Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   54   55   56   57   58   59   60   61   ...   91

Müharibənin  gedişində  əldə  edilən  nəticələrin  uğurlu 
istifadəsinə  misal  kimi  Bismarkm  Almaniyanın  1864-1871-ci  illər 
ərzində  birləşdirilməsi  ilə  bağlı  müharibələrin  bütöv  silsiləsi  ərzində 
fəaliyyətidir. Birincisi, bu silsilənin bütün müharibələri vahid məqsədə 
xidmət  edirdi.  İkincisi,  birinci  və  ikinci  müharibələrin  nəticələri  elə 
rəsmiləşdirilmişdi ki, bu ikinci və üçüncü müharibələrin başlanması və 
aparılması  üçün  daha  əlverişli  şərtləri  təmin  edirdi.  Almaniya 
imperiyasının  məğlub  edilmiş  düşmən  ərazisində  yaradılması  əldə 
edilən qələbənin miqyası ilə müqayisə edilə bilən məntiqi siyasi nəticə 
oldu.  Bir  neçə  ildən  sonra  tamamilə  əks  nümunəni  görmək 
mümkündür.  Rusiya  diplomatiyası  1877-  1878-ci  illərdə  Türkiyə  ilə 
müharibədə əldə edilmiş qələbənin nəticələrindən tam istifadə etmək 
iqtidarında olmadı. Ordunun uğurları diplomatiyanın əzəldən qoyduğu 
məqsədlərin  çərçivəsindən  kənara  çıxdı.  Əldə  edilən  nəticələrin 
diplomatik  yolla  rəsmiləşdirmək  üçün  tələsik  cəhdlər  uğursuzluğa 
düçar oldu, Berlin konqresində Rusiya imperiyası geri çəkilməli oldu. 
Əldə  edilən  nəticələr  sonucda  verilən  itkilərə  proporsional  olmadı. 
Rusiyanın  Yeddiillik  müharibədə  iştirakının  sona  yetməsi  də  açıq 
uğursuzluq  idi,  bütün  işğal  edilmiş  torpaqlar  dövlət  maraqları 
anlayışını dərk etməyən həmin dövrün Rusiya monarxı  III Pyot- run 
simpatiyası hesabına düşmənə qaytarıldı. 
Bu  növ  problemlərin  nəzərdən  keçirilməsində  Otüzillik 
müharibədən  başlayaraq  iri  müharibələri  tamamlayan  çoxtərəfli  sülh 
danışıqları,  xüsusilə,  böyük  maraq  doğurur.  Bu  növ  tənzimləmənin 
gedişində  koalisiyalar  və  alyanslar  yaranır  və  dağılırdı,  əvvəlki 
müttəfiq  çox  zaman  düşmən  olur,  konflikt  iştirakçılarının  iqtisadi, 
texnoloji,  siyasi  və  hərbi  imkanları  yeni  qüvvələr  düzümü 
nöqteyi-nəzərdən yenidən qiymətləndirilirdi. 
§3. Hərbi gücün elementləri 
Hərbi  güc  anlayışı  tarixən  şərtləşmişdir,  inkişafın  müxtəlif 
mərhələlərində  bəzi  elementlər  birinci  plana  çıxır,  digərləri  ikinci 
planda  olur  və  yaxud  hamısı  öz  əhəmiyyətini  itirirdi.  Dövlətin  hərbi 
gücü  təşkil  edən  elementləri  nəzərdən  keçirilərkən,  onları  üç  qrupa 
bölmək məqsədəuyğundur: 
a) dövlətin sərəncamında olan insan və təbii resurslar
177 


b)  istehsal  qüvvələrinin,  texnologiyaların  inkişaf  səviyyəsi;  v) 
cəmiyyətin  sosial  və  sosial-siyasi  təşkilinin  səviyyəsi.  Ənənəvi 
cəmiyyətin  inkişafının  hələ  erkən  mərhələlərində  texnologiyalar  və 
təşkilatçılıqda üstünlük bəzən, hətta uzunmüd- dət davam edən hərbi 
üstünlüyə  çevrilirdi.  Roma  legionları  daha  çoxsaylı  olan  düşməni 
məhz təşkilatçılıqları  və intizamları hesabına məhv edirdi. Öz dövrü 
üçün  böyük  miqdarda  dəmir  və  bunun  nəticəsi  olaraq  silahlar  və 
yaraq-əsləhə  istehsal  etmək  imkanı  bu  və  ya  digər  ərazilərin  irəli 
çıxmasına  səbəb  ola  bilərdi  (Orta  əsrlərdə  Burqundiya,  XVI-XVII 
əsrlərdə İsveç). Cəngavər süvari dəstələrinin əhəmiyyəti odlu silahın 
üzə çıxmasına görə deyil, yaxşı təşkil olunmuş muzdluların fəaliyyəti 
hesabına azaldı. Cəngavərlərin hücumları intizamlı piyadaların dəqiq 
nizamının mizraqları önündə əzilirdi. 
Yeni  dövrün  qovşağında  dövlətin  hərbi  gücünü  təşkil  edən 
elementlərin qarşıhq asılılığı daha mürəkkəb və əlaqəli olur. XVI əsrdə 
Avropa demək olar ki,  «ispan qızğınh»  - ispan muzdlu piyadalarının 
qarşısında  qorxudan  tir-tir  əsirdi  (bu  piyadalar  arasında  ispanlar 
demək,  heç  də  çox  deyildi).  Muzdluların  əməLiy-  yatları  isə  Yeni 
Dünyadan  daxil  olan  qiymətli  metallar  hesabına  maliyyələşirdi. 
Coğrafi  kəşflər  və  müstəmləkə  imperiyalarının  yaranması  Avropada 
qüvvələr nisbətinə təsir etdi. XVII əsrdən başlayaraq, hərbi gücü təşkil 
edən elementlərin sayı artır və onların qarşılıqlı əlaqəsi mürəkkəbləşir. 
Cəmiyyətin  inkişafının  hər  bir  pilləsinə  özəl  texnologiyalar, 
təşkilatçılıq səviyyəsi, demoqrafik inkişaf xüsusilikləri və s. xasdır: bu, 
ilk  növbədə,  cəmiyyətin  inkişafının  sənayeyəqədərki,  sənaye  (ilkin, 
orta  və  yetkin),  sənayedən  sonrakı  mərhələsidir.  Nəzərdən 
keçirdiyimiz  beynəlxalq  münasibətlər  sistemləri  əksərən  birinci  iki 
mərhələ  ilə  üst-üstə  düşür;  təbii  ki,  bütün  bu  proseslər  müvafiq 
modellərin yarandığı Avropaya aiddir. 
3.1.
 
Sənayeyə qədərki cəmiyyət 
XVII  əsrin  ortalarından  XVIII  əsrin  sonuna  qədər  dövlətlərin 
hərbi  gücü  necə  müəyyən  olunurdu?  Bu  suala  cavab  vermək  üçün 
Otuzillik  müharibədən  başlayan  həmin  dövrün  böyük  konfliktlər 
təcrübəsinə nəzər yetirmək lazımdır. Bir tərəfdən, artıq 
178 


yığılmış  dəyişikliklərdən  doğan  proseslər  davam  edirdi.  XVI-  XVII 
əsrin  əvvəllərində  çoxsaylı  müharibələr  hərbi  işdə,  silahlanmada  və 
taktikada  dəyişikliklərə  gətirmişdi.  Tədricən  gözəl,  ancaq  pis  təşkil 
olunmuş və zəif zadəgan qeyri-nizami qoşunları keçmişdə qalırdı. Artıq 
müharibə  aparma  işində  «xüsusi  sahibkarlar»  olan  kondotyerlərin 
başçılıq  etdiyi  muzdlu  dəstələr  öz  rolunu  itirirdi.  Hələ  də  əhali  və 
maliyyə  imkanları  kimi  faktorlar  öz  əhəmiyyətini  saxlayırdı.  Artıq 
əhalinin sayı deyil, sıxhğı, iqtisadiyyata zərbə vurmadan böyük hərbi 
kontingentlər  çıxarmaq  qabiliyyəti  rol  oynamağa  başlayırdı.  Süvari 
qoşunlar  və  nəqliyyat  üçün  kifayət  edən  sayda  atların  olması  (və  ya 
onları  qonşu  dövlətlərdən  maneəsiz  almaq  imkanları)  vacib  idi. 
Maliyyə  imkanları  qoşunların  təchizatı  və  muzdluların  vaxtında 
haqqının  ödənilməsi  üçün  nəzərdə  tutulmuşdu.  Napoleon  bununla 
əlaqədar qeyd etmişdi ki, müharibə üçün üç şey - pul, pul və yenə də pul 
lazımdır. 
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəlinə kimi hərbi qüvvələrə 
olan ehtiyac əhalinin əsas kütləsinin tələbatları üçün olan eyni istehsal 
sahələrinin hesabına ödənilirdi. Hərbi xərclər, məvacib istisna olmaqla, 
mahud,  ayaqqabı,  qoşqu  ləvazimatları,  ərzaq  və  yem,  at  və  qatırların 
alışından ibarət idi. Xüsusilə, hərbi istehsal metal istehsalı və emalı üzrə 
xüsusi müəssisələr və az saylı dövlət arsenalları ilə təmin edilirdi. Hətta 
XVII-XIX əsrin əvvəlində əsgərlərin silahlarının misdən olan hissələri 
xüsusi  qayğı  ilə  saxlanır  və  yenilərinin  hazırlanması  üçün  təkrar 
əridilirdi. Eyni tərsanələr hərbi və mülki gəmilərin tikintisi üçün uğurla 
istifadə  olunurdu.  Artilleriya  və  artilleriya  sursatlarını  hazırlayan 
müəssisələr xüsusi ixtisaslaşmışdı. Nəticədə, iqtisadiyyatın inkişafının 
kifayət  qədər  yüksək  səviyyəsi  müvafiq  hərbi  potensialı  təmin  edə 
bilərdi.  Yadda  saxlamaq  lazımdır  ki,  istehsalın  həmin  dövr  üçün 
səviyyəsi və dövlət aparatının səviyyəsi hərbi qüvvələrin qısa zamanda 
cəbhəyə  göndərilməyə  elə  də  imkan  vermirdi.  Qısa  müddət  ərzində 
kifayət  qədər  pul  ehtiyatlarını,  maddi  və  ərzaq  ehtiyatları  yaratmaq 
çətin idi. Əsgərlərin səfərbər edilməsi və muzdluların toplanması (hətta 
məcburi) da çox vaxt tələb edirdi. Nəticədə, dövlət rəhbərləri tərəfindən 
hərbi güc tətbiqi haqda qərarın qəbul edilməsi və hərbi əməliyyatların 
başlanması  arasında  çox  vaxt  keçirdi  və  tərəflərin  şansları  tədricən 
bərabərləşirdi. 
179 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə