bir  nümunə  kimi  İtaliyanı  göstərmək  olar. 
Mussolini rejimi müharibəyə hazırlaşan zaman öz sayına görə heyrət 
doğuran  donanma  və  aviasiya  yaratmışdı.  Ancaq  İtaliya  gəmiləri, 
təyyarələri  və  tankları  ümumilikdə  müasir  tələblərə  cavab  vermirdi, 
istehsalı yüksək texnoldogiya tələb edən avadanlığa malik deyildi və 
asanlıqla düşmənin qurbanına çevrilirdi. Yenidən silahlanma proqramı 
üçün  toplanmış  çoxlu  vəsaitlər  əbəs  yerə  sərf  olunurdu.  İtaliya 
rəhbərləri  ölkəni  müharibəyə  hazırlayarkən  hərbi  gücün  inkişaf 
istiqamətlərini qabaqcadan görə bilmədilər. 
3.5.
 
Sənayedən sonrakı cəmiyyətə keçid 
Elm tutumlu istehsalın rolu İkinci dünya müharibəsi dövründə 
durmadan artırdı. 1943-1944-cü illər ərzində ingilislər və amerikanlar 
öz  aviasiyalarını  aşkar  edən  düşmən  sistemlərini  məhv  etmək  üzrə 
radioelektron  mübarizəsinə  başlanuşdılar.  Atlantik  okeanda 
radiolokasiyadan  istifadə  alman  sualtı  qayıqlarım  suyun  dərinliyinə 
salmağa  imkan  verirdi  ki,  oradan  onlar  bir  udum  su  ilə  də  qayıda 
bilməzdilər. Müharibənin lap sonunda nüvə silahının tətbiq olunması 
isə  hələ  Birinci  dünya  müharibəsi  zamanı  başlanmış  axtarışların 
müəyyən  mənada  tamamlanması  idi.  Dövlətin  hərbi  gücünün  İkinci 
dünya  müharibəsindən  sonrakı  dövrdə  formalaşdırılması  və 
qiymətləndirilməsi bir sıra faktor- 
189 


larin, beynəlxalq münasibətlər sisteminin yeni qütbləşmiş xarakterini, 
hərbi-siyasi  blokların  yaradılması  və  onların  qarşıdurmasını  nəzərə 
almağı  tələb  edirdi.  Bir  tərəfdən,  əvvəlki  dövrdə  üzə  çıxan 
tendensiyalar inkişaf edirdi. Bir-birinə qarşı duran dövlətlər soyuqqanlı 
şəkildə  nüvə  və  termo-nüvə  silahlarını  yaradırdılar.  Eyni  zamanda, 
onun  təchizat  sistemi  işlənib  hazırlanırdı.  90-cı  illərin  sonuna  qədər 
nüvə  silahı  və  onun  təchizat  vasitələrinə  sahibolma,  bir  növ  böyük 
dövlətlər «klubuna» buraxılış demək idi. Artıq 50-ci illərin sonu - 60-cı 
illərin  birinci  yarısında  kosmik  silahlanmanın  bütün  istiqamətləri 
müəyyən  olunmuşdu.  Artıq  idarəetmə,  müşahidə,  məlumat  sistemləri 
daha  böyük  əhəmiyyət  əldə  edirdi.  Düşmənin  «gözünü  çıxarmaq»  və 
«qulağını batırmaq», onu rabitədən məhrum etmək imkanları, öz silahlı 
qüvvələrinə  rəhbərlik  etmək  bacarığı  bu  qüvvələrin  məhv  edilməsi 
qədər əhəmiyyətli sayılırdı. Bu vəziyyət bütövlükdə məlumat və rabitə 
üzərində nəzarətin həlledici rol oynadığı sənayedən sonrakı cəmiyyətin 
inkişaf tendensiyalarına uyğun gəlir. 
Etiraf  etmək  lazımdır  ki,  müasir  silahlanma  sistemlərinin 
yaradılması elmi-texniki tərəqqinin əsas istiqamətləri ilə əlaqədar oldu. 
Raket-nüvə  silahlanma  yarışı,  yeni  hücum  və  müdafiə 
sistemlərinin yaradılması prosesində, bütün XX əsr ərzində üzə çıxmış 
tendensiyalar,  nəinki,  daha  da  inkişaf  etdi,  həm  də  yeni  keyfiyyət  və 
məzmun kəsb etdi. Birincisi, «qorxu balansı» qəti olaraq təşəkkül tapdı. 
Tərəflər  daha  yüksək  dəyəri  olan  növbəti  silahlanma  sistemləri 
yaradırdılar.  Onlar  «təmin  edilmiş  qarşılıqlı  məhv  etmə»ni  təmin 
etməyə  çalışırdılar,  bu  zaman  tərəflərdən  birinin  ümumi  nüvə 
zərbəsindən sonra salamat qalan, hətta ən kiçik nüvə silahı payı birinci 
zərbəni vurmuş tərəfin müdafiəsini qırmaq və onun insan, iqtisadi və 
digər potensialına  yolverilməz zərbə vurmaq imkanını saxlayardı. Bu 
silahlanma yarışında önə çıxmaq üçün edilən hər bir cəhd daha da baha 
başa gəlirdi və qüvvələrin həddən artıq gərginliyi hesabına əldə edilmiş 
üstünlük  tez  itirilirdi.  Artıq  güclü  kosmik  qruplaşmaları  daxil  edən 
qarşılıqlı  məhvetmə  sistemləri  qütbləşmiş  dünyanın  əsas  qüvvələri 
arasında birbaşa konflikti mənasız edirdi. 
Belə bir şey artıq 20-30-cu illərdə baş vermişdi, həmin dövrdə bir 
çox dövlətlər intensiv şəkildə kimyəvi silahın ehtiyatlarını ya 
190 


radırdılar.  İkinci  dünya  müharibəsinin  gedişində  tərəflərdən  heç  biri 
isə  cavab  tədbirlərindən  ehtiyat  edərək  onlardan  geniş  miqyasda 
istifadə etməkdən çəkinirdi. Sonucda belə bir sual yarandı - minlərlə 
ton köhnəlmiş, ancaq hələ də ölümcül silahların taleyi necə olsun? 
İkincisi,  raket-nüvə  qarşıdurması  özünün  «təmin  edilmiş 
qarşılıqlı məhv etməsi» ilə xüsusi bir tərzdə beynəlxalq münasibətlərin 
siyasi  və  hərbi-texniki  tərkib  hissələrinin  nisbətinə  təsir  etdi.  Yalnız 
güllələrin  müəyyən  miqdarını  deyil,  həm  də  təchizat,  kəşfiyyat, 
aşkaretmə  və  rabitə,  raket  əleyhinə  müdafiə  və  hava  hücumundan 
müdafiə  vasitələrini  daxil  edən  nüvə  potensialının  müəyyən 
səviyyəsinin  olması  artıq  «böyük  dövlətlər  klubuna»  buraxılış 
sayılırdı.  «Klub»  üzvlərinni  mövqeyinin  qarantiyası  bir  sıra 
beynəlxalq-hüquqi  qərarlar  oldu.  Onlardan  biri  nüvə  silahının 
yayılmaması haqqında müqavilələr sistemi oldu ki, o, onun planet üzrə 
«səpələnməsinin»  qarşısım  almalı  və  eyni  zamanda  «nüvə  klubu» 
üzvlərinin  xüsusi  statusunu  möhkəmlətməli  idi.  Güclü  və  bahalı 
silahlanma sisteminin olması, onu isə bu sistemə sahib olan özü də, bir 
qayda  olaraq  işə  salmağa  hazır  deyildi,  bununla  belə  bu  ona 
dövlətlərarası münasibətlər sistemində aşkar üstünlüklər verirdi. Buna 
bənzər  bir  hal  XX  əsrin  əvvəlində,  intensiv  dəniz  silahlanması 
dövründə  də  təşəkkül  tapmışdı:  drednoutların  olması  həmin  dövrdə 
böyük dövlətin əlaməti idi. Hətta o qədər də varlı olmayan dövlətlər - 
İspaniya,  Türkiyə,  Braziliya,  Argentina  -  öz  iqtisadiyyatlarını 
gərginləşdirir,  borca  girir,  arzu  edilən  gəmilərə  sahib  olmağa 
çalışırdılar.  Eyni  zamanda,  aparıcı  dövlətlərin  dövlət  xadimləri  və 
admiralları donanmalar yaradaraq, dəniz nəhənglərini döyüşə atmağa 
tələsmirdilər.  Onların  qüvvələr  nisbətinin  hesabı  üçün  diqqətlə 
qoruyurdular.  «Fleet  in  being»  prinsipi  təntənə  edirdi  -  donanma 
siyasəti  yalnız  öz  mövcudluğu  və  hipotetik  döyüşə  daxil  olmaq 
hazırlığı ilə təsir göstərirdi. Artıq həmin zaman silahlanma yarışı bir 
növ maliyyə, sənaye və elmi potensialın yarışma çevrilirdi. Müvafiq 
olaraq, düşməni bu yarışdan çıxarmaq cazibəsi yaranırdı. 
Açıq  konflikt  zamanı  nüvə  intiharı  perspektivi  əks  tərəfin 
davranışına,  onun  daxili  və  xarici  siyasətinə  digər  təsir  vasitələrinə 
diqqəti  yönəltdi.  Nəticədə  isə,  kütləvi  şüuru  manipul-  yasiya,  o 
cümlədən, ayrı-ayrı etnik və sosial qrupların davranı 
191 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə