Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   56   57   58   59   60   61   62   63   ...   91

tinə  malik  oldu.  Sonra  aşağı  təbəqədən  təşkil  olunmuş  komandanlıq 
heyətinin  hazırlanması  hərbi  təlim  idarələrinin  yaranması  ilə 
möhkəmləndirildi.  Silk  maneələrinin  aradan  qaldırılması,  maarifçilik 
dövrünün  elmi  nailiyyətlərinin  tətbiqi  təkcə  güclü  zabit  korpusunu 
yaratmağa  deyil,  həm  də  bütövlükdə  hərbi  qüvvələrə  rəhbərlik 
sisteminin  yaradılmasına  imkan  verdi.  Məsələn,  coğrafiyanın  və 
xüsusilə,  kartoqrafiyanın  nailiyyətlərindən  intensiv  istifadə  olunurdu. 
Fransız komandirləri və onların ştabları xəritələrdən məharətlə istifadə 
edirdilər 
və 
təsadüfi 
seçilmiş 
bələdçilərin 
məlumatlarına 
əsaslanmırdılar. Optik teleqraf Şappa (düzdür, yalnız gündüz və yaxşı 
havada)  bir  neçə  saata  məlumat  yüz  kilometrlərə  ötürməyə  imkan 
verirdi.  Unutmaq  olmaz  ki,  hələ  inqilab  müharibələri  dövründə 
müharibə  aparmaq  üçün  ölkənin  bütün  mövcud-insan  və  maddi 
potensialının səfərbər edilməsi ideyası uğurla həyata keçirilirdi, həm də 
bu  əhalinin,  onun  əksər  hissəsinin  dəstəyi  ilə  intensiv  ideoloji 
hazırlanması da aparılırdı. 
Son  nəticədə,  fransız  ordusuna  qalib  gəlmək  üçün  müttəfiqlər 
çoxsayh  koalisiya  müharibələrində  böyük  itkilər  hesabına  fransız 
ordusunun  şəxsi  heyətini  məhv  etməli  oldu.  Həmçinin,  1814-cü  il 
kampaniyasının  çıxışsız günlərində  də  Napoleon  for-  malaşnuş  təlim 
sisteminə əsaslanaraq bir neçə həftəyə gənc çağı- rışçı əsgərləri yaxşı 
əsgərlərə  çevirə  bilirldi.  Digər  tərəfdən,  qeyd  edilməlidir  ki,  Fransa 
donanması  matrosların  yüksək  döyüş  ruhuna  və  gəmilərin  fərqli 
keyfiyyətlərinə  baxmayaraq,  daim  məğlubiyyətlərə  düçar  olurdu. 
İnqilabi tribunallar aristokratizmdə ittiham olunan və uzun illər ərzində 
peşəkar təcrübə əldə etmiş dəniz zabitlərini məhv etdilər. Onları aşağı 
təbəqədən olan istedadlı şəxslərlə əvəz etmək də qeyri-mümkün oldu. 
Napoleon  müharibələri  dövründə  hərbi  gücü  təşkil  edən 
müxtəlif elementlər bəzən qəfil büruzə verilirdi və onları nəzərə almaq 
çətin  idi.  1812-ci  il  Rusiya  kampaniyasında  Napoleon  öz  ordusunun 
say  çoxluğuna,  komanda  heyətinin  yüksək  təliminə,  ştabların  işinə 
arxalanırdı.  Ancaq,  əhalinin  əhval-ruhiyyəsindən  başqa,  o  bir  sıra 
maddi  faktorları,  o  cümlədən  Rusiyanın  metal  istehsalında 
üstünlüyünü, çoxlu və sərf edilməmiş atların sayını nəzərə almamışdı 
(bütün  Avropada  iyirmi  illik  müharibə  ərzində  onun  at  ehtiyatlan 
zəifləmişdi). Nəticədə, Rusiya artilleriyası həmişə Fransa artilleriyasını 
üstələyirdi, süvari dəstələr isə fransız 
183 


dəstələrinə sayda geri qalmayaraq, itkiləri tez bərpa edirdi. 
Əgər  bu  dövrü  dövlətin  hərbi  gücünün  hansı  elementlərinin 
həyati əhəmiyyyotli  elementlər hesab edilməsi baxımından nəzərdən 
keçirsək,  burada  söhbət,  ilk  növbədə,  qısa  müddət  ərzində  çoxsaylı 
qoşunu cəbhəyə göndərmək və qoşunlara müntəzəm rəhbərliyi təşkil 
etmək  imkanında  olan  sistemdən  gedir.  Ancaq  hərbi  qüw'ələrə 
rəhbərlik  mexanizminin  yaradılması  problemi  sonuna  qədər  dərk 
edilməmişdi.  Napoleonun  təcrübəsi  qeyri-  tənqidi  qarşılanırdı,  hələ 
inqilab illərində formalaşmış bu mexanizm sonucda bir şəxs ətrafında 
qapanmışdı,  onun  qərarlarından  tam  asılı  idi.  Fransa  imperatoru  öz 
şəxsində  sərkərdəni,  diplomatı  və  dövlət  rəhbərini  birləşdirirdi. 
Təsadüfi deyildi ki, onun təqlidçilərinin işləri daha da pisləşirdi, qanlı 
döyüşlər  daha  az  nəzərə  çarpan  nəticələrə  gətirirdi.  Eyni  zamanda 
iqtisadiyyatın  rolu,  həm  də  Fransaya  qarşı  koalisiyanın  əsas  gücünü 
digər  dövlətlərdən  keyfiyyətcə  fərqli  pillədə  duran  İngiltərənin 
yüksələn iqtisadiyyatı təşkil etməsi faktı tam qiymətləndirilməmişdi. 
3.3.
 
Erkən sənaye cəmiyyəti 
Napoleon  müharibələrinin  bitməsindən  XIX  əsrin  ortalarına 
qədər olan dövrü nəzərdən keçirərkən, qeyd etmək lazımdır ki, sənaye 
inqilabı və aparıcı dövlətlərin erkən sənaye cəmiyyətinə daxil olması 
hərbi  gücün  meyarlarında  bir  sıra  dəyişikliklərə  gətirdi.  İstehsal 
qüvvələri  və texnologiya bəzən  elə  güclü  inkişaf edirdi ki, hərbçilər 
baş verənlərin gedişatını dərk edə bilmir və köhnəlmiş təşkilat, taktika 
və  silahlanma  formalarında  ilişib  qalırdılar.  Hərbi  gücün  ayrı-ayrı 
komponentləri nisbətində dəyişikliklər, Krım müharibəsi və Amerika 
Birləşmiş Ştatlarında vətəndaş müharibəsi zamanı aşkar olundu. Krım 
müharibəsinin  gedişində  mərhələ  geriləməsinin  hansı  təhlükəni 
yaratdığı  aşkar  olundu.  İqtisadi  faktor  bu  qədər  parlaq  ifadə 
olunmamışdı.  Müttəfiqlərin  texniki  üstünlüyü  yüksək  idi,  o  onları 
dəfələrlə  kobud  səhv  etməkdən  xilas  etmişdi.  Rusiya  müharibənin 
başlanğıcında  cəbhəyə  göndəriləcək  təlim  keçmiş  ehtiyat  hissələrə 
malik  deyildi,  dəmiryollarının  olmaması  qoşunları  bir  teatrdan 
digərinə  göndərməyə  imkan  vermirdi.  Sevastopol  və  onun 
müdafiəçiləri,  sadəcə  olaraq,  onlara  atılan  metalların  miqdarından 
məhv ol 
184 


muşdular.  Sinopda  qələbə  çalmış  Qara  dəniz  donanması  Sevastopol 
buxtasına düşmən buxar gəmilərinin girməsinin qarşısını almaq üçün 
batırılmalı oldu. 
O cümlədən Amerika Birləşmiş Ştatlarında baş verən vətəndaş 
müharibəsi  də  səciyyəvi  oldu.  Bu  artıq  erkən  sənaye  cəmiyyəti 
dövrünün müharibəsi idi. İttifaqın ordusunun silahlanması və təchizatı 
əksərən  maşınların  hesabına  idi.  Federal  ordunun  əsgərləri,  keçmiş 
fermerlər,  sənətkarlar,  fəhlələr,  kiçik  sahibkarlar  dəzgahlar  olmadan 
hazırlanması  qeyri-mümkün  olan  tüfənglərlə  döyüşə  gedirdilər. 
Qoşunlar cəbhə xəttinə dəmiryolu ilə göndərilir, rabitə teleqraf xətləri 
ilə təmin olunurdu. Sahilyanı sularda və çaylarda əvvəllər görünməmiş 
artilleriya ilə silahlanmış zirehli gəmilər vuruşurdu. Şimalın qələbəsi, 
nəinki iqtisadi potensialın rolunu təsdiq etdi, həmçinin sənayenin, ağır 
sənayenin və maşınqayırmanın iqtisadi və hərbi potensialın əsası kimi 
rolunu təsdiq etdi. Diqqətli müşahidəçilər, nəinki Şimalın demoqrafik 
və  sənaye  üstünlüyünü,  həmçinin  onun  əhalisinin  yüksək  savadını, 
çoxlu  sayda  xəstəxanalar  və  həkimlərini,  kitab-qəzet  tirajlarını 
qiymətləndirdilər və nəzərə aldılar. 
Şimalın  Cənubla  toqquşması  beynəlxalq  münasibətlər 
sistemində  qüvvələrin  qruplaşmasına  təsir  etmədi,  ancaq  ondan  dərs 
götürənlər arasında prussiyalılar da oldu. Fransa-Prussiya müharibəsi, 
nəinki  beynəlxalq  münasibətlərin  mövcud  sisteminə  düzəliş  etdi, 
həmçinin  sənaye  cəmiyyətin  dövründə  hərbi  gücün  bütün  əsas 
komponentlərini  nümayiş  etdirdi.  Prussiyalılar  fransızlardan  demək 
olar ki, bütün meyarlarda üstün idilər. Onlar, nəinki, daha çox əhaliyə
həmçinin  ən  yaxşı  səfərbərlik  sisteminə  malik  idilər.  Sənaye 
istehsalının həcminə və keyfiyyətinə  görə üstünlüyü aşkar idi. Polad 
toplar onlara nəzərə çarpan üstünlüyü təmin edirdi. Almanlar təkcə sıx 
dəmiryolu  şəbəkəsinə  malik  deyildi,  həm  də  onlardan  ordunun 
mərkəzləşməsi  və  genişləndirilməsi  üçün  istifadə  edirdilər. 
«Soruşmayın  ki,  onların  neçə  batalyonu  var,  nə  qədər  dəmiryolları 
olduqları  ilə  maraqlanın»,  -  böyük  Moltke  öyrədirdi.  O,  həmçinin, 
istehkamlar əvəzinə dəmiryolları tikməyə səsləyirdi. Ənənəvi intizam 
yüksək  savadla  tamamlanmışdı,  onun  rolu  haqda  isə  artıq  yuxarıda 
danışılmışdı (1914-cü il üçün savadlılığın səviyyəsi alman ordusunda 
99,8%-ə çatmışdı). Ancaq müasirlərini daha çox təəccübləndirən Baş 
185 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə