Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   53   54   55   56   57   58   59   60   ...   91

uğursuzluq  olarsa,  daha  güclü  miqyaslı  daxili  sarsıntılar  təhlükəsi 
yaranır. 
Beşinci  istiqamət  siyasi  rəhbərlikdən  hərbi  komandanlığın 
sərəncamına kifayət qədər imkanları təqdim etməyi tələb edir. Burada 
söhbət  yalnız  məsələnin  iqtisadi  tərəfindən  deyil,  siyasi  rəhbərliyin 
preroqativi 
olan 
uzunmüddətli 
siyasi 
planlaşdırmadan, 
proqnozlaşdırmadan gedir. Öz siyasətinin bütövlükdə əsas məqsədini 
müəyyən edərkən, müharibəyə hazırlıq və başlamaq haqda qərar qəbul 
edərkən,  dövlətin  rəhbərləri  qoyulmuş  məqsədlərə  hansı  konkret 
vasitələrlə  nail  olmağı  müəyyən  etməli  və  hərbi  qüvvələri  lazımi 
vasitələrlə  təmin  etməlidirlər.  Yalnız  ali  siyasi  rəhbərliyi  həyata 
keçirən  hökumət  dövlətin  iqtisadiyyatının  hansı  gərginliyə  tab 
gətirəcəyini, əhalinin itkilərə nə qədər dözümlü olacağını və s. qət edə 
bilər. 
Bu  siyasi  qərarların  rolu  hərbi  qüvvələrin  təchizatı  və 
genişləndirilməsinin  miqyası  və  bahalığı  artdıqca  artmışdı.  Artıq 
XVII-XVIII  əsrlərdə  müharibəyə  hazırlıq  vergilərin  artırılması  və 
vəsaitin  yığılması,  əsgərlərin  çağırışı,  təlimi  donanmanın  təchizatı 
üçün bir neçə il tələb edirdi. Bir neçə illər ərzində yaradılan və inkişaf 
etdirilən, daha baha başa gələn və mürəkkəb silahlanma sistemlərinin 
ortaya  çıxması,  lazımi  infrastrukturun  yaradılması,  təşkilat 
tədbirlərinin  aparılması  -  bütün  bunlar  siyasi  qərarlara  artan  tələblər 
qoyur.  Səhvin  dəyəri  həddən  artıq  artmışdır.  Məsələn,  dənizdə 
müharibəyə  hazırlıq  baha  başa  gələn  gəmi  tikintisi  proqramlarının 
həyata  keçirilməsi  üçün  bir-iki  onillik  çəkə  bilər.  Gələcək 
əməliyyatların  xarakterini  proqnozlaşdırarkən  edilən  səhv  müharibə 
üçün  az  faydası  olan  çoxlu  sayda  gəmilərin  yaranmasına  və  eyni 
zamanda  lazımi  gəmilərin  olmamasına  gətirmişdi.  XIX  əsrin  ikinci 
yarısında  Rusiyanın  dəniz  nazirliyi  əsas  potensial  düşməni  İngiltərə 
hesab edərək, donanmanın yaradılmasım kreyser müharibəsi ideyasına 
yönəltdi. Nəticədə, Yaponiya ilə müharibə zamanı böyük büdcə vəsaiti 
eskadra dö- 
3
dişlərinin aparılması üçün az əlverişli olan kreyserlərin və 
kreyser  tipli  zirehli  gəmilərin  yaradılmasına  sərf  olunmuşdu.  Onlar 
Rusiya-Yaponiya müharibəsinin gedişinə demək olar ki, heç bir təsir 
etməmişdilər.  Birinci  dünya  müharibəsi  ərəfəsində  aparıcı  dövlətlər 
yenidən dənizdə silahlanmaya başladılar, drednoutlar bir növ «böyük 
dövlətlər klubu»na buraxılış vərəqəsinə çevrildi. 
174 


Ancaq  sualtı  gəmilərin,  qayıq  əleyhinə  və  desant  gəmilərinin 
tikilməsinə,  müvafiq  əməliyyatların  aparılmasına  az  diqqət  ayrılırdı. 
Bununla  belə  məhz  onlar  (və  ya  onların  olmaması)  dənizdə 
müharibənin gedişinə mühüm təsir edir. 
Silahlı  mübarizənin  aparılması  üçün  kifayət  qədər  vasitələrin 
təmin edilməsi məsələsində siyasi qərarların əhəmiyyəti, xüsusilə, ona 
görə böyükdür ki, peşəkar hərbçilər çox zaman keçmiş konfliktlərdə 
yaranmış  təcrübələrinin  əsiri  ola  bilərlər.  Onun  əsasında  operativ 
planlar  işlənib  hazırlanır,  silahların  işlənməsinə  tələblər  qoyulur, 
qoşunlar hazırlanır və əhali mənəvi-psixoloji hazırlanır, iqtisadiyyata 
tələblər irəli sürülür (belə bir həqiqət doğrudur ki, generallar həmişə 
keçmiş müharibəyə hazırlaşırlar). Birinci dünya müharibəsinin mövqe 
cəbhəsini  təkrar  edən  Maji-  no  xəttinə  qoyulmuş  minlərlə  frank 
Fransaya vaxtında lazımi miqdarda müasir silahlı qüvvələr yaratmağa 
imkan vermədi. «Majino axmaqlığı» yalnız fransız hərbçilərinə deyil, 
həm  də  dövlətin  siyasətinə  bütövlükdə,  əhalinin  əhval-ruhiyyəsinə 
mənfi təsir etdi. Kifayət qədər qənaətbəxş iqtisadi potensialına malik 
olarkən,  fransız  siyasətçiləri  öz  silahlı  qüvvələrini  lazımi  mübarizə 
vasitələri ilə təmin edə bilmədilər. Almanlar 1940-cı ildə fransızlara 
onların  hazırlaşdıqları  deyil,  başqa  növ  müharibəni  aparmağa  vadar 
edə  bildilər.  Öz  növbəsində  Almaniya  da  İkinci  dünya  müharibəsi 
dövründə  hər  biri  xüsusi  vasitələr  tələb  edən  iki  müxtəlif 
istiqamətlərdə mübarizə aparmalı oldu. Sovet ittifaqına qarşı müharibə 
üçün zirehli tank texnikası, səlıra topları, müvafiq nəqliyyat vasitələri, 
ordunu dəstəkləyən aviasiya ilə təchiz olunmuş böyük quru qoşunları 
lazım  idi.  Məhz,  bu  müharibə  Almaniyanın  iqtisadi  potensialının 
böyük  hissəsini  apardı.  Müharibənin  həm  Atlantik  okeanı,  həm  də 
Aralıq  dənizində  aparılması  tamamilə  fərqli  silahlar  və  hazırlıq 
aparmağı tələb edirdi. Hətta bütün Avropanın iqtisadiyyatını tabe etsə 
də,  üçüncü  Reyx  bu  müxtəlif  istiqamətli  vəzifənin  öhdəsindən  gələ 
bilmədi. 
Siyasətçilərin  müharibə  aparmaq  üçün  irəli  sürdükləri  maddi 
vəsaitlərin kifayət etməsi problemi həmçinin müharibənin aparılması 
üçün  hansı  miqdarda  iqtisadi  resursların  verilməsini,  mövcud  hərbi 
qüvvələrin  hansı  hissəsinin  hərbi  əməliyyatların  gedişində  «sərf 
olunması», hansının isə  müharibədən sonra beynəlxalq  münasibətlər 
sistemi üzrə partnyorlan ilə qarşılıqlı əlaqə- 
175 


larində üçün saxlanması məsələlərinə toxunur. 
İkinci  dünya  müharibəsindən  sonra  iki  fövqəldövlət  arasında 
raket-nüvə  silahlanması  daha  qüdrətli  və  bahalı  sistemlərin 
yaradılmasına  gətirdi.  Bu  silahlanmanın  xarakteri  şübhəyə  yer 
qoymurdu.  Amerika  Birləşmiş  Ştatları  və  Sovet  İttifaqı  onları 
bir-birinə qarşı yaradırdılar. Nəticədə, ikinci və üçüncü dərəcəli hesab 
olunan  istiqamətlərə  lazımi  diqqət  verilmirdi  və  hər  iki  tərəf  bəzən 
kiçik  və  lokal  konfliktlərin  həlli,  üsyançıların  yatırılması,  sərhəd 
toqquşmalarında  iştirak  etmək  üçün  vasitələr  axtarırdılar.  «Çevik 
reaksiya», «bir böyük və bir kiçik müharibə», «bir yarım müharibə», 
«ikiyarım müharibə» konsepsiyaları ortaya çıxmağa başladı. 
Nəhayət, altıncı istiqamət siyasətdən zor tətbiqi ilə əldə edilmiş 
nəticələrdən məharətlə istifadə etməyi tələb edir. İlk növbədə, söhbət 
müharibəni  sona  yetirmək,  onun  nəticələrini  rəsmiləşdirmək 
məharətindən,  sonucda  isə,  sərf  edilmiş  səylərin  və  əldə  edilən 
nəticələrin  nisbətindən  gedir.  Siyasətçilər  tərəfindən  hərbi 
əməliyyatların  gedişində  əldə  eldilən  nəticələrin  istifadə  edilməsi 
tərkib  elementləri  -  «strateji  qərarın  qəbul  edilməsi»  -  «müharibəyə 
hazırlıq»  -  «müharibənin  başlanması»  -  «müharibənin  aparılması»  - 
«müharibənin 
bitməsi» 

«müharibənin 
nəticələrinin 
rəsmiləşdirilməsi»  olan  sistemin  son  halqasıdır.  Əgər  hərbi  gücdən 
istifadə  başqa  vasitələrlə  aparılan  siyasətə  daxil  olmaqdırsa, 
müharibənin başa vurulması əvvəlki metodlara qayıtmaqdır. Bu ancaq 
müharibənin  gedişində  yaranan  yeni  qüvvələr  balansı  ilə  müəyyən 
olunan  keyfiyyətcə  fərqli  şərtlərdə  baş  verir.  Siyasətin  sistemin  bu 
halqasında  fəaliyyəti  nəzərdə  tutulan  məqsədlə  üst-üstə  düşən  və 
verilən  itkilərlə  müqayisə  edilə  bilən  nəticələri  təmin  etməklə  bu 
prosesin  bütün  gedişatını  tamamlamaq  və  sərf  edilmiş  səylərin  heçə 
çıxmasıdır.  Bu  mərhələdə  siyasi  və  hərbi  metodların  nisbətini 
xarakterizə  edən  bütün  problemlər  -  qoyulan  məqsədlərin  dəqiqliyi, 
müttəfiqlərin  seçilməsi,  lazımi  iqtisadi  və  hərbi  potensialın  təmin 
edilməsi,  hərbi  əməliyyatların  konkret  gedişinin  nəticələri  kəsişir  və 
üzə  çıxır.  Müharibə  çox  zaman  böhranın,  bir  sıra  illər,  bəzən  hətta 
onilliklər  ərzində  yığılan  ziddiyyətlərin  həllidir.  Beynəlxalq 
münasibətlərin  inkişafında  bu  özünəməxsus  «həlledici  məqamlarda» 
siyasətin rolu çox böyük olur. 
176 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə